Telman Orucov Çin qədim sivilizasiya və müasir möcüzələr ölkəsi



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə24/97
tarix28.11.2017
ölçüsü4,8 Kb.
#13088
1   ...   20   21   22   23   24   25   26   27   ...   97

53 
 
Hsüan  Tsunun  hakimiyyətinin  erkən  hissəsində  tibetlilər  də  həmçinin 
düşmənçilik  münasibətində  idilər.  714-cü  ildən  sonra  onlar  Şimali-qərbə  müdaxilə 
etdilər. 727-729-cü illərdə çinlilər onlara qarşı iri miqyaslı müharibə apardılar və 730-
cü  ildə  razılıq  əldə  edildi.  Lakin  tibetlilər  bu  vaxt  öz  diqqətlərini  Tan  imperiyasının 
Tarimdəki qərb ərazilərinə yönəltdilər. 751-ci ildə Talasda, uzaq qərbdəki ərazilərdə 
imperial orduları ərəblər tərəfindən məğlub edildi. Şimalda Mancuriya öz torpaqlarını 
Koreya  sərhədində  Koquryo  dövlətinin  yerində  yaranan  yeni  Parhayeyə  itirdilər. 
Beləliklə, Hsüan Tsunun hökmranlığının sonu olduqca qeyri-stabil şəraitlə üzləşdi.  
755-ci ildə yeni dövrün başlanğıcını göstərən An Lu-şan qiyamı baş verdi. An 
Lu-şan  türk  mənşəli  qeyri-çinli  general  kimi  üç  şimali-şərq  ordularının  hərbi-
qubernatoru idi. 
İlk  dövrlərdə  qiyam  uğur  qazandı,  şərq  paytaxtını  işğal  etmiş  və  əsas  Tan 
paytaxtını  tutmuşdu.  İmperator  qaçmışdı,  yolda  onun  arvadı  və  saraydakı  digər 
tərəfdarları  öldürülmüşdü.  Yeni  imperator  Su  Tsun  (756-762-ci  illərdə  hökmranlıq 
etmişdi)  ümidsiz  şəkildə  çətin  hərbi  vəziyyətlə  üzləşdi.  Qiyam  orduları  paytaxtı  və 
Hopehin, Honanın əksər ərazilərinə nəzarət edirdilər. 
Hsüan  Tsunun  hökmranlığının  son  günlərində  o,  imperiyanı  beş  zonaya 
bölmüşdü,  onların hər  biri  imperial  printslərin  knyazlıqları  (leni)  olmalı  idi,  həm  də 
onlardan  biri  komandanlığı  öz  üzərinə  götürməli  idi.  Lakin  həmin  şəxs  generalların 
biri tərəfindən öldürüldü. Ancaq qiyam davam edirdi, yalnız 763-cü ildə yatırdıldı.  
Qiyamdan  sonrakı  həll  vasitəsilə  təkcə  bir  sıra  ən  güclü  qiyam  generalları 
bağışlanmadı,  həm  də  onların  təslim  etdikləri  ərazilərə  imperial  qubernatorlar  təyin 
edildi. Hupeh dörd yeni əyalətə bölündü. Əyalət separatizmi hər yerdə artıq problemə 
çevrildi.  
        Hsien  Tsunun  (806-820-ci  illərdə  hökmranlıq  etmişdi)  başçılığı  altında  Tan  öz 
qüdrətinə yiyələnmək üçün böyük iş gördü. Kobud və rəhmsiz olan bu hökmdar işləri 
öz  möhkəm  əlinə  götürdü,  onun  əyalətlər  barədəki  siyasəti  xüsusilə  uğurlu  idi.  O, 
imperiyanı əksər ərazilərində mərkəzi hökumətin hakimiyyətini bərpa etdi. 
Lakin  siyasətə  yevnuxların  təsiri  böyümüşdü.  Hsien  Tsun  öz  yevnux 
köməkçiləri tərəfindən öldürüldü və həmin vaxtda saray şurasının baş yevnuxları və 
saray  orduları  demək  olar  ki,  taxt-tacın  hər  bir  vərəsəsinin  seçilməsinə  müdaxilə 
edirdilər.  Bəzi  hallarda  onlar  əvvəlki  imperatorun  vəsiyyətinə  əməl  etməyərək, 
namizədləri  taxt-tacdan  məhrum  edirdilər.  Qədim  Çin  ibrətamiz  hekayətlərindən 
birində  yevnuxların  sarayda  necə  böyük  qüdrətə  yiyələndiyi  açılıb  göstərilir.  Çin 
hökmdarı  sarayda  böyük  hərəmxanaya  malik  idi.  Lakin  hansı  hərəmin  gecə 
hökmdarın  yatağını  bölüşməsi  yevnuxun  düzəltdiyi  protseduradan  keçirdi.  Yevnux 


54 
 
qəşəng  qızların  portretlərini  çəkdirib,  hökmdara  göstərir,  onun  xoşuna  gələn  qız 
həmin  axşamın  qonağına  çevrilirdi.  Hərəmxanadakı  ən  gözəl  qızdan  xoşu 
gəlmədiyindən, çünki o, yevnuxun rüşvət təmənnasına boyun əymirdi, onun eybəcər 
şəklini çəkdirib hökmdara göstərdiyindən, bu qız bir dəfə də olsun hökmdara qonaq 
olmamışdı. Qonşu köçəri xalqın hökmdarı Çin imperatoruna yaxşı hədiyyələrlə sülh 
təklifi  etmişdi,  Çin  hökmdarı  da  ona  hərəmlərindən  birini  hədiyyə  kimi  göndərmək 
istədikdə,  yevnux  xoşu  gəlməyən  qızı  seçdi.  Qonaqlar  yola  düşmək  istəyərkən  Çin 
imperatoru  öz  hədiyyəsini  görmək  istədi  və  qızın  gözəlliyini  ilk  dəfə  görəndə  ağlı 
başından çıxdı. Lakin qərarı dəyişmək olmazdı və qız ölkəni tərk etməli oldu.  
İmperator  hirsindən  özünə  yer  tapa  bilmirdi,  yevnuxun  hiyləgərliyindən  agah 
olduqda  onun  boynunu  vurdurdu.  Yevnuxun  sənədləri  yoxlandıqda  «sarı  düyü»  və 
«ağ düyü» sözləri və onların qarşısında iri rəqəmlər gözə dəydi. Hökmdar bilirdi ki, 
yevnux sarayda qidalanır, onun heç nəyə ehtiyacı yox idi, bəs nəyə görə düyü ehtiyatı 
yığırmış? Hökmdarı başa saldılar ki, «sarı düyü» qızıl, «ağ düyü» isə gümüş deməkdir 
və  o,  aldığı  rüşvətlərin  uçotunu  belə  aparırmış.  Yevnux  bu  yolla  böyük  sərvət  əldə 
edibmiş.  
Lakin yevnux qüdrətinin apogeyi qısa müddət çəkdi, 840-cı ildə U Tsunun taxt-
taca  çıxması  ilə  başa  çatdı.  O  və  onun  varisləri  yevnuxlara  bel  bağlamağı  davam 
etdirirdilər,  lakin  onların  təsirinə  nisbətən  az  məruz  qalırdılar.  İmperator  Uen  Tsun 
(827-840-cı  illərdə  hökmranlıq  etmişdi)  yevnuxların  ağalığını  məhv  etmək  yollarını 
arayırdı, lakin bu niyyət baş tutmadı. 835-ci ildəki “Şirin şeh”  uğursuz çevrilişindən 
sonra  onun  ağılsız  planları  bürokratiyanı  demoralizə  etdi  və  bir  neçə  nazirin  və  çox 
sayda qulluqçuların ölümünə səbəb oldu. 
Tan  imperatorları  rəsmən  Daosizmi  dəstəkləyirdilər,  çünki  onların  iddliaları 
Lao-Tszıdan qidalanırdı. Buddizmə də böyük rəğbət bəsləmələrini davam etdirirdilər. 
Həmin  dövrün  ən  mühüm  tərəqqisi  yeni  yerli  məktəblərin  böyüməsi  idi.  Onlar 
buddizmi çinli fikirin yoluna uyğunlaşırdılar.  
843-845-ci  illərdə  U  Tsun  fanatik  daolist  olmaqla,  buddizmi  məhv  etməyi 
qərara  aldı.  Onun  motivlərindən  biri  iqtisadi  xarakter  daşıyırdı.  Çin  ciddi  maliyyə 
böhranları  ilə  üzləşmişdi.  İmperator  və  onun  müşavirləri  bunu,  monastırların 
torpaqlarını  və  sərvətini  ələ  keçirməklə  həll  etməyə  ümid  bəsləyirdilər.  Bu  istismar 
çox  uzağa  getdi.  40  min  ibadət  yeri  və  məbəd  bağlandı,  260  min  rahib  və  rahibə 
dünyəvi  həyata  qaytarıldılar.  Axı  rahiblər  bir  qayda  olaraq  özlərini  dünyadan  izolə 
edirdilər.  Geniş  monastır  torpaqları  müsadirə  edilib  satıldı.  Bu  zülm  qısa  müddət 
davam  etdi,  lakin  büddizm  institutlarına  sağalmaz  yara  vuruldu.  Buddizm  artıq  öz 


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   97




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə