Telman Orucov Çin qədim sivilizasiya və müasir möcüzələr ölkəsi



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə15/97
tarix28.11.2017
ölçüsü4,8 Kb.
#13088
1   ...   11   12   13   14   15   16   17   18   ...   97

33 
 
sahəsində daha çox sayda olan landşaft tiplərini yaratmaq tələbatından çıxış edirdilər, 
ona  görə  də  Çin  parklarında  əllə  düzəldilmiş  dağları,  çox  sayda  və  bədii  formadakı 
kiçik adacıqları əhatə edən su hövzələrini görmək mümkündür. Su hövzələri müxtəlif 
formadakı  daşdan  yonulmuş  işlərlə  və  heykəllərlə  bəzədilmiş  və  qəribə  şəkildə 
burulan  körpücükləri  olan  kanallarla  birləşirlər.  Su  hövzələrində  adətən  dekorativ 
balıqlar,  rəngarəng  karp  növündən  olanlar  yetişdirilir.  Parka  gələnlərin  onların 
nəzərləri qarşısında uzanan mənzərələrdən həzz alması üçün hündür yerlərdə dəyirmi 
rotondalar  –  söhbət  yerləri  tikilir.  Su  hövzəsinin  sahilində  isə  örtülü  qalereyalar 
düzəldilir.  Bu  gözəlliklərdən  birini  Pekindəki  İxeyuan  imperator  yay  sarayının 
parkında görmək mümkündür. 
  
 
 
Çin tarixindən səhifələr 
 
 
Çin  xalqının  və  sivilizasiyasının  başlanğıcı  dəqiq  məlum  deyildir.  Çox  sayda 
müxtəlif  etnik  qruplar  və  primitiv  mədəniyyətlərin  çox  saydakı  ayrı-ayrı  mərkəzləri 
tədricən meydana çıxmaqla qarışıb, bu qitə regionuna yayılan sivilizasiyanı meydana 
gətirmişdir.  Çindəki  neolit  mədəniyyəti  Avrasiyanın  çox  hissələrindəki  neolitikliklə 
təməl oxşarlığa malik idi. Çinin müxtəlif hissələrində, buna baxmayaraq, ilk vaxtlarda 
müəyyən regional fərqlər də var idi.  
Ən  qədim  Çin  tarixi  ədəbiyyatı  olan  «Klassik  tarix»də  və  ya  «Sənədlər 
kitabı»nda b.e.ə. I minillikdən əvvəlki dövrə aid məlumatlar yoxdur. Erkən sənədlərdə 
və çinlilərin doğma  və ya əcnəbi  mənşəyə  malik  olduğunu dəqiq  sübut edən heç nə 
yoxdur. Mərkəzi Asiyadakı arxeoloji qazıntılar Xəzər dənizindən şərqdə olan qədim 
mədəniyyət yerlərini tədqiq etmişdir  və  belə gümana gəlməyə imkan  verir  ki, yəqin 
ki, miqrantlar indiki Monqolustandan, bəlkə də daha uzaq qərbdən, qərbi Asiyadan və 
Avropanın cənubi-şərqindən gəlmişlər. Daha çox güman edilir ki, Çin mədəniyyəti elə 
Çinin özündə təşəkkül tapmış və inkişaf etmişdir.  
Burada əvvəlki dövrlərə aid Çin rəvayətləri mövcuddur. Qədim dövrdə, b.e.ə. I 
minillikdə mövcud olanlardan yalnız üçü real şəxsiyyətlərdir. Onların hər biri müdrik 
olmaqla  yanaşı,  həm  də  hökmdar  olmuşdu.  Onlardan  biri  adamlara  ovçuluğu 
öyrətmiş,  digəri  beş  növ  dənli  bitkini  becərmiş,  kotanı  icad  etmiş  və  bazarlar 
yaratmışdı. Üçüncüsü isə daha məşhur olmaqla, Çjou dövrünə təsadüf edir. Saraydakı 
və  feodal  dövlətlərdəki  adamlar  onu  ilkin  əcdad  kimi  qiymətləndirirdilər.  Onun 


34 
 
ixtiralarına  qayıqlar,  avarlar  və  oddan  istifadə  daxildir.  Odla  o,  təpələri  və  düzləri 
ağaclardan və kollardan təmizləyir, ölkəni vəhşi heyvanlardan qoruyur və güman ki
mal-qaranı  əhlilləşdirməyə  keçirdi.  O,  həmçinin  qulluqçular  arasında  musiqinin 
tətbiqini meydana gətirmişdi.  
Çinin  yazılı  mənbələrdə  qeydə  alınmış  tarixi  3600  ilə  yaxındır  və  öz 
başlanğıcını b.e.ə. XVI əsrdə əsası qoyulmuş Şan sülaləsinin ilk dövrlərindən götürür. 
Şan sülaləsi barədə məlumatlar tısbağa çanağından olan lövhəciklərdə və öncəgörmə 
məqsədini  güdən  heyvanların  sümükləri  üzərindəki  yazılarda  qalmışdır.  Lakin  ilk 
ənənəvi istorioqrafiyaya görə lap əvvəlki sülalə Şan deyil, b.e.ə. XXI əsrdən XVI əsrə 
qədər  hökmranlıq  etmiş  Sya  sülaləsidir.  Lakin  onun  haqqında  nə  arxeoloji,  nə  də 
sənədli  bir  məlumat  yoxdur.  B.e.ə.  841-ci  ilədək  hadisələrin  müntəzəm  xronikası 
aparılmırdı.  Ancaq  həmin  dövrdən  Qərbi  Çjounun  hökmranlıq  edən  sülaləsi 
hadisələrin  məlum  yazısını  aparır  və  saxlayırdılar.  Bu  praktikaya  Çjou  sarayının 
vassalları olan digər dövlətlər də əməl edirdilər.  
Qədim  Çinin  ilk  tam  tarixi  olan  «Tarixi  qeydlər»  b.e.ə.  104-91-ci  illərdə  Çin 
istorioqrafiyasının  «atası»  olan  Sıma  Tsyan  tərəfindən  tərtib  edilmişdir.  «Min 
sülaləsinin  tarixi»  ilə  başa  çatan  24  rəsmi  sülalə  tarixlərindən  o  birincidir. 
Ümumiyyətlə,  Çin  tarixi  üzrə  mənbələrin  miqdarını  dibsiz  okeanla  müqayisə  etmək 
olar.  
 
 
Lap qədim dövrlər  
 
Arxeoloji  tapıntılar  hesabına  məlum  olmuşdur  ki,  Çinin  nəhəng  ərazisində  bir 
milyon ildən əvvəl, artıq ibtidai icma insanı yaşamışdır. Təqribən 500 min ildən əvvəl 
«pekin  sinantropu»  və  ya  «pekin  insanı»  adlanan  digər  qədim  insanlar  qrupu  indiki 
Pekin şəhərinin ətrafında meydana gəlmişdi. Bu mədəniyyətin nümayəndələri «ağıllı 
insanın»  əsas  xüsusiyyətlərinə  malik  idi.  Onlar  iki  ayaq  üstündə  gəzirdilər,  sadə 
alətləri  düzəltmək  və  istehsal  etməyə  qadir  idilər,  odu  əldə  etməyi  və  qoruyub 
saxlamağı bacarırdılar.  
Qədim Çində həm matriarxal, həm də patriarxal icmalar var idi. 6 min il əvvəl 
çiçəklənməyə başlamış Yanşao mədəniyyəti, güman ki, matriarxal cəmiyyət idi. 5 min 
il əvvəl mövcud olmuş Lunşan mədəniyyəti isə patriarxal cəmiyyət idi. Adamlar daş 
alətlərin  və  keramikanın  düzəldilməsi  adətlərini  təkmilləşdirirdilər.  Ovçuluğa  və 
balıqçılığa əlavə olaraq əkinçilik və heyvandarlıq da inkişaf edirdi. Bu dövrün sonuna 
cəmiyyət  siniflərə  bölündü.  Bütün  dünyada  etnik  çinlilər  özlərini  Huandinin  (Sarı 


35 
 
imperatorun) və imperator Yandinin törəmələri adlandırırlar. Bu iki müdrik hökmdar 
qədim miflərdə və əfsanələrdə yüksəldilmişlər. Belə ki, Sarı imperator arabanı, qayığı, 
paltarı,  yerüstü  evi  və  yazını  icad  etməsinə  görə  məşhurlaşmışdı.  Onun  arvadı  Ley 
Tszu  barama  qurdunu  becərməklə  və  ipək  parça  toxumaqla  məşğul  olurdu.  Bu  iki 
imperatorun başında dayandıqları tayfalar Huan Ho (Sarı çayın) vadisində yaşamaqla, 
indiki  dörd  əyalətin  ərazisini  tuturdular.  Onlardan  şərqdə  öz  ox  və  nizə  yaratmaq 
sənətilə məşhur olan tayfalar yaşayırdılar. Onların rəhbəri Çi Yu müharibə allahı kimi 
tanınırdı.  Başqa  bir  tayfanın  lideri  isə  balıq  torunu  icad  etmiş  və  öz  xalqına  balıq 
tutmağı  və  ovu  öyrətmişdi.  Torpağı  becərmək  üçün  alətlər  icad  etməsilə  Şennunun 
(Müqəddəs  əkinçi)  adı  da  heç  də  az  şöhrət  tapmamışdı.  O,  öz  xalqını  əkinçiliyə 
öyrətmiş  və  müalicə  xüsusiyyətlərini  aşkar  etmək  üçün  öz  orqanizmində  yüzlərlə 
bitkinin  təsirini  sınamışdı.  Belə  əfsanələr  ona  görə  maraqlıdır  ki,  həm  qədim 
dövrlərdəki sosial-iqtisadi təkamülə işıq salır, həm də həmin dövrün cəmiyyətində baş 
verən əmək bölgüsü haqqında müəyyən təsəvvür yaradır.  
Daha  iki  müdrik  hökmdar  Sarı  çay  vadisində  xalqları  idarə  etmişdi,  onlar 
rəvayətə görə Sarı imperatorun törəmələri idi. Onlardan Şun adlanan ikincisi Yuy adlı 
adamı  daşqınla  mübarizə  üzrə  baş  məmur  təyin  etdi.  Yuy  bəndlər  tikməyin  adi 
metodikalarından  imtina  edib,  bunun  əvəzinə  çayların  və  kanalların  məhvərini 
dərinləşdirdi. Beləliklə də daşqın stixiyası cilovlandırıldı. Hakimiyyətdən imtina eən 
Şun  Yuyu  öz  varisi  təyin  etdi.  O,  Böyük  Yuy  kimi  şöhrət  tapdı  və  Sya  sülaləsinin 
banisi oldu.  
 
 
Sya, Şan və Çjou sülalələri 
 
 
Ənənəvi  olaraq  belə  hesab  edilir  ki,  Sya  sulaləsi  b.e.ə.  XXI  əsrdən  XVI  əsrə 
qədər  hökmranlıq  etmişdir.  Bu  sülalənin  ilk  hökmdarı  Böyük  Yuyu  onun  oğlu  Tsi 
əvəz  etmişdi.  Bu  fakt  Çində  irsi  monarxiyanın  başlanğıcı  kimi  qiymətləndirilir,  bu 
əvvəlki  tayfa  və  ya  tayfalar  ittifaqı  başçısının  demokratik  seçkisi  sistemini  əvəz 
etmişdi.  Sya  sülaləsinin  hökmranları  şəhər  divarlarını  tikdirdi,  ordu,  dustaqxana 
yaratdı və cinayət məcəlləsi tətbiq etdi. Bu sülaləyə Çin tarixində ilk quldarlıq dövləti 
kimi  baxılır.  Mədəniyyət  sahəsində  çinlilərin  əldə  etdiyi  nailiyyətlərdən  Sya 
epoxasında  yaradılmış  təqvimi  qeyd  etmək  lazımdır.  Bu  təqvim  sonrakı  nəsillər 
tərəfindən 
astronomiyanın 
inkişafına 
mühüm 
bir 
töhfə 
kimi 
yüksək 
qiymətləndirilmişdir.  Sya  sülaləsinin  sonuncu  hökmdarı,  adi  Tszi  olmaqla,  dəhşətli 


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   97




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə