Telman Orucov Çin qədim sivilizasiya və müasir möcüzələr ölkəsi



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə12/97
tarix28.11.2017
ölçüsü4,8 Kb.
#13088
1   ...   8   9   10   11   12   13   14   15   ...   97

26 
 
dövlətdə  hakimiyyətin  irs  üzrə  verilməsindən  imtina  etməyi  tələb  edirdi. 
Dövlətlərarası  münasibətlər  sferasında  o,  müharibələrin  ləğv  edilməsinə  və 
münaqişələrin dinc yolla həll edilməsinə çağırırdı.  
Leqizm  təlimi  isə  dövlət  quruluşunun  və  dövlət  idarəçiliyinin  kompleks 
problemlərini  tədqiq  edirdi.  Bu  təlim  despotik  dövlət  nəzəriyyəsi  ili.  Öz  məqsədinə 
çatmaq  üçün  dövlət  idarəçiliyi  qanuna  əsaslanmalı  idi,  bu  qanun  qarşısında  bütün 
təbəələr  mənşəyindən  və  sosial  vəziyyətindən  asılı  olmayaraq  bərabər  olmalı  idi. 
Qanunun  nüfuzu  ciddi  cəzalarla  dəstəklənirdi,  ondan  heç  kəs  azad  ola  bilməzdi. 
Leqistlər Sya sülaləsinin natriarxal qaydalarını o qədər də nüfuzlu sayılmırdılar.  
Konfutsinin,  Lao  Tszının,  leqizmin  fəlsəfi  təlimləri  bəzən  hakim  ideologiya 
səviyyəsinə  qalxırdı,  lakin  b.e.  I  əsrində  bu  mövqeyi  konfutsiçilik  möhkəm  ələ 
keçirdi.  Bu,  Han  sülaləsi  dövrü  idi.  Konfutsi  təliminin  yeni  variantına  daosizm 
doktrinasının  əsas  kosmologiya  ideyaları,  leqist  təlmimindən  isə  –  dövlət 
idarəçiliyinin praktiki təşkili prinsipləri daxil oldu.  
VIII-XII  əsrlərdə  konfuksiçilikdə  yeni    islahat  aparıldı,  bunun  da  bilavasitə 
səbəbi daosizmin güclənməsi və xüsusən buddizmin konfutsiçilik üçün real təhlükəyə 
çevrilməsi  idi.  Neokonfutsiçilik  doktrinasının  əsasına  kosmoloji  və  mənəvi 
prinsiplərin  vəhdəti  təlimi  qoyuldu.  Öz  vəziyyətini  dəyişməyə  yönələn  insanın 
çalışmasıını  yüksək  qiymətləndirməyən  buddizmdən  fərqli  olaraq  məşhur 
neokonfutsiçi filosof Çju Si hesab edirdi ki, bilik insana kifayət qədər qüdrət verir ki, 
onun  köməyilə  o,  öz  həyatındakı  məqsədlərinə  çatmalıdır.  Orta  əsrlər  Çinində  Çju 
Sinin  doktrinası  rəsmi  ehkama  çevrildi  və  fəlsəfi  nəzəriyyə  kimi  öz  əhəmiyyətini 
itirdi.  
Buddanın  dini-fəlsəfi  təlimi  Çinə  Hindistandan  b.e.  I  əsrinin  ortalarında 
gəlmişdi və artıq VI əsrdə ictimai qiymət və dövlət dəstəyi qazandı. Bu vaxt Budda 
kitabları  Çin  dilinə  tərcümə  olunmuşdu.  Buddizmin  fəlsəfi  konsepsiyası  bunu  əsas 
götürürdü  ki,  insan  həyatı  –  əzablar  zənciridir,  onlardan  azad  olmaq  Nirvanada  baş 
verir.  Canlı  məxluqun  əbədi  könlü  o  öldükdən  sonra  bədən  qılafını  tərk  edib,  digər 
məxluqa  keçir.  Sonrakı  yenidən  doğulma  insanın  davranışından  və  Budda  dini 
təliminin  tələblərinə  riayət  etməkdən  asılıdır.  Ona  görə  də  kim  ki,  Buddanın 
vəsiyyətlərinə riayət edir, o, ölümdən sonra müqəddəs kimi və ya Nirvana kandarında 
olan  budda  panteonunun  daha  yüksək  məmuru  kimi  yenidən  doğulacaqdır,  intibah 
edəcəkdir.  Buddizm  təliminin  əsas  ideyaları,  xüsusən  könülün  birindən  başqasına 
keçməsi  ideyası  daosizmə  yaxın  idi,  bu  da,  Çin  mühitində  onun  qəbul  edilməsini 
asanlaşdırdı. VI-VIII əsrdə Budda təlimi Çində öz çiçəklənməsinə çatdı və bu vaxt o 


27 
 
həm  də  imperator  sarayının  dəstəyindən  istifadə  edirdi.  Sonralar  Çin  cəmiyyətində 
buddizmin təsiri aşağı düşməyə başladı.  
Konfutsiçiliyin, daosizmin və buddizmin uzun əsrlər boyu birgə mövcud olması 
nəticə  etibarilə  Çin  orta  əsrlər  cəmiyyətində  onların  funksiyalarının  dəqiq 
bölünməsinə  gətirib  çıxardı.  Konfutsiçilik  əxlaq,  etika,  ailə  və  dövlət 
münasibətlərində  aparıcı  rol  oynayırdı.  Daosizm  ənənəvi  tətbiqi  və  nəzəriyyə 
elmlərinin  nəzəri  əsasını  təşkil  etdi.  Buddizm  o  dünya  haqqında  və  könülün  xilas 
edilməsi haqqındakı anlayışlarda ağalıq edirdi.  
 
 
 
Dinlərə sitayiş 
 
Orta  əsrlər  Çinində  dini  kultlar  ümumdövlət,  yerli,  ailə  sferalarına  bölünürdü. 
Göy və Yer kultlarına ibadət, Yeni il günündə və yaydakı uzun gündə müvafiq ritualı 
həyata keçirən imperatorun səlahiyyətində idi. İmperator özü həm də Konfutsi kultuna 
və qədim dövrün üç müdrik imperatorlarının kultuna ibadət edirdi. Əcdadların kultuna 
ibadət hər bir ailədə əcdadların adları yazılmış lövhənin qarşısında və nəslin tikdirdiyi 
xüsusi məbədlərdə həyata keçirilirdi.  
Əsas ilahi qüvvələr kütləsi isə, hansılara ki, sadə çinlilər sitayiş edirdilər, yerli 
müqəddəslər idi, əyalətin və ya hətta qəzanın kənarında onun barəsində heç nə məlum 
olmurdu. Sinkretik din asanlıqla real və mifik şəxsləri ilahiləşdirirdi, göy cisimlərini, 
təbiət  hadisələrini  və  qüvvələrini  sitayiş  obyektinə  çevirirdi,  taleyə,  pis  və  yaxşı 
ruhlara inanırdı. 
VIII  əsrdə  çinlilər  Çinə  gələn  müsəlman  tacirlərdən  və  moizəçilərdən  islam 
təlimi  ilə  tanış  oldular.  Hazırda  islama  inanc  gətirənlər  şimali-qərbi  Çində  və 
Quanjoudan cənubda mərkəzləşmişlər. Bundan başqa, bütün iri şəhərlərdə müsəlman 
icmaları vardır.  
VII  əsrdə  Çinə  Nestorian  xristianları  gəlib  çıxdı.  XIII  əsrlə  burada  katolik 
missionerləri  göründülər.  XIX  əsrin  ortalarından,  Tiryək  müharibələrindən  və  Qərb 
dövlətləri  xristian  missionerlərinin  sərbəst  fəaliyyət  hüququnu  irəli  sürüb 
razılaşdırdıqlarından sonra xristianlıq moizəsi daha geniş miqyas aldı.  
 
 
 
Təbabət 


28 
 
 
Çində xalq təbabətinin zəngin təcrübəsi bizim eranın başlanğıcı ərəfəsində dərc 
edilən  ayrıca  traktatda  ümumiləşdirilmişdi,  orada  insanın  anatomiyası  və 
fiziologiyasının  əsasları  təsvir  edilirdi.  Digər  traktatda  isə  əsas  xəstəliklərin 
simptomları  və  onların  müalicə  metodları  göstərilirdi.  B.e.  II  əsrində  məşhur  Çin 
həkimi Çjun Çjuntszin (Çjan Tszi) yatalaq və digər infeksion xəstəliklər barədə traktat 
yazdı.  Onun  müasiri  Xua  To  orqanizmi  möhkəmləndirmək  tədbirlərinin  köməyi  ilə 
xəstəliklərin profilaktikası nəzəriyyəsini yaratdı. Xua To həm də Çin cərrahiyyəsinin 
yaradıcısıdır.  O,  cərrahiyyə  əməliyyatı  vaxtı  Çində  ilk  dəfə  narkoz  tətbiq  etmişdi. 
Avropada isə narkozun tətbiqi hətta XIX əsrin sonlarına qədər məlum deyildi. Hətta 
1854-1855-ci  illərin  Krım  müharibəsində  ağır  yaralanmış  ingilis  əsgərlərinin  ayağı 
amputasiya  edildikdə  dəhşətli  ağrıya  dözmək  üçün  xəstənin  dişlərinin  arasına  güllə 
(patron) qoylurdu ki, onu dişi ilə sıxıb, ağrıya davam gətirsin. Bu üsulu ingiliscə “bite 
bullet”- “gülləni dişlə” adlandırırdılar.  
Qədim dövrün Çin həkimləri tərəfindən işlənib hazırlanmış  müalicə metodları 
hər şeydən əvvəl insan orqanizminə xarici təsirdən ibarət idi. Çin təbabətinin spesifik 
metodu  akupunktura  idi  –  bu,  lazım  gələn  terapevtik  effekti  əldə  etmək  üçün  əsəb 
sisteminin müəyyən ilgəklər kompleksinə iynənin batırılmasıdır. Bu məqsədlər üçün 
həm də əsəb ilgəklərinin dəqiq qızdırılmasından istifadə olunurdu.  
Çin  təbabəti  mineral  və  bitki  mənşəli  müxtəlif  dərman  vasitələrindən  istifadə 
edirdi.  Han  sülaləsi  epoxasında  xalq  təbabəti  təcrübəsi  ümumiləşdirilməklə  ilk 
əczaçılıq  vasitələri  yaradıldı.  Bu  əsərlər  tədricən  yeni  məlumatlarla  tamamlanırdı. 
XVI  əsrin  sonunda  –  XVII  əsrin  əvvəllərində  ilk  əczaçılıq  traktatı  meydana  gəldi. 
Onun müəllifi Li Qao həmin dövrün məşhur həkimi idi.  
Çin təbiət, nəzəri və tətbiqi biliklərindəki bütün uğurlara rəğmən, onu da yadda 
saxlamaq  lazımdır  ki,  orta  əsrlər  Çin  elmi  təbiət  hadisələrini  təsvir  etməkdən  və  ya 
müəyyən şəraitlərdə hərəkət etmək üçün empirik göstərişlər yığımından ibarət idi. Hər 
bir  orta  əsr  elmi  kimi,  Çinin  ənənəvi  elmi  də  əsasən  humanitar  elm  idi.  Orta  əsrlər 
Çinin  fəlsəfi  tədqiqatlarının  başlıca  vəzifəsi  Konfutsi  kanonlarında  və  digər  qədim 
yazılı  mətnlərdə  olan  «həqiqəti»  təfsir  etməkdən  ibarət  idi.  Öz  ölkəsinin  və  qonşu 
ölkələrin  tarixinin  öyrənilməsi  Çində  qədim  zamanlardan  başlanmışdır.  «Sənədlər 
kitabı»  (Şutszin)  qədim  tarixə  aid  ilk  materiallar  məcmuudur,  onda  mifik 
hökmdarların sözləri ilə yanaşı, həm də Çin tarixinin tam real xadimlərinin ibrətamiz 
sözləri toplanmışdı. B.e.ə. I  əsrdə Çin  tarixçisi  Sıma Tsyan  «tarixi yazılar»  (Şşitszi) 
kitabını yazmışdı. Burada keçmiş epoxalar barədə çox sayda məlumatlar vardır.  


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   97




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə