Telman Orucov Çin qədim sivilizasiya və müasir möcüzələr ölkəsi



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə11/97
tarix28.11.2017
ölçüsü4,8 Kb.
#13088
1   ...   7   8   9   10   11   12   13   14   ...   97

24 
 
dərisindən,  yaxşı  emal  edildikdən  sonra  müxtəlif  məişət  əşyaları,  həmçinin  paltar 
məqsədilə istifadə olunurdu. 
Çinin əsas mənəvi mədəniyyətinin əsası b.e.ə. III minillikdə Huan Ho çayının 
vadisində yaşayan protoçin tayfalarının yazısız mədəniyyətində qoyulmuşdur. Bu vaxt 
çin  ənənəvi  naturfəlsəfəsinin  əsas  aparatları:  dünyanın  kişi  başlanğıcı  yan  və  qadın 
başlanğıcı  in,  dünyanın  beş  ilkin  elementləri  –  ağac,  metal,  torpaq,  su  və  od  işlənib 
hazırlanmışdır. Tarix hesabının və təqvimin yaradılması da həmin dövrə aiddir. Onlar 
göy  cisimlərinin  və  təbiətin  illik  dövrlərinin  müşahidələrinin  məlumatları  üzərində 
qurulurdu.  
Qədim çinlilər çox sayda ilahi qüvvələrə sitayiş edirdilər, lakin onların sitayiş 
etdikləri əsas predmet əcdadlar idi, onlara pərəstiş güclü ailə təşkilatlanması şəraitində 
meydana gəlmişdi. Bu ailələrin daxilində ictimai rolların dəqiq bölünməsi mövcud idi. 
Protoçin  tayfalarının  cəmiyyətində  həm  ailədə,  həm  də  dövlət  təşkilatlarında 
kiçiklərin  böyüyə  qeyd-şərtsiz  tabe  olması  adamlar  arasındakı  münasibətlərin  təməli 
idi.  
 
 
 
Konfutsi fəlsəfəsi 
 
B.e.ə. I minilliyin ikinci yarısında Çin fəlsəfəsinin əsas cərəyanları formalaşdı. 
Onlar  bu  ölkədə  ən  son  vaxtlaradək  fəlsəfi  və  ictimai  fikirin  inkişafının  əsası  kimi 
xidmət  göstərmişdir.  Çin  ənənəvi  fəlsəfəsi  müasir  ölkənin  də  ictimai  fikrinə  təsir 
göstərməkdə  davam  edir.  Çjou  epoxasının  fəlsəfi  məktəblərindən  hər  biri  öz  xüsusi 
ideyalar  kompleksini  işləyib  hazırlayırdı.  Bu  dövrün  bütün  məktəbləri  qədim  yazılı 
mətnlərin nüfuzunu etiraf edir, onları öz təlimlərinin mənbəyi hesab edirdilər.  
Konfutsinin  (b.e.ə.  551-479-cu  illər)  təlimi  hər  şeydən  əvvəl  əxlaq  və  etika 
problemlərini  işləyib,  hazırlayırdı.  Konfutsinin  özü  nəsil  əyanları  epoxasının  və 
«müharibə  aparan  çarlıqlar»  dövrünün  ideoloqu  olmaqla  hesab  edirdi  ki,  onun 
dövründə  mövcud  olan  adətlər  və  ictimai  qaydalar  qədim  Sya  sülaləsinin  (güman 
edildiyinə  görə  b.e.ə.  XXI-XV  əsrlər)  dövründəki  və  Çjou  sülaləsinin 
hakimiyyətindən  əvvəllərdəki  (Qərbi  Çjou,  b.e.ə.  1027-771-ci  illər)  həmin  adətlərin 
və  qaydaların  unudulması  nəticəsində  meydana  gəlmişdir.  Buna  görə  də  o,  müasiri 
olan hökmdarların vəzifəsini həmin sülalələrin banilərini təqlid etməkdə görürdü. 
 Ailədə  və  dövlətdə  qaydanın  əsasını  Konfutsi  hər  bir  adamın  ailə  və  ictimai 
münasibətlər  strukturunda  yerini  dəqiq  müəyyən  etməkdən  ibarət  olduğunu  hesab 


25 
 
edirdi.  Bu  qayda  cəmiyyətin  bütün  üzvlərinin  riayət  etməli  olduğu  «li»  ritual 
formasında  həyata  keçirilir.  İnsanlar  arasında  münasibətlərin  əsas  prinsiplərini 
Konfutsi  «jen»  –  insanı  sevmək  və  «i»  –  ədalət  kimi  elan  etmişdi.  Konfutsi 
cəmiyyətində bu, kiçiyin böyüyə hökmən tabe olmasının sərt  iyerarxiyasıdır.  Ailədə 
belə iyerarxiya «Syao prinsipi – oğul ehtiramı ilə təbəələr və hökmdarlar arasındakı 
münasibətlər,  «çjun»  prinsipi  –  ədalətlə  dəstəklənir.  Konfutsi  3  min  şagirdi 
öyrətmişdi, onlardan 72-si sonralar görkəmli şəxsiyyətlər olmuşdular.  
Daosizm fəlsəfi təlimi isə dünyanın ümumi problemlərini işləyib hazırlamışdı. 
Bu  təlimin  banisi  Konfutsinin  müasiri  olan  Lao  Tszı  hesab  olunur.  Daosizmə  görə, 
dunyanın  qaydasının  əsası  –  «dao»dur  –  yoldur  (buradan  da  təlim  öz  adını 
götürmüşdü). Yollarla – dao ilə göy, ulduzlar və planetlər, Yer, cansız əşyalar və canlı 
məxluqlar  gedirlər.  Bu  yolla  hərəkət  dəyişiləcəkdir.  Heç  nə  və  heç  kəs  ona 
qabaqcadan müəyyən edilmiş daodan kənara çıxa bilməz. İnsanların həyatında bütün 
bədbəxtliklərə  səbəb,  ona  qabaqcadan  göstərilmiş  daodan  kənarlaşmaq  cəhdindən 
əmələ gəlir. Ona görə də insanın vəzifəsi – öz fərdi daosunu dərk etmək – hökmdarın 
borcu  isə,  onun  ölkəsində  işlərin  və  hadisələrin  getdiyi  daonu  dərk  etməkdir.  Dao 
müəyyən mənada təbiətin qanunlarının sinonimi olduğuna görə daosizmin ardıcılları 
naturfəlsəfə ideyalarının işlənib-hazırlanması sahəsində çox işlər görmüşlər.  
Özünün  etik  təlimində  daosizm  ritual  və  cəmiyyətdəki  süni  konfutsiçilik 
iyerarxiyasının  əleyhinə  çıxırdı.  Onların  əksinə  o,  təbiət  dəyərləri  iyerarxiyasını 
qoyurdu.  İctimai  həyat  sonda  daosizm  doktrinası  olan  «uvey»  –  «fəaliyyətsizlik» 
prinsipini  irəli  sürürdü,  bu  da  insanın  hər  cür  fəaliyyətdən  imtina  etmək,  özü 
tərəfindən  inkişaf  etdirilən  həyata  «müdaxilə  etməmək»  demək  idi.  Bu  təlim  sosial 
utopiyanı  yaratdı,  elə  cəmiyyəti  ki,  orada  insanlar  kiçik  yaşayış  məntəqələrində 
yaşayır,  bütün  ictimai  işlər  birgə  görülür,  orada  yoxsulluq,  istismar  və  müharibələr 
yoxa  çıxmışdır.  Daha  bir  böyük  daosizm  əsərində  «Çjuan  Tszı»-da  şəxsiyyət 
haqqında,  həqiqətin  nisbiliyi  haqqında,  bədənin  və  ruhun  həyatı  haqqında,  ölüm  və 
ölümsüzlük (əbədilik) haqqında təlim işlənib hazırlanmışdır.  
Mo Tszının fəlsəfi təlimi Konfutsi məktəbinin işləyib hazırladığı eyni ideyalar 
kompleksindən bəhs edirdi. Konfutsidən fərqli olaraq Mo Tszı (b.e.ə. 479-381-ci illər) 
ailədə  və  cəmiyyətdə  insanlar  arasındakı  münasibətlərin  əsas  prinsipini  ümumi 
məhəbbət hesab edirdi, bu, adamların nəcib kişilərə və sadə adamlara bölünməsindən 
imtina etmək və onların bərabərliyini tanımaq mənasını verirdi. Şəxsi həyat sferasında 
Mo Tszı şəxsi istehlaka olan xərcləri azaltmağa çağırırdı, dəbdəbəli dəfnlərin əleyhinə 
idi, bunu isə Konfutsi ritualı tələb edirdi, həmçinin musiqi və əyləncələrə qarşı çıxırdı. 
İctimai  həyat  sferasında  o,  müdrikliyə  ehtiram,  bərabərliyə  hörmət  bəsləməyi, 


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   97




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə