Telman Orucov Çin qədim sivilizasiya və müasir möcüzələr ölkəsi



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə10/97
tarix28.11.2017
ölçüsü4,8 Kb.
#13088
1   ...   6   7   8   9   10   11   12   13   ...   97

21 
 
 
Sənaye 
 
ÇXR  respublikasının  mövcudluğunun  65  ili  ərzində  ölkənin  sənayesi  nəinki 
xeyli  inkişaf  etmişdir,  son  30  ildə  isə  bu  vaxtilə  geridə  qalmış  diyar  əsl  sənaye 
nəhənginə  çevrilmişdir.  Keçən  əsrin  80-ci  illərinin  başlanğıcına  ağır  sənaye 
məhsullarının  istehsalının  dəyəri  1949-cu  illə  müqayisədə  90  dəfə,  yüngül 
sənayeninki  isə  20  dəfə  artmışdı.  2014-cü  ilin  göstəricilərini  ÇXR-nin  ilk  illərinin 
göstəriciləri  ilə  müqayisə  etməyə  isə,  onlar  əslində  müqayisəedilməz  olduğundan 
ehtiyac da yoxdur.  
Çinin  yanacaq  balansının  əsasını  daş  kömür  təşkil  edir,  onun  payına  istehlak 
edilən enerji resurslarının əhəmiyyətli hissəsi düşür. Əhəmiyyətinə görə ikinci enerji 
mənbəyi  neftdir.  Ölkə  neftə  olan  ehtiyacının  2\3-nə  qədərini  öz  istehsalı  hesabına 
ödəyir.  Lakin  Çinin  bir  paradoksal  xüsusiyyəti  də  ondan  ibarətdir  ki,  neft  idxalı, 
ölkənin  öz  yataqlarında  istifadə  ediləndən  ucuz  başa  gəlir.  Bəzi  neft  məhsulları 
istehsalının  dəyəri  idxal  edilənlərdən  50%  yüksəkdir.  Ancaq  burada  digər  enerji 
növlərinə  də  böyük  diqqət  verilir.  2010-cu  ildə  Çin  güclü  külək  generatorlarının 
qoyulmasına görə ABŞ-ı ötüb, dünya liderinə çevrildi.  
Çində  öz  əsaslı  tikintisinə  gedən  sement  istehsalı  da  ABŞ-dan  dəfələrlə 
irəlidədir.  Çin  həm  də  ABŞ-ı  əvəz  edərək,  tikilmiş  və  tikilməkdə  olan  göydələn 
binaların sayına görə birinci yerə keçmişdir. Çanşa şəhərində hündürlüyü 838 m. olan, 
220 mərtəbəli «Səma şəhəri» adlanan göydələn inşa edilir ki, bu da Dubaydakı «Bürc 
əl-Xəlifə”ni də ötüb keçəcəkdir.  
ÇXR  olduqca  sürətli  templə  texnologiya  sferasını  inkişaf  etdirir  və  qeydə 
alınmış  patentlərin  miqdarına  görə  ABŞ-ı  xeyli  qabaqlayır.  Səmaaltı  ölkəsində 
istehsal edilən mallar faktiki olaraq dünya bazarını doldurmuşdur.  
Çin 
iqtisadiyyatının 
uğuru 
onun 
islahatlara 
və 
innovasiyalara 
istiqamətlənməsidir, onlar bütövlükdə dünya iqtisadiyyatının yenidən qurulması üçün 
də  zəruridir.  Çin  bürokratiyası  bazar  iqtisadiyyatının  bir  hissəsidir,  çünki  bu,  iş 
adamlarının fəaliyyətini xeyli asanlaşdırır.  
ÇXR-in  iqtisadiyyatı  son  üç  onillikdə  daim  və  sürətlə  artır,  ona  heç  bir  dünya 
böhranı  da  təsir  göstərə  bilmir.  XXI  əsrin  başlanğıcında  Çin  sənaye  məhsulunun 
istehsalına görə, həm də kosmik tədqiqatlara və nüvə silahına malik olan dövlət kimi 
dünyanın fövqəldövlətinə çevrilmişdir.  


22 
 
Çin öz təhsil sistemini inkişaf etdirmək qayğısına qalır, xaricdə (xüsusən ABŞ-
da  və  Yaponiyada)  çoxlu  tələbələr  oxutdurur,  texnologiya  idxalına  hər  cür  həvəs 
göstərir.  
 
 
 
Mədəniyyət: ənənələr və müasirlik   
 
 
Çinlilərin  (hanların)  və  Çinin  digər  xalqlarının  maddi  mədəniyyəti  ayrı-ayrı 
etnosların sosial-iqtisadi inkişaf prosesində bir  neçə min illər  boyu əmələ gəlmişdir. 
Çin  xalqlarının  maddi  mədəniyyətinin  formalaşmasında  məhsuldar  qüvvələrin  və 
istehsal  münasibətlərinin  qeyri-bərabər  inkişafının,  həmçinin  fiziki-coğrafi 
rəngarənglikdə öz əksini tapan ekoloji şəraitin spesifikası da öz rolunu oynamışdır.  
Müasir Çinin  ərazisi iki iri tarixi-etnoqrafik  regiona: Şərqi-Asiya və Mərkəzi-
Asiya  regionlarına  bölünmüşdür.  Birinciyə,  Çinin  bütün  şərq  əyalətləri,  ikinciyə 
Daxili  Monqolustan  muxtar  rayonu,  Qansu,  Tibet  və  Sintszyan  –  Uyqur  muxtar 
rayonlarının  böyük  hissələri  daxildir.  Şərqi-Asiya  regionunda  qədimdən  mülayim 
quraq  zonanın  əkinçilərinin  təsərrüfat-mədəni  tipi  üstünlük  təşkil  etmişdir.  Mərkəzi-
Asiya  tarixi-mədəni  regionunda  iki  vilayət;  Şimali-qərb  (Sintszyan-Uyqur)  və  Qərb 
vilayətləri  (Tibet)  seçilir.  Birincidə  mülayim  quraqlıq  qurşaqdakı  əkinçilər  qrupları 
köçəri heyvandarlarla qarşılıqlı əlaqədədirlər. Qərb vilayətində (Tibet) yüksək dağlıq 
təsərrüfat-mədəni  tipi  –  əkinçilik  və  heyvandarlıqla  məşğul  olanlar  üstünlük  təşkil 
edir.  
Şimali  Çinin  müxtəlif  xalqların  yaşayış  evi  çox  böyük  müxtəlifliyinə  görə 
fərqlənir.  Demək  olar  ki,  hər  yerdə  evlərin  tikintisində  gil  geniş  tətbiq  edilir.  Çin 
ənənəvi arxitekturasının qaydalarına görə karkas tipli evlər daşla üz çəkilmiş yüksək 
platformalarda ucalır. Damın uclarına çin arxitekturası üçün xarakterik olan yuxarıya 
əyilmə görünüşü verilir. Çin ənənəsinə görə binaya giriş cənub tərəfdən olur. Evlərdə 
mebel çox azdır, ancaq müxtəlif formada olan stollar və ev əşyaları üçün ağacdan olan 
sandıqlar xarakterikdir.  
Çinlilərdə  və  koreyalılarda  ət  xörəklərini  əsasən  donuz  və  toyuq  ətindən 
hazırlayırlar. Huey və uyqurlarda isə qoyun və mal əti çox işlədilir. Uyqurlarda plov 
çox  populyardır.  Çinlilərdə  və  koreyalılarda  çay  və  dəniz  balıqlarından, 
xərçəngəbənzərlərdən,  su  bitkilərindən  və  digər  «dəniz  nemətlərindən»  müxtəlif 


23 
 
xörəklər  hazırlamağa  üstünlük  verilir.  Hər  yerdə  tünd  qida  əlavələri  –  soya  sousu, 
qırmızı bibər, sirkə çox işlədilir.  
Çinlilərin və çox sayda digər xalqların evində bambuk çubuqlarından hörülmüş 
mebelə  və  qab-qaşığa  çox  rast  gəlinir.  Bu  xalqların  qida  ratsionunda  soyutma  düyü 
mühüm rol oynayır. Ölkənin cənubunun çox saydakı xalqları, xüsusən taylar tərəvəzi 
və  balığı  xüsusi  metodla  turşuya  qoyurlar.  Onlardan  tünd  iyi  və  dadı  olan 
özünəməxsus «paştet» hazırlayırlar. 
Yüksək  dağlıq  əkinçilərinin  qidasında  hər  cür  kökələr  (vələmir,  qarabaşaq, 
qarğıdalıdan  bişirilmiş)  əsas  yer  tuturdu.  Tibetdə  onları  arpa  tszambası  (qovrulub, 
sonra  bişirilən  arpa)  əvəz  edirdi.  Tibetlilər  qida  üçün  süd  məhsullarından,  xüsusən 
saxlanmış bişmiş inək südündən istifadə edirlər. Kərpic qara çay burada çox işlənir.  
Monqol,  türk,  bir  qədər  də  tunqus-mancur  xalqlarının  qidalanmasında  birinci 
yeri  soyutma  qoyun  əti  və  müxtəlif  süd  məhsulları  tutur.  Burada  da  ən  çox  yayılan 
içki  çaydır,  özü  də  başlıca  olaraq  kərpic  formasında.  Onu  adətən  südlə,  bəzən  hətta 
duz  və  yağla  içirlər.  Madyan  südü  kumıs  düzəltmək  üçün  istifadə  edilir.  Onların 
yaşayış  evi,  indi  də  bəzi  yerlərdə  bu  qalır,  şəbəkəli  karkası  olan  və  üstü  keçə  ilə 
örtülmüş,  bir  yerdən  başqa  yerə  daşınan  alaçıq-yurtadır.  Məişətdə  ən  müxtəlif 
məqsədlər  üçün  də  keçədən  istifadə  olunur.  Qab-qacaqların  arasında  dəri,  bəzən  isə 
ağac  və  metal  məmulatlar  başlıca  rol  oynayır.  Gil  qablara  rast  gəlinmir.  Çünki  köç 
edəndə  onlar  çox  tez  qırılırlar.  Amma  tuluq  tipindəki  dəri  qablar  çox  geniş 
yayılmışdır. 
Şimali və Qərbi Tibetin uca dağ yaylalarında daha bir özünəməxsus təsərrüfat-
mədəni  tip  –  yüksək  dağ  heyvandar  -  köçəriləri  meydana  gəlmişdir.  Burada  əsasən 
yak yetişdirilir, bu bədəni sıx və uzun yunla örtülmüş və Tibetin sərt iqliminə yaxşı 
uyğunlaşmış  heyvandır.  Yakların  yunu  keçə  və  yun  parçalar  hazırlanması  üçün, 
onların  dərisi  isə  ayaqqabı  və  digər  məişət  əşyaları  düzəltmək  üçün  istifadə  olunur. 
Əti və südü qida üçün, peyini isə yanacaq kimi işlədilir. Onlar nəqliyyat vasitəsi kimi, 
xüsusən, yük daşımaq üçün tətbiq olunur. Yüksək dağ heyvandarlarının əsas yaşayış 
evi  bir  yerdən  başqa  yerə  daşınan  düzbucaqlı  alaçıqdır.  Etnoqrafik  ədəbiyyatda  bu, 
«qara çadır» kimi məşhurdur. Evin ortasında ocaq yerləşir, o, eyni zamanda həm qida 
hazırlamaq, həm də evi qızdırmağa xidmət edir. Qidalarında soyutma ət, piy, əridilmiş 
yağ, qatıq mühüm yer tutur.  
Neolit  dövrlərindən  mancurların,  bəzən  isə  Amur  hövzəsində  yaşayan 
tunqusların əcdadlarında mülayim qurşağın iri çaylarının sahillərində oturan balıqçılar 
təsərrüfat- mədəni tipi inkişaf etmişdir. Onlar başlıca olaraq torpaqları və çay axınını 
dayandırmaq  üçün  cürbəcür  süni  maneələrin  köməyi  ilə  qızıl  balıq  tuturlar.  Balığın 


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   97




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə