Telman Orucov Çin qədim sivilizasiya və müasir möcüzələr ölkəsi



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə13/97
tarix28.11.2017
ölçüsü4,8 Kb.
#13088
1   ...   9   10   11   12   13   14   15   16   ...   97

29 
 
Təhsil, ibtidai tədris kitabı  olan «Üç söz» üzrə heroqlif  yazısını öyrənməkdən 
başlayırdı. İkinci tədris kitabı «Min söz» idi. Hər iki kitab əzbər öyrənilirdi və onların 
dəfələrlə  yenidən  üzü  köçürülürdü.  Onların  məzmunu  tam  mənimsənildikdən  sonra, 
şagird 4 min işarədən ibarət olan çin heroqlif yazısına yiyələnirdi və ənənəvi təhsilinin 
əsas  hissəsinə  –  Konfutsi  kanonunu  öyrənməyə  başlamalı  idi.  Lakin  obyektiv 
çətinliklərlə əlaqədar olaraq Orta əsrlər Çinində təhsil cəmiyyətin yalnız daha imkanlı 
təbəqələrinin imtiyazı idi.  
Şagirdlərin  dövlət  imtahanlarına  bilavasitə  hazırlaşdırılması  üçün  xüsusi 
müəllimlər  və  ali  məktəblər  mövcud  idi.  Təhsilin  bu  mərhələsində  dərslərin  başlıca 
məzmunu  klassik kitabların öyrənilməsi idi. Yalnız möhkəm biliklərə yiyələndikdən 
sonra şagirdlər dövlət imtahanlarını verə bilərdilər.  
Qəza şəhərində uğurlu imtahandan sonra şagird «syutsay» dərəcəsini alırdı, bu, 
ona  bəzi  ictimai  imtiyazlar  verirdi.  Sonraki  dərəcəni  –  «tczyuyjen»i  almaq  üçün 
əyalətin baş şəhərində imtahanı yaxşı vermək lazım idi, bu imtahan isə iki-üç ildən bir 
təşkil  edilirdi.  Kim  bu  dərəcəni  alırdısa,  o,  dövlət  idarəçiliyinin  yerli  aparatında 
xidmətə  girə  bilərdi.  Yüksək  alim  dərəcəsi  olan  «Tszinşi»ni  almaq  üçün  imtahanlar 
paytaxtda  keçirilirdi.  Burada  uğurlu  imtahan  verənə  dövlət  idarəçiliyinin  mərkəzi 
aparatına daxil olmaq yolu açılırdı. 
Təhsilin belə sistemi təbiət elmləri və matematika dövrəsi elmləri üçün heç bir 
hazırlıq vermirdi. Bu isə elmin vəziyyətinə məhvedici təsir göstərirdi. 
Yalnız 1905-ci ildə dövlət imtahanları ləğv edildikdən sonra Avropa tipli yeni 
təhsil  sisteminin  yaradılmasına  başlandı.  1966-1969-cü  illərdəki  «Mədəni  İnqilab» 
dövründə Çində təhsil sistemi faktiki olaraq işləmirdi.  
Çin  ədəbi  ənənəsinin  mənbələri,  b.e.ə.  I  minilliyin  başlanğıcında  qədim  Çin 
tayfalarının  şifahi  xalq  yaradıcılığı  idi.  Bu  vaxt  şeir  ənənəsi-  tanınmayan  müəlliflər 
tərəfindən yazılmış xalq mahnıları və ritual mahnılar meydana gəldi. Bu vaxt həm də 
tarixi  rəvayətlərin  daxil  olduğu  nəsr  ənənələri  mövcud  idi.  Konfutsi  və  onun  bəzi 
şagirdləri  onları  işlədilər  və  onlara  «Şeirlər  kitabı»  və  «Sənədlər  kitabı»  formasını 
verdilər.  
Çin ədəbiyyatının ən qədim müəllif əsəri «Çu sətirləri»dir. Onun müəllifi Tsyui 
Yuan  (b.e.ə. 340-279-cu illər) əslində «Şeirlər kitabı»nın  poetik  ənənəsini bilavasitə 
davam etdirmişdi.  
Tan sülaləsi epoxası Çin poeziyasının qızıl dövrü hesab olunur, bu vaxt dünya 
şöhrətli şairlər – Li Bo, Du Fu, Lyu Tszunyuan, Men Xaojan meydana gəlmişdi. Çin 
ədəbi dili məşhur mədəniyyət xadimi Han Yuy (768-824-cü illər) tərəfindən islahata 
uğradılmışdı. O, qədim poetik əsərlərin dilinə və üslubuna qayıtmağa çağırırdı.  


30 
 
Sonrakı  tarixi  epoxalarda  tədricən  bayxua  danışıq  dilində  ədəbiyyat  sferasının 
funksiyalarının  genişlənməsi  başlandı.  Həmin  dildə  indiyədək  Çində  populyar  olan 
«Üç  çarlıq»,  «Çay  kiçik  körfəzi»,  «Qərbə  səyahət»,  «Qızıl  vazada  gavalı  çiçəkləri», 
«Qırmızı evdə yuxu» romanları meydana gəldi. Bu romanlar digər əsərlərlə birlikdə 
gec orta əsrlərin əsas mütaliə dairəsini təşkil edirdi.  
XIII-XIV  əsrlərdə  Çin  teatrı  öz  inkişafının  ən  yüksək  səviyyəsinə  çatdı.  Bu 
dövrdə indi də klassik dram teatrının repertuarında qalan pyeslər yaradıldı. Çin teatrı, 
müxtəlif  təhsil  və  mədəni  səviyyəsi  olan  tamaşaçıların  anlaması  üçün  iki  variantda 
mövcud  idi:  yerli  drama,  bu,  yerli  dialektlərdə  oynanılırdı  və  paytaxt  Pekin  musiqi 
dramı.  İlk  musiqi  teatrları  XIV-XV  əsrlərdə  yaranmışdı,  onların  melodiyası  digər 
rayonların  da  musiqisinə  həlledici  təsir  göstərən  Şərqi  Çin  musiqi  folkloruna 
əsaslanırdı. 
Çin  klassik  teatrında  aktyorlar  dörd  ampluada  –  qəhrəman,  qəhrəman  qadın, 
kişi  personajında  və  komik  personajda  çıxış  edirdilər.  Pekin  musiqi  teatrı  diqqətlə 
hazırlanmış  mimikadan,  jestdən,  səhnə  hərəkəti  manevrindən  ibarət  idi.  Belə  aktyor 
oyununa görə Pekin teatrı praktiki olaraq dekorasiyasız keçinirdi: dram personajının 
əlindəki  qamçı  at  çapmaq  mənasını  verirdi,  fənər  hadisənin  gecə  vaxtı  getdiyini 
göstərirdi,  üstündə  təkər  rəsmi  olan  bayraq  faytonda  getməyi  bildirirdi.  Səhnədə 
rekvizitin minimum sayda olması tamaşaçının diqqətini aktyora cəlb edirdi. Səhnədə 
kostyumun  da  rolu,  oyun  üslubu  kimi  şərti  idi.  Aktyorlar  səhnədə  Min  sülaləsi 
epoxasının (XIV-XVII əsrlər) təntənəli hadisələr üçün olan paltar nümunələrində çıxış 
edirdilər.  İmperatorların,  sərkərdələrin,  müxtəlif  dərəcəli  məmurların,  əyanların  və 
varlı  adamların  və  sadə  adamların  geyindiyi  xüsusi  kostyumlar  mövcud  idi.  Teatr 
qrimi də rəng simvolizmi üzərində qurulurdu: qırmızı rəng sədaqəti, ağ – məkri, qara 
–  igidliyi  və  gücü,  göy  –  qəddarlığı  rəngləndirirdi.  Qızıl  və  gümüş  boya 
müqəddəslərin,  allahların,  şeytanların  və  sairənin  ənənəvi  qriminin  ayrılmaz  hissəsi 
idi. 
Çin  rəngkarlığı  qədim  ənənələrə  malikdir,  onun  əsası  b.e.ə.  I  minilliyə  gedib 
çıxır.  Erkən  Çin  təsviri  sənəti  tətbiqi  xarakter  daşıyırdı.  Bu  sənətin  elementlərini 
həmin dövrün mürəkkəb  və nazik  keramikasında və bürüncündə tapmaq olar. Lakin 
təsviri sənət fərdi yaradıcılıq işi kimi yalnız b.e. III əsrindən sonra meydana gəldi. Çin 
təsviri  sənətinin  inkişafına  buddizm  öz  irəli  çıxmış  ikonoqrafiyası  –  Buddizm 
panteonunun  ilahi  qüvvələrinin  rəngkarlıq  və  heykəltəraşlıq  plastik  təsvirləri  ilə 
böyük  təsir  göstərmişdi.  Məhz  bu  dövrdə  Çində  təsviri  sənətin  növü  kimi 
heykəltəraşlıq meydana gəlir. Lakin əsas diqqət rəngkarlığa verilirdi.  


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   97




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə