Telman Orucov Çin qədim sivilizasiya və müasir möcüzələr ölkəsi



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə7/97
tarix28.11.2017
ölçüsü4,8 Kb.
#13088
1   2   3   4   5   6   7   8   9   10   ...   97

15 
 
70-ci  illərin  ortalarında  kənd  təsərrüfatının,  sənayenin,  elmin  və  texnikanın 
hərtərəfli  modernləşdirilməsi  xətti  elan  edildi,  bu,  “dörd  modernləşhdirilmə» 
adlanırdı.  Bu  plana  görə  Çinin  2000-ci  ilə  dünyanın  iqtisadi  cəhətdən  qabaqcıl 
ölkələrinin səviyyəsinə çatması nəzərdə tutulurdu. Bu məqsədə nail olunmaqla Çinin 
milli  gəlir,  sənaye  və  kənd  təsərrüfat  məhsullarının  istehsalı  həcminə  görə  dünya 
ölkələrinin birinci cərgəsinə çıxması planlaşdırılırdı.  
ÇXR iqtisadiyyatı üçün kənd təsərrüfatının böyük əhəmiyyəti bir sıra şərtlərlə 
müəyyən  olunur.  Bu  sahə  ərzaq  mallarının,  həmçinin  yüngül  sənayeni  xammalla 
təmin  etməyin  başlıca  mənbəyidir.  Kənd  təsərrüfatında  Çinin  əvvəllər  ixrac 
resurslarının  xeyli  hissəsi  istehsal  edilirdi.  Çinin  kənd  təsərrüfatında  ənənəvi  olaraq 
taxılçılıq  istiqamətinin  çox  seçildiyi  əkinçiliyə  olan  meyl  daim  şox  güclü  olmuşdu. 
Burada  bitkiçilik  kənd  təsərrüfatının  aparıcı  sahəsidir,  heyvandarlıq  isə  köməkçi 
təsərrüfatdır. Çində əkinlər ərazinin 1\10-ni; meşə ilə örtülü sahələr 1\8-ni; otlaqlar isə 
1\3-ni  tutur.  Çin  kəndliləri  əsrlərlə  isti  və  rütubətli  iqlimi  olan  çay  vadilərindən, 
həmçinin ölkənin çərqindəki münbit torpaqlardan istifadə etmiş və onları becərmişdir. 
Düzənlik,  əsasən  şərq  vilayətlərindəki  sahələr  Çin  ərazisinin  yarısından  azını  təşkil 
etməklə,  orada  əkin  sahələrinin  9\10-u  yerləşir,  1\10-i  sə  qərb  əyalətlərinin  payına 
düşür.  Böyük  Çin  düzənliyi  daha  çox  əkilmişdi,  bura  ölkə  əkinçiliyinin  ən  qədim 
ocaqlarından biridir. Yantszı çayının deltasındakı ərazi də əsasən əkilmişdir. Burada 
becərməyə  yararlı  hər  kiçik  torpaq  parçasından  istifadə  olunur.  Əkinə  yararlı  xam 
torpaqların  sahəsi  35  milyon  hektar  olmaqla  əkin  fondu  üçün  olduqca  böyük 
ehtiyatdır.  
Laterit  torpaqlar  (onlar  rütubətli  tropik  meşələrin  altında  formalaşır)  texniki 
bitkilər  üçün  xüsusən  yararlıdır.  Belə  torpaqlarda  bütün  pambıq  məhsulunun  70%-i 
istehsal  edilir.  Laterit  torpaqlarda  həmçinin  çay  plantasiyalarının  50%-i  yerləşir. 
Onlarda    həmçinin  barama  istehsalı  üçün  yarpaqları  xammal  olan  tut  ağacı  və 
həmçinin meyvə ağacları yaxşı böyüyür. Lakin əhalinin artması şəraitində adambaşına 
düşən  əkinçilik  sahəsi  ölçülərinin  azalması  baş  verir.  Mövcud  əkin  fondunun 
məhsuldarlığının  artırılması  imkanları  hələ  də  qüvvədə  qalmaqdadır.  Əsas  əkinlər 
əkinçilik  üçün  bir  sıra  əlverişli  cəhətləri  ilə  –  vegetasiya  dövrünün  uzun 
müddətliliyinə imkan verən, əsasən yazda yağan yağışların bolluğu və yaxşı torpaqları 
ilə  fərqlənən  rayonlarda  yerləşir.  Bu  ərazilərin  xeyli  hissəsində  il  ərzində  iki,  uzaq 
cənubda  isə  hətta  üç  bitkiçilik  məhsulu  götürməyə  imkan  verir.  Nəticədə  faktiki 
olaraq səpin sahəsi əkin sahəsindən demək olar ki, 1,5 dəfə çox olur.  
Çində bitkiçiliyin məhsuldarlığını yüksəltməyin ən əsas vasitələrindən biri süni 
suvarmadır.  Ölkənin  mərkəzi  və  cənub  rayonlarında  geniş  suvarma  və  drenaj 


16 
 
sistemlərinin  tikintisi  bu  ərazilərdə  kənd  təsərrüfatının  əsas  sahəsi  olan  düyüçülüyü 
qoruyub  saxlamağın  və  inkişaf  etdirməyin  mühüm  şərti  kimi  xidmət  edir.  Süni 
suvarma xüsusən ildə iki dəfə məhsul götürmək üçün zəruridir. Suvarılan torpaqlarda 
bir qayda olaraq məhsuldarılq quru dərə torpaqlarına nisbətən 2-2,5 dəfə yüksək olur. 
Bundan başqa, hidrotexniki qurğuların tikintisi olmadan kənd təsərrüfatını quraqlıq və 
daşqınlar təhlükəsindən qorumaq da mümkün olmazdı.  
Çin  dünyanın  iri  dövlətləri  arasında  əkin  fondunda  suvarılan  sahələrin  payına 
görə  qədimdən  fərqlənirdi.  Hazırda  bütün  əkin  torpaqlarının  beşdə  birinə  yaxını 
suvarılır.  Əkinçiliyin  quraqlıqdan  əziyyət  çəkdiyi  Böyük  Çin  düzənliyində  suvarma 
üçün əsasən subartezian quyularından çıxarılan sudan istifadə olunur. Kənd təsərrüfatı 
su  istehlakına  görə  Çin  iqtisadiyyatının  ən  böyük  sahəsi  hesab  olunur.  Ancaq  suyun 
praktiki olaraq izafi miqdarı yalnız Yantszı çayı hövzəsində mövcuddur.  
Torpağın  uzun  əsrlər  ərzində  intensiv  istifadə  edilməsi,  onun  münbitliyini 
qoruyub saxlamaq üçün fasiləsiz olaraq qayğı göstərməyi tələb edir. Son onilliklərdə 
mineral  gübrələrin  tətbiqi  xeyli  artmışdır,  onların  çatışmaması  əvvəllər  əsasən  yerli 
gübrələrin  istifadəsi  hesabına  ödənilirdi.  Ölkədə  yerli  üzvi  gübrələrin  onlarla 
növündən  istifadə  olunur.  Onların  ümumi  həcmi  isə  olduqca  böyük  rəqəmdə  ifadə 
olunur.  Çində  istifadə  edilən  əkinçilik  sistemi  (bir  sahədə  eyni  vaxtda  müxtəlif 
bitkilərin  becərilməsi,  torpaq  sahələrinin,  xüsusən  düyü  əkən  rayonlarda  xırda 
hissələrə bölünməsi) kənd təsərrüfatı texnikasının tətbiqini xeyli çətinləşdirir.  
Çində  ən  mühüm  taxıl  bitkisi  düyüdür.  Əkin  sahələrinin  xeyli  hissəsini  düyü 
tarlaları tutur, taxıl istehsalının yarısı onun payına düşür. Düyüçülüyün əsas rayonları 
Huan Ho çayından cənubda yerləşir. Bu hər şeydən əvvəl Yantszı hövzəsidir ki, orada 
düyü əkinlərinin 2\3 hissəsi toplanmışdır, həm də cənub dənizkənarıdır. Düyüçülüyün 
ayrı-ayrı ocaqları Huay Ho çayından şimalda da vardır, Koreya-Çin sərhədi boyunda 
və Amur çayının hövzəsindədir.  
Çin  dilində  «yemək»  sözünə  bir  yox,  iki  söz  uyğun  gəlir  –  «çi  fan»,  hərfi 
mənada bu, «düyü yemək»  deməkdir.  Səhər  yeməyi çin  dilində «tszao fan» adlanır, 
bu, «erkən düyü» mənasını verir, nahar «u fan» və ya «günorta düyüsü», şam yeməyi 
isə  «van  fan»  və  ya  «gec  yeyilən  düyü»nü  bildirir.    Etimologiyaya  azacıq  nəzər 
saldıqda bu qida növünün  çinlilərin  həyatında necə böyük  rol oynadığı məlum olur. 
Düyü  Çinin  mərkəzi  və  cənub  rayonlarında  yaşayan  yüz  milyonlarla  insanın  qida 
maddəsidir. Onun çatışmaması qida ratsionuna hökmən öz mənfi təsirini göstərir.  
Düyüçülük ölkədə uzaq qədimdən inkişaf etməyə başlamışdır. Düyü bitkisinin 
becərilməsi bir sıra şərtlərlə bağlıdır. Düyü qiymətli ərzaqdır, qidalılığına görə dənli 
bitkilər arasında buğdadan sonra ikinci yeri tutur. Ən mühüm cəhət isə odur ki, heç bir 


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   97




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə