Telman Orucov Çin qədim sivilizasiya və müasir möcüzələr ölkəsi



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə4/97
tarix28.11.2017
ölçüsü4,8 Kb.
#13088
1   2   3   4   5   6   7   8   9   ...   97


 
muxtar  rayonundadır.  Onlar  əsasən  mal-qara  saxlayır,  həmçinin  ərzaq  təchizatı 
naminə ovçuluqla məşğul olurlar. Tibetlilərin əsas dini  buddizm - lamaizmdir.  
Han çinliləri əsasən şəhərlərdə və münbit çay vadilərində fəaliyyət göstərirlər, 
azlıqlar  isə  öz  yaşayışlarını  təmin  etmək  üçün  kənd  təsərrüfatının  primitiv 
formalarından və ya öz mal-qaralarını dağ yamaclarında və dağlarda otarmaqla bağlı 
olan  istehsaldan  asılıdırlar.  Onların  zonalarının  şaquli  yaşayış  sahəsinə  görə 
bölünməsinə  gəldikdə,  adətən  onlar  nə  qədər  hündür  ərazilərdə  yaşayırlarsa,  həyat 
yolları da müvafiq qaydada mürəkkəb olur.  
Altay  dil  ailəsinə  daxil  olanlar  üç  qrupa  bölünürlər:  türk,  monqol  və  mancu-
tunqus qollarına. Türk dilində danışanlar arasında uyqurlar 8 milyondan çox olmaqla, 
ən  böyük  azlığı  təşkil  edirlər.  Qazaxlar  və  qırğızlar  isə  öz  xalqlarının  müstəqil 
dövlətləri ilə sərhəddə yaşayırlar və islam dininə sitayiş edirlər. Onlar əsasən köçəri 
çobanlardır.  Burada  tayfa  təşkilatına  məxsus  izlər  hələ  də  nümayiş  etdirilir.  Bu 
əhalinin  əksəriyyəti  daxili  Monqolustan  muxtar  regionunda  yaşayır,  onların  çoxu 
tayfa  bölgüsünü  və  çobanlıq  məşğuliyyətini  saxlasa  da,  1970-ci  illərdən  çox  sayda 
monqol  oturaq  kənd  təsərrüfatına  keçmişdir.  Az  sayda  adam  öz  gəlirləri  üçün 
ovçuluqla və xəz əldə etmək üçün tələ qurmaqla məşğul olur.  
Ölkənin  daxilində  miqrasiya  əhalinin  yerləşməsində  mühüm  əhəmiyyətə 
malikdir. Sıx əhalisi olan əyalətlərin sakinləri az istifadə olunan və seyrək əhalisi olan 
rayonlara köçürlər. Tarixin gedişində sülalələrin dəyişilməsi, sərhəd rayonlarında boş 
qalmış  torpaqların  axtarışı,  əyalətlər  daxilində  köçürmə  siyasətinin  aparılması 
nəticəsində müxtəlif milli azlıqların nümayəndələri daim miqrasiya edirdilər, indi isə 
qarışıq və ya kompakt icmalar şəklində yaşayırlar. Milli azlıqların 10 milyondan artıq 
nümayəndəsi  Çinin  bütün  bucaqlarında  qarışıq  qruplarla  yaşayır  və  hətta  bu  kiçik 
etnik icmalar hanlarla çuğlaşmışşlar.  
Hanlar öz danışıq və yazı dilinə –çin dilinə malikdirlər. Bu dildən ölkədə, həm 
də  onun  sərhədlərindən  kənarda  istifadə  olunur.  Hanların  yaşadıqları  ərazilər  bir 
qayda  olaraq  milli  azlıqların  məskunlaşdığı  rayonlara  nisbətən  daha  yaxşı  inkişaf 
etmişdir. Bunun da səbəbi ondadır ki, millətlərin sosial inkişafı müxtəlif tarixi, coğrafi 
və  sosial  şəraitlərdən  asılı  olaraq  qeyri-bərabər  idi.  Ölkə  azad  olana  qədər  han 
rayonlarının  feodal  iqtisadiyyatı  kənd  təsərrüfatı  istehsalına  əsaslandığından  və 
kapitalist  təsərrüfatçılığı  elementlərindən  istifadə  etdiyindən  kifayət  dərəcədə  yaxşı 
inkişaf  etmişdi.  Milli  azlıqların  əsas  iqtisadi  mərkəzlərdən  aralı  yaşadığı  rayonlarda 
isə  təsərrüfatın  patriarxal  qaydada  aparılması  saxlanılırdı,  məsələn,  bəzi  xalqlarda 
meşələri  qırıb,  yandırma  əkinçiliyi,  monqollarda,  tibetlilərdə,  qazax  və  uyqurlarda 
köçəri  heyvandarlıq,  şimal  xalqlarında  isə  ovçuluq  yayılmışdı.  ÇXR  yaranana  qədər 



 
milli azlıqlar sosial-iqtisadi inkişafın aşağı səviyyəsində idilər. Demək olar ki, onların 
hamısı  kapitalist  formasiyasına  qədər  olan  şəraitlərdə  yaşayırdılar.  Tibetlilərdə  və 
bütün  xalqlarda  feodal  təhkimçilik  hüququ  ağalıq  edirdi.  Primitiv  icma  sisteminin 
qalıqlarını oroçonlar, evenklər kimi şimal xalqlarında görmək olardı. 
Çin yazısı heroqlifə əsaslanır, bu yazıların işarəsi səmərəli deyil, onun daşıdığı 
linqvist vahidin mənasını bildirir. Heroqlif yazısının bu xüsusiyyəti onu universal yazı 
vasitəsinə  çevirir  və  müxtəlif  dialektli  Çində  ünsiyyətin  çətinliyini  asanlaşdırır. 
Heroqlif  və  bütün  Çin  üçün  yazılı  ədəbi  dil  olan  venyan  həmişə  ünsiyyətin  yazı 
vasitələrinin rahat kompleksi kimi çıxış etmiş və ölkənin linqvist birliyinin rəmzi kimi 
xidmət etmişdir. Çin heroqlif yazısının bu funksiyası indi də qalır. Şifahi ünsiyyətdə 
bir-birini  yaxşı  və  ümumiyyətlə  anlamayan  adamlar  vahid  yazı  dilinə  görə  təmasda 
heç bir çətinlik çəkmirlər. Çin kinofilmlərinin ölkədə nümayiş etdirilməsi üçün onlar 
hökmən  heroqlif  subtitrlərlə  müşayiət  olunurlar  və  bu,  filmin  bütün  əhali  tərəfindən 
yaxşı başa düşülməsinə şərait yaradır.  
Çin heroqlif yazısı III əsrin sonunda müasir görünüşü almışdır. Həmin vaxtdan 
1956-cı  ilədək  onun  işarələrinin  standart  cızılması  dəyişməmişdir,  bu  da  onun  bütün 
zamanlar üçün – panxron (daimi) vasitə xüsusiyyətinə yiyələnməsinə səbəb olmuşdur. 
Beləliklə,  Çin  yazı  ənənəsinin  mövcud  olduğu  istənilən  dövrdəki  mətnləri  asanlıqla 
oxumaq imkanı yaranırdı.  
Çin  yazısı  digər  heroqlif  yazılar  kimi  çox  sayda  işarələrdən  ibarətdir.  Bu 
işarələrin  sayı  durmadan  artır.  Əgər  IX  əsrin  Çin  lüğətində  10  min  işarə  var  idisə, 
XVIII əsr lüğətində 45 min, müasir lüğətdə isə 50 min işarə vardır. Ancaq daha çox 
işlənən  işarələrin  sayının  həmişə  təqribən  7  min  olduğu  qəbul  edilirdi.  Savadsızlığı 
ləğv etmək sistemində öyrənməyin rəsmi minimumu kəndlilər üçün 1,5 min, fəhlələr 
və qulluqçular üçün 2 min işarəni mənimsəməkdən ibarət idi. İbtidai təhsil alanlar 3,5 
min heroqlifi bilməlidirlər.  
Çin yazısının işarəsi ya bir qrafik elementdən, yaxud da onların iki və ya daha 
çox  birləşməsindən  ibarətdir.  İşarə  xətlərinin  sayı  33-ə  çata  bilər,  bu  da  heroqlifi 
tanımaq,  mənimsəmək  və  təsvir  etməkdə  çətinliyə  səbəb  olur.  Ona  görə  də  heroqlif 
yazısı  savadlılığın  yayılmasında  və  Çin  xalqının  mədəni  səviyyəsinin  yüksəldilməsi 
yollarında mühüm maneə rolunu oynayır. Yazı islahatının əsas yolu onun işarələrinin 
sadələşdirilməsi  hesab  olunur.  XIX  əsrin  sonlarında  əlifba  yazısının  yaradılmasına 
cəhd edilmişdi. Lakin təklif edilən bu köməkçi vasitə ancaq 1955-ci ilə qədər mövcud 
olmuşdu.  Çinli  olmayan  xalqlardan  yalnız  tibet,  uyqur  və  monqol  dilləri  köhnə 
yazılardan  istifadə  edir.  Tibet  əlifbası  VII  əsrdən  qədim  uyqur  əlifbasından 


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   97




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə