Telman Orucov Çin qədim sivilizasiya və müasir möcüzələr ölkəsi



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə93/97
tarix28.11.2017
ölçüsü4,8 Kb.
#13088
1   ...   89   90   91   92   93   94   95   96   97

199 
 
xətlərlə,  hücumlarla  –  müdafiələr  adlanan  fərqli  nümunələrlə  cavab  verir.  Onların 
seçdikləri kurs şahmatda istifadə  olunan giriş nəzəriyyəsinə uyğun gəlir və onlar bu 
tətbiq  qaydasına  görə  müxtəlif  terminlərlə  adlanırlar:  məsələn,  Siciliya  müdafiəsi, 
Karo-kann  müdafiəsi,  hind  müdafiəsi  və  s.  Xüsusi  girişin  seçilməsi  əvvəlki 
təcrübələrə,  həm  də  dəblərə  əsaslanır  və  bu,  oyunun  ortası  üçün  strateji  əhəmiyyət 
daşıyır.  
Oyunun  ortasında  rəqiblər  maddi  qüvvələri  səfərbərliyə  almağı  başa 
çatdırdıqda,  qalibiyyət  strategiyasını  seçə  bilərlər.  Bu  faza  oyunun  ən  dinamik 
mərhələsi  hesab  olunur.  Taktika  və  strategiya  elementilərindən  istifadə  və 
kombinasiyaların  həyata  keçirilməsi  ilə  qarşıya  qoyulan  praktiki  niyyətlərə  cəhd 
edilir.  
Oyunun  final  fazasına  o  vaxt  daxil  olunur  ki,  artıq  kombinasiya  hücumları 
nəticəsində  fiqurlar  xeyli  azalmış  olur.  Oyunçu  piyadasının  çoxluğuna  xüsusi 
qənaətcilliklə  yanaşır  və  ya  qələbəyə  nail  olmaq  üçün  məkanda  böyük  üstünlüyə 
malik olur. Bəzən isə uduzulan oyun ağıllı qaydada müdafiə olunmaq vasitəsi ilə heç-
heçəyə  gəlib  çıxa  bilər.  Bu  həmin  fazadır  ki,  onda  şah  çox  aktiv  rol  oynaya  bilər, 
özünü  müdafiəsi  üçün  olan  qüvvələrə  rəğmən,  həm  də  öz  uğurlu  gedişlərinə  bel 
bağlamalı olur.  
Əgər  oyunçu  «Mən  fiqurları  düzəldirəm»  sözlərini  deyib,  xəbərdarlıq 
etməyibsə, əli dəydiyi fiqur hökmən ya oynanılmalı, ya da əsir götürülməlidir. Həm 
də başa çatmış gediş geri qaytarıla bilməz.  
Turnir  oyunlarında  hər  bir  oyunçu  verilən  müəyyən  vaxt  ərzində  qaydaya 
uyğun  sayda  gediş  etməlidir.  Bu  əvvəlcədən  razılaşdırılır  və  bu  zaman  kəsimi  vaxt 
limiti  adlanır. Əgər oyun, bağlanmış şərtə görə olan vaxt ərzində başa çatmırsa, təxirə 
salınır. Vaxt limiti çərçivəsinə əməl etməyən oyunçu məğlub hesab edilir.  
Əlbəttə,  müasir  şahmatçılar  həm  də  bu  peşələri  ilə  maddi  vəziyyətlərini 
qaydaya salır, bəziləri isə hətta var-dövlətə yiyələnirlər. Lakin keçmişin ən görkəmli 
şahmatçıları, hətta bəzi dünya çempionları da heç də maddi cəhətdən yaxşı vəziyyətdə 
olmurdular.  İlk  dünya  çempionu  olan  Vilhelm  Steynits  1900-cü  ildə  Nyu-Yorkda 
ölərkən kasıb, səfil həyatı sürürdü.  
Şahmat  bir  sıra  görkəmli  dövlət  xadimlərinin,  sərkərdələrin,  siyasətçilərin  də 
diqqətini  cəlb  edirdi.  Mərkəzi  Asiyada  Çingiz  xandan  sonra  ikinci  nəhəng  imperiya 
yaratmış Əmir Teymur (Teymurləng və ya Tamerlan) savadsız olsa da, yaxşı şahmat 
oynayırdı. Amerika Birləşmiş Ştatlarının məşhur prezidentləri olan Corc Vaşinqton və 
Abraham  Linkoln  da  şahmatçı  idilər.  Prussiya  kralı  Böyük  Fridrix  filosof  Volterlə 
məktubla şahmat oynayırdı. Rusiya imperatriçəsi Böyük Yekaterina da şahmata həvəs 


200 
 
göstərirdi.  Fransa  inqilabının  rəhbərləri  Marat  və  Robespyer  şahmata  fanatikcəsinə 
vurulmuşdular. Napoleon güclü oyunçu olmasa da, şahmatın həvəskarı idi. Görkəmli 
inqilabi  nəzəriyyəçilər  və  praktiklər  olan  Marks,  Lenin,  Mahatma  Qandi,  Stalin  də 
yaxşı oyun nümayiş etdirirdilər. Böyük rus şairi A. S. Puşkin həyatının sonuna qədər 
şahmata ciddi maraq göstərmişdi, “Yevgeni Onegin” poemasında da şahmat oyununu 
təsvir etmişdi.  Özünün son partiyasını o, knyaz Meşşerskinin evində qonaq olarkən  
ölümünə səbəb olan  faciəli  duel ərəfəsində oynamışdı. Müasir dövlət xadimlərindən 
Fidel Kastro və Barak Obama da həvəskar şahmatçılardır.  
Görkəmli  amerikan  inqilabçısı  və  alimi  Bencamin  Franklin  isə  Şimali 
Amerikada  şahmatın  populyarlaşmasında  böyük  rol  oynamışdı.  Onun  1786-cı  ildə 
çapdan çıxmış «Şahmatın əxlaqi cəhətləri» traktatı çox məşhur idi. Bu əsər şahmata 
məxsus  olan  professional  etikanı  və  şahmat  oynamağın  tərbiyəvi  dəyərini  müstəsna 
məharətlə açıb göstərirdi. 
 
 
XX əsr - şahmat əsri kimi 
 
Şahmat üzrə ilk dünya çempionu adı hələ 1886-ci ildə verilsə də, XX əsr böyük 
proqress əsri olduğu kimi bu oyunun inkişafında və populyarlaşmasında da böyük rol 
oynamışdır. İlk dünya çempionluğu qazanan Vilhelm Steynits bu adı səkkiz il ərzində 
saxladığı  halda,  ikinci  dünya  çempionu  olan  Emmanuel  Laskerin  əldə  etdiyi  həmin 
fəxri titul 27 il davam etmişdir və onun iki onilliyi məhz XX əsrə təsadüf etmişdi. Bu 
əsrin  ilk  illərində  Qərb  yarımkürəsində  «Şahmat  maşını»  inkişaf  etməyə  başladı. 
Havanadan  olan  Xose  Raul  Kapablanka  13  yaşında  olarkən  Kubanın  aparıcı  ustası 
C.Korsonu  məğlub  etmişdi,  1921-ci  ildə  isə  dünya  çempionluğunu  Laskerdən  aldı. 
Altı ildən sonra isə şahmat dahisi kimi meydana çıxan rusiyalı Aleksandr Alyoxin onu 
bu addan məhrum etdi. Alyoxin 1927-1935-ci illərdə və 1937-ci ildən 1946-cı ildəki 
vəfatına qədər dünya çempionu oldu, lakin həm o, həm də sonrakı böyük şahmatçılar 
Laskerin  çempionluğunun  rekord  müddətini  təzələyə  bilmədilər.  Rus  şahmatçısı 
1920-c  illərin  əvvəllərində  Fransaya  mühacirət  etmişdi.  Alyoxin  həm  də  gözübağlı 
şahmat  oyununda  fenomenal  nəticə  göstərirdi.  II  Dünya  müharibəsi  illərində  alman 
ordusunun zabitləri ilə Vyanada 52 taxtada gözübağlı oyun oynamaqla, əksəriyyətində 
qalib gəlmişdi.  
Alyoxinin  ana  vətənində  şahmat  geniş  yayılmağa  başlandı.  II  Dünya 
müharibəsinə  qədər  Sovet  İttifaqında  artıq  beş  qrossmeyster  var  idi,  müharibədən 
sonra isə ölkə dünya şahmatında aparıcı mövqeyə çıxdı. Sovet qrossmeysterləri yarım 


201 
 
əsrə yaxın bir müddətdə dünya çempionu adını qazandılar. Alyoxinin ölümündən iki il 
sonra,  1948-ci  ildə  beş  aparıcı  şahmatçının  iştirakı  ilə  keçirilən  turnirdə  Mixail 
Botvinnik dünya çempionu oldu və bu ənənə dörd onillik ərzində pozulmadı. 1970-ci 
ildə  dünyanın  qalan  hissəsinin  şahmatçıları  ilə  SSRİ  komandası  arasında  Belqradda 
keçirilən yarışda Sovet şahmatçıları 20,5:19,5 hesabı ilə qalib gəldi. Hər komandadan 
rəqib  oyunçu  öz  rəqibinə  qarşı  4  oyun  oynamalı  idi.  Lakin  matçın  qəhrəmanı  gənc 
amerikan  qrossmeysteri  Robert  Fişer  oldu.  O,  keçmiş  dünya  çempionu  Tiqran 
Petrosyanı 3:1 hesabı ilə uddu.  
20 yaşlı Robert Fişer 1963-cü ildəki ABŞ çempionatında özü də daxil olmaqla 
12  iştirakçı  arasında  11  mümkün  uduş  xalından  11-ni  qazanmışdı.  O,  1970-ci  ildə 
Zaqrebdə,  Palmada  və  Buenos-Ayresdə  dünyanın  aparıcı  oyunçularının  iştirakı  ilə 
keçirilən  turnirlərdə  də  oyunları  böyük  üstünlüklə  başa  vurmuşdu.  Bu,  onun  şahmat 
üzrə dünya çempionluğuna irəliləməsinin təzahürü idi. O, 1971-ci ildə SSRİ-dən olan 
qrossmeyster  Mark  Taymanovu  6:0  hesabı  ilə,  danimarkalı  Bent  Larseni  də  eyni 
nəticə ilə uddu. Petrosyana qarşı final iddiaçı matçını 6,5:2,5 nisbəti ilə başa çatdırdı. 
Bu  oyun  1971-ci  ildə  Buenos-Ayresdə  keçirilirdi,  şəhərin  erməni  sakinləri  Fişeri 
çaşdırmaq  üçün  salonda  hay-küy  salır,  ona  təsir  göstərməyə  çalışırdılar.  Lakin  bu 
canfəşanlıq fayda vermədi, kumirləri saydıqları keçmiş dünya çempionu hələ bu ada 
iddiaçı  olmağa  cəhd  edən  amerikan  şahmatçısına  ona  şərəf  gətirməyən  bir  hesabla 
uduzdu.  Bu  qələbə  artıq  dünya  çempionunun  özünə  onun  meydan  oxumasına  yol 
açırdı. İslandiyanın paytaxtı Reykyavikdə 1972-ci ildə dünya çempionu Boris Spasski 
ilə  keçirilən  matçda  12,5:8,5  hesabı  ilə  qalib  gələn  Fişer  bu  adı  ondan  aldı.  Matç 
nəzərdə tutulandan üç oyun az olmaqla başa çatmışdı, Fişer 7 oyunu udmuş, 11 oyun 
isə  heç-heçə  başa  çatmışdı.  Spasskinin  isə  3  qələbə  xalı  var  idi.  Bunlardan  biri 
rəqibinə cərimə şəklində ona verilmişdi.  
Şahmat  oyunundakı  dolambaclar  Fişeri  dünyada  ən  məşhur  adama  çevirdi. 
Hətta Cpasski də  Fişerin dühasına böyük ehtiram göstərərək, onun altıncı partiyadakı 
qələbəsinə salondakılarla birlikdə əl çaldı. Bu jest general Baqrationun 1812-ci ildəki  
Borodino döyüşündə güllə yağışı altinda ölümdən qorxmadan təpəyə dırmaşan fransız 
döyüşçülərini  “Əhsən,  fransızlar”  deyə  alqışladığını  yada  salır.    General  igid  adam 
olduğundan, yadların da rəşadətini qiymətləndirməyi bacarmışdı. Spasski də rəqibinin 
şahmat  məharətinə  biganə  qalmamışdı.  Rus  şahmatçısı  bənzərsiz  oyunçu  olsa  da, 
amerikalı  bu  vaxt  həqiqi  dahi  olduğunu  göstərmişdi..  Fişer  yüksək  kreativliyə  və 
dühaya malik olmaqla çoxlarla insanı şahmat vasitəsilə ilhamlandırdı.  
Heç  şübhəsiz,  Fişer  Sovetlərin  şahmat  nüfuzuna  ağır  zərbə  vurmuşdu.  Lakin 
həmin ölkənin şahmatdakı bu uğursuzluğu uzun çəkmədi və Fişerin əllaməlikləri buna 


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   ...   89   90   91   92   93   94   95   96   97




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə