Telman Orucov



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə34/55
tarix01.12.2017
ölçüsü4,8 Kb.
#13256
1   ...   30   31   32   33   34   35   36   37   ...   55

kolonistlər onlardan götürdükləri topları işə saldılar. Britaniya hissələri və Bostonun 
ingilislərə tərəf olan sakinləri geri çəkildilər.  
1775-ci ilin mayında Filadelfiyada İkinci Kontinental konqress keçirildi. Konqressdə 
Corciyadan başqa, bütün koloniyaların nümayəndələri iştirak edirdi. Onlar birgə tədbirlər 
görmək barədə razılığa gəlməli idilər. 
Leksinqtondakı və Konkorddakı döyüşlərin təcrübəsini nəzərə alaraq, onlar Corc 
Vaşinqtonun komandanlığı altında öz ordularını yaratmağı qərara aldılar. Hamı hələ də 
koloniyaların Britaniya taxt-tacına məxsus olmasını qeyd etsə də, konqressin radikal 
qanadı koloniyaların müstəqilliyə can atdığına görə özünə daha çox tərəfdar qazandırdı. 
Bundan bir il əvvəl keçirilən birinci Konstitusyon  Konqressdə isə koloniyalara gətirilən 
malların bütünlüklə boykot edilməsi barədə razılığa gəlinmişdi.1774-cü ildən Şimali 
Amerikada yaşayan Britaniya publisisti Tomas Peyn «Sağlam düşüncə» adlı pamfletini 
nəşr etdirmişdi. Məqalədə xalqın suvereniteti ideyası ifadə olunur və Britaniya 
koloniyalarının müstəqilliyə can atması əsaslandırılırdı. Kitabın tirajı 500.000 nüsxədən 
yuxarı idi – o, metropoliyadan müstəqillik əldə etmək barədəki daha aydın səslənən 
tələblə çıxış edən kütlənin əhvali-ruhiyyəsini əks etdirirdi. Peyn siyasi və dini azadlıq 
əleyhinə monarxiya Avropasını tərk edənlərin hamısına Şimali Amerikanın sığınacaq 
verməsini yüksək qiymətləndirirdi. Peynin fikrinə görə, Amerika dünyanın yeganə 
qitəsidir ki, orada adamlar azad, istismarsız və zorakılıqsız yaşaya bilərlər, lakin həm də 
yalnız koloniyaların Böyük Britaniyadan müstəqilliyi onların azadlıq hüquqlarına 
qarantiya verə bilərdi.  
Böyük Britaniya Şimali Amerikadakı üsyan qaldırmış koloniyalara qarşı təkcə siyasi 
və hərbi metodlarla deyil, həm də iqtisadi metodlarla mübarizə aparırdı. 1776-cı il martın 
1-dən Yeni İngiltərə koloniyalarına qarsı ticarət embarqosu tətbiq edildi.  
Britaniya hökuməti bu tədbiri ilə koloniyaların mal idxalına və ixracına mane olmaq 
məqsədini güdürdü. İstiqlaliyyət müharibəsi 1775-ci ilin aprelində başlanana qədər Şimali 
Amerika yaşayış məntəqələri Böyük Britaniyanın iqtisadiyyatında böyük rol oynayırdı. 
Hələ 1740-cı ildə Şimali Amerika ilə ticarətin həcmi 9,5 milyon funt sterlinq təşkil etmişdi, 
koloniyaların illik ümumi məhsulu isə, demək olar ki, 3,7 milyon funt sterlinq idi.  
İngilis silahlı qüvvələri ilə Corc Vaşinqtonun amerikan milis dəstələrindən ibarət 
qoşunu arasında açıq münaqişə bağladıqdan bir il sonra bir neçə ay amerikan milis 
dəstələri ingilislərin mühasirədə saxladığı şəhəri tutdular. Bu, amerikanların 
Leksinqtondan sonra ikinci mühüm hərbi uduşu idi.  
Bu qələbələrə baxmayaraq, ingilisləri şəhərdən çıxarmaq elə də asan məsələ deyildi. 
Bu cəhdi amerikan qoşunlarının baş komandanı Corc Vaşinqton etdi. İngilislər isə yaxşı 
silahlanmış və hazırlıqlı professional qoşunlara malik idi. Onlara bir sıra hindu tayfaları və 
krala sədaqətli qalan kolonistlər dəstək göstərirdi. Vaşinqtonun isə öyrədilmiş əsgərləri, 
döyüş sursatı, pulu və ərzağı çatışmırdı. Yerli milis dəstələri əsasında yaradılmış onun 
ordusunda vahid komandanlığı həyata keçirmək, demək olar ki, mümkün deyildi. Həmin 
ili, müstəqilliyin elan edilməsindən bir neçə həftə sonra ingilislər Nyu-Yorku götürdülər 
və Uayt-Pleynzdə amerikan qoşunları üzərində qələbə çaldılar.  


İkinci Kontinental konqressin Amerikanın Böyük Britaniyadan ayrılması zərurəti 
haqqındakı qərarından iki gün sora Şimali Amerikanın 12 koloniyası, əsas müəllifi Tomas 
Cofferson olan «İstiqlaliyyət Deklarasiyasını» qəbul etdi. On üçüncü koloniya olan Nyu-
York bir neçə gün sonra onlara qoşuldu. Filadelfiyada keçirilən konqressin 55 
nümayəndəsinin hamısı dövlət müstəqilliyi haqqında sənədi imzaladı. 13 köhnə ingilis 
koloniyası Amerika Birləşmiş Ştatları əmələ gətirdilər. Onlar yeni dövlətin müstəqilliyini 
tanımağı tələb etdilər. Bu dövlət «Müharibə aparmaq, sülh bağlamaq, ittifaq 
münasibətlərinə daxil olmaq, ticarət kontaktları qurmaq və digər fəaliyyəti həyata 
keçirmək hüququna və imkanına malikdir, bunlar isə hüquq əsasında müstəqil dövlətlərə 
məxsusdur».  
İstiqlaliyyət Deklarasiyasında deyilirdi ki, «Biz aşağıdakı həqiqətlərin aydın 
olduğunu hesab edirik: bütün insanlar bərabər yaranmışlar və onların hamısı öz Yaradanı 
tərəfindən anadangəlmə və toxunulmaz hüquqlara yiyələndirilmişdir, onlara həyat, 
azadlıq və xoşbəxtliyə can atmaq daxildir».  
Amerika Birləşmiş Ştatlarının istiqlaliyyət üğrunda mübarizəsi Avropadan, 
Vaşinqton ordusunda vuruşmağa can atan çox sayda könüllüləri cəlb edirdi. Onların hərbi 
istedadı və taktiki priyomları bilməsi Şimali Amerika qoşunlarının uğuruna köməklik 
göstərirdi. Almaniyadan keçmiş Prussiya zabiti Fridrix Vilhelm fon Şteyben gəlmişdi. O, 
Vaşinqton ordusunda general-mayor rütbəsində baş inspektor olmaqla qoşunların 
öyrədilməsinə və formalaşdırılmasına cavab verirdi. Axı amerikan əsgərləri kifayət qədər 
öyrənilməmişdilər və təcrübəli komandirlərə malik deyildilər.  
Vaşinqtona öz vəsaitləri hesabına kömək göstərməyə fransız markizi Mari Jozef de 
Lafayet və polyak zabiti Tadeuş Kostyuşko gəlmişdi. Onlar amerikan qoşunlarında böyük 
nüfuz qazandılar və Şimali Amerikanın müstəqilliyinin müdafiəsində mühüm rol 
oynadılar. Lafayet vətəninə qayıtdıqdan sonra fransız  inqilabının görkəmli 
nümayəndələrindən biri oldu. Kostyuşko isə 1794-cü ilə Polşada azadlıq üsyanına başçılıq 
etdi.  
Şimali Amerikanın müstəqilliyi uğrunda mübarizədə Vaşinqton ordusu uğur 
qazanmağa başladı. 1777-ci ildə İngilislər ağır məğlubiyyətə düçar oldular. General Con 
Burqoynun ingilislərdən, almanlardan, loyalistlərdən və hindulardan ibarət olan 5 minlik 
ordusu təslim oldu. Lakin ilk uğurlarından bir az sonra xoş hərbi tale amerikanları tərk 
etdi. 
Lakin müharibənin gedişində Birləşmiş Ştatlar böyük xarici siyasi müvəffəqiyyət 
əldə etdilər. ABŞ-ın Fransadakı nümayəndəsi, görkəmli inqilabçı və alim Bencamin 
Franklin Fransanın xarici işlər naziri qraf de Verjenlə birlikdə ittifaq və ticarət haqqında 
müqavilə imzaladı. Fransa ABŞ-a maliyyə, iqtisadi və hərbi kömək göstərməyi, ABŞ-ın 
«azadlığını, müstəqilliyini və suverenliyini» müdafiə etməyi, Böyük Britaniya Şimali 
Amerika koloniyalarının müstəqilliyini tanımayana qədər silahı yerə qoymamağı vəd etdi. 
Müqavilə Fransanın ticarətdə və müstəmləkələr uğrunda mübarizədə başlıca rəqibi olan 
Böyük Britaniya ilə müharibəyə girməsi demək idi. Bundan sonra 1778-ci ilin fevralında 
Böyük Britaniya Fransaya müharibə elan etdi. Floridanı almağa can atan İspaniya da 


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə