Telman Orucov



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə30/55
tarix01.12.2017
ölçüsü4,8 Kb.
#13256
1   ...   26   27   28   29   30   31   32   33   ...   55

Hindistana dəniz yolunun açılması Qərbi Afrika sahillərini tədqiq etmiş 
portuqaliyalıların səyahətləri ilə hazırlanmışdı. Onların içərisində isə birinci Henrix Dəniz 
Səyyahı olmuşdu. 1488-ci ildə Bartolomey Diaş Xoş Ümid burnunu dövrə vurub 
keçdikdən sonra Vasko da Qamanın kəşfi üçün binövrə hazırlanmışdı.  
Vasko da Qama öz səyahətinə 1497-ci ildə başladı, onun donanması bir neçə 
karavelladan ibarət idi. Onlar yolda on üç həftə oldular və nəhayət, Xoş Ümid Burnuna 
gəlib çatdılar. Vasko da Qama sahil boyu ilə deyil, açıq dənizdə üzdüyünə görə onun yolu 
Diaşın ekspedisiyasınınkından xeyli gödək oldu. Afrikanın cənub qurtaracağını burulub 
keçən Vasko da Qama 25 dekabrda sahil zolağı yanından keçdi, buranı Milad bayramı 
şərəfinə Natal-Milad (Anadan olma) sahili adlandırdı. 7 aprel 1498-ci ildə isə 
portuqaliyalılar Mombasaya (müasir Keniyada) çatdılar, sonra şimala doğru üzdülər. 
Malindidə o, fərasətli ərəb naviqatoru ilə müqavilə bağlamağa və onun xidmətindən 
istifadə etməyə nail oldu. Vasko da Qamanın ərəbin idarə etdiyi gəmiləri 20 may 1498-ci 
ildə Hindistanın Malabar sahilindəki ticarət metropoliyası olan Kalikuta gəlib çıxdı.  
Orada o, Portuqaliya ticarət qəsəbəsi tikməyə başladı. Kalikutun kralı ilə 
(Samurinlə) uzun danışıqlardan sonra ticarət müqaviləsi bağlandı. 1498-ci ilin oktyabrında 
hind malları yüklənmiş gəmilərdə Vasko da Qama geriyə qayıtmağa başladı.  
Ağır səyahətdən sonra – gəmi heyəti təzə meyvələr olmamasından və ərzaq 
çatışmamazlığından, tsinqadan və distrofiyadan əziyyət çəkirdi. – 1499-cu ilin avqustunda 
Portuqaliya donanması Lissabon sahilində lövbər saldı. Burada kral və xalq Hindistana 
dəniz yolunu kəşf etmiş adamı hərarətlə qarşıladı.  
1502-ci ildə Kalikutdakı üsyan vaxtı orada yaşayan portuqaliyalılar öldürüldükdən 
sonra Vasko da Qama yenidən Hindistana göndərildi. Onun əmri ilə Kalikut dağıdıldı, 
Portuqaliya qəsəbəsi isə bərpa edildi. 1524-cü ildə Vasko da Qama Portuqaliya 
Hindistanının vitse-kralı təyin edildi. Elə həmin ilin sonunda özünün Hindistana üçüncü 
səyahəti vaxtı Vasko da Qama öldü.  
Hindistana dəniz yolu açıldıqdan sonra Portuqaliya Hind okeanında aparıcı rol 
oynamağa başladı. Hindistanın qərb sahili boyu ticarət qəsəbələri meydana gəldi, onlar 
həm də Portuqaliya donanmasının hərbi bazaları rolunu oynayırdı. Portuqaliyalıların 
karavellaları ərəb gəmilərindən daha yaxşı təchiz olunmuş və silahlanmışdılar. Ədviyyat 
ticarəti və dəniz quldurluğu ilə yanaşı, ərəblər üzərinə hücum gəlirin faydalı maddəsi 
oldu. Hindistan və Portuqaliya arasında yük daşınması üçün 3-4 göyərtəli gəmilərdən 
istifadə olunurdu, onların yük qaldırması 2.000 tona çatırdı. Onların heyətləri tez-tez 
yenidən yığılırdı (gəmidə 800-ə qədər adam olurdu), belə ki, uzun yol vaxtı dənizçilər 
epidemiyadan qırılırdılar. 1519-1522-ci illərdə isə dünya ətrafına üzməklə ilk dəfə səyahət 
baş verdi. Portuqaliya səyyahı və dəniz səyahətçisi Fernan Magellan bu ekspedisiyanın 
təşəbbüsçüsü olmaqla, ona başçılıq etmişdi. Bu vaxt İspaniyada xidmət edən Magellanın 
planını kral V Karl bəyənmiş və o, beş gəmidən ibarət ekspedisiya təşkil etmişdi. 1519-cu 
ilin dekabrında kiçik donanma Argentina sahillərinə çatdı, az qala bir il sonra isə Magellan 
Atlantik və Sakit okeanları birləşdirən 600 km-lik boğazı kəşf etdi və sonralar boğaz onun 
adı ilə adlandı. Sakit okeanı üzüb keçdikdən sonra 1521-ci ildə ekspedisiya Filippin 


adalarına çatdı. Maktan adasının əhalisi İspanların gəlməsinə düşməncəsinə yanaşdı və 
yerli sakinlərlə toqquşmaların birində Magellan həlak oldu.  
O, 1480-ci ildə anadan olmuşdu. 1517-ci ildə vətənini tərk edib, İspaniyaya 
yollanmışdı. Orada o, yaxşı dəniz səyahəti məktəbi keçmişdi. Naviqasiya və coğrafiyanı 
əsaslı qaydada öyrənib,  o,qərb istiqamətində, Amerika dövrəsinə üzməyi qərara almışdı. 
Çünki Afrika dövrəsində yol artıq portuqaliyalılar tərəfindən istifadə olunurdu.  
Ekspedisiyanın başlanmasından 18 ay sonra məqsədi Yer kürəsinə dövrə vurmaq 
olan ekspedisiya donanmasının yalnız bir gəmisi – «Viktoriya» Xuan Sebastyan Elkanonun 
komandanlığı altında İspaniya sahillərinə qayıtdı. Bu üzmək nəticəsində, səfər isə tam 
sınaqlarla və təhlükələrlə dolu idi, qəti olaraq sübut edildi ki, bizim planetimiz şar 
formasındadır. Fernan Magellan tarixdə ilk dəfə dünya ətrafına səyahətə çıxmaqla, öz 
inqilabi addımı ilə Kolumbun və Vasko da Qamanın dahiyanə işlərini davam etdirib, 
coğrafi kəşflər, yeni torpaqların açılması işinə ölçüyə sığmayan töhfələr verdi. Təkcə bir 
boğaz onun adını daşımır, Yer kürəsinin ən böyük okeanı da onun ilk dəfə dilinə gətirdiyi 
Sakit okean adını pozulmayan möhür kimi indiyə qədər daşıyır. Dünyanın bütöv şəkildə 
dərk edilməsində həmin dəniz səyyahlarının xidməti ölçüyə sığmazdır və bəşəriyyət onları 
daim böyük minnətdarlıq hissləri ilə yad edir.  
XVI əsrin əvvəllərində Cənubi Amerika sahillərinə gedən bir neçə ispan və 
Portuqaliya ekspedisiyalarında Florensiyadan olan Ameriqo Vesspuçi də var idi. 1504-cü 
ildə o, ilk dəfə belə bir fikir söylədi ki, bu torpaqlar Asiyanın bir hissəsi deyil, yeni 
materikdir, onları o, “Yeni Dünya” adlandırmağı təklif etdi. Vesspuççinin şərəfinə alman 
kartoqrafı Martin Valdzemyuller 1507-ci ildə tərtib etdiyi öz dünya xəritəsində bu materiki 
Amerika adlandırdı. 
 İlk dəfə dünya ətrafına üzməyi 1519-1522-ci ildə həyata keçirən, ispan xidmətində 
olan Portuqaliya dvoryanı Fernan Magellan Ameriqo Vesspuççinin ideyasını təsdiq etdi. 
Cənubi Amerikanı dövrə vurub keçən Magellan bu qitə ilə Odlu torpaq arxipelaqı 
arasındakı boğazı gördü, bu boğaz indi onun adını daşıyır və boğaz dəniz səyahətlərini 
Atlantik okeanından Sakit okeana keçirdi. Axırıncıya bu adı Magellan vermişdi, çünki 
Asiyanın sahillərinə gedən yolda onun ekspedisiyası bir dəfə də olsun qasırğaya 
düşməmişdi. Magellanın özü başladığı səfəri başa çatdıra bilmədi, 1521-ci ildə Filippin 
adalarında o, tuzemlilərlə toqquşmada öldürüldü. Bir ildən sonra kapitan Xuan Sebastyan 
Elkano Magellanın səfərə çıxdığı gəmilərin birində Sevilyaya döndü.  
 
 
İspanların Mərkəzi və Cənubi Amerikadakı işğalları 
   
 
Böyük səyyah Xristofor Kolumb Yeni Dünyanı açdıqda o, Haitidə ilk ispan 
koloniyası yaratdı. Bundan sonra İspan konkistadorları Mərkəzi və Cənubi Amerikaya 
əslində birbaşa işğallara səbəb olan səfərlər etdilər. İspan konkistadoru Ernan Kortes 1509-
cu ildə atsteklərin dövlətini tutmaq üçün Meksika sahillərinə ayaq basdı. O, burada bir 


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə