Telman Orucov



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə29/55
tarix01.12.2017
ölçüsü4,8 Kb.
#13256
1   ...   25   26   27   28   29   30   31   32   ...   55

götürdü. Şərqi Afrikanın sahilləri boyu üzərək o, elə bir yerə çatdı ki, orada sonralar liman 
şəhəri Mozambikin əsası qoyuldu. Burada bu vaxt artıq ərəb tacirləri işləyirdilər. Ərəblər 
portuqaliyalıları soyuq qarşıladılar. Qərbi avropalılara onlar, məlum səbəblərə görə etibar 
etmirdilər. Bir qədər şimalda, indiki Keniyadakı Mombasa rayonunda, bu etibarsızlıq açıq 
düşmənçiliyə keçdi. Yerli əhali hətta portuqaliyalıların flaqman gəmisini tutmağa 
çalışdılar. Vasko da Qama təcrübəli ərəb losmanının müşayiəti ilə Hind okeanında 
üzməsini davam etdirdi. 1498-ci ildə portuqaliyalılar Hindistanın cənubi-qərb sahilində 
olan liman şəhəri Kalikutda sahilə çıxdılar. Burada da onları inamsızlıqla qarşıladılar.  
Artıq burada işləyən ərəb tacirləri xüsusən düşmənçilik əhvali-ruhiyyəsində idilər. Çox 
böyük zəhmət hesabına Vasko da Qama bir neçə ticarət sövdələşməsi bağladı və üç ay 
sonra, sentyabrda Lissabona qayıtdı. Lakin bu ekspedisiyadan sonra Avropa ticarəti üçün 
tamamilə yeni bir epoxa başlandı.  
Yerin şar forması şəklində olduğunu bilən Avropa dənizçiləri Hindistana Avropa 
ətrafı ilə deyil, sadəcə qərbə tərəf üzməklə oraya çatmaq istəyirdilər. Genuyalı Xristofor 
Kolumb on il ərzində uğursuz olaraq ispan və portuqal saraylarını buna inandırmaq istədi. 
Portuqaliya kralı II Juan onun planını rədd etdi, ispan hökmdarları II Ferdinand Araqonu 
və İzabella Kastiliyalı onun ideyasının icrasını ilbəil təxirə salırdılar. Nəhayət, 1491-ci ildə 
kraliça İzabellanın növbəti qəbulundan sonra Kolumba qərbə ekspedisiyanı təchiz etmək 
tapşırığı verildi. 3 avqust 1492-ci ildə Kolumbun donanması – «Santa Mariya» flaqman 
gəmisi, «Ninya» və «Pinta» karavellaları ispan limanı Palosdan qərbə tərəf üzdü. Kolumb 
marşrutu hazırlayanda birinci növbədə öz həmvətənlisinin tərtib etdiyi xəritədən istifadə 
etmişdi. Onda göstərilənə görə, Avropa ilə Asiya arasında məsafə o qədər də böyük 
deyildi. Belə ki, Çinə olan məsafə 5.000 dəniz mili uzunluğunda göstərilirdi, əslində isə bu 
məsafə az qala 2,4 dəfə çox idi. Kolumbun özü isə güman edirdi ki, bu rəqəm 3500 dəniz 
milinə bərabərdir. Belə ki, 12 oktyabr 1492-ci ildə, səfərin 74-cü günü üfüqdə torpaq 
görünəndə o, əmin idi ki, bu yapon adalarından biridir. Əslində isə bu, Baham 
arxipelaqının tərkibindəki adalardan biri idi və indiyədək ona Kolumbun verdiyi adı – 
San-Salvador adını saxlayır.  Cəsarətli göyərçin (Kolumbun adı olan söz italyanca 
“göyərçin” deməkdir) Avropadan pərvazlanıb, naməlum torpağa düşdü və dünyanın 
sərhədlərini görünməmiş qaydada genişləndirdi.  
15 gün sonra Kolumbun gəmiləri Kubanın sahillərinə çatdı. Dənizçilər üç ay ərzində 
Karib dənizi sularında üzdülər, güman edirdilər ki, Çini və Hindistanın sahillərinə 
çatacaqlar. Daha üç dəfə üzüb, Kolumb ilk dəfə qitənin özünə ayaq basdı. 1506-cı ildəki öz 
ölümünə qədər o, bu əminliyini qoruyub saxlayırdı ki, Asiyaya yol açmışdır.  
1493-cü ildə Kolumbun kəşfi barədə xəbər yayıldıqda, İspaniya ilə Portuqaliya 
arasında münaqişə baş verdi. Portuqaliyalılar deyirdilər ki, İspaniya Boxador burnundan 
cənuba və şərqə olan bütün torpaqlara onların sahib olması barədəki hüququnu 
pozmuşdur. Bunu isə Hindistanın sahillərinə onların çatmasını qabaqlayıb, Roma papası 
bir qədər əvvəl təsdiq etmişdi. Hətta onlar Kolumbun müəyyən etdiyi adaları tutmaq üçün 
hərbi ekspedisiya hazırladılar. Bu mübahisənin həlli üçün İspaniya Romaya müraciət etdi. 
1493-cü ilin martında papa VI Aleksandr dərc etdiyi bullada Atlantik okeanından keçən 


xətt üzrə iki dövlətin ağalıq sferasını dəqiqləşdirdi. Bu xəttdən qərbə olan ərazilərin 
İspaniyaya məxsus olduğu, şərqə tərəf isə Portuqaliyaya məxsus olduğu təsdiqlənirdi. 
Papa bullası əsasında İspaniya və Portuqaliya 1494-cü ildə Tardessilyada öz müstəmləkə 
torpaqlarını bölüşdürmək barədə müqavilə bağladılar. Bu müqaviləyə görə, Xristofor 
Kolumbun işini davam etdirən dəniz səyyahlarının açdığı torpaqlardan Portuqaliyaya 
sonralar yalnız bir tək Braziliya qaldı. Müqaviləyə görə isə bu ərazi İspaniynınkı olmalı idi. 
 
         Lakin Kolunbun planlarının həyata keçirilməsi çox baha olduğu kimi, həm də 
olduqca cəsarətli olduğundan, tez icra olunmadı, xeyli uzandı. Yalnız altı il sonra o, 
yenidən dənizə çıxa bildi. O, Böyük admiral və Yeni Dünyanın vitse-kral rütbələri ilə 
yanaşı, gözlənilən mənfəətin onda bir hissəsini almaq hüququ əldə etdi. San-Salvadorda 
sahilə çıxdıqdan sonra Kolumb iki həftə ərzində Baham adaları arasında üzdü, sonra o, 
Kubaya çatdı, sonra Haitiyə üzdü. Burada o, ispan koloniyası yaratdı. 1493-cü ildə o, 
İspaniya sahillərinə gəlib çatdı. 1504-cü ilə qədər Kolumb Amerikaya əlavə üç səfər etdi.   
İspaniya ilə Portuqaliya arasında yeni torpaqların bölünməsi barədə müqaviləyə 
baxmayaraq, Yer kürəsinin tədqiq olunmamış hissələrinə Avropanın digər ölkələrindən 
olan dəniz səyyahları nüfuz etməyə başladılar. Belə ki, ingilislərin xidmətində olan 
genuyalı Covanni Kabato (Con Kabot) 1497-1498-ci illərdə Nyufaundlend adası rayonunda 
Şimali Amerika sahillərinə çatdı. Sonralar Şimali Amerikanın şərq sahilinin sonrakı 
tədqiqatında ingilislərlə yanaşı, fransız kəşfiyyatçıları da iştirak etdilər. Belə ki, Sakit 
okeana şimali-qərb keçidini fransızların xidmətində olan florensiyalı Covanni Verratsono 
və Jan Kartye axtardılar.  
XVI əsrin ortalarından Sibir ətrafı ilə Çinə şimali şərq dəniz yolunu açmaq üçün 
həmçinin cəhdlər edildi. 1552-ci ildə London tacirləri bu məqsədlə ekspedisiya təşkil 
etdilər. Üç gəmidən ikisi Kola yarımadasında qışlamağa məcbur oldu, orada dənizçilərin 
hamısı məhv oldu. Üçüncü gəmi isə Ağ dənizə çıxıb Şimali Dvina çayının mənsəbinə çatdı. 
Sonrakı illərdə ingilislər daha iki belə səfər etdilər, lakin hər yer buzla örtüldüyündən, 
gəmilər Karsk dənizinin girişindən uzağa gedə bilmədilər. XVI əsrin sonunda holland 
Vilhelm Barentsin rəhbərliyi  altında üç ekspedisiya Atlantik okeanından Sakit okeana olan 
şimali-şərq keçidini axtarmaq üçün yollandı. Lakin buzlarla yolu kəsilən holland gəmiləri 
Yeni Torpaqdan uzağa gedə bilmədilər, orada Barents dəfn edildi. O, özünün son 
ekspedisiyası vaxtı bu adalarda qışlamanı keçirərkən həlak olmuşdu.  
Onu da qeyd etmək lazımdır ki,vikinq Layf Eriksson Şimali Amerika qitəsini kəşf 
etdikdən yalnız 500 il sonra başqa bir avropalı ilk dəfə Yeni Dünyaya ayaq basdı – 12 
oktyabr 1492-ci ildə Genuya mənşəli ispan kapitanı Xristofor Kolumb Baham arxipelaqının 
adalarından birində lövbər saldı.  
Portuqaliya dəniz səyyahı Vasko da Qama ilk dəfə Hindistana dəniz yolunu açıb, 
ölkənin qərb sahilində olan Kalikutda quruya ayaq basdı. Bu yolun axtarışı hər şeydən 
əvvəl iqtisadi səbəblərlə əlaqədar idi. Cənubi-Şərqi Asiyadan ədviyyat və Hindistandan 
olan digər malların ticarəti o vaxtlar ərəb tacirlərinin əlində idi. Portuqaliyalılar istəyirdilər 
ki, Hindistanla birbaşa əlaqələrə girsinlər, bu işdə ərəblərin vasitəçiliyindən azad olsunlar.  


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə