Telman Orucov



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə28/55
tarix01.12.2017
ölçüsü4,8 Kb.
#13256
1   ...   24   25   26   27   28   29   30   31   ...   55

tikintisinə rəhbərlik etmək tapşırılmışdı. O, Bramante tərəfindən başlanılan Vatikan 
həyətinin tikintisini başa çatdırmalı idi.  
İtalyan İntibahı rəssamlarının parlaq yaradıcılığı ötüb keçən beş əsr ərzində 
dünyanın təsviri sənət ustaları üçün məktəb rolunu oynamışdır. Hələ XVI əsrin 
əvvəllərində alman rəssamları italyan rəngkarlığından, xüsusən Leonardo da Vinçi 
sənətindən öyrənmişdilər. Böyük rus rəssamları İtaliyada olarkən həmin sənətin sirrlərini 
öyrənərək, öz incilərini yaratmışlar. Karl Bryullov məhz Renessans rəngkarlığın təsiri 
altında Romada özünün məşhur «Pompeyinin son günləri» adlı nəhəng və qeyri-adi təsir 
gücünə malik olan tablosunu yaratmışdır.  
Renessans rəssamlığı sonralar Sandro Bottiçellinin, Titsianın, Pintorettonun portret 
janrlarındakı tablolarında insanın və təbiətin həyatı təsdiq edən gözəlliyini tərənnüm 
etməklə yanaşı, maksimum ifadəlilik vermək naminə rəssamlıq texnikasına yeniliklər 
gətirmiş, tutqun və işıqlı rənglərin kontrastı ilə təəssüratı xeyli zənginləşdirməyə nail 
olmuşdular. Renessans rəssamlığı dünyanı harmonik qaydada başa düşməsi ilə fərqlənirdi 
və harmoniyaya bu xidmətdə onlarla cərəyanlar yaransa da, öz yüksək sənət nümunəsi 
olmasını itirmir və insanlar az qala yarım min il keçdikdən sonra onların incilərindən həzz 
almaqda davam edir. Bu əsərlər müasir insana da dünyanı, təbiəti, canlı aləmi, ən başlıcası, 
gözəlliyi dərk etməkdə və sevməkdə əvəzsiz köməklik göstərir.  
 
 
Böyük kəşflər epoxası 
 
İntibah dövrünü – XV və XVI əsrləri həm də böyük coğrafi kəşflər epoxası 
adlandırırlar. Məhz həmin dövrdə Xristofor Kolumb Amerikanı kəşf etdi, Vasko da Qama 
Hindistana gedən dəniz yolunu tapdı. Fernan Magellan isə dünya ətrafına üzməklə ilk belə 
bir səyahət etdi. Əlbəttə, avropalılar əvvəllər də coğrafi kəşflər etmişdilər. Belə ki, 1000-ci 
ilə yaxın skandinaviyalı vikinqlər Amerikanın sahillərinə çatmış, Marko Polo isə quru 
yolla XIII əsrdə Hindistana və Çinə getmişdi.  
İntibah epoxasının ilk kəşfləri sahəsindəki tədbirlər əsasən Avropa dövlətlərinin 
hökmdarları və həmçinin tacirlər tərəfindən təşkil edilir və maliyyələşdirilirdi. Onlardan 
hər biri Hindistanın və Şərqi Asiyanın varlı torpaqları ilə ticarətdən mənfəət götürməyə 
ümid edirdilər. İspaniya və Portuqaliya isə həm də bununla yanaşı, Avropada öz siyasi və 
hərbi təsirini gücləndirmək istəyirdi.  
Yeni torpaqların XV əsrdəki axtarışı müəyyən dərəcədə səlib yürüşlərinin 
ənənələrini davam etdirirdi. Katolik kilsəsi isə missioner fəaliyyəti ilə xristianlığı bütün 
dünyada yaymağa can atırdı. 
Uğurlu dəniz səyahətlərinin ən mühüm şərti, onlar isə yeni kəşflərə gətirib çıxarırdı, 
dənizçilik işinin inkişafı, naviqasiya və kartoqrafiya sahələrində elmi biliklərin 
genişlənməsi idi. Dünya haqqında anlayışlarda əsl dönüş Yer kürəsinin şar formasında 
olması ilə baş verdi. Kolumb Amerikanı kəşf etdiyi 1492-ci ildə Nyurnberqdən olan Martin 
Bexaym ilk qlobus yaratdı. XVI əsrdə isə kainatın quruluşunun geosentrik nəzəriyyəsi 


meydana gəldi və sübut edildi ki, Yer Günəş ətrafında fırlanır. Bunu ilk dəfə Nikolay 
Kopernik sübut etdi, sonralar isə Cordano Bruno və Qalileo Qaliley inkişaf etdirdilər. Bu 
nəzəriyyə xristian kilsəsinin dünyanın yaranması barədəki təliminə əsaslı qaydada zidd 
idi, ona görə də kilsə belə ideyaların yayılmasını sərt qaydada təkzib edirdi. 
Portuqaliya Cənubi-Şərqi Asiyanın varlı torpaqları ilə bütün ticarətin, ərəblər və 
Aralıq dənizinin Avropa dövlətləri vasitəsilə aparılması ilə barışmaq istəmirdi. 
Portuqaliyanı belə iqtisadi asılılıqdan qurtarmaq üçün kralın oğlu prints Henrix Dəniz 
Səyyahı (1394-1460 illər) XV əsrin birinci yarısında San-Visenti burnunda ilk dənizçilik 
məktəbi yaratdı. Burada gələcək dənizçilər hazırlanırdı. Prints Henrix ərəb tacirlərindən 
kənar qaydada Asiyaya nüfuz etmək üçün yeni yollar açmaq məqsədilə Qərbi Afrikanın 
sahilini tədqiq etmək vəzifəsinə girişdi. 
Henrixin düşüncələri əvvəllər Portuqaliya cəmiyyətində anlaşılma ilə qarşılanmadı. 
Dəniz ekspedisiyalarının əleyhdarları təkrar edirdilər ki, bunlar krallığın əsas məsələsi 
olan mavrlarla mübarizə kimi bir işdən diqqəti yayındırır. Həqiqətən də, bu səfərlər uzun 
müddət Portuqaliyaya birbaşa gəlir gətirmədi. Bu vəziyyət məhz o vaxta qədər davam etdi 
ki, Afrikadan qara qullar axını gəlməyə başlandığı bir dövr meydana gəldi. Doğrudan da 
bu səfərlərə heç də az məbləğdə xərc tələb olunmurdu, belə ki, silah və gəmi qayırmaq 
üçün müxtəlif materialları, bəzən isə həm də gəmilərin özünü portuqaliyalılar 
Hollandiyadan və Almaniyadan satın almağa məcbur olurdular. Lakin Henrix Dəniz 
Səyyahı təslim olmurdu və varlı portuqaliyalıların diqqətini uzaq dəniz səyahətləri 
ideyasına cəlb etmək istəyirdi, onlardan ekspedisiyanı təchiz etmək üçün maliyyə 
vəsaitləri almağa ümid edirdi. Bu cəhdlər portuqaliyalılarda cənub istiqamətində sonrakı 
səfərlər üçün həvəs oyatdı.  
1434-cü ildə portuqaliyalılar ilk avropalı kimi, Qərbi Afrikanın Boxador burnunu 
ötüb keçdilər, bu Kanar adalarından cənubda idi. 1441-ci ildə onlar Kabo-Blanko burnuna, 
bir il sonra isə Yaşıl buruna çatdılar, bunlardan sonra isə tropiklərə yol açıldı.  
Sonrakı onilliklərdə ekvatora yaxınlaşma davam etdi. Lakin onu üzüb keçməkdən 
dənizçilər uzun müddət ərzində qorxurdular. Köhnə rəvayətlərdə deyilirdi ki, bu en 
dairələrində su qatılaşır və hətta qaynaya bilər, bu da adamları  cənubdakı  dənizlərdən 
özlərini qorunmağa məcbur edirdi. Yalnız 1473-cü ildə Lopo Qonsalvis bu əfsanələri təkzib 
etdi, o, öz gəmisinə və komandasına heç bir ziyan dəymədən ekvatoru ötüb keçə bildi.  
Hindistana dəniz yolunun açılması isə əslində təbii fəlakət hesabına mümkün oldu. 
1488-ci ilin yanvarında Bartolomeu Diaş Qərbi Afrikanın sahilinə güclü tufan vaxtı gəlib 
düşdü və onun gəmisini qasırğa açıq dənizə aparıb çıxardı. Bir gün sonra o, yenidən sahilə 
yaxınlaşdı və məlum oldu ki, Diaş özündən asılı olmayaraq, Afrikanın cənub 
qurtaracağını, ona dövrə vurmaqla ötüb keçmişdir. Dənizçi səyyah bu nöqtəni Tufanlar 
burnu adlandırdı, sonralar Portuqaliya kralı II Juan ona yeni, daha nikbin ad verdi və bu 
Xoş Ümid burnu adı indiyədək qalır.  
On il sonra Portuqaliyadan dörd gəmidə üzən Vasko da Qama Yaşıl burnu 
keçdikdən sonra, öz sələfinin məsləhəti ilə sahildən uzaqlaşdı, açıq okeana çıxdı və geniş 
dövrə vurub, Xoş Ümid burnunun yanına gəldi. Vasko da Qama onu burulub şimala yol 


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə