Telman Orucov



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə24/55
tarix01.12.2017
ölçüsü4,8 Kb.
#13256
1   ...   20   21   22   23   24   25   26   27   ...   55

Avqustun 1-də Rusiyadakı alman səfiri ölkəsinin xarici işlər nazirinin müharibənin 
elan olunması barədəki notasını bu dövlətin XİN-ə təqdim etdi. 2-4 avqustda alman hərbi 
birləşmələri Belçikaya daxil oldular. Almaniya Fransa və Rusiyaya müharibə elan etməklə, 
növbə ilə onları darmadağın etmək istəyirdi. Fransanı məğlub etmək üçün məhz Belçikaya 
girişmişdi. Fransız ordusunu mühasirəyə aldıqdan sonra onlar bütün qüvvələrini 
Rusiyaya qarşı yönəldəcəkdilər.  
Osmanlı imperiyası da Antantaya qarşı müharibəyə qoşuldu, Almaniyanın 
müttəfiqi kimi Qara dənizdəki rus limanlarını türk hərbi gəmiləri atəşə tutdular. Ona görə 
də Antantanın üzvləri – Böyük Britaniya, Fransa və Rusiya İstanbul hökumətinə müharibə 
elan etdilər. Osmanlı imperiyasının Üçlük ittifaqı tərəfində müharibəyə girməsi Antanta 
ölkələri, birinci növbədə Böyük Britaniya üçün ciddi problemlər yaradırdı. Çünki türk 
qoşunlarının Misirə və Süveyş kanalına doğru irəliləməsi Hindistandakı Britaniya 
torpaqlarının təchizatını həyata keçirən yollara təhlükə törədirdi. Rus donanması Qara 
dənizdə bağlanıb qalmışdı, axı Dardanel düşmənin əlində idi. Lakin Rusiya da öz 
növbəsində Bosfor boğazını bağlamışdı, bu yolla alman gəmilərinin Qara dənizə 
girmələrinin qarşısını almışdı.  
Osmanlı imperiyasının dağılmasına ümid edən Fransa və Böyük Britaniya onun 
Antantaya qarşı müharibədə iştirakının intiqamı kimi gizli müqavilə bağlamışdılar. Bu 
müqavilə Yaxın Şərqdə Üçlük ittifaqı dövlətlərinin maraqlarını məhdudlaşdırmaq 
məqsədini güdürdü.  
Türkiyə əleyhinə məbarizədə ingilislər bütün vasitələrə əl atır, ərəbləri və yəhudiləri 
Osmanlı imperiyasına qarşı çıxmağa sövq edirdilər. Bu işdə Böyük Britaniya öz 
kəşfiyyatçılarından da məharətlə istifadə edirdi. İngilis kəşfiyyatçısı Tomas Eduard 
Lourens (Lourens Ərəbistanlı) Məkkə hökmdarının və onun oğlunun etibarını qazanıb, 
Hicaz ərəb tayfasını 1916-cüı ildə Türkiyəyə qarşı üsyana qaldırdı. Partizan müharibəsi 
gedişində ərəb tayfaları xeyli irəlilədilər və Akabanı tuta bildilər. 1917-ci ildə artıq ərəb 
dövlətlərinin kralı elan edilmiş Huseyn ibn Əli paytaxtı Məkkə olmaqla, müstəqil Hicaz 
krallığının yaradıldığını elan etdi.  
Ərəb üsyanının təşkili İntellicens servisin (Britaniya kəşfiyyatının) Qahirədəki Ərəb 
bürosunun işi idi, arxeoloq Lourens 1916-cı ildən başlayaraq onun agenti kimi xidmət 
edirdi. Özünün Yaxın Şərqdəki tam macəralarla dolu olan illərini o, sonralar özünün 
«Müdrikliyin yeddi dayağı» kitabında təsvir etmişdi. Hicazın müstəqilliyi Ərəb şərqindən, 
xüsusən müsəlmanların müqəddəs yerlərindən Türkiyənin uzaqlaşdırılması Osmanlı 
imperiyasının mövcudluğuna ağır zərbə idi və gələcəkdə bu zonada imperiyanın 
uğursuzluğunun «domino» prinsipinə dönəcəyi təhlükəsi yaradırdı.  
Böyük Britaniyanın xarici işlər naziri Artur Ceyms Balfur 1917-ci ildə Britaniya 
sionist təşkilatının lideri lord Uolter Rotşildə göndərdiyi məktubda Palestinada 
yəhudilərin «milli ocağını» yaratmağa tərəfdar olduğunu bildirmişdi. Məktubda həm də 
qeyd edilmişdi ki, Palestinada yəhudi millətindən olmayan bütün vətəndaşların 
hüquqlarına hörmətlə yanaşılmalıdır. 1920-ci ildən isə Palestina Böyük Britaniyanın 
idarəçiliyinə keçmişdi.  


Birinci Dünya müharibəsi 11 noyabr 1918-ci ildə başa çatdı. Müharibənin gedişində 
8 milyon adam həlak olmuş, 2 milyon yaralanmış, 6,5 milyon nəfər əsirlikdə olmuşdu. 
Mövcud monarxiyaların çoxu dağılmış, dünyanın yenidən bölünməsi baş vermişdi.  
Habsburq, Osmanlı, Rusiya və Almaniya imperiyaları məhv olmuşdu. 1920-ci il 
Sevr müqaviləsi Osmanlı imperiyasının bölünməsini rəsmiləşdirdi, imperiya faktiki olaraq 
bütün əldə etdiyi torpaqlardan məhrum oldu. Yalnız 1923-cü ldəki Lozanna konfransında 
Karfagen sülhünə bənzər Sevr müqaviləsinin müddəalarına Türkiyənin xeyrinə olmaqla 
yenidən baxıldı. 
 1922-ci ildə Böyük Milli Məclis sultanlığın ləğv edilməsi barədə qanun qəbul etdi, 
29 oktyabr 1923-cü ildə isə ölkə respublika elan edildi. Türkiyənin paytaxtı Ankara oldu. 
1924-cü ildə keçmiş quruluşun axırıncı nişanəsi olan xilafət ləğv edildi. Sonrakı onillikdə 
islahatlar seriyası həyata keçirildi, onlardan məqsəd ölkəni «avropalaşdırmaq» idi. İqtisadi 
və ictimai həyatın sekyurilaizasiyası, müsəlman hüququ normalarının ləğv olunması, 
dinin dövlətdən ayrılması, Avropa təqviminin tətbiq edilməsi baş verdi. 
Keçmiş Osmanlı imperiyası əvəzinə 1923-cü ildə yaradılan Türkiyə Respublikasının 
ilk prezidentliyinə Atatürk adını alan Mustafa Kamal seçildi. O, Anadoluda milli hərəkata 
başçılıq etmişdi, sonrakı illərdə respublikanın tam müstəqilliyini təmin etdi. O, İstanbul 
hökuməti ilə bütün əlaqələri kəsdi. Mustafa Kamalın rəhbərliyi altında milli-azadlıq 
hərəkatı Lozanna sulh müqaviləsinin imzalanması ilə başa çatdı. Türkiyə Kiçik Asiyanı və 
İstanbulu, həmçinin Şərqi Trakiyanı aldı. Kiçik Asiyanın yunan əhalisi Yunanıstana 
köçürülməli, Balkan ölkələrində yaşayan türk əhalisi isə Anadoluda məskunlaşmalı idi. 
Atatürk xarici siyasətdə Birinci Dünya müharibəsində qalib gələn dövlətlərlə, birinci 
növbədə, Fransa və Böyük Britaniya ilə bərabər hüquqlu münasibətlər saxlamağa çalışırdı. 
Mustafa Kamal Atatürk 1938-ci ildə öldükdən sonra ölkəyə İsmət İnönü rəhbərlik 
etdi. Türkiyə 1960-cı və 1980-cı illərdə hərbi çevrilişlərlə üzləşdi. 1920-ci illərdə demokratik 
yola qədəm qoyan bu ölkə iqtisadi cəhətdən inkişaf etməyə başadı. XXI əsrin əvvəllərindən 
isə Türkiyənin iqtisadi sahədə iri addımlaması müşahidə olunur.  
İranda şah Böyük I Abbas taxt-taca çıxdıqdan sonra öz iqamətgahını Qəzvindən 
İsfahana köçürdü. Şah Abbasın hakimiyyəti dövründə – XVII əsrin əvvəllərində paytaxt 
böyüdü və inkişaf etdi. Şəhəri çoxlu möhtəşəm məscid binaları, Qeysəri bazar portalı və 
Əli-baba sarayı bəzədi. I Abbaş ordunu və inzibati idarəçiliyi yenidən qurdu, Türkiyə ilə 
uğurlu müharibələr apardı, Böyük Moğollardan Kandaqarı döyüşlə aldı, portuqaliyalıları 
Persiya körfəzindəki Ormuz adasından qovdu. Persiyanın əvvəlki qüdrətini bərpa etmək 
məqsədilə Persiyanın qüdrətli hökmdarı I Dara kimi şah Abbas güc tətbiq etmə siyasətini 
diplomatiya ilə məharətlə əlaqələndirirdi. Osmanlı imperiyası ilə uzun illər davam edən 
müharibələrdən sonra o, 1612-ci il müqaviləsi ilə Zaqafqaziyanın xeyli hissəsini, 
Kürdüstanı, Qərbi Əfqanıstanı, həmçinin Mosul və Bağdad şəhərlərini Persiya dövlətinin 
haikimiyyəti altına qaytardı.  
Dövlətin sərt mərkəzləşdirilməsini həyata keçirməklə, I Abbas güclü qoşunun 
yaradılmasına xüsusi qayğı göstərirdi. Süvari dəstəsinə və piyadalara, həmçinin 
artilleriyanın tətbiqinə böyük diqqət verirdi. Qoşunda Zaqafqaziyanın müxtəlif 


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə