Telman Orucov



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə20/55
tarix01.12.2017
ölçüsü4,8 Kb.
#13256
1   ...   16   17   18   19   20   21   22   23   ...   55

tələb etdilər. Əli buna razılıq verdi və məhkəməni uduzdu. Əlinin tərəfdarlarının bir 
hissəsi məhkəmənin qanuniliyini etiraf etməyi rədd etdi və öz rəhbərinə ümidini itirdi və 
xəlifənin düşərgəsini tərk etdi. Bu gedənləri xaricitlər adlandırdılar və Əli sonralar 
onlardan birinin xəncəri ilə qətlə yetirildi.  
Onun tərəfdarları xüsusi partiyaya ayrıldılar (ərəbcə bu, «şiə» adlanır, bu sözdən də 
onların adı olan «şiələr» yaranmışdır). Onlar hesab edirdilər ki, Əli xüsusi yüksək 
müqəddəsliyə malikdir və bu, onun birbaşa varislərinə keçir. Əlinin törəmələrindən biri 
Ölməz Mehdi (xilaskar) şiələrin rəyinə görə dünyanın lap sonundan əvvəl insanların 
yanına gələcəkdir. Bu ideyalar şiələrlə digər müsəlmanlar – sünnülər arasındakı başlıca 
mübahisə mövzusudur. Sünnülər Əlini müstəsna dərəcədə nüfuzlu hesab edirlər, ancaq 
həm də onu adi adam sayırlar. Digər mühüm ehkamlar və rituallar isə onlarda və 
digərlərində eynidir. İndi şiəlik əsasən İranda, həmçinin İraqda və Azərbaycanda inanc 
məzhəbidir.  
Əlinin ölümündən sonra xilafətdə hakimiyyət Əməvilər nəslindən  olan Müaviyəyə 
keçdi. Dövlətin paytaxtını o, Dəməşqə köçürdü. Əməvilər dövründə xilafətin qoşunları 
Şimali Afrikanı fəth edib, 711-ci ildə Gibraltar boğazından Avropaya keçərək, vestqotları 
darmadağın etdilər və bütün Pireney yarımadasını tutdular. Şərqdə ərəblər Hindistana və 
Çinin səprhədinə çatdılar. Xilafət o vaxtkı dünyanın yarısını tutaraq öz siyasi qüdrətinin 
zenitinə çatdı.  
Əməvilər sülaləsindən olan və 685-705-ci illərdə xəlifəlik etmiş Əbd əl- Malik 
hökmranlığının ilk yeddi ilində süqut ərəfəsi ilə üzləşməli oldu. Bizanslılar 
müsəlmanlardan Ermənistanı aldılar, İraqda isə qureyşli ağalıq edirdi, Bəsrədə xaricitlər 
möhkəmlənmişdi, Kufədə isə – şiələr hakim mövqedə idi. Ona xilafətin zədələnmiş 
birliyini çətinliklə bərpa etmək nəsib oldu. Ondan sonra Əbd əl-Malik dövləti yenidən 
qurmağa başladı.  
Əbd əl-Malikin dövründə ərəb dili xilafətin rəsmi dilinə çevrildi, bütün dövlət 
sənədləri həm paytaxtda, həm də əyalətlərdə bu vaxtdan etibarən ərəb dilində yazılmağa 
başlandı, əvvəllər isə bu sənədlər işğal edilmiş xalqların dilində tərtib olunurdu. Bu tədbir 
imperiyanın birliyini xeyli möhkəmləndirdi. O, xilafətdə pul islahatı apardı və imperiyanın 
öz sikkələri meydana çıxdı, onlar Bizans və İran pullarını əvəz etdi. Dəməşqin sikkə 
düzəldən müəssisəsində qızıl dinarlar və gümüş dirhəmlər buraxılırdı, əyalətlərdə isə 
yalnız gümüş sikkələr döyülürdü. Əbd əl-Malik həmçinin vergi qoyulmasını qaydaya saldı 
və ordunu islahata uğratdı 
Yerusəlimdə o, möhtəşəm Qübbət əs-Səhra («Qaya qübbəsi») məscidini çox qədim 
Solomon (Süleyman) məbədinin yerində ucaltdı.  
Əməvilərin ağalığını daxili çəkişmələr gücdən saldı. Peyğəmbərin dayısı Abbasın 
törəmələri xəlifəyə qarşı üsyan qaldırdılar. Onları şiələr və Şərqi iranlılar dəstəklədilər. 
749-cu ildə qiyamçıların qoşunu pers Abu Müslimin başçılığı altında taxt-taca ilk Abbasi 
xəlifəsini yüksəltdilər. Abbasilər paytaxtı Bağdada köçürdülər və müsəlman imperiyasına 
XIII əsrin ortalarına qədər hökmranlıq etdilər. Abbasilər epoxasında müsəlmanların hərbi 
qızğınlığı tədricən yoxa çıxdı, Bağdad xilafətinin özü isə müstəqil dövlətlərə parçalandı. 


Əməvilərin qoşunu Pireneydən keçərək İspaniyanı tutub, cənubi Fransaya sahib 
oldu. Xəlifə I Validin on illik hökmranlığı dövründə əməvilərin işğal siyasəti davam 
etdirildi. Şərqdə və qərbdə ərəblər sürətli qələbələr çaldılar. Onlar Şimali Afrikaya sahib 
olduqdan sonra Tarik ibn Ziyadın başçılığı altında ərəb qoşunu 711-ci ildə Gibraltar 
boğazını keçib Avropa torpağına qədəm basdı. 1200 il bundan əvvəl Kserksin başçılığı 
altında perslər Yunanıstanı tutmağa cəhd etsə də, Salamin dəniz döyüşündəki ağır 
məğlubiyyətdən sonra geri, Asiyaya çəkilməli oldular. Asiyalılar, daha doğrusu ərəblər 
(mavrlar) Pireney yarımadasını işğal etməyə başladılar. İspaniya sahillərindəki qaya o 
vaxtdan Tarik dağı – ərəbcə Cebel üt-Tarik adlanır və ispanların tələffüzündə bu söz 
“Gibraltar” kimi səslənir. 715-ci ildə bütün İteriya yarımadası müsəlmanların əlində idi. 
Əməvilər isə bu vaxt öz qüdrətlərinin zirvəsinə çatmışdılar. 
Lakin Fransanın cənubunun işğalının davamı uğurlu olmadı. Frank mayordomu 
Karl Martell ərəbləri məğlub etdi, bu vaxt onlar Luara çayına qədər çatmışdılar. Bu 
məğlubiyyətə baxmayaraq, ərəblər hələ bir neçə onillik Provans əyalətində hakimiyyəti 
əllərində saxladılar.  
Müsəlman işğalçılarının hərbi ekskanstisiyası Avropaya ərəb incəsənətinin və 
fəlsəfəsinin daxil omlasına şərait yaratdı. Ərəb mədəniyyəti Qərbi Avropada təbabətin və 
təbii elmlərin inkişafına təkan verdi. İspaniyanın cənubunda səkkiz əsr ərzində mövcud 
olan Əl-Əndəlus sivilizasiyası Avropaya elmi və mədəni inkişaf epoxasını töhfə verdi.  
750-ci ildə Əməvilər sülaləsini xilafətin taxt-tacında Abbasilər əvəz etdi. Onlar öz 
yollarını peyğəmbər Məhəmmədin əmisi və ardıcılı Abbasa bağlayırdılar. Onlar Əməvilərə 
qarşı mübarizədə xilafətin şərqində dəstək tapdılar. Şərqi iraqlıların arasında ərəblərin 
hökmranlığına olan narazılıq artmışdı. Hələ 747-ci ildə üsyan etmiş iranlıların lideri Əbu 
Muslim – Xorasanda Abbasilərin qara bayrağını qaldırmışdı. 750-ci ildə axırıncı Əməvi 
xəlifəsi olan II Mervan üzərində qələbədən sonra xilafət yeni sülalənin banisi olan 
Əbulabbas Saffahın əlinə keçdi. O, əməviləri rəhmsizliklə məhv edirdi. Yalnız gənc Əbd 
ər-Rəhmana Əndəlusa qaça bilmək nəsib oldu, burada o, 756-cı ildə Kordoba əmirliyini 
yaratdı.  
Beləliklə, bu vaxt iki xilafət mövcud oldu – Abbasilərin Bağdad xilafəti, əməvilərin 
Kordoba xilafəti və axırıncı ispan dünyasında yeganə qanuni hakimiyyət olduğunu iddia 
edirdi. Kordoba müsəlmanların dini mərkəzinə çevrilir. Şəhərdə 3 min məscid tikilmişdi. 
Abbasiləri dəstəkləyən iranlılar əsasən İslamın şiə qoluna mənsub idilər. Lakin 
Abbasilər xilafətə sahib olduqdan sonra tezliklə şiəlikdən ayrıldılar və özlərinin 
sünnülüyün tərəfdarı olduqlarını göstərdilər. Buna baxmayaraq, iranlıların xilafətdə rolu 
xeyli artdı. Abbasilərin paytaxtı Bağdadda (şəhər 762-ci ildə yenidən tikilmişdi) küçələrdə 
və sarayda fars dili tədricən ərəb dilini sıxışdırdı. Öz sələflərindən fərqli olan Abbasilər heç 
də qələbələri ilə öyünə bilməzdilər, ona görə də imperiyanı parçalanmaqdan saxlaya 
bilmədilər. XII-XIII əsrlərdə onlar türk hökmdarlarının tabeliyində oldular. Lakin 
abbasilərin idarə etməsi tarixə ərəb-müsəlman mədəniyyətinin və elminin çiçəklənməsi 
epoxası kimi daxil oldu.  


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə