Telman Orucov



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə18/55
tarix01.12.2017
ölçüsü4,8 Kb.
#13256
1   ...   14   15   16   17   18   19   20   21   ...   55

papa Romasının nüfuzuna tabelikdən azad etdi. 1534-cü ildə kral ingilis (anqlikan) 
kilsəsinin başçısı elan edildi, ölkədə bütün monastırlar bağlandı, onların əmlakı və 
torpaqları isə müsadirə edildi.  
XVI əsrdə Reformasiya Fransaya nüfuz etməyə başladı. Kalvinizmin ardıcılları olan 
huqenotlar arasında xeyli yüksək aristokratiya nümayəndələri də var idi. Huqenotların öz 
dinlərinin tanınması uğrundakı mübarizəsi hakim Valua sülaləsi tərəfindən qəddarcasına 
təqib edilirdi. 1572-ci ildə Parisdə kralın regenti Yekaterina Mediçinin göstərişi ilə çox 
sayda huqenot liderləri və sıravi huqenotlar vəhşicəsinə bir gecənin içərisində 
öldürüldülər. Varfolomey gecəsi dini ədavəti gücləndirdi və yeni dini müharibələrə səbəb 
oldu.  
Avropada dini qarşıdurma XVII əsrin başlanğıcında iri siyasi-dövlət münaqişəsinə 
keçdi, bu isə Otuz illik müharibəyə aparıb çıxardı. 1618-ci ildən sonrakı 30 il ərzində 
Mərkəzi Avropa döyüş səhnəsinə çevrildi. 30 illik qanlı döyüşlərdən sonra 1648-ci ildə, 
nəhayət, sülh bağlandı. Lakin Vestfaliya sülhü Avropadakı konfessiya vəziyyətinə ciddi 
dəyişiklik edə bilmədi. Hökmdarın öz təbəələrinin dinini müəyyən etməsi prinsipi 
qüvvədə qaldı, həm katolitsizmin, həm də protentastizmin mövcudluq hüququ qəbul 
edildi.  
Reformasiya hərəkatı xristian dininin birliyinə son qoydu, katolik kilsəsi 
parçalanmağa başladı.  
 
İslam dünyası 
 
İslam VII əsrdə Ərəbistanda yarandı. Bu ərazinin mərkəzində ucsuz-bucaqsız 
Ərəbistan səhrası uzanırdı. Adamlar əsasən onun kənarında və dəniz sahillərində 
yaşayırdılar. Təsərrüfat və mədəni cəhətdən ən inkişaf etmiş ərazi Yəmən və Ərəbistandakı 
Hicaz idi, axırıncıda dar vahə zolağı var idi. Yəmənin torpağı isə çox məhsuldar idi, ona 
görə də burada sabit əkinçilik sivilizasiyası inkişaf etmişdi. Lap qədimdən Yəməndən və 
Hicazdan mühüm ticarət yolu keçirdi, bu yol Hindistanla əvvəlcə Roma, sonra isə Bizans 
imperiyalarını birləşdirirdi. Ərəb şəhərlərində ticarətlə təkcə ərəblər deyil, həm də Roma 
təbəələri, perslər, abissiniyalılar məşğul olurdular. 
Səhranın kənarlarında bədəvilər adlanan köçəri ərəb tafyaları yaşayırdılar. Onlar 
dəvə, qoyun otarır, yaxşı atlar yetişdirirdilər. Çobanlıq heç də çox vaxt bədəvi tayfalarını 
yedizdirə bilmirdi, onlar oturaq sakinlərə qarşı soyğunçuluq basqınları edirdilər. Bədəvilər 
təkcə igid döyüşçülər deyildilər, onlar həmçinin obrazlı və hissiyyatlı poeziya ilə şöhrət 
tapmışdılar.  
Ərəblər Semit xalqlarına aiddir. Onların dini və adətləri yəhudilərinkinə yaxın idi. 
Nə vaxtsa ərəblərin və yəhudilərin əcdadları bir tayfada yaşamışdılar, bu əcdadlar yəhudi 
Bibliyasında öz əksini tapır. Uzun əsrlər ərzində ərəblər bütlərə sitayiş etmişdilər. 
Ərəbistanın bütpərəst mərkəzlərindən biri öz müqəddəs yeri olan Kəbə ilə şöhrət tapmış 
Məkkə idi. Ərəblər Kəbəni Abrahama (İbrahimə) aparıb çıxarırlar. Kəbə məbədində 
Adəmin cənnətdən gətirdiyi Qara daş qalırdı (bu daş indiyədək oradadır). 


V-VI əsrlərdə yerli ərəblərdən çox sayda moizəçilər meydana gəldi, onlar öz tafya 
adamlarını bütpərəstlikdən çəkindirmək istəyirdilər. Ərəbistanda xristianlar və iudeylər 
də moizə oxuyurdular. Çox sayda ərəblər onda xristianlığa və iudaizmə keçdi. Yəməndə 
isə hətta xristian və iudey knyazlıqları meydana gəldi.  
570-ci ildə Məkkədə tanınmış Qureyş nəslindən olan Məhəmməd dünyaya gəldi. O, 
çox erkən yetim qaldı, aclıq və ehtiyac içərisində oldu. 25 yaşında o, Xədicə adlı varlı 
qadınla evləndi və onun ticarət işlərini apardı. Bu qadın ərinin yaxın dostu və əqidə sirdaşı 
oldu. Məhəmmədin belə bir adəti vardı ki, o, Məkkə yaxınlığındakı Hira dağına çəkilir, 
orada nəcib düşüncələrə dalırdı. Bir dəfə bu hadisə 610-cu ildə olmuşdu, o, dağlıq 
mağarada yuxuya daldı və yuxuda onun yanına mələk Cəbrayıl gəldi və onunla 
danışmağa başladı. Beləliklə, Məhəmməd peyğəmbərliyə çatdırıldı və öz ölümünə qədər 
yuxarıdan vəhy almaqda davam etdi. Onlar da müqəddəs kitab Quranın tərkib hissəsi 
oldu. Yalnız dörd ildən sonra Məhəmməd məkkəlilər qarşısında öz moizəsini oxudu. 
Onlara vahid Allah haqqında məlumat verdi və adamları ona inanmağa çağırdı, 
bütpərəstləri isə Qiyamət günü barədə xəbərdar etdi. Lakin şəhərlilərin bir hissəsi, xüsusən 
Qureyşin görkəmli adamları onun çağırışından hiddətləndilər, onu öz atalarının dinindən 
uzaqlaşmaqda ittiham etdilər. Şəhərin başçıları Məhəmmədi və onun ardıcıllarını 
sıxışdırırdılar. Xədicənin ölümü də Məhəmmədi çox sarsıtdı. Peyğəmbər Məkkədən 
uzaqlaşmağı qərara aldı. 622-ci ildə peyğəmbərin və onun ardıcıllarının Yasribə (bir qədər 
sonra peyğəmbərin şəhəri kimi Mədinə ən-Nəbi və ya Mədinə adlandı) köçməsi – hicrə baş 
verdi. Burada bir-birilə düşmənçilik edən Mədinə tayfalarını birləşdirə və ilk müsəlman 
icmasını yarada bildi. Peyğəmbər nəsil və tayfa fərqlərini ləğv etdi, onlar ərəbləri ayırırdı. 
İcmanın üzvləri isə artıq özlərini vahid xalqın nümayəndələri sayırdılar. İcmaya iudeya 
tayfaları da daxil idi, lakin bu ittifaq uzun sürmədi.  
İudaizmə sitayiş edən iudeylər ilk əvvəllər Məhəmmədin təliminə hörmətlə 
yanaşdılar. Məhəmməd, Bibliyaya da daxil olmuş qədim əhvalata əsaslanaraq öyrədirdi ki, 
Allahla ilk ittifaq bağlayan Abraham (İbrahim) olmuşdur. Bu ittifaqı xatırlatmaq üçün 
Allah insanlara peyğəmbərləri göndərmişdir, onlardan başlıcaları Moisey və İususdur. 
Məhəmməd təkcə ərəbləri deyil, iudeyləri və xristianları da Abrahamın dininə qayıtmağa 
çağırdı, bu din iudaizmdən və xristianlıqdan qədimdir və hər iki dini birləşdirəcəkdir. Bu 
qədim və əsl din Allahın iradəsinə özünü tam «tabe etməkdə» ifadə olunurdu. 
«Müsəlman» sözü (ərəb dinində «muslim») «islam» sözlərindən yaranır, o, həmin adamdır 
ki, özünü bütünlüklə «Allaha tabe edir». Müqəddəs Kitabın, iudeya və xristian 
peyğbəmbərlərinin həqiqiliyini etiraf etməklə, Məhəmməd deyirdi ki, o, İbrahim 
(Abraham) dininin axırıncı peyğəmbəridir, öz ifadəsi ilə deyildiyi kimi, «peyğəmbərliyin 
möhürüdür». Lakin tezliklə Məhəmməd əmin oldu ki, onun çağırışı çox sayda ərəb 
tərəfindən dəstəkləndiyi halda, nə iudeylər, nə də xristianlarda müsbət cavab tapmadı. 
İslam, özünün iudaizmdən və xristianlıqdan fərqli olan ritualları ilə ayrıca dinə çevrildi. 
Qədim Kəbə hələ də bütpərəstlərin əlində qalsa da, müsəlmanların baş məbədi kimi qəbul 
edildi.  


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə