Telman Orucov



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə15/55
tarix01.12.2017
ölçüsü4,8 Kb.
#13256
1   ...   11   12   13   14   15   16   17   18   ...   55

başçılıq etmək nişanəsi hesab etmişdi. Çünki imperator hesab edirdi ki, Xristos yer 
üzərində allahın valisidir.  
Kosntantinin hökmranlığı dövründə xristianlığın əhəmiyyəti yüksəldi, lakin 
bütpərəst kultlar sıxışdırılmırdı. Konstantin Vizantinin yerində imperiyanın xristian 
paytaxtını tikməyə göstəriş verdi və 330-cu ildə bütpərəst Romaya qarşı duran bu yeni 
şəhəri Konstantinopol adlandırdı. 
İmperatorun ediktinə görə adamlara din azadlığı verildi. O vaxtdan etibarən 
xristianlar digər dinlərin ardıcılları kimi hüquqlar aldılar. Beləliklə, bütün imperiyada 
xristianların təqibinə son qoyuldu. Valilər dustaqxanalardan xristianları azad edib, onlara 
xristian ibadətlərini icra etməyə icazə verdilər.  
Dövlət dininin ləğv olunması Roma tarixində əsaslı dönüş demək idi. Xristianlara 
icazə verildi ki, bütün başqaları ilə birlikdə öz allahlarına sitayiş etsinlər, bunun əvəzində 
allah özü imperatora mərhəmət göstərə bilərdi. Xristianlara, onlardan müsadirə edilmiş 
əmlak geri qaytarıldı. 
Beləliklə, xristianlar üzərində olan təhlükə tamamilə yoxa çıxdı. Xristianlıq kütləvi 
dinə çevrildi. Konstantin xristian kilsə xadimlərinə bol-bol ianə verirdi, həm də onlara 
əlavə imtiyazlar bağışlanıldı. Siyasi fayda axtaranlar xristian icmalarına axışmağa başladı. 
Kilsə dövlətin xidmətinə düşdü və onların arasındakı sərhəd, demək olar ki, yoxa çıxdı.  
Xristian kilsəsində görkəmli xadimlər meydana gəldi. Şərqdə kilsənin böyük ataları 
əsasən IV əsrdə çalışmış Böyük Vasili, Qriqori İlahiyyatçı və İoann Zlatoust idi. Vasili 
Kesariya yepiskopu olmaqla, çoxlu monastırlar yaratmışdı. Kilsə ibadətlərini 
dəyişdirmişdi. Qriqori İlahiyyatçı üçlük barədə təlimi işləyib hazırlamışdı. İoann Zlatoust 
isə moizələri ilə məşhur idi.  
Latın qərbində isə kilsənin ataları arasında daha məşhurları Amvrosi, Avqustin və 
İeronim idi. Amvrosi günah, tövbə və xeyirxahlıq məsələlərini işləyib hazırlamışdı.  
Avqustin (354-430-cu illər) xristian dininə heç də əvvəldən gəlməmişdi. Anasından 
xrisitan tərbiyəsi alsa da, təhsil vaxtı o, manixeylərə qoşulmuşdu. Sonralar o, arianlığa və 
manixeyizmə qarşı amansız mübarizə aparmışdı. Onun həyatı Allahı dərk etmək 
sahəsindəki daim davam edən cəhdlərindən şəhadət verir.  
İeronim uzun müddət Antioxiya yaxınlığında səhrada zahid kimi yaşamışdı. 
Bibliyanı latın dilinə tərcümə etmişdi, bu, «Vulqata» adlanır.  
Onlardan başqa, digər görkəmli ilahiyyatçılar da ilk kilsələrin müxtəlif dini 
anlayışlarından Vahid sistem yaratmağa can atmışdılar. Apostolların şagirdləri olan üç 
keşiş xristian təlimlərini izah etmiş, öz məktubları ilə müxtəlif icmalara müraciət etmiş, bu 
məktublarda hər şeydən əvvəl etika məsələləri barədə fikir yürütmüşdülər.  
VII-VIII əsrlərdə İtaliyada və Fransa torpaqlarında belə bir inam geniş yayılmışdı ki, 
guya yalnız dünyadan uzaqda ruhi sakitlik əldə etmək olar, bu mülahizələyə görə də çoxlu 
monastırlar yaradıldı.  
Siyasi qaydasızlıqlar, tez-tez baş verən müharibələr və cəzasız qalan zorakılıqlar 
adamların çoxunu məcbur edirdi ki, monastırlara gedib, orada həyatlarını Allaha həsr 


etsinlər. Bəziləri bunda ruhi harmoniyanı bərpa etmək imkanı görürdülər – monastıır 
həyatı həm də sosial özünəgüvənmə hissi verirdi.  
 
                        Monastırlar, səlib yürüşləri, inkvizisiya, Reformasiya   
 
İtaliyanın Nursiya şəhərində doğulan Müqəddəs Benedikt yaxşı dünyəvi təhsil 
görmüşdü, o, 529-cu ildə Roma ilə Neapol arasındakı yarı yolda Monte-Kassino 
monastırlarının əsasını qoymuşdu. Xristian şərqinin nümunəsi əsasında o, Qərbi Avropada 
ilk monastırlar nizamnaməsini yaratmıqşdı. Nizamnamə 73 maddədən ibarət olmaqla 
rahiblərin həyatını nizamlayırdı. «Dua et və zəhmət çək!» (Ora et labora!) bu 
nizamnamənin baş göstərişi idi.  
Benedikt başlanğıcda zahid olmasına baxmayaraq, o, adamların birgə yaşadığı 
monastırı çoxluq üçün daha yaxşı uyğun gələn Allaha xidmətin maarifçi məktəbi hesab 
edirdi. Müqəddəs Benediktin sərt nizamnaməsi rahibdən bakirliyi, mülkiyyətdən imtina 
etməsini, bir dəfə seçilmiş monastıra ölənə qədər sadiq qalmağı tələb edirdi. Tabe olmaqla, 
itaətlə, dua ilə Benedikt rahibləri apostolları təqlid etməyə və Xristosa yaxın olmağa 
çağırırdı. Nizamnamədə əqli əməyə, birinci növbədə könülü xilas edən mütaliəyə xüsusi 
əhəmiyyət verilirdi, bu, sonralar Benedikt monastırlarının Qərbi Avropanın başlıca mədəni 
mərkəzlərinə çevrilməsində mühüm rol oynadı.  
Monastırların çoxunda rahib Benedikt tərəfindən tərtib olunan qaydalar işləyirdi. 
Onlar rahiblərə dua etmək və əməklə məşğul olmağı məsləhət görürdü. Tezliklə 
monastırlar böyük siyasi, təsərrüfat və mədəni əhəmiyyət kəsb etdi. Rahib cəmiyyətinin 
ciddi təşkilatlanması, həm də rahib tabeliyi dünyəvi dövlətlərin idarələrində də təqlid 
olunmaq üçün nümunəyə çevrildi. Monastır əkinçiliyinin yüksək əmək məhsuldarlığı və 
mənfəətli ticarət hesabına monastırlar mühüm iqtisadi faktora çevrildilər. Monastır 
məktəblərində ruhani və dini adamlardan başqa gələcək məmurlar və inzibatçılar təhsil 
alırdı. Monastır kitabxanaları antik alimlərin və şairlərin əsərlərini qoruyub saxlayırdı. 
Onların surətləri çoxlarına məlum deyildi. Monastırlardakı həyat tərzi həddən artıq 
asketik xarakter daşıyırdı, icma həyatının əsasına tabe olmaqdan ibarət idi. Bu özü intizam 
üçün ən yaxşı vasitə hesab olunurdu. Kim bunu pozsa, çox ciddi qaydada cəzalandırılırdı. 
Monastırların ərazisində rahiblər üçün yaşayış otaqları, kilsə, kapitula salonu, həmçinin 
təsərrüfat təmsilçiləri, sənətkar emalatxanaları və qonaqlar üçün ümumi otaqlar var idi.  
Sonralar xristian dini ikona məsələsi üstündə ilk parçalanmaya məruz qaldı. Bizans 
imperatoru III Lev Suriyalı (675-741-ci illər) öz edikti ilə ikonaya sitayişi qadağan etdi. O, 
bütün kilsələrdə ikonaları məhv etməyi əmr etdi, ikona ilə mübarizə epoxası başlandı və 
bu, Konstantinopol patriarxallığı ilə Papalıq arasındakı əlaqənin növbəti kəsilməsinə səbəb 
oldu. III Lev ərəblərlə müharibədəki məğlubiyyətinin səbəbini onda görürdü ki, xristianlar 
əldə düzəldilmiş obrazlara sitayiş etməklə Moiseyin qadağasından uzaqlaşırlar. İmperator 
qadağa yolu ilə ilkin xristian ənənələrini bərpa etmək istəyirdi. Papa III Qriqori 
gecikmədən buna reaksiya verdi, o, soborda ikona ilə mübarizə aparan imperatoru və 
onun ardıcıllarını lənətlədi. İkonaya sitayiş edənlərin rəhbəri, yunan kilsəsinin atası isə 


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə