Telman Orucov



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə23/55
tarix01.12.2017
ölçüsü4,8 Kb.
#13256
1   ...   19   20   21   22   23   24   25   26   ...   55

xüsusən möhkəmləndi. İmperatriçənin Manifesti Krımın Rusiya tacı altına faktiki olaraq 
keçməsini rəsmiləşdirdi. Osmanlı imperiyası Qara dənizin şimal sahilində öz strateji 
platsdarmından məhrum oldu. Qızıl Ordanın yeganə qalığı olan Krım xanlığı da öz 
mövcudluğunu itirdi. Rusiya imperiyasının mərkəzi quberniyalarından köçürülənlər 
Krımın istifadə olunmasına başladılar. Rusiya Qara dəniz ətrafında və Qafqazda öz 
mövqelərini möhkəmləndirmək üçün digər addımlar atdı.  
Avropada 1848-1849-cu illərdə mili-azadldıq və inqilabi çıxışlar baş verdikdən sonra 
beynəlxalq münasibətlər xeyli kəskinləşdikdə, yeni müharibə üçün səbəb rolunu katolik və 
pravoslav ruhanilər arasında Palestinadakı Müqəddəs yerlər barədə mübahisə oynadı. 
Rusiya çarı I Nikolay pravoslav ruhanilərini himayə edərək türk sultanından 
pravoslav təbəələrinin onun müdafiəsi altına qoyulmasını tələb etdi. Böyük Britaniya və 
Fransa isə Rusiyaya qarşı birgə hərəkət etmək barədə razılığa gəldilər. Türkiyə Rusiyanın 
ultimatumunu rədd etdi və onunla diplomatik əlaqələrini kəsdi. Rus qoşunları Moldaviya 
və Valaxiya knyazlıqlarını tutdular. Sultan rus qoşunlarının öz knyazlıqlarından 
çıxarılmasını tələb edərək, 1853-cü ildə Rusiyaya müharibə elan etdi. Zaqafqaziyada rus 
qoşunları türk ordusunu məğlubiyyətə uğratdılar. Böyük Anadolu türk ordusu da ağır 
məğlubiyyətlə üzləşdi. Rusiyanın bu qələbəsi ingilis-fransız koalisiyasının Qafqazı tutmaq 
cəhdini pozdu. Rus gəmiləri Qara dənizdəki Sinop buxtasında bütün türk gəmilərini məhv 
etdi. Eskadraya komandanlıq edən Osman Paşa əsir götürüldü. Bu qələbə hesabına ruslar 
Qara dənizdə ağalıq əldə etdilər. Türkiyənin müttəfiqləri olan Fransa və Böyük 
Britaniyanın gəmilərindən ibarət eskadra 1853-cü ilin dekabrında Qara dənizə girdilər. 
Moldaviya və Valaxiyanı Avstriya qoşunları tutdu. Beş il əvvəl Avstriyanı böyük 
təhlükədən xilas edən Rusiyaya qarşı Habsburqlar görünməmiş nankorluq etdilər və 
Rusiyaya qarşı koalisiyanı hərbi qaydada dəstəklədilər. İngilis-fransız gəmiləri şimal 
dənizlərində də Rusiya ilə dəniz döyüşləri apardılar. Qara dəniz sahilində isə ingilis-
fransız və türk qoşunları Yeviatoriyada sahilə çıxdılar. Rus qoşunları 1854-cü ilin 
payızında məğlubiyyətə uğradılar. İnkerman döyüşü də ruslar üçün uğursuz oldu. 
Sonrakı ili Sevastopolun ikinci bombardmanı başlandı. Bu bombardmanlardan sonra 
Sevastopola ümumi hücumlar başlandı. Yazda isə Qarsdakı rus qarnizonu təslim oldu.  
Rus ordusunun silahı, sursatı, ərzağı çatışmırdı. Rusiyaya qarşı İsveç, Prussiya, 
xüsusən Avstriya böyük düşmənçilik göstərirdi. Müharibənin davamı və böyük sayda 
qurbanlar, həmçinin xərclərin artması müttəfiq ölkələrin hökumətlərinin mövqeyinə öz 
təsirnini göstərdi. Bütün bunlar ona gətirib çıxardı ki, 1855-ci ilin sonuna hərbi 
əməliyyatlar faktiki olaraq kəsildi və danışıqlar bərpa olundu. Müharibəni uğursuzluğuna, 
həmin ilin martında çar I Nikolayın ölümü də əlavə olundu.  
Krım müharibəsinin başlanmasından düz üç il sonra vuruşan tərəflər Parisdə sülh 
müqaviləsi bağladılar. Rusiya Qara dənizin demilitarizasiyası və neytarllaşdırılması ilə 
razılaşmağa məcbur oldu. Qara dəniz boğazlarından bütün hərbi gəmilərin keçməsinə 
qadağa qoyuldu. Osmanlı imperiyası ərazi toxunulmazlığı qarantiyası aldı. Avropa 
dövlətləri Osmanlı imperiyasının xristianlarını müdafiə etmək təminatı verdilər.  


Krım müharibəsinin başa çatması və Paris sülhü Rusiyanın Şərqi Avropadakı və 
Balkanlardakı nüfuzunun aşağı düşməsinə səbəb oldu. Avstriya Krım müharibəsi vaxtı 
qətiyyətli hərəkət etmədiyinə görə beynəlxalq izolyasiya şəraitinə düşdü. Rusiyanın 
məğlubiyyəti daxili siyasət sahəsində də bəzi nəticələrin yaranmasına səbəb oldu. Yeni çar 
II Aleksandr aprel ayında təhkimçilik hüququnun qarşıdakı dövrdə ləğv ediləcəyini elan 
etdi, lakin bu vacib hadisənin baş verməsini, 22,5 milyon təhkimli kəndlinin azad olmasını 
daha altı il gözləmək lazım gəldi. 
Osmanlı imperiyasının öz iqtisadiyyatını və infrastrukturasını inkişaf etdirmək 
cəhdləri Avropa dövlətləri tərəfindən müəyyən qısqanclıqla qarşılanırdı. Elə təsəvvur 
yaranırdı ki, Türkiyənin hansısa böyük proyekti həyata keçirməyə səlahiyyəti yoxdur. 
1891-ci ildə Türkiyə Almaniya tərəfindən nəzarət edilən Anadolu dəniz yolu 
kompaniyasına Bağdaddan keçməklə, öz şəhəri Konyadan Bəsrəyə qədər dəmir yolu 
çəkmək üçün konsessiya verdi. Bu layihə Avropa dövlətləri arasında gərginlik yaratdı. 
Böyük Britaniya və Rusiya Almaniya tərəfindən özlərinin Kiçik Asiyadakı maraqlarına 
təhlükə hiss etdilər. Şərqi böhranla əlaqədar olaraq Almaniya imperatoru II Vilhelm 
İstanbulda türk sultanı II Əbdül Həmidlə görüşdü. İmperatorun birbaşa müdaxiləsindən 
sonra dəmir yolunun tikintisi barədə danışıqlar siyasi xarakter aldı.  
1908-ci ildə baş verən gənc türklər inqilabı Osmanlı imperiyasını daxili böhrana cəlb 
etdi, inqilab II Əbdül Həmidin avtokrat rejiminə son qoydu. O, siyasi sahədə mühüm 
güzəştlərə getməyə məcbur olsa da, 1909-cu ildə taxt-tacdan uzaqlaşdırıldı. İnqilabın 
uğurunda həlledici rolu 27 yaşlı zabit və siyasətçi Ənvər Paşa oynadı. Üsyana onun özü və 
silahdaşı Mustafa Kamal başçılıq etmişdi. Gənc türklər əcnəbilərin ölkədə ağalığına qarşı 
çıxış edir, idarəçiliyin mütləqiyyət formasını rədd edir, liberal konstitusiya dövləti 
prinsipini müdafiə edirdilər. Ənvər Paşa Türkiyəni Birinci Dünya müharibəsi illərində 
idarə edən triumviratın başçısı, müdafiə naziri oldu. Ermənilərin Azərbaycana təcavuzu 
vaxtı, 1918-ci ildə hərbi kömək göstərmək üçün Ənvər Paşanın qardaşı Nuru Paşa ordusu 
ilə buraya gəlir və azərbaycanlılara böyük kömək göstərir. Ənvər Paşa isə sonralar Orta 
Asiyaya keçib, orada Sovet quruluşuna qarşı basmaçların müqavimət hərəkatına qoşuldu 
və Qızıl Ordu ilə toqquşmada 1922-ci ildə həlak oldu.  
1912-ci ildə Balkan İttfaqında birləşmiş dövlətlər – Bolqarıstan, Serbiya, Yunanıstan 
və Çernoqoriya Osmanlı imperiyasına qarşı müharibəyə başladılar. Onların məqsədi 
Balkanlarda türk ağalığına son qoymaq və yeni ərazi bölgüsünü aparmaq idi. Avropa 
dövlətlərinin ekspansionizmi və Balkan xalqlarının müstəqillik qazanmaq cəhdləri daim 
gərginlik yaradırdı. Türkiyəyə qarşı yönələn Balkan ittifaqı da bu məqsədə yönəlmişdi. 
Rusiya imperatoru ümid edirdi ki, Balkanlarda türk ağalığının ləğv edilməsi ilə Rusiyanın 
təsiri artacaqdır. Əslində onun ümidi puç oldu. Üç il sonra Bolqarıstan düşməni saydığı 
Osmanlı imperiyası ilə birlikdə Birinci Dünya müharibəsinin gedişində Üçlük ittifaqına – 
Almaniya və Avstriya-Macarıstan blokuna (müharibədən əvvəl İtaliya da bu blokda idi, 
lakin 1914-cü ildə neytrallıq elan edib, bir il sonra isə öz əvvəlki müttəfiqlərinə müharibə 
elan etdi) qoşularaq Antantaya – Böyük Britaniya, Fransa və Rusiyaya qarşı müharibə 
aparırdı. 


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə