Telman Orucov



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə21/55
tarix01.12.2017
ölçüsü4,8 Kb.
#13256
1   ...   17   18   19   20   21   22   23   24   ...   55

Abbasi sülaləsi 1258-ci ilə qədər hökmranlıq etdi və xilafət ilə birlikdə süqut etdi. 
Onları monqol işğalçıları məhv etdilər. Müsəlmanların yaddaşında Abbasi xilafətinin 
«qızıl dövrü» kimi qalan illər Harun ər-Rəşidin idarəçiliyinə aiddir. Xəlifə öz hakimiyyətini 
möhkəmləndirərək İran nəslindən olan Barmakilərin böyük qüdrətini cilovlaya bildi. 
Onlar mühüm dövlət vəzifələrini tuturdular. İmperiyanın ərazilərindəki dinc həyat 
sənətkarlığın və ticarətin inkişafına səbəb oldu.  
Xəlifənin Bağdad sarayı intellektual və bədii yaradıcılıq həyatının mərkəzi olaraq 
qalırdı.  
Lakin artıq Harun ər-Rəşidin vaxtında xilafətin kənar regionlarında 
mərkəzdənqaçma qüvvələri açıqca görünürdü. Xəlifə qiyamları yatıra bilmədi. Ancaq 
Harun ər-Rəşid öz dövründə böyük populyarlıq qazanmışdı, onu ədalətli hökmdar hesab 
edirdilər. «Min bir gecə» nağılları isə öz növbəsində Harun ər-Rəşid mifi yaratdı.  
Abbasilərin idarə etməsi dövründə, bu yarım minillik bir dövrü əhatə edir, 
müsəlman elmi xüsusi inkişaf əldə etmişdi. Bağdadda məşhur tərcümə mərkəzi meydana 
gəlmişdi, burada yunan, Suriya və pəhləvi dillərindəki bütün bilik sahələrinə məxsus olan 
əsərlər ərəb dilinə tərcümə olunurdu. Aristotelin, Platonun və neoplatoniklərin fəlsəfi 
əsərləri, Yevklidin, Arximedin və Ptolomeyin təbiət elmlərinə aid traktatları, Hippokratın 
tibb traktatları ərəb dilində yeni həyat qazandılar. Bir qədər sonra bu kitablar Qərbi 
Avropada ərəb dilindən latın dilinə tərcümə olundu.  
Qədim yunanların nailiyyətlərinə arxalanaraq müsəlmanlar astronomiyada və 
astrologiyada, matematikada, coğrafiyada, əlkimyada parlaq uğurlar qazandılar. 
Müsəlman ilahiyyatı və fəlsəfə də xüsusi inkişafa çatdı.  
Özündən sonra 150 əsər qoyub getmiş İbn Sina (980-1037-ci illər) tibb elmində 
böyük nüfuz sahibi idi. Onun «Həkimlik elminin qanunu» əsəri Avropanın tibb 
fakültələrində öyrədilirdi. 
Abbasilər özləri hərbi uğurları ilə öyünə bilməsələr də, bu dövrdə Tunis ərəbləri 
sülaləsi olan Aqlabidlər Siciliyanı, sonra isə Cənubi İtaliyanı tutdular. Şimali Afrika 
ərəblərinin Bağdad xilafətindən azad olmaq istəyi hələ VIII əsrin ortalarında meydana 
gəlmişdi. Mərakeş müstəqillik əldə etmişdi. Bundan sonra Abbasilər Tunis və Əlcəzairin 
şərq hissəsində İfrikiya adlanan sərhəd markası yaratmış və onun sərhəd müdafiəsini yerli 
sülalə olan Aqlabidlərə tapşırmışdı. Aqlabidlər Abbasilərin valiləri olsalar da, onlar 
tezliklə tam müstəqillik əldə etmişdilər və İfrikiyanı məğribdəki ən qüdrətli dövlətə 
çevirmişdilər. Şimali Afrika iqtisadiyyatı inkişaf etməyə başlamışdı. Lakin tezliklə yeni 
dövlət öz təbəələrinin diqqətini daxili münaqişələrdən yayındırmaq üçün işğallara əl atdı. 
Bizansla müharibədə Kriti, bir il sonra, 827-ci ildə Siciliya və Cənubi İtaliyanı tutdu.  
 
       Səlcuqlar, Osmanlı imperiyası və Persiya 
 
X əsrdə isə türkdilli xalq olan oğuz-türkmən tayfaları Orta Asiyanın cənubundan 
köçməyə başladılar, onları sonralar öz liderlərinin adı ilə Səlcuqlar adlandırdılar. Onlar 
960-cı ildə islamı qəbul etdilər. XI əsrin ortalarında onlar İranı özlərinə tabe etdilər, 1050-ci 


ildə isə Bağdadı götürdülər. Xəlifə onların hərbi rəisi Toğrul bəyə sultan titulunu verdi. 
Onun varisi Alp Arslanın vaxtında isə (1063-1072-ci illər) türklər Kiçik Asiyanın şərqinə 
girdilər. Bizanslılar üzərində Manzikertdəki 1071-ci ildəki qələbə türklərə Kiçik Asiyanı 
işğal etmək üçün yol açdı, burada bir neçə türk əmirlikləri yarandı, onlardan ən böyüyü 
Rum əmirliyi idi. Sonra onlar Fatimidlərdən Yerusəlimi, Palestinanın və Suriyanın digər 
şəhərlərini aldılar.  
Səlcuqların basqınlarından sonra xristianların Palestinanın müqəddəs yerlərinə 
gəlmələri çox çətinləşdi. Xristianların sıxışdırılması xəbəri bütün Avropaya yayılmaqla, 
Şərqə Səlib yürüşlərinin təşkili üçün başlıca səbəb oldu. Bizans imperatoru da bu ideyanı 
dəstəklədi, çünki onların köməyi ilə Kiçik Asiyada itirilmiş torpaqlarını geri qaytarmaq 
istəyirdi.  
1300-cü ilə yaxın isə Osmanlı sülaləsinin banisi, türk tayfası Kayıdan olan I Osman 
tarixdə mühüm rol oynayacaq imperiyanın yaranması üçün birinci addımı atdı. XIII əsrdə 
Kayı türkləri monqol işğalçılarından qurtulmaq üçün Orta Asiyadan köçüb səlcuqların 
Rum sultanlığına gəldilər. Burada tayfanın başçısı Ertoğrul Bizans torpaqlarının lap 
sərhədində kiçik ərazi aldı, bu torpağı 1288-ci ildə onun oğlu Osman vərəsə kimi götürdü. 
XIV əsrin əvvəllərində Rum sultanlığı on əmirliyə parçalandı. Bundan sonra Kiçik 
Asiyadakı Bizans ərazilərinin xeyli hissəsini tutan əmir Osman özünü müstəqil hökmdar 
elan etdi və Adrianopolu (Ədirnəni) XIV əsrin sonunda özünə paytaxt edən Osmanlı 
dövləti artıq cənubi-şərqi Avropada ağalığını qurmağa can atdı. Konstantinopol 1453-cü 
ildə işğal edilənə qədər Adrianopol 88 il ərzində Osmanlı türklərinin paytaxtı oldu. 
Buradan onlar Balkan yarımadasındakı Bizans torpaqlarını və ya Rumeliyanı tutmağa 
başladılar.  
Konstantinopolun işğalı isə Bizans dövlətinin varlığına son qoymaqla yanaşı, 
Osmanlı imperiyasının böyük hərbi zəfərinə səbəb oldu. Bizansın son imperatoru XI 
Konstantin Paleoloq özünün paytaxt şəhəri tutulanda həlak oldu və beləliklə, sultan II 
Mehmet Fatehin bu işğalı Bizansın minillik tarixini başa çatdırdı. Konstantinopolun 
tutulması Avropanın dini və siyasi həyatında böyük dəyişikliklərə səbəb oldu. Osmanlı 
imperiyasının nüfuzu yüksəldi, o öz qoşunlarına hədə gələn qüdrətli Asiya-Avropa 
dövlətinə çevrildi. Qorxuya düşən Avropa dövlətləri Qərb xristian sivilizasiyanı birlikdə 
müdafiə etməyi özlərinin başlıca vəzifəsi hesab etdilər. Avropa Qara dənizə girişdən 
məhrum oldu. Təhlükə hesabına Şərqlə ticarət xeyli zəiflədi.  
Dini sahədə isə pravoslav(ortodoks) kilsəsinə rəhbərlik Bizansdan özünü «3-cü 
Roma» adlandıran Moskvaya keçdi. Bizans alimlərinin İtaliyaya mühacirəti hesabına 
avropalılar yunan mədəni irsini özləri üçün yenidən açdılar, bu isə Avropa humanizminin 
yaranmasına təkan verdi.  
Konstantinopol təkcə türk basqını hesabına deyil, həm də Şərqi Roma imperiyasının 
daxili böhranı səbəbindən süqut etdi. Osmanlı qoşunları sayca üstün idi, Mehmet şəhərə 
hücuma Avropada dəhşət təlqin edən 150 mindən çox döyüşçü və o dövr üçün güclü 
artilleriya cəlb etmişdi. Bizanslılar qəhrəmancasına müqavimət göstərsələr də, ik iaylıq 
mühasirə öz işini gördü. Türklər bağlı Qızıl Buynuz körfəzinə soxuldular, onlar buraya 


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə