Telman Orucov



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə26/55
tarix01.12.2017
ölçüsü4,8 Kb.
#13256
1   ...   22   23   24   25   26   27   28   29   ...   55

istefa verdikdən sonra taxt-taca onun oğlu Məhəmməd Rza Pəhləvi çıxdı, bu vaxt onun 22 
yaşı var idi.  
 
Təbii fəlakətlər 
 
Təbii kataklizmlərin baş verməsi çox sayda insan tələfatı, şəhərlərin və digər yaşayış 
məntəqələrinin xarabazara çevrilməsi ilə nəticələnir. Təbii fəlakətlərə vulkan püskürməsi, 
zəlzələlər, tsunamilər, daşqınlar, dəniz sularının və çayların daşaraq sahili basması 
daxildir. Tarixə məlum olan belə fəlakətlərdən biri 79-cü ildə Vezuvi vulkanının 
püskürməsi ilə baş vermişdi. İtaliyanın Kampaniya əyalətindəki Pompei və Herkulanum 
şəhərləri kül təbəqəsi və lava altında qalmış, fəlakət 2000 nəfər insanın həyatına son 
qoymuşdu. Kül altında qalan bu şəhərlər indiyədək fəlakətin necə qəflətən və sürətlə baş 
verdiyini, həyata son qoyan mənzərələri bu gün də nümayiş etdirir.  
1024-cü ildə Təbrizdə baş verən torpaq silkələnməsi vaxtı 40.000 adam həyatını 
itirmişdi.  1277-ci ildə «Milad daşqını» vaxtı Şimal dənizinin sahilindəki 50 kəndi dəniz 
suları yuyub aparmışdı. 1293-cü ildə Yaponiyadakı Saqami körfəzindəki və Cənubi 
Çindəki zəlzələ vaxtı 22.000 adam ölmüşdü.  
Ümumiyyətlə, daşqınlar Avropada hamıdan çox Şimal dənizinin sahilinə təhlükə 
törədirdi. 1362-ci ildə tufan vaxtı sahilin xeyli hissəsi məhv olmuşdu. Daşqın nəticəsində 
Friz adaları adlanan 10 ada əmələ gəlmişdi. 1509-cu ildə baş verən zəlzələ İstanbulun xeyli 
hissəsini dağıtdı və 13.000 nəfərə qədər insanın ölümünə səbəb oldu.  
1755-ci ildə Portuqaliyanın paytaxtı Lissabon zəlzələ nəticəsində tamamilə 
dağılmışdı. Təbii fəlakət 32.000 nəfər sakinin həyatına son qoydu. Lissabon faciəsi bütün 
Avropanı sasırtdı. Çiçəklənən ticarət şəhərinin viran qalmasını xristianlar Allahın 
qəzəbinin nişanəsi hesab etdilər. Güclü təkanlar fəlakətdən hələ bir neçə ay sonra da 
davam etdi.  
1797-ci ildə isə Peru paytaxtı Limada dağıdıcı zəlzələ baş verdi. Fəlakət çox sayda 
adamların həyatına son qoydu və böyük maddi ziyan vurdu. Limanın əsasını konkistador 
Fransisko Pisarro qoymuş, onu hindular tikmişdilər. İspanlar və portuqaliyalılar şəhərin 
kənarlarında məskunlaşmağa üstünlük vermişdilər. Şəhər buna qədər 110 ildə iki zəlzələ 
görsə də, onda çoxlu əvvəlki binalar qalmışdı, ona görə də Lima İspan müstəmləkə 
arxitekturasının mərkəzi kimi tanınırdı.  
Tarixdə ən dəhşətli vulkan püskürməsi 1883-cü ildə İndoneziyadakı Krakatau 
hadisəsi olmuşdu. Krakatau adasında püskürən vulkan nəticəsində, bu ada Sumatra və 
Yava adalarının arasında yerləşirdi, bütün ada 250 metr dərinliyində okean suyunun altına 
düşdü və nəhəng krater əmələ gətirdi. Vulkan bundan üç ay əvvəl fəallaşmışdı, avqust 
ayında isə fəlakət baş verdi. Vulkan külü 50-80 km hündürlüyə qalxdı. Yağışlar onu 
800.000 kv.km ərazidəki sahədə yaydı, günəş və ay batması effekti yaratdı, bunlar hətta üç 
il sonra da müşahidə olunurdu. Krakatau adasının suya batması nəhəng daşqın əmələ 
gətirdi. 35 m hündürlüyündəki dalğalar Yava və Sumatra adaları arasında cövlan edib, 
sahilləri viran qoyurdu. Fəlakətdə 36.000 adam həlak oldu.  


1985-ci ildə Meksikada iki zəlzələ baş verdi. Onlardan birində Mexiko şəhəri böyük 
ziyan gördü. 18 milyon əhalisi olan şəhərdə 4 mərtəbədən ibarət olan bütün binaların 35 
faizi dağıldı. Bu fəlakət nəticəsində 5.800 nəfər adam həlak oldu.  
Kolumbiyada 90 dəqiqə ərzində iki dəfə Nevado-del-Ruis vulkanı püskürdü. 
Vulkanın yaxınlığındakı Arisfo şəhəri lavadan gələn palçıq axını ilə bütünlüklə məhv oldu. 
8 m hündürlüyə qalxan palçıq altında təqribən 20.000 nəfər adam həlak oldu.  
1988-ci ildə SSRİ-də Ermənistanın Spitak və Leninakan şəhərləri güclü zəlzələ 
nəticəsində dağıldı, Spitak tam viran qaldı, zəlzələ nəticəsində 55.000 adam öldü.  
1990-cı ildə İranda baş verən zəlzələdə 40.000 adam öldü və 100.000 min adam 
yaralandı. Liman şəhəri olan Rəştə daha böyük ziyan dəydi. 12 il əvvəl baş verən zəlzələdə 
isə 25.000 nəfər adam həlak olmuşdu.  
2004-cü ilin dekabrında Sumatra adasının (İndoneziya) qərb sahilndə tsunami əmələ 
gətirən zəlzələ baş verdi,onun gücü tsunami başlayanda 9,1-9,3 bal idi. Tunami Hind 
okeanı sahillərindəki torpaqlara böyük ziyan vurdu, 230.000 adamın ölümünə səbəb oldu. 
Sahillərdə dalğa 30 metrə qalxdı, bu, tarixdə məlum olan ən ölümcül təbii fəlakət oldu. Ən 
ağır zərbə İndoneziyaya, sonra isə zərbələr Şri-Lankaya, Hindistan və Tailanda dəydi. Bu, 
tarixdə məlum olan üçüncü ən böyük zəlzələ idi, 8,3-10 dəqiqə davam etmişdji. Bu hadisə 
Sumatra-Andaman zəlzələsi kimi tanınır. 
Zəlzələnin episentri şimali Sumatranın təqribən 160 kilometrliyində idi. Tunami 
adlanan təbii fəlakət başlandıqdan sonra Asiyanın altı ölkəsində və Maldiv adalarında öz 
dağıdıcı işini gördü. Hind okeanı zəlzələsi baş verdikdə Yer səthində azad olunan 
enerjinin gücü Xirosimaya atılan atom bombasının gücündən 1.500 dəfə çox idi. Dənizin 
yatağından qəflətən şaquli qalxan zəlzələ vaxtı suyun kütlə şəklindəki həcmi öz yerini 
dəyişdi və bu, nəticədə tsunamiyə səbəb oldu və o, Hind okeanının sahillərinə zərbə 
endirdi. Dayaz suda dalğa 24-30 metrə qalxdı və bu, Sumatra adasındakı Asehə ağır ziyan 
vurdu. Tsunami təkcə asiyalıların deyil, turistlərin də ölümünə səbəb olmuşdu. Təkcə 
Tailandda Avropadan gəlmiş 7.000 xarici turist həlak olmuşdu. 
Ümumiyyətlə, 1908-ci ildən 1990-cı ilə qədər dünyada 23 təbii fəlakət nəticəsində 1,5 
milyona qədər adam həlak olmuşdu. Əvvəlki əsrlərdə isə – 1596-cı ildən başlayaraq, 1896-
cı ilə qədər dünyada çox güclü zəlzələlər baş vermişdi, onlardan ikisi İtaliyanın və 
Yaponiyanın payına düşür.  
  
 
 
Renessans epoxası 
 
İntibah epoxası dünya incəsənətinin tarixində onun ən parlaq səhifələrindən biridir. 
Bu, XIV-XVI əsrlərdə İtaliyanı, XV-XVI əsrlərdə Alp dağlarından şimalda yerləşən ölkələri 
əhatə edirdi.  
Renessans öz adını bir dövr kimi unudulmuş  antik incəsənətin bərpası hesabına 
götürmüşdür. Lakin yeni incəsənət, əlbəttə ki, daha böyük əhəmiyyət kəsb edirdi. 


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə