Telman Orucov



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə27/55
tarix01.12.2017
ölçüsü4,8 Kb.
#13256
1   ...   23   24   25   26   27   28   29   30   ...   55

Renessansın bədii mədəniyyəti iqtisadiyyatın gur inkişafı, orta əsrlər həyat tərzinin 
dağılması və kapitalist münasibətlərinin meydana gəlməsi dövründə təşəkkül tapdı. Bu 
dəyişikliklər yeni dünyagörüşün – humanizmin yaranmasına səbəb oldu. Bütün 
humanistləri insanın yaradıcı gücünə inam ilhamlandırırdı, yeni epoxanın açdığı azadlıq 
qanadlandırırdı.  
Bu vaxt insan idealı meydana gəlir. Onda qədim dövrün idealı ilə ümumi çox şeylər 
var idi, lakin bu, dünya mədəniyyətinin təcrübəsi ilə «mürəkkəbləşmişdi» və daha çox şeyi 
bilməyə can atırdı, onu həm də hələ tədqiq olunmamış cəhətlər özünə çəkirdi, onda 
gözəllik hissi xüsusən inkişaf etmişdi.  
Renessans epoxasının xarakterik xüsusiyyəti insan ağlı qarşısında baş əyməklə 
yanaşı,  dünyanı dərk etmək qabiliyyəti olmaqla, elmin gur inkişafı idi. İdeal axtarışlarında 
humanistlər bəşəriyyətin tarixinə xüsusi diqqət verirdilər. Rəssamlar dini mövzularda 
tablolar çəksələr də, onlarda insanların əsrlərlə toplanmış təcrübəsini ifadə etməyə 
çalışırdılar. Onlar köhnə xristian əfsanələrini yeni məzmunla doldururdular.  
Təbiəti öyrənməklə yanaşı, humanistlər incəsənətdə təbiəti və insanı düzgün, başqa 
sözlə, realistik qaydada təsvir etmək ideyasını irəli sürürdülər. Rəssamlar və heykəltəraşlar 
insan bədəninin gözəlliyini, onun sifətinin ilhamlılığını, fərdi xüsusiyyətlərini vəsf 
edirdilər. Arxitektorlar daha çox dünyəvi binalar, varlı adamlar və əyanlar üçün saraylar 
tikməyə başladılar, kilsə arxitekturası da dəyişildi. Əgər qotik soboru nəhəng ölçülərinə 
görə seyr etmək çətin idisə, intibahın binalarını bircə baxışla əhatə etmək olardı, bu isə 
onun hissələrinin professionallığını qiymətləndirməyə imkan verir.  
İntibah epoxasının adamlarının həyatı incəsənətlə sıx bağlı idi, bu incəsənət təkcə 
kilsələri və sarayları doldurmurdu, həm də özünə şəhərlərin meydanlarında, küçələrin 
kəsişməsində, evlərin fasadlarında və onların interyerlərində yer tapmaq istəyirdi.  
Knyazlar, tacirlər, ruhanilər, rahiblər  çox vaxt incəsənətdən başı çıxan sifarişçilərə 
çevrildilər və rəssamların himayəçiləri oldular. Şəhərlərdə baş məbədlərin tikintisini varlı 
sexlər öz üzərinə götürürdü. İntibahın adamları üçün incəsənət orta əsrlərdəki din kimi 
idi, Yeni dövrdə isə bu rolu artıq elm və texnika oynamağa başladı. 
İntibahın titanlarından biri Leonardo da Vinçi idi. O, rəssam, arxitektor, alim və 
mühəndis idi. Özünün rəssamlıq nəzəriyyəsində o, incəsənətlə elm arasında birlik 
yaradırdı. «Dərk etməyə» görmə xüsusiyyəti ilə bir səviyyədə baxırdı. O, 15 yaşında 
Florensiya heykəltəraşı və rəssamı Verokkyonun şagirdi olmuşdu. 1481-ci ilə qədər 9 il 
ərzində Florensiyada işlədi. Hələ ilk işlərində onun bir rəssam kimi novatorluğu meydana 
çıxdı.  O, əsərin psixoloji məğzini  dərinləşdirib, harmonik kompozisiya yaratdı, havanın 
təsviri ilə ilk olaraq məkanın dərinliyini verə bildi. Onun rəsmlərində əşyalar tüstü ilə 
örtülürdü, buradan məşhur «sfumato» üslubu yarandı, italyan dilində fumo – tüstü 
deməkdir.  
Sonra Leonardo Milan sarayına dəvət edildi, burada 17 il ərzində işlədi. Onu rəssam 
kimi şöhrətləndirən «Madonna qayalarda» və «Sonuncu şam» kimi əsərlərini yaratdı.  
O, insanın anatomiyasının öyrənilməsinə çox vaxt sərf edirdi. Florensiyada onun 
inciləri olan «Mona Liza (Cokonda)» və «Müqəddəs Anna Mariya körpə Xristosla» 


əsərlərini yaratdı. Milanda o, rəngkarlıqla yanaşı, arxitektura və texnika ilə məşğul olur. 
Alim və mühəndis kimi Leonardo o dövrün bütün elm sahələrini öz nüfuz edən 
müşahidələri ilə zənginləşdirdi, o, özünün qeydlərinə və rəsmlərinə insan biliklərinin 
nəhəng ensiklopediyası üçün eskizlər kimi baxırdı.  
Üç sahənin dahisi sayalın məşhur italyan heykəltəraşı, rəssamı, arxitektoru və şairi 
Mikelancelo Buanorotti idi. O, 89 il yaşamış, 1564-cü ildə Romada vəfat etmişdi. Onun 
sənətində epoxanın qəhrəman idealı əks olunmuşdu. Mikelancelo rəssam Domeniko 
Girleandaonun emalatxanasında şagird olmuşdu, heykəltəraşlığı isə Bertoldo di 
Covannidən öyrənmişdi. Lakin onun yaradıcılığının inkişafı üçün Cottonun, 
Donatellonun, Mazaççonun əsərləri daha böyük əhəmiyyət kəsb etmişdi. O, «Vakx» 
heykəlinin yaratmışdı, «Xristosa yas tutulması»- «Pyeta» isə onun ən uğurlu 
kompozisiyalarından biridir. Bu əsər Romadakı Müqəddəs Pyotr kilsəsini bəzəyir. Bu 
heykəl qrupunda o, obrazların parlaq həyati inandırıcılığını verə bilmişdir.  
Florensiyaya qayıdıb, «David» heykəli üzərində işləmişdi. Papa II Yuli onu Romaya 
dəvət edib, özünün sərdabəsini sifariş etmişdi. Bunun üçün bir sıra heykəllər, “Moisey”, 
«Üsyan edən qul», «Ölən qul» heykəllərini yaratmışdı. Onun ən möhtəşəm rəngkarlıq əsəri 
isə Vatikanda Sikstin kapellası tavanının freska tipli rəsmi idi. Bu əsər insanın fiziki və ruhi 
gözəlliyinin himni təsirini bağışlayır.  
Ömrünün son 30 ilini Romada yaşayan Mikelancelo «Qiyamət günü» freskasını 
Sikstin kapellasının mehrab divarında yaratdı. Burada obrazların faciəvi gücü adamı 
heyran edir. 20 ilə yaxın bir müddətdə o, Müqəddəs Pyotr kilsəsinin və Romada Kapitoli 
ansamblının tikintisinə rəhbərlik etdi. Bir arxitektor kimi onun dühası Müqəddəs Pyotr 
kilsəsinin çox böyük diametrik qübbəsinin tikintisi idi. Bu qübbə Panteonun qübbəsini də 
kölgədə qoyurdu, yalnız Konstantinopoldakı Aya Sofya kilsəsinin qübbəsi ilə müqayisə 
oluna bilərdi. Mikelancelo həm heykəltəraşlıqda, həm rəssamlıqda, həm də 
arxitektorluqda dahi sayılır və bu ölçüdə onunla heç kəs müqayisə oluna bilməz. 
Yüksək intibahın parlaq dühası Rafael Santi 1530-cü ildə 37 yaşında ölmüşdü. O, bir 
neçə il Petro Peruçinonun tələbəsi olduqdan sonra Florensiyaya yollanmış, orada yerli 
ustaların sirrlərini öyrənməklə, öz üslubunu yaratmışdı. 1508-ci ildə o, papa II Yuli 
tərəfindən Romaya dəvət edilmişdi ki, Vatikan sarayının qəbul otaqlarında divar rəsmi 
çəksin. Müxtəlif tarixi personajları bir ümumi kompozisiyada birləşdirən Rafaeli, bu 
freskalar hesabına müasir tarixi rəngkarlığın müjdəçisi hesab etmək olar. Onun 
yaradıcılığında növbəti mərhələ Madonnanın əsrarəngiz obrazlarının yaradılması ilə 
əlaqədardır. Bunlara «Madonna Alba», «Kresloda oturmuş Madonna» tabloları daxildir, 
daha məşhur olanı isə ətrafında əsl heyranlıq haləsi yaradan «Sikstin Madonnası» əsəridir. 
Drezden qalereyasında saxlanılan bu tablo körpə İisus və Məryəm ana barədə müqayisə 
olunmaz müqəddəslik təsəvvürü yaradır. Anasının qucağında elə bil ki, göylərdən enən və 
mələklərlə əhatə olunmuş körpə uşağın heç də körpələrə məxsus olmayan ifadəli gözləri 
gələcək faciələri hiss edirmiş kimi, olduqca geniş açılmışdır. Tez artan şöhrəti və 
məşhurluğu ona səbəb olmuşdu ki, gənc rəssama Romada müqəddəs Pyotr kilsəsinin 


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə