Telman Orucov



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə25/55
tarix01.12.2017
ölçüsü4,8 Kb.
#13256
1   ...   21   22   23   24   25   26   27   28   ...   55

rayonlarından qovulub gətirilmiş və islama keçirilmiş əsir xristianlar xidmət edirdi. Şah 
Abbas əcnəbi müşavirlərin köməyindən həvəslə istifadə edirdi. Belə ki, artilleriya 
yaradıldıqda perslərə iki ingilis mütəxəssisi olan qardaşlar köməklik göstərmişdilər.  
İngilis Ost-İndia kompaniyasının gəmiləri Ormuzun tutulmasında persləri 
dəstəkləmişdilər. Bunun əvəzində ingilislər Persiyada rüsumsuz ticarət aparmaq 
səlahiyyətinin verilməsi və bir sıra şəhərlərdə ticarət kontorlarının açılmasını tələb 
etmişdilər.  
Lakin şah Abbas hakimiyyət uğrundakı mübarizədə vasitələri seçməkdə 
anlaşılmazlığa yol verirdi. Belə ki, özünün güman edilən rəqiblərini kənarlaşdırmaq üçün 
o, qardaşlarının kor edilməsinə və öz böyük oğlunun qətlə yetirilməsinə göstəriş vermişdi. 
1722-ci ildə Persiyaya soxulmuş əfqan tayfalarının təzyiqi altında 1501-ci ildən 
ölkədə hökmranlıq edən Səfəvilər sülaləsi süqut etdi. Bu sülalənin ən görkəmli hökmdarı, 
əlbəttə ki, şah Böyük Abbas idi. O, 1629-cu ildə ölənə qədər 42 il taxt-tacda olmuşdu. 
İqtisadiyyatın və mədəniyyətin inkişafına xeyli şərait yaratmışdı. Onun varisləri heç də 
belə uğur qazana bilməmişdilər. I Abbasın topladığı var-dövlət Persiya hökmdarlarını 
xarici təhlükəni unutmağa sövq etmişdi, onlar əfqan hücumuna hazır olmadıqlarından 
onlara müqavimət göstərmədilər. Səfəvi şahı Hüseyn, Persiyanın mühafizəsinə könülü 
daxil olmuş əfqanlara böyük sərbəstliklər vermişdi. Şah imperiyanın maliyyə böhranını 
yeni vergilərlə həll etmək istədikdə, 1709-1721-ci illərdə ölkədə üsyan baş verməsinə səbəb 
oldu. Şah Əfqanıstana ciddi təsir göstərməyə çalışdı, lakin onlar uğurla müqavimət 
göstərdilər və hücumun gedişində Səfəvi sülaləsini devirdilər.  
1736-cı ildə özünü İranın şahı elan etmiş Nadir şah da hücumçu siyasəti davam 
etdirdi və Dehli şəhərini qarət etməklə, Şimali Hindistanın böyük hissəsini tutdu. Bu 
vaxtdan da Hindistanda Böyük Moğolların dövləti parçalanmağa başladı. Nadir şahın 
Dehlidən İrana gətirdiyi daş-qaşlar içərisində füsunkar Tovuz taxtı da var idi. Bu taxt 
incəsənətin əsl pərəstişkarı olan Böyük Moğol hökmdarı Şah Cahanın sifarişi ilə onun 
qüdrətinin simvolu kimi düzəldilmişdi. Nadir Xorasanda anadan olmuşdu, şah II 
Təhmasibin xidmətinə girmişdi və İrandan əfqanları qovmuşdu. Qafqazda türklərə qarşı 
bir sıra uğurlu yürüşlərindən sonra Nadir şah Səfəvi sülaləsinin axırıncı hökmdarı III 
Abbası devirib, özünü şah elan etmişdi.  
Hərbi uğurları hesabına Nadir şah öz dövlətinin sərhədlərini genişləndirə bildi, 
Hindistanda, Mərkəzi Asiyada və Zaqafqaziyada xeyli əraziləri irşğal etdi. Lakin o, 
tutulmuş ərazilərdə etibarlı idarəetmə sistemi yarada bilmədi. Onun törətdiyi haqsızlıqlar 
öz dövləti içərisində də həyəcan yaratdı. 11 illik hökmranlıqdan sonra Nadir şah 
üsyançılar tərəfindən öldürüldü. Onun ölümündən sonra İranı siyasi və iqtisadi hərc-
mərclik başına götürdü.  
1796-cı ildə isə Qacarlar sülaləsinin banisi Ağa Məhəmməd xan Persiya tacını qəbul 
etdi. O, Zənd sülaləsindən olan hökmdar, İran taxtında 1758-ci ildən ağalıq edən 
Məhəmməd Kərim xana uzun mübahisədən sonra qalib gəlmişdi. 700 illik türk və monqol 
ağalığından sonra taxt-tac yenə də yerli sülalənin əlinə keçdi. Məhəmməd Kərimin 21 illik 
hökmranlığı dövründə ölkədə dinc həyat hökm sururdu, siyasi stabillik və adamların 


tələbatı nisbətən ödənirdi. İqtisadiyyat yüksəliş dövrünə qədəm qoymuşdu. İranın yenidən 
qurulmuş paytaxtı Şirazda xeyli dəbdəbəli saraylar tikilmişdi, bunlar şahın gücünü 
nümayiş etdirirdi.  
Məhəmməd Kərim xan öz sarayında əsir sifətində, öz keçmiş düşməninin xədim 
edilmiş oğlu Ağa Məhəmməd xanı saxlayırdı. Lakin Məhəmməd Kərim öldükdən sonra o, 
öz doğma əyalətinə qaça bildi və oradan Zəndlərə qarşı üsyan təşkil etdi. O, Zənd 
sülaləsini devirdi və cənuba yürüşünü başa çatdırıb, Qərbi Qafqazı işğal etməyə başladı. 
Qacar şahənşah titulunu qəbul etməklə İranın hökmdarı oldu. Bir il sonra, 1797-ci ildə 
Azərbaycanın Qarabağ xanlığındakı Şuşa şəhərində onu ölüm hökmünə məhkum edilmiş 
öz nökəri qətlə yetirdi.  
XIX əsrin əvvəllərində Persiya hərbi cəhətdən xeyli zəifləmişdi. Rusiya ilə Persiya 
arasında 1804-1813-cü illərdə gedən müharibə Qarabağdakı Gülüstan kəndində bağlanan 
sülhlə başa çatdı. Bir sıra Zaqafqaziya əyalətləri və xanlıqları Rusiyaya keçdi və Rusiya 
Xəzər dənizində hərbi səlahiyyət əldə etdi. Bu müqaviləyə görə, rus və İran tacirlərinə hər 
iki dövlətin ərazisində sərbəst ticarət aparmağa icazə verildi.  
Sonralar, 1826-1828-ci illərdə gedən rus-İran müharibəsi Türkmənçay (Təbriz 
yaxınlığında) müqaviləsi ilə başa çatdı. Rus qoşunları Eçmiadzini, İrəvanı, Təbrizi tutdular. 
Müqavilə 1813-cü il Gülüstan sülhünü təsdiq etdi. İrəvan və Naxçıvan xanlıqları Rusiyaya 
keçdi. Bu müqavilənin ilk qurbanlarından biri Rusiyanın İrandakı səfiri, şair 
A.S.Qriboyedov oldu. Fanatiklər kütləsi Tehrandakı rus səfirliyinə soxulub Qriboyedovu 
qətlə yetirdilər.  
Əvvəlcə Gülüstan, sonra isə Türkmənçay müqavilələri sərhəd Araz çayı olmaqla, 
Azərbaycan xalqını iki yerə – Şimali və Cənubi Azərbaycanda yaşayanlara böldü. İki əsr 
sonra belə bu vahid millət ayrılıqda yaşamaqda davam edir. Həm o taylı, həm də bu taylı 
azərbaycanlı millətçilər xalqın vahid bədənini iki yerə parçaladığına görə Gülüstan 
müqaviləsini lənətləyirlər və xalqın birgə taleyini əsas götürdükdə, onlar heç də qatı 
millətçilik mövqeyindən çıxış etmirlər. Lakin Persiya imperiyasının tərkibində qalmaq, 
sonralar iki dəfə, birinci dəfə qısa müddətə, ikinci dəfə isə yəqin ki, əbədilik müstəqilliyini 
elan etmiş Şimali Azərbaycana heç nə vəd etmirdi. Şimali azərbaycanlılar iki əsr ərzində öz 
mədəniyyətini, elmini, təhsilini gür inkişaf etdirdilər. Milli musiqinin inkişafı ilə yanaşı, 
klassik musiqi və onun təhsili yayılmağa başladı. Ölkə tam savadlılar ölkəsinə çevrildi. 
İkinci dəfə müstəqilliyə nail olduqda onun iqtisadiyyatını və mədəni həyatını milli kadrlar 
çoxluğu idarə etməyə başladı. Ona görə də tarixin qara səhifəsində belə hansısa pozitiv 
çalar tapmaq mümkündür.  
Təqribən bir əsr sonra baş verən Birinci Dünya müharibəsindən sonra Yaxın Şərqin 
iki dövlətində – İranda və İraqda siyasi çevrilişlər baş verdi. XX əsrin əvvəllərində İranda 
inqilab baş versə də, Qacarlar sülaləsi onu yatıra bilmişdi. Lakin 1921-ci ildə Rza xanın 
başçılığı altında İran kazakları hərbi çevriliş həyata keçirdilər. Qacar sülaləsinin 
hökmranlığı başa çatdı. 1925-ci ildə Rza xan özünü Rza şah Pəhləvi adı altında Persiyanın 
hökmdarı elan etdi, 1935-ci ildə ölkənin adı dəyişdirilib, İran oldu. Rza şah 1941-ci ildə 


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə