Telman Orucov



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə12/55
tarix01.12.2017
ölçüsü4,8 Kb.
#13256
1   ...   8   9   10   11   12   13   14   15   ...   55

onlarla insest əlaqəsinə görə məhkum edirdilər. İntim yaxınlıq etdiyi bacısı Yuliya 
Druzillanı ölümündan sonra ilahiləşdirmişdi.  
Çoxları onu dəli sayırdı. 40-cı ildə Kaliqula gözlənilmədən Qalliyaya gəlib çıxdıqda, 
ordunu balıqqulağı yığmağa göndərmişdi. İdarəetmənin tiranik qaydada olması, ümumi 
şübhəlilik şəraiti (hətta qullara icazə verilmişdi ki, öz ağaları barədə çuğulçuluq etsinlər) 
axırda ona gətirib çıxartdı ki, imperatora qarşı sui-qəsd təşkil edildi və Kaliqula 29 yaşında 
qətlə yetirildi. Onun imperatorluğu heç tam dörd il də çəkmədi.  
Kaliquladan sonra imperator olan və namussuzluq simvoluna çevrilən Klavdinin 
arvadı Messalina əxlaqsız davranışı ilə ad çıxarmışdı, həm də öz ərinə onun çox güclü 
təsiri var idi. Əri Romada olmayanda o, bir gənc senatora ərə getməklə, sağ ərinin vaxtında 
başqası ilə nikahını toyla qeyd etmişdi.  
Uşaqlıqdan xəstə olan Klavdini qohumları kəmağıl sayırdılar. Lakin dilləri 
öyrənməkdə, Roma hüququnu və tarixini bilməkdə uğur qazanmışdı. Ancaq onun şəxsi 
həyatı heç də uğurlu deyildi. Üçüncü arvadı olan Messalina əxlaqsızlığına görə biabırçı 
şöhrət tapmışdı, əri şəhərdə olanda başqasına ərə getdiyinə görə qətlə yetirilmişdi. Bundan 
sonra Klavdi doğma qardaşı qızı Kiçik Aqrippinaya evlənmişdi. Bu qadın gələcək 
imperator Neronun anası idi və taxt-tacın oğluna çatması üçün Klavdini zəhərləyib 
öldürmüşdü.  
54-cü ildə Neron imperator oldu. İyrənc hərəkətlərinə görə Neron öz sələfləri 
Kaliquladan və Klavdidən geri qalmırdı. Taxt-taca onun köməyi ilə çıxdıqdan sonra Neron 
öz anası, hakimiyyət pərəstişkarı olan Kiçik Aqrippinanı öldürtmüşdü.  
Həmçinin İisus Xristosun 12 apostolundan biri olan Pyotr da (bu adı ona İisus 
vermişdi, yunan dilində «daş, qaya» deməkdir, əsl adı isə Simon idi) Neronun hakimiyyəti 
dövründə xristianların təqib edilməsi vaxtı öldürülmüşdü. O, əzablı ölümlə dünyadan 
köçmüşdü, başıaşağı çarmıxa çəkilmişdi, çünki özünü Xristos kimi ölməyə layiq 
bilməmişdi. Katolik kilsəsi geniş ərazilərdə yeni dini təbliğ etmiş Pyotru xristianlığın 
birinci yepiskopu elan etmişdi. Elə bu vaxt uzun məhbəs həyatından sonra apostol Pavel 
də edam edilmişdi. 64-cü ildə Romada böyük iğtişaş baş verərkən, Neron günahı 
Romadakı xristian icmasının üstünə yıxmağı əmr etmişdi. Neron haqsızlığı, səfehliyi, 
senata qarşı cinayətkar hərəkəti ilə imperator hakimiyyətinə qarşı getdikcə artan narazılıq 
yaratmışdı. Roma kübarları nəslinin nümayəndələrini edam etdirmişdi. Bunlar ona qarşı 
üsyan qaldırılmasına gətirib çıxarmışdı. Üsyan başlandıqdan sonra və senat onu məhkum 
etdiyinə görə, Neron özünü intihar etdi. Neronun ölümü ilə Yuli – Klavdilər sülaləsi 
kəsildi.  
Domitsian isə atası Vespasiandan və qardaşı Titdən sonra imperator olmuşdu. O da 
daxili siyasətdə müxalifətlə mübarizədə bəzilərini edam etdirir, digərlərini isə sürgünə 
göndərirdi. Böyük xərclərə səbəb olan tamaşalar təşkil etməklə şöhrət tapmışdı, buna görə 
də xəzinə boş idi.  
«Çörək və tamaşa» Romada çoxdan vacib şüar kimi səslənirdi, bununla əhalinin 
kasıb hissəsini sakitləşdirməyə nail olurdular. İmperator Vespasian dövründə tikilmiş 
Flavilər amfiteatrı olan Kolizey indiyədək qalır. Bu bina 50 min tamaşaçı tuturdu və 


burada bütün 45 Roma ictimai bayramlarında qurbanlar kəsilir, qladiator döyüşləri 
keçirilirdi. Döyüş ölümcül gedirdi, uduzan öldürülürdü. Bu döyüşlər əvvəllər allahların 
şərəfinə təşkil edilsə də, sonralar romalıların sevimli əyləncəsinə çevrildi.  
Nəcib imperatorlar olan Antoninlərin dövründə Roma imperiyası xeyli inkişaf etdi, 
öz «qızıl dövrünü  yaşadı, onun əraziləri daha da genişləndi. İmperator Trayanın 
dövründə, o, “oğulluğa götürülmüş” və əyalətdən – İspaniyadan çıxmış ilk imperator idi, 
daxili siyasət ona yönənmişdi ki, işğal etdiyi torpaqlardan Romaya çoxlu vəsait axsın. 
İmperator əhalinin taxılla təchizatının yaxşılaşdırılmasına xüsusi qayğı göstərirdi, vergiləri 
azaltmışdı, ondan əvvəlki imperator Nervanın vaxtında təsis edilmiş az təminatlı 
vətəndaşların uşaqlarına maddi kömək göstərmək fondunu (bu, «aliment» adlanırdı) 
artırmışdı, dəbdəbəli tamaşalar düzəltdirir və səxavətlə ianələr verirdi. Onun dövründə 
geniş tikinti işləri aparılırdı, belə ki, Romada Trayan forumu, Ulpuan bazilikası inşa 
edilmişdi. Əyalətlərdə də çoxlu yollar çəkilmiş, körpülər, akveduklar, kanallar tikilmişdi. 
O, dakları məğlub edib, onların vətəni Dakiyanı əyalətə çevirdi və tezliklə romanlaşdırdı. 
Akveduklar şəhəri, onun fəvvarələrini bol-bol su ilə təmin edirdi. Qədim romalılar 
haqlı olaraq deyirdilər ki, bizim akvedukları faydasız Misir piramidaları və yunan 
heykəlləri ilə müqayisə edin, görün onlar nə qədər xeyirlidir.  
Yeni Dakiya əyalətini köçəri germanlardan və Asiya tayfalarından qorumaq üçün 
Prut çayı ilə Qara dəniz arasında mühafizə tədbirləri gördü. O, öz imperiyasına 
Ərəbistandakı Nabateya çarlığını əlavə etdi və Qırmızı dənizdən Suriyaya olan ticarət 
yoluna nəzarət qoydu. Parfiya ilə qalibiyyətli müharibəyə görə Parfiya taxt-tacına öz 
əlaltısı olan vassal çarı yerləşdirdi. İşğal etdiyi ərazilərdə Ermənistan, Assuriya və 
Mesopotamiya əyalətləri yaradıldı. İlk və axırıncı dəfə olaraq Mesopotamiya Roma 
imperiyasının bir hissəsinə çevrildi. Bu işğallar hesabına Roma imperiyası ən böyük 
ölçülərə yiyələndi. Makedoniyalı Aleksandrı təqlid edərək o, Hindistana yürüş etməyi 
nəzərdə tuturdu. Lakin xəstəlik onu İtaliyaya qayıtmağa məcbur etdi və o, yolda, Kiçik 
Asiyada öldü. 
Trayan mperator hakimiyyətini daha da möhkəmləndirdi, dövlət idarələri 
şəbəkəsini genişləndirdi. Ordunu gücləndirib, əyalətlərə nəzarəti sərtləşdirdi. İmperatorun 
güclü hakimiyyətini nəzəri olaraq, filosof Dion Xrizostom və həmçinin ictimai xadim Kiçik 
Plini özünün «Panegirika» əsərində əsaslandırmışdılar. Axırıncı Vifiiniyada vali olanda 
Trayan onunla məktublaşırdı. Sonra gələn imperator Adrianın dövründə Romada 1 milyon 
adam yaşayırdı, onun tikinti fəaliyyəti şəhəri möhtəşəm məbədlərlə, idman və teatr 
binaları ilə, çoxmərtəbəli yaşayış evləri ilə dünya paytaxtına çevirmişdi. Roma 
arxitekturası hələ də yunan sənətinə istiqamətlənmişdi, lakin fərqli Roma arxitekturasında 
taxt-tavanlardan, yarımdairəvi alaqapılardan, qübbələrdən istifadə olunurdu. Adrian 
yunan və Roma elementlərini qarışdırıb Romada köhnənin yerində yenidən Panteon tikdi. 
Bu, yunan dəyirmi məbədi olub, az qala 50 metrə çatan qübbə ilə örtülmüşdü, qübbənin 
deşiklərindən işıq məbədin içəri hissəsinə daxil olurdu. Bu məbəd möhtəşəmliyi və sadə 
bəzəyi ilə adamları heyran qoyurdu. Panteon bir qədər dağılmış Kolizeydən fərqli olaraq, 


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə