Telman Orucov



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə10/55
tarix01.12.2017
ölçüsü4,8 Kb.
#13256
1   ...   6   7   8   9   10   11   12   13   ...   55

Orta Asiyaya yürüş etdi, b.e.ə. 325-ci ildə isə Hindistana müdaxilə edib, öz yeni 
imperiyasının sərhədlərini Dunay çayından Hind çayına qədər genişləndirdi. O, ona 
məlum olan dünyanı fəth etmək istəyirdi və Asiyanın şərq qurtaracağındakı naməlum 
Yaponiyaya çatmaq istəyirdi. Lakin onun qoşunu irəliyə doğru getməkdən imtina edib, 
vətənə dönməyi tələb etdi. Böyük əzablarla o, Persiyaya qayıtdı. Lakin Avropanı və 
Asiyanı birləşdirmək ideyası yolunda yunan-makedoniya və pers əyanlarını birləşdirməyə 
cəhd edərək, 10 min makedoniyalını və yunanı Suzada təmiz qanlı pers qızlarına 
evləndirdi. Aleksandr özü də Soqdiana hökmdarının qızı Roksana ilə evləndi. Belə 
nikahlardan məqsəd yunanlarla asiyalıları barışdırmaq idi. Aleksandrın öz nikahı siyasi 
fayda götürmək xarakteri daşıyırdı. Sonralar qədim Romada nikahlar hesabına siyasi 
ittifaqlar yaratmaq dəbi yarandı, birinci triumviratı möhkəmləndirmək üçün Sezar öz gənc 
qızını yaşlı Pompeyə ərə vermişdi. Avqustun bacısı Antoniyə ərə getmişdi. Yeni tarixdə isə 
bu qayda Avstriyada geniş yayıldı, Habsburqlar əsasən qız verməklə Avropa sarayları ilə 
qohumluq yaradırdılar, buna görə də «Avstriya ərə ver» şüarı yaranmışdı. İngiltərə 
kraliçası Viktoriyanın qızları Avropa prinslərinə ərə getmiş, onların ərləri tezliklə krallara 
çevrilmişdilər, oğlanları isə kral qızları ilə nikah bağlamaqla, Britaniya və digər kral 
saraylarını bir-birinə bağlamışdılar.  
 Böyük Aleksandr yürüşlərini dayandırmaq fikrindən uzaq idi, bir il sonra 
Ərəbistanı və Şimali Afrikanı zəbt etmək fikrinə düşmüşdü. Lakin b.e.ə. 323-cü ildəki 32 
yaşındakı ölümü onun arzularını və planlarını yarımçıq qoydu. Layiqli varisi 
olmadığından, imperiyanı yeganə hakimiyyət altında saxlamaq mümkün olmadı. Böyük 
Aleksandrın yaratdığı imperiya onun ölümü ilə birlikdə məhv oldu, daha doğrusu, öz 
yaradıcısından da az, olduqca qısa ömür yaşamaqla, tarix səhnəsini tərk etdi. İmperiya,  
hələ Aleksandr dəfn edilməmişdən bir neçə hissəyə bölündü, onlara Aleksandrın varisləri 
olan və hakimiyyət uğrunda daim mübarizə aparan diadoxlar hökmranlıq edirdi.  
Aleksandrın imperiyasından qırılıb parçalanmaqla meydana gələn Makedoniyanın 
özünü nəzərə almadan, Misirdəki Ptolomeylər imperiyası, həmçinin Selevkid dövləti, 
buraya Mesopotamiya, Pireney, Suriya, Orta Asiyanın bir hissəsi daxil idi, ən iri ellinist 
dövlətləri idi.  
Yunan mədəniyyəti Aralıq dənizinin, Asiyanın, Misirin, Qara dəniz ətrafının ellinist 
dövlətlərində geniş yayıldı. Yunan dili hər yerdə təhsilli adamların dili oldu. Matematika, 
astronomiya, tibb və fəlsəfə kimi yunan elmi görkəmli nəticələr qazandı. Yunan 
mədəniyyətinin mərkəzlərindən biri Ptolomeylərin Misirdə yaratdığı ən böyük 
Aleksandriya kitabxanası idi. Burada Eratosfen Yer kürəsinin çevrəsinin uzunluğunu 
dəqiq hesablamışdı. Yəhudi alimləri öz müqəddəs kitabları olan Bibliyanı yunan dilinə 
tərcümə etmişdilər. Yunan dili hesabına ilkin xristianlıq Aralıq dənizi ətrafında daha geniş 
yayıldı.  
B.e.ə. III əsrdən etibarən ellinləşmə həm də Aralıq dənizinin böyüməkdə olan yeni 
dövlətini – Romanı da əhatə etdi. Bəzi mülahizələrə görə, Böyük Aleksandr İtaliyadakı bu 
güclənən dövləti də özünə tabe etməyi nəzərdə tuturdu, lakin Roma özü artıq b.e.ə. II 
əsrdən bir-birinin ardınca ellinist dövlətləri işğal edir və b.e.ə. 30-cu ildə axırıncı zəbt etdiyi 


dövlət Misir idi ki, orada bu vaxt Ptolomeylər sülaləsindən olan Kleopatra çarlıq edirdi. 
Bütün bunlara baxmayaraq, bu vaxt Romanın özü yunan mədəniyyətinin güclü təsiri 
altında idi. Təhsil görmüş romalılara onların mənşəyinin, Eney başda olmaqla, öz 
ölkələrindən qaçmış troyalılardan olması çox xoş gəlirdi və bu əfsanə, yeri düşdükcə 
xatırlanırdı. Onlar yunan müəllimləri tərəfindən tərbiyə olunmuşdular, onların dilində, öz 
doğma dillərində olduğu kimi yaxşı danışırdılar. Sonralar bütün roman dillərinin onun 
tərkibindən inkişaf etdiyi latın dilini onlar yunan dili nümunəsində nəcibləşdirdilər və 
ellinist ədəbi yaradıcılığına uyğunlaşdırdılar.  
Romalılar əslində yunanlardan incəsənət, ədəbiyyat, arxitektura, fəlsəfə və elm 
sahəsində, demək olar ki, hər şeyi əxz etmişdilər. Lakin yunan mədəniyyəti Roma 
imperiyasının şərqində olduğu kimi, heç qərbində də uyğunlaşmadı və saxlanmadı. Çünki 
şərqdə onun əsasında gec antik dövrün mühüm dövləti olan və min ildən artıq ömür sürən 
Şərqi Roma imperiyası və ya Bizans formalaşdı. 
Ellinizm Qərblə Şərqin yaxınlaşmasına, Şərqin qədim, həm də çox qabaqcıl elmi 
nailiyyətlərinin Avropada yayılmasına, Qərbin də bəzi təsirlərinin şərqdə 
mənimsənilməsinə şərait yaratmaqla, dünyanın bir neçə əsr ərzində davam edən mədəni 
inkişaf tarixinə, inkar edilməsi mümkün olmayan töhfələr verdi. Ellinizmin əsaslandığı 
yunan mədəniyyəti Mesopotamiyanın elmi ənənələrindən zənginləşməklə, həm də qədim 
Romanın təsiri ilə Avropa sivilizasiyanın inkişafında mühüm rol oynadı. Yunan mədəni 
irsi, yunan yazısı öz mənşələrini inkar etməsə də, Avropa mədəni inkişaf dənizinə tökülən 
iri çay təsiri bağışlayır.  
 
 
Qədim Roma: çarlıqdan respublikaya, respublikadan imperiyaya çevriliş 
 
B.e.ə. VIII əsrdə Tibr çayının sahilində gələcək əbədi şəhər olan Romanın rüşeymi 
adlana biləcək bir məskən meydana gəldi. Romalılar öz əcdadları kimi Troyadan bura 
gəlib çıxmış Eneyi hesab edirdilər. Qədim Romanın böyük şairi Publi Vergili Maron 
özünün məşhur, əsl Roma milli eposuna çevrilən «Eneida» əsərində Troyanın muharibədə 
dağılmasından sonra Eneyin İtaliyadakı Latsiyə gəldiyni və Roma dövlətinin və Yulilər 
nəslinin əsasını qoyduğunu nəql edir. 
İlk məskəndə, yəqin ki, bu vaxtadək etrusklar yaşamışdılar. Çayın sahilindəki 
təpələprdə yerləşən qədim yaşayış məskənləri b.e.ə. VI əsrdə birləşmişdilər. Etruskların 
köməyi və dəstəyi ilə Roma Latsiyanın ən güclü dövlətinə çevrilə bildi. Həmin əsrin 
sonunda Roma Karfagenlə ticarət müqaviləsi bağlamaq gücündə idi.  
Roma vətəndaş icmasında çarlar hökmranlıq edirdi, lakin b.e.ə. 510-cu ildə sonuncu, 
yeddinci çar Məğrur Tarkvini taxt-tacdan qovuldu. Romalılar qızğın döyüşlərdə latın 
tayfalarını özünə tabe edə bildilər. B.e.ə. III əsrdə isə romalılar Mərkəzi İtaliyada öz 
ağalıqlarını qurdular.  
Hələ b.e.ə. IV əsrin ikinci yarısından öz təsirlərini yaymaq üstündə romalılar 
samnitlərlə müharibə aparırdılar. Samnitlərin mühasirəyə aldığı Neapola Roma köməklik 


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə