Telman Orucov



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə11/55
tarix01.12.2017
ölçüsü4,8 Kb.
#13256
1   ...   7   8   9   10   11   12   13   14   ...   55

göstərmək istədikdə, məğlubiyyətə düçar oldu. Lakin dəyişən uğurlarla gedən 
mübarizədən sonra samnitlər təslim olmağa məcbur oldular. B.e.ə. 304-cü il sülhünə görə, 
Romanın Mərkəzi İtaliyada təsir sferası genişləndi, artıq onun torpaqları Adriatik dənizinə 
qədər uzanırdı. Samnitlərlə aparılan üç müharibədəki qələbədən sonra Roma İtaliyada 
bütünlüklə ağalıq etməyə başladı.  
Mərkəzi İtaliyada beş əsr əvvəldən yaşayan etrusklar burada yeni dövlət quruluşu 
yaratmamışdılar. Etrusk şəhər-dövlətləri möhkəm olmayan ittifaqlarda birləşmişdilər. 
Lakin etrusklar başqa xalqlarla müqayisədə yüksək mədəniyyət yaratmışdılar və öz 
yazılarına malik idilər. Onların iqtisadiyyatının əsasını kənd təsərrüfatı təşkil edirdi. 
Məhsul istehsalını artırmaq üçün onlar bataqlıqları qurudur, meşələri qırıb, ağacları 
kökündən çıxarır və çayların məhvərini düzləndirirdilər. Onların Veyi adlı varlı şəhərini 
romalılar işğal etdikdən sonra etrusklar tədricən öz ərazilərini itirməyə başladılar. Qalların 
Şimali İtaliyaya müdaxiləsindən sonra etrusklar iki tərəfdən sıxışdırıldılar. Qallar bir neçə 
etrusk şəhərini tutdular və Şimali İtaliyada məskunlaşdılar. Lakin b.e.ə. III əsrin sonunda 
qallar İtaliyanı tərk etməyə məcbur oldular.  
Romanın arxalandığı qüvvə, uğurlarının həlledici amili güclü qoşun və sıx birləşmiş 
dövlət idi. Siyasi sahədə təmsilçilər tam hüquqlu olmayan pleybeylərin uzun müddətli 
mübarizəsindən sonra varlı pleybey nəsilləri patritsilər kimi öz yüksək təbəqəsinə – 
nobilitetə malik oldular. Xalq yığıncağı real siyasi hakimiyyət əldə etdi. Xalqın mənafeyinə 
qarşı yönəlmiş qanunları ləğv etmək səlahiyyəti olan xalq tribunları toxunmazlara 
çevrildilər. Bu, Roma cəmiyyətinin birliyinə gətirib çıxardı, həmin cəhət isə öz növbəsində 
də güçlü xarici ekspansiyasının əsasına çevrildi.  
Roma bütün İtaliyada ağalığını qurduqdan sonra tez ya gec Qərbi Aralıq dənizinin 
ən iri dövləti olan Karfagenlə toqquşmalı idi. Onların münaqişəsi Siciliya uğrundakı 
mübarizədən yarandı. Birinci Puniya müharibəsində (b.e.ə. 264-241-ci illər) Roma 
donanma qurub, güclü dəniz dövlətinə çevrildi. Hannibalın İspaniyadan və Alp 
dağlarından keçərək İtaliyaya girməsi ikinci Puniya müharibəsinə (b.e.ə. 218-201-ci illər) 
səbəb olmaqla, Romanı məhv olmaq həddinə gətirib çıxardı. Lakin Karfagenin Hannibala 
kömək göstərməkdən imtina etməsi, həm də Romanın hərbi gücü və italiklərə qarşı çevik 
siyasət aparması Romaya öz rəqibini darmadağın etməyə və Qərbi Aralıq dənizində ağaya 
çevrilməyə kömək etdi. Karfagen məhv edildikdən sonra Roma ellinist dövlətlərin 
mübarizəsinə müdaxilə etdi və Yunanıstan şəhər-dövlətlərini  işğal etməyə başladı. Şərqi 
Aralıq dənizi sahillərində isə Parfiyanın nüfuz etmə cəhdi ilə toqquşmalı oldu. 
Müharibələr və siyasi ittifaqlar hesabına Roma bütün ellinist dövlətlərini Roma dünya 
dövlətinin tərkibinə daxil etdi.  
Roma böyüməkdə davam edirdi. Onun ərizisinin genişlənməsi daxili böhrana 
gətirib çıxardı. Polis quruluşundan qalxmış respublika icra hakimiyyətinin zəifliyindən 
dünya dövlətini idarə etməyə qadir deyildi. Romada hətta vergi yığmaq üçün xidmət yox 
idi – onu ayrı-ayrı varlı vətəndaşlar yığırdılar, xəzinəyə öz pullarını qoyur, sonra isə lazım 
olan məbləği əyalətlərin sakinlərindən toplayırdılar. Uzun sürən müharibələrin gedişində 
döyüşçü-əkinçilər öz torpaq paylarını itirirdilər, bu torpaqlar varlıların mülkiyyətinə 


keçirdi. Yoxsullaşmış kəndlilər paytaxta axışır, orduya əsgər yığılması azalırdı. Qrakx 
qardaşlarının b.e.ə. II əsrin sonundakı aqrar islahatı, kasıblara torpaq vermək hesabına 
qoşunlara çağırışların sayını artırmaq cəhdi həyata keçmədi. Sərkərdə Qay Mari vəziyyəti 
düzəltmək üçün könüllü vətəndaşlardan təşkil olunmuş ordunu professional qoşunla əvəz 
etdi. Sosial ziddiyyətlər və vətəndaş müharibələri Roma dövlətinin gücünü sarsıdırdı. 
Sərkərdə Lutsi Korneli Sulla nobilitetin ağalığını bərpa etməyə çalışdı. Orduya arxalanaraq 
o, diktatura rejimi qurmaqla b.e.ə. birinci rübündə xalq yığıncağının hakimiyyətini 
məhdudlaşdırdı. Bu vaxtdan etibarən təkbaşına hakimiyyətə can atan siyasətçilər özlərinə 
sədaqətli olan qoşuna, əyanların və ya xalqın dəstəyinə ümid edirdilər.  
Bu, bütünlüklə sərkərdə Qney Pompeyə də aid idi. O, İspaniyanı sakitləşdirərək 
Aralıq dənizini dəniz quldurlarından təmizləyib və Şərqdə Romanın ağalığını qurub, 
dövlətdə ən nüfuzlu siyasətçiyə çevrildi. O, Romada təkbaşına ağalıq edirdi, lakin 
konstitusiyaya zidd çıxmırdı. Lakin senat əyanlarının Pompeyə qarşı açıq düşmənçiliyi 
birinci triumviratın – senat əleyhinə olan Krass, Pompey və Yuli Sezarın senat 
koalisiyasının meydana gəlməsinə səbəb oldu. Onların hər biri bu məsələdə öz 
məqsədlərini güdürdü. Sezar bütün Qalliyanı işğal edib, Romada öz nüfuzunu 
möhkəmləndirdi. Krassın ölümündən və Pompeyin senat tərəfə keçməsindən sonra Sezar 
ona sadiq olan legionlara arxalanıb, öz əleyhdarlarını darmadağın etdi və Romada 
təkbaşına hakimiyyət qurdu. Ömürlük diktator elan edilən Qay Yuli Sezar çar 
hakimiyyətini qurmağa gedirdi. Sezarın siyasətindən narazı olan senatorlar Brutun və 
Kassinin başçılığı altında qəsd hazırladılar. Sezar b.e.ə.44-cü ildə qətlə yetirildi. Bu, növbəti 
vətəndaş müharibələri dalğasının yaranmasına səbəb oldu. Nəticədə ikinci triumvirat 
yarandı, ona Sezarın götürmə oğlu Oktavian və keçmiş hərbi xadimlər Mark Antoni və 
Emil Lepid daxil oldular. Müxalifəti darmadağın etdikdən sonra Oktavian b.e.ə. 31-ci ildə 
Aktsi burnu yanında Mark Antonini də tar-mar etdi və Roma dövlətində təkbaşına 
hakimiyyət qurdu. Lakin Sezardan fərqli olaraq o, bunu gizli şəkildə etdi. Senat ona fəxri 
Avqust titulunu və ali hərbi hakimiyyəti verdi. Lakin respublika bərpa olunmadı, onun 
yerinə imperiya gəldi. Printsepsin təkbışana idarəçiliyi forması respublikanizmin zahiri 
əlamətlərini saxlayırdı və printsipiat adlanırdı. Printsipiatın iki əsri ərzində üç sülalə: Yuli 
– Klavdilər, Flavilər və Antoninlər dəyişildi. Kaliqula, Neron və Domitsian kimi 
printseplərin hakimiyyəti qəddarlıqla və senatı, həmçinin siyasi əleyhdarları nüfuzdan 
salmaq və onlara divan tutmaq qaydası ilə əlamətdar oldu.  
Kaliqula (hərfi mənada Çəkməcik) imperator taxt-tacına 37-ci ildə çıxmışdı. Onun 
atası imperator Tiberinin qohumu və götürülmüş oğlu idi. Öz hökmranlığının 
başlanğıcında Kaliqula çox populyar olsa da, onun qeyri-məhdud hakimiyyətə can atması, 
özünə allah kimi sitayiş edilməsini tələb etməsi, ağılsız siyasi qərarları senatın və 
pretorianların narazılığına səbəb oldu.  
O, getdikcə hamıdan daha çox şübhələnirdi. Ona görə də repressiyalara başladı. 
Kaliqula özünə yaramayan adamlardan yaxasını qurtarmaq üçün «dövlət canilərinə» qarşı 
proseslər təşkil etdirirdi. Müasirləri həm də onu öz doğma bacılarına olan ehtirasına, 


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə