Telman Orucov



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə13/55
tarix01.12.2017
ölçüsü4,8 Kb.
#13256
1   ...   9   10   11   12   13   14   15   16   ...   55

indiyədək qalır, burada artıq allahlar deyil, görkəmli xadimlər dəfn olundu, Renessansın 
görkəmli rəssamı Rafaelin qəbri də həmin məbəddə yerləşir.  
Mark Avrelinin 161-ci ildə imperator taxt-tacına çıxması ilə, filosofun hökmdar 
olması barədə Platonun arzusu həyata keçdi. Ona qədər nə filosof taxt-tacda olmuşdu, nə 
də hökmdar filosof sənətinə yiyələnmişdi. Onun hökmdarlığı heç də uğurlu getmirdi, hətta 
Roma imperiyası üçün böhranlı sayıla bilərdi. Şimal sərhədlərində imperiyaya olan 
təhlükə bütünlüklə yoxa çıxmamışdı, parfiyalılar isə bir sıra Roma vilayətlərni 
tutmuşdular. Taunun yayılması Romanı öz qoşunlarını geri çəkməyə və Parfiya ilə sülh 
bağlamağa məcbur etmişdi. Elə bu böhran illərində Mark Avreli fəlsəfəyə müraciət 
etməklə daxili dəstək qazanırdı. 160-cı illərin sonunda o, özünün bizim dövrə gəlib çıxmış 
yeganə əsərini – «Düşüncələr»i yazmışdı. Onlarda toplanmış aforizmlər və «özünə» 
müraciətlənmiş yazılar yunan dilindədir və adamları ləyaqətli və ağıllı həyat yaşamağa, 
daxilən təkmilləşməyə çağırır. Onu yunan filosofu Epiktetin ardıcılı hesab edirlər. Mark 
Avreli stoik idi və belə qərara gəlmişdi ki, arzuların və ehtirasların deyil, məhz ağlın idarə 
etdiyi insan həqiqətən azaddır.  
Sonrkı imperatorların çoxu qəddarlıqları ilə fərqləndiyinə görə, sui-qəsdlərin 
qurbanı olur, qətlə yetirilirdilər. Mark Avrelinin oğlu, imperator Kommod vəzifəsindən 
sui-istifadə etdiyinə, bədxərcliyinə görə öldrülmüşdü. İmperator Karakalla Parfiyaya qarşı 
yürüşə yollarankən, yol kənarında təbii ehtiyacını ödədikdə qətlə yetirilmişdi. İmperator 
Avrelian perslərə qarşı yürüş vaxtı Vizanti yazınlığında qəsdin qurbanı olmuşdu, o, ilk 
dəfə olaraq rəsmi şəkildə ağa və allah adlandırılmışdı və başına diadema (tac) geyinmişdi. 
Ümumiyyətlə, imperatorlardan öz əcəli ilə ölənləri olduqca az idi.  
İmperator Diolektian b.e. III əsrin sonunda pul, vergi, hərbi və inzibati islahatlar 
həyata keçirdi. Nəticədə mütləq monarxiya quruldu. İmperiyanın iki ali hökmdar – 
avqustlar və onların iki köməkçiləri – sezarlar arasında bölünməsi dövlətdə stabillik 
yaratmaq məqsədini güdürdü. Lakin belə dördlüyün – teatrarxiyanın idarəçiliyi yaramadı. 
Hakimiyyətə gələn  Böyük I Konstantin (324-337-ci illər) təkbaşına idarəetmə qurdu. Bu 
dövrdə xristianlıq ağalıq edən dinə çevrilməklə, 380-ci ildən dövlət dini oldu.  
İmperiya tənəzzül dövrünü yaşamağa başladı və imperator Romul Avqustulun 476-
cı ildə devrilməsindən sonra german hərbi xadimi Odoakrın kral elan edilməsi Qərbi Roma 
imperiyasının süqutunun son əlaməti oldu. İmperator hakimiyyətini məhv edən güc 
german muzdlu qoşunu oldu,  İtaliyanın iqtisadi tənəzzülü dövründə onların narazılığı, 
həm də əsgərlərin uzun müddət ərzində maaş almaması mühüm təsir edici səbəblərdən 
biri idi.. Beləliklə, min ildən artıq bir yol keçmiş Roma dövləti Qərbi Roma imperiyasının 
timsalında tarixin arxivinə verildi.  
 
Xalqların köç etmək epoxası. IV-V əsrlər 
 
Nisbətən sabitlik dövründə yaşayan Aralıq dənizi torpaqları 410-cu ildə baş vermiş 
bir hadisədən sarsıldı: vestqotların başçısı Alarix Romanı tutdu və üç gün ərzində onu öz 
barbar döyüşçülərinin soyğunçuluğuna verdi. Bu hadisə göstərdi ki, Roma imperiyası 


məhvə məhkumdur. Bunun səbəbləri heç də az deyildi. Onlardan biri Romanın 
germanlarla arası kəsilməyən müharibələri idi, onlar artıq yüz il idi ki, davam edirdi. 
İmperiya hərbi dövlətə çevrilmişdi, həddən artıq hərbi xərclər onun bir vaxtlar çiçəklənən 
əkinçiliyini və şəhərlərini yoxsullaşdırmışdı. Bundan əlavə, Roma qoşununda artıq german 
muzdluları çoxluq təşkil edirdi. Roma vətəndaşlığı alan germanlar hətta hərbi xadimə və 
yüksək vəzifəli məmurlara çevrilirdilər, ona görə də Roma imperiyası xaricdən german 
təhlükəsinə məruz qalmaqla yanaşı, daxildən də germanlaşmışdı.  
German tayfalarının Roma imperiyasına basqınları da onun üçün yeni bir hadisə 
deyildi. Əvvəlcə kimvrlər və tevtonlar Romaya hücum etmişdilər. B.e.9-cu ilində german 
sərkərdəsi Armini 3 Roma legionunu Tevtoburq meşəsində məğlub etmişdi. Roma 
sərkərdəsi Var məğlubiyyət biabırçılığına dözməyib, özünü öldürmüşdü. Bu 
məğlubiyyətlə romalıların daxili Almaniyada ağalığı başa çatmışdı.  
III əsrdə german tayfaları Qalliyada və Şimali İtaliyada Roma ərazilərinə çox dərin 
qaydada nüfuz etdilər, lakin romalılar onları dayandıra bildilər. Bu hücumlar miqrasiya 
prosesləri ilə əlaqədar idi, bu prosesləp isə xalqların böyük köçü adını aldı.  
Avropa xalqlarının bu yerdəyişməsinin səbəblərindən biri, yəqin ki, iqlimin 
pisləşməsi, Şimal dəniz sahillərini su basması, həmçinin bəzi vilayətlərdə əhalinin izafi 
sıxlığı idi. Soyğunçuları isə varlı cənub maqnit kimi özınə cəlb edirdi. Ona görə də 
Avropadakı bir sıra xalqlar yeni eranın iki əsri ərzində indiki Mərkəzi İsveçdən Qara 
dənizin sahillərinə doğru irəliləyirlər. 375-ci ildə isə onlardan biri olan qotlar Hun süvari 
ordusının qabaqdakı dəstələri ilə qarşılaşdılar. Hunlar ostqotları darmadağın etdilər, tabe 
olmayan vestqotları isə Qərbə doğru sıxışdırdılar. Hunları yalnız 451-ci ildə şimali-şərqi 
Fransadakı Katalaun çöllərindəki döyüşdə dayandırdılar. İki il sonra hunların başçısı 
Attila öldü.  
Vandanlar isə əvvəlcə Pireney yarımadasının cənubunda – Andalusiyada (bu ad 
“vandal” sözündən əmələ gəlmişdi) məskunlaşmışdılar, sonra isə Şimali Afrikaya keçdilər. 
Burada onların başçısı Qeyzerix paytaxtı Karfagendə olmaqla ilk German krallığı yaratdı. 
Belə ki, vandallar bütün Şərqi Aralıq dənizinə sahib oldular. 455-ci ildə isə vandallar 
Romanı tutub dağıtdılar.  
Germanlar yalnız «həyat məkanı» axtarırdılar. Beləliklə, köçkünlər Roma 
imperiyasına birləşdilər, burada onların assimiliyasıyası baş verdi.  
Alarixin yürüşündən sonra vestqotlar Qalliyanın cənubunda məskunlaşdılar, sonra 
isə Pireney yarımadasına nüfuz etdilər. İspaniyanın şimali-şərqində yerləşən vilayət 
qotların adından götürülən Kataloniya («Qotlandiya» sözündən əmələ gəlmişdir) 
adlanmaqla, oradakı vestqotların məskunlaşmasından xəbər verir. Hunların darmadağın 
olmasından sonra onlar İtaliyaya gəlib çıxdılar. Onların kralı Teodorix bütün Alp 
vilayətinə, Balkın yarımadasındakı imperiyaya sahib oldu.  
Roma hüququnu qaydaya salmaqla məşhurlaşan Yustinian bütün Aralıq dənizi 
üzərində Roma imperiyasının ağalığını bərpa etməyə çalışdı, vandalların dövləti isə Şərqi 
Roma imperiyasnın hücumu nəticəsində dağıldı. Lakin Yustinianın varisləri İtaliyanın 
böyük hissəsinin lanqobardlar tərəfindən tutulmasına mane ola bilmədilər.  


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə