Telman Orucov



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə16/55
tarix01.12.2017
ölçüsü4,8 Kb.
#13256
1   ...   12   13   14   15   16   17   18   19   ...   55

öyrədirdi ki, dua vaxtı baxışların dikildiyi müqəddəs ikona vasitəsilə  dua edənlərlə, 
həmin vaxt onda təsvir olunan arasında sirli əlaqə yaranır. Sonralar ikonaya qarşı 
mübarizə barədə mübahisə xüsusilə qızışdı. Mübarizə 787-ci ildə ikonaya sitayişin qələbəsi 
ilə başa çatdı. 
 Xrisitan dini hətta dünyəvi hakimiyyətlərin işinə də müdaxilə edirdi. Roma 
papaları kralları kilsədən təcrid etmək üsuluna da əl atırdılar. 1077-ci ildə baş verən 
«Kanossa təzimi» buna nümunədir. Papa VII Qriqoriyə, bir il əvvəl kilsədən təcrid edilmiş 
alman kralı  IV Henrix İtaliyadakı Kanossa qəsrində tövbə etməyə gəlmişdi, bu 
münasibətin korlanmasının qızışmasına səbəb kralın Milanın yepiskopunu təyin eməsi 
olmuşdu. Kralın başçılıq etdiyi sinod papanın devrildiyini elan etdi. Buna cavab olaraq 
papa Henrixi kilsədən təcrid etdi.  
Henrix mürəkkəb vəziyyətdə qalmışdı. Onun tabeliyində olan knyazlar Henrixi 
hədələdilər ki, yeni monarx seçəcəklər. Papa VII Qriqori imperiya yığıncağnda iştirak 
etmək üçün Almaniyaya dəvət olunmuşdu. Bu vaxt IV Henrix hamını qabaqladı. 
Almaniyaya səfərə hazır olan papanı dayandırdı. Kral üç gün Kanossa qəsrinin darvazası 
ağzında dayanıb, soyuqda bir yun xalatda, ayaqyalın və heç bir qida qəbul etmədən öz 
bağışlanmasını gözləyirdi. Nəhayət, bu, ona nəsib oldu və o, papanı Almaniyadakı daxili 
mübarizədə iştirakdan kənarlaşdıra bildi.  
Lakin sonralar həm kralın, həm də papanın taleyində dəyişikliklər baş verdi. Henrix 
krallığında qaldı, Romada isə yeni papa seçldi. VII Qriqori İtaliyanın cənubunda sürgündə 
oldu. 
Xristian dininin ən böyük biabırçılıqlarından biri, adamların xurafatından istifadə 
edərək Səlib yürüşlərini həyata keçirmək, nəticədə çox qan axıdılmasının və digər 
vəhşiliklərin baş verməsi idi.  
Klermonda 1095-ci ildə keçirilən soborda papa II Urban Müqəddəs torpağı işğal 
etmiş səlcuqlara qarşı Səlib yürüşünə çağırdı. Onun Sahibin qəbrini dinsizlərdən azad 
etmək çağırışı «Allah bunu istəyir» şüarı ilə müdafiə olundu. Bütün Avropada Palestinaya 
səlib yürüşü etmək barədə ehtiraslı məruzələr oxunması başlandı. 1096-cı ilə Şimali və 
Mərkəzi Fransadan, Flandriyadan, Almaniyadan əsasən kəndlilərdən və kiçik rıtsarlardan 
ibarət minlərlə könüllülər toplandı. Onlar, demək olar ki, silahsız idilər, nə atları, nə də 
ərzaq ehtiyatları var idi. Şərqə tərəf irəliləyərkən qəddarcasına yəhudi qırğınları törədir, 
soyğunçuluqla özlərinə qida əldə edirdilər. Onun çox hissəsi yolda öldürüldü və ya qaçıb 
dağıldı. Qalanları isə Kiçik Asiyada səlcuqların əli ilə həlak oldular.  
Yoxsullardan sonra Müqəddəs torpağa bütün Avropada toplanmış rıtsar qoşunu 
yollandı. Bu, birinci Səlib yürüşü idi. Ona tanınmış senyorlar başçılıq edirdilər, onların 
içərisində fransız və ingilis krallarının qardaşları da var idi. Lakin bizanslılar «franklar» 
adlandırdıqları səlibçilərə nifrətlə yanaşırdılar. Hətta bir «frank» Kostantinopolda 
imperatorun taxtına oturaraq, qəbul edə bilmirdi ki, necə olur ki, bu qədər şərəfli 
rıtsarların iştirak etdiyi yerdə Bizans imperatoru taxtda tək otura bilsin. 1098-cü ildə Kiçik 
Asiyada ilk səlibçilər dövləti – Edessa krallığı yarandı. Əsas qüvvələr Suriyaya gəlib 
Antioxiyanı mühasirəyə aldı. Mühasirə yeddi ay davam etdi, nəhayət, onlar şəhərə 


girdilər. Bu dəfə səlcuqlar onları mühasirəyə aldı. Əfsanəyə görə, onları məhv olmaqdan 
möcüzə xilas etdi, onlar düşmən üzərinə atılıb, qələbə çaldılar. 1099-cu ilin yayında 
Xristosun döyüşçüləri Yerusəlimi tutdular. Onlar müsəlmanlara və yəhudilərə qarşı 
vəhşicəsinə divan tutdular, sonra evlərə girib, əllərinə nə keçirdisə, hamısını götürürdülər. 
Bir səlibçi vətənə göndərdiyi məktubda yazırdı ki, atlarımız dizinə qədər dinsizlərin qanı 
içərisində gəzir. Səlibçilərin əsas dövləti Yerusəlim krallığı oldu.  
İkinci Səlib yürüşünə isə səbəb müsəlmanlar tərəfindən Edessa qraflığının tutulması 
oldu. Bu Səlib yürüşündə 240 min adam iştirak edirdi. Lakin Müqəddəs torpaqda səlibçilər 
uğursuzluqla üzləşdilər. Səlcuqlar Kiçik Asiyada rıtsarları tarmar etdilər. Fransızların 
Fələstini vurmaq istəyi də uğursuzluqla nəticələndi. Ona görə də 1149-cu ildə əvvəlki 
ildəki məğlubiyyətlərə görə yürüşün rəhbərləri olan Fransa və Almaniya kralları geri, 
vətənə qayıtdılar.  
Üçüncü Səlib yürüşünə isə səbəb sultan Səlahəddin tərəfindən Yerusəlimin 
tutulması oldu. Bu yürüşə üç monarx- alman imperatoru Fridrix Barbarossa, ingilis kralı I 
Riçard – Şir ürəkli və Fransa kralı II Avqust başçılıq edirdi. Bütövlükdə isə səkkiz səlib 
yürüşü baş verdi və onların çoxu uğursuzluqla nəticələnirdi. 
Yerusəlimdə Müqəddəs İoann sığınacağında (xəstəxanasında) İoannitlər və ya 
Hospitalyerlər ordeni yarandı. Solomon məbədinin yerində isə Tampliyerlər (fransız 
dilində temple – qəsr deməkdir) ordeni meydana gəldi. Ordenə girən rıtsarlar nikahsızlıq, 
yoxsulluq, tabe olmaq vədini qəbul edir, «sözlə və silahla və bütün öz gücləri ilə dinin 
sirrini müdafiə etməyə» and içirdilər. Onları adi rəhiblərdən həm də üzərində xaç təsvir 
olunan geyim fərqləndirirdi. Tezliklə ruhani-rıtsar ordenləri bütün Avropada öz əllərində 
nəhəng ölçüdə torpaq cəmləşdirdilər. Tampliyerlərin var-dövləti haqqında hətta əfsanələr 
dolaşırdı, onlar hətta sələmçilikdən də çəkinmirdilər.  
1307-ci ildə Fransa kralı IV Filipp Qəşəngin əmri ilə Tamplierlər ordeni dapmadağın 
edildi, ordenin üzvləri dustaqxanaya atıldı, onun əmlakı isə müsadirə olundu. Buna 
bəhanə rolunu ordendə əxlaqın tənəzzülü barədə şayiələr və tamplierlərin asi düşməsi və 
şeytan ibadətlərini sirli qaydada icra etmək barədəki ittiham oldu. Səlib yürüşləri 
qurtardıqdan sonra tamplierlər fəaliyyət yerləri kimi Fransanı seçmişdilər. Onlara verilmiş 
imtiyazlara görə, orden nəhəng var-dövlət toplamışdı. Kralın təzyiqi altında tamplierlərə 
qarşı inkvizisiya məhkəmə prosesi başlandı. İşgəncə altında onlar, üzərlərinə qoyulan 
cinayətləri etiraf etməyə məcbur edilirdilər, ordenin qrossmeysteri Jak de Mole isə 
tonqalda yandırılmağa məhkum edildi.  
Səlib yürüşü vaxtı xristianlar ayaqları dəyən yerdə öz dinləri naminə vəhşiliklər 
törədirdilər. Tomas Morun İngiltərədə onun vaxtında qoyunların ayağı dəyən qumun qızıl 
dənəsinə çevrildiyini deyən kimi, səlibçilərin ayağı dəyən yerdə isə iyrənc qan «bulaqları» 
əmələ gəlirdi. Buna qədər xristian dini müharibəni məhkum edirdi, özünü Allahın əsgəri 
adlanan xristianlar vuruşmaq əvəzinə yalnız dua etməyə üstünlük verirdilər, bu vaxt isə 
onlar Allah naminə Şərqə silahlı basqın etdilər, nəticədə uzunmüddətli savaş baş verdi. Bu 
yürüşlərin iştirakçılarını inandırmışdılar ki, onlar bütün günahlardan azad edilirlər. Belə 


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə