Telman Orucov



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə32/55
tarix01.12.2017
ölçüsü4,8 Kb.
#13256
1   ...   28   29   30   31   32   33   34   35   ...   55

hindular idi. İspan müstəmləkəçiləri onları, gümüş istehsalına qoyulan öz kapitalları hesab 
etdiklərindən mədənlərə satırdılar. Pis əmək şəraiti və qidanın çatışmaması ucbatından 
hindular çox tez ölürdülər. Peru gümüşü İspaniyaya da rifah gətirmədi. Qızıl və gümüş 
gətirilməsi İspaniyanın ənənəvi təsərrüfat sistemini dağıdırdı. Bəzi tarixçilər İspaniyanı 
qızılla, və gümüşlə varlanmağa aludə olmaqla alkoqollu içkidən başı dumanlananlar kimi 
«sərxoş adama» bənzədirdilər. Bu aludəçilik nəticə etibarı ilə İspaniyanı böyük iqtisadi 
geriliyə məhkum etdi.  
Xristofor Kolumb Amerikanı kəşf etdikdən sonra Avropaya həm də tütün 
daşınmağa başlandı. Tütünü (hindu dilində bu, «tobako bako», ispan dilində isə tabako, 
«tüstülənən qəlyan» demək idi) Amerikanın cənubunda hindular iyləyir və çeynəyirdilər, 
şimalda isə əsasən qəlyanda çəkirdilər. İspan dənizçiləri tütünü Avropaya gətirdilər və o, 
burada çox populyar oldu. İlk dəfə tütün ispan kralı II Filippin sarayında meydana çıxdı.  
Sonralar fransız səfiri Jan Nikto (buradan «nikotin» sözü əmələ gəlmişdir) onu 
Parisdə nümayiş etdirdi, burada tütünün iylənməsi dəbə düşmüş məşğuliyyətə çevrildi. 
 
Şimali Amerikada avropalılar və ABŞ-ın yaranması. Amerikalar müstləkə           
                                           zülmündən azad olurlar   
  
İngilislər də Şimali Amerikada ilk koloniyalarını yaratmaq istədilər. Lakin bu cəhd 
uğursuz olsa da, «Bakirə kraliça» I Elizabetin şərəfinə yeni koloniya «bakirə» mənasını 
verən Virciniya adlandırılmışdı.1585-ci ildə burada yaşayış məntəqəsi salındı, lakin heç bir 
il keçməmiş, yüzlərlə sakin İngiltərəyə qayıtdı. 1587-ci ildə ser Uolter Reli Amerikaya 
ikinci ekspedisiya göndərdi, onlar yeni yaşayış məntəqəsi yaratdılar. Üç il sonrakı 
ekspedisiya vaxtı həmin 918 sakindən heç kəs tapılmadı. Onların taleyi barədə heç nə 
məlum deyildir. Onlar aclıqdan və xəstəlikdən, yaxud da hindularla vuruşdan ölə 
bilərdilər. Məskunlaşmanın ilk cəhdi faciəvi qaydada başa çatdı. Lakin 1607-ci ildə 
kolonistlər dəstəsi Ceyms çayının mənsəbində yeni məntəqə saldılar. Bu, Virciniyanın 
ingilis məskunlaşmasının birinci səhifəsini açırdı. Yaşayış məntəqəsi İngiltərə kralı şərəfinə 
Ceymstaun adlandırıldı. Kolonistlər 1612-ci ildə tütün becərməyə başladılar, bu, 
Virciniyanın təsərrüfat cəhətdən istifadə edilməsi məsələsini həll etdi. Tütünün becərilməsi 
çox gəlirli olduğuna görə, monokulturaya çevrilməyə başladı.  
Koloniyada işçi qüvvəsinin çatışmamasına görə, Avropadan okeanın o tayına 
köçmək istəyənlər hesabına bu məsələ müsbət həll olunurdu. Hər bir ingilis şumlanan 
torpaq payı almaq hüququna malik idi. Əvvəlki dövrdə koloniyadakı həyat çox ağır idi. 
Bir tərəfdən kolonistlər öz torpaqlarını müdafiə edən hinduların hücumlarına qarşı 
dayanmalı idilər, digər tərəfdən, onlar xəstəliklərdən, daha çox tsinqa və malyariyadan 
əziyyət çəkirdilər, aclıqdan ölürdülər.  
Amerika qitəsinin şimalını (Kanadanı) isə fransızlar istifadəyə daxil etdilər. Birinci 
dəfə Jan Kartye (1535-c il) buranı kəşf etmişdi, koloniyalaşmanı isə Samyuel de Şampleyn 
başladı, o, 1602-ci ildə Kvebek şəhərinin əsasını qoydu. Sonralar Yeni Dünyadakı ağalıq 
üstündə ingilislərlə fransızlar arasında bir neçə toqquşma baş verdi. Yeddiillik 


müharibənin sonunda isə Paris sülhünün şərtlərinə görə, Fransa tamamilə Kanadanı itirdi 
və ölkə Britaniya imperiyasının bir hissəsinə çevrildi.  
1620-ci ilin noyabrında isə İngiltərədən «Meyflauer» gəmisi üç ay ərzindəki üzüşdən 
sonra Şimali Amerikadakı Kod burnundakı sahilə gəlib çıxdı. İngilis puritan köçkünlərinin 
41 ailəsi Amerika torpağına ayaq basdı. Hələ gəminin göyərtəsində olarkən «zəvvar atalar» 
gələcək koloniyanın, öz dinlərinin sərt prinsiplərinə əsaslanan nizamnaməsini qəbul 
etdilər.  
«Mitflauer» gəmisinin sərnişinləri arasında puritan köçkünləri ilə yanaşı, bir neçə 
ingilis taciri də var idi,  onlar Saushemptondan 5 sentyabrda yola düşmüşdülər. Pis hava 
şəraitinə görə, Virciniyadakı ingilis koloniyasına qoşulmaq barədəki ilkin niyyətlərindən 
imtina etməli olmuşdular. Onlar Kod burnunda sahilə çıxmağı qərara aldılar, buradakı 
əlverişli hava şəraiti onlara qarşıdan gələn qış dövründə qida ilə təmin olunmağa imkan 
verirdi.  
Öz nizamnamələrinin köçkünlər tərəfindən qəbul edilməsi mühüm hüquqi tədbir 
idi, çünki onlar ingilis qanunvericiliyinin qüvvədə olduğu ərazidən kənarda idilər. 
Kolonistlər özlərini ingilis kralı I Ceymsin sədaqətli təbəələri adlandırsalar da, ancaq onlar 
öz qanunlarına malik olmaq və öz idarəetmə orqanlarını yaratmaq hüququnu özləri üçün 
saxlayırdılar.  
Puritanların mühacirəti anqlikan kilsəsi ilə onların dini ayrı-seçkiliyi ilə əlaqədar idi. 
Puritanların radikal qanadı – ipndependentlər öz icmalarının müstəqilliyinə nail olmaq 
istəyirdilər. Puritanların bir hissəsi vətənlərində öz inancları barədə mübarizəni davam 
etdirir, digərləri isə mühacirət etməyi seçmişdi.  
İndiki Nyu-Yorkün ən bahalı rayonu olan Manhettenin 1626-cı ildə Yeni Niderland 
adlanan holland koloniyasının ilk qubernatoru hindulardan Hadson çayındakı bu adanı 60 
quldenə alıb, orada Yeni Amsterdam şəhərini (indiki Nyu-York) saldı. Hollandlar artıq 
Yeni Dünyanın bu hissəsində məskunlaşmışdılar. Materikdən daha çox müdafiə olunan 
adaya onların köçməsini hinduların tez-tez baş verən hücumları məcbur etmişdi. 
Hollandların qəsəbələri ingilislərinkindən fərqlənirdi, ingilislər məbəd ətrafındakı 
kompakt kəndlərdə məskunlaşırdılar, hollandlar isə bir-birindən aralı olan xutorlarda 
yaşayırdılar, onlarda isə hindulardan müdafiə olunmaq çətin idi. Həm də Niderland 
koloniyaları qarışıq milli tərkibdən ibarət idi, burada hollandlardan başqa almanlar, 
skandinaviyalılar, yəhudilər, ingilis puritanları yaşayırdı. Yeni Niderland koloniyalarında 
torpaq köçkünlərə özəl mülkiyyət hüququ əsasında məxsus deyildi, Vest-İndia 
kompaniyasından icarəyə götürülürdü, ona görə də kolonistlər onu özlərininki kimi 
müdafiə etmirdilər.  
Bu hadisədən dörd il sonra isə, 1630-cu ildə ingilis puritanları – «Massaçesets – Bey 
kompaniyasının» kolonistləri Con Vintropun başçılığı altında Massaçusets körfəzinin 
sahillərində sonralar Boston adlanan yaşayış məntəqəsini saldılar. Bu kompaniyanın 
başında doğma İngiltərədə kral və kilsə tərəfindən təqib olunan puritanlar dururdu. 
Puritan köçkünlərinin ilk min nəfəri Şimali Amerikaya elə həmin ili gəlmişdilər. Burada 
onlar qısa müddət ərzində altı yaşayış məntəqəsi salmışdılar.  


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə