Təranə RƏHİMLİ



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə29/59
tarix04.11.2017
ölçüsü2,8 Kb.
#8309
növüDərs
1   ...   25   26   27   28   29   30   31   32   ...   59

 
114 
uyğunluqlar görürdü. Həmçinin «Meşşanlar», «Düşmənlər» 
əsərlərinin yazılmasında bu səhnələrin müəyyən dərəcədə rol 
oyna-dığını, Bakı müşahidələrinin  ədibin gələcək yaradıcılığı 
üçün ciddi həyat materialı verdiyini əsaslandırırdı. K.Ta-
lıbzadəni Qorki ilə  əlaqələrin məhz bu tərəfi, yazıçının 
Azərbaycanla çoxcəhətli  şəkildə bağlılığı daha çox cəlb  edir,  
alimə  tədqiqatını  genişləndirmək  və  dərinləşdirmək  imkanı  
verirdi. 
«Qorki Sovet Bakısında» adlandırdığı üçüncü fəsildə isə 
K.Talıbzadə  tədqiqatını daha mühüm istiqamətə yö-nəldərək 
yazıçının səfər zamanı Bakı Sovetinin plenumunda və 
Azərbaycan yazıçıları ilə görüşündəki nitqlərinə diqqət 
yetirmişdir. Milli ədəbiyyatımızda yeni ideya-yaradıcılıq 
prinsiplərinin təşəkkülündə bu nitqlərin əhəmiyyətini  yük-sək 
qiymətləndirən tədqiqatçı göstərirdi ki, Qorki həmin 
çıxışlarında sosialist realizminin ən mühüm məsələlərinə 
toxunub, onları əsaslandırmaqla Azərbaycan ədəbiyyatının yeni  
istiqamətdə  inkişafı  üçün  zəmin  hazırladı. 
Zənn edirik ki, müəllif «Azərbaycan Qorki yaradı-
cılığında» və «Qorki sovet Bakısında» adlanan fəsilləri 
birləşdirib rus yazıçısının yaradıcılığında Azərbaycan möv-
zusundan bir yerdə bəhs etsəydi, bu tədqiqatın məqsədini daha  
dəqiq  ehtiva  etmiş  olardı. 
Sonrakı  mərhələdə yazıçının Azərbaycanla yaradıcı- lıq 
əlaqələrinin daha konkret təzahürü olaraq milli mət-buatda 
M.Qorki  əsərlərinin Azərbaycan dilinə  tərcüməsi      və onların 
milli mətbuatda dərc edilməsi, bu tərcümələrin ədəbiyyatımıza 
təsiri, onun inkişafında rolu kimi məsələlər araşdırılırdı. Bu 


 
115 
məqsədlə ilk tərcümələri diqqətlə  nəzər- dən keçirən 
K.Talıbzadə Qorkinin bədii əsərləri və pub- lisist məqalələrinin 
tərcüməsində Azərbaycan yazıçılarının  əvəzsiz  xidmətləri  
haqqında  yazırdı: «Çox  lazımlı  və  fay-dalı olan bu işi 1920-
ci illərdə artıq müəyyən yaradıcılıq təcrübəsinə malik 
Ə.Haqverdiyev, Abdulla Şaiq, C.Cab-barlı  kimi  milli  
yazıçılar  yerinə  yetirməyə  başladılar.  In-qilabdan əvvəl zəif 
şəkildə başlanan tərcümə  işini bu görkəmli  ədiblər davam 
etdirərək Qorkinin bədii  əsərlərini Azərbaycan oxucularına 
çatdırmaqda ilk addımlarını atdılar.»
1
 K.Talıbzadə yazıçının 
«Şahin nəğməsi», «Izergil qarı», «Arxip baba və Lyonka», 
«Makar Çudra», «Çelkaş», və s. əsərlərinin uğurlu 
tərcümələrilə yanaşı «Həyatın di-bində» (Əsər o vaxt «Yurdsuz 
insanlar» adı ilə  tərcümə edilmişdi – T.R.) və «Foma 
Qordeyev» kimi qüsurlu  tərcümələrdən də  bəhs  açırdı. Qorki  
irsinin  nisbətən  daha çox tərcümə olunduğu 1928-1930-cu 
illəri nəzərdən keçi-rərkən tədqiqatçı  Ə.Haqverdiyevin Qorki 
əsərlərinin tərcü-məsi işində  iştirakı  və rolunu xüsusilə 
fərqləndirmişdir. K.Talıbzadə görkəmli  ədibin tərcümələrinin 
müvəffəqiy-yətini isə onun proletar yazıçısının yaradıcılığına 
dərin məhəbbət, rəğbət bəsləməsi, Qorki əsərlərinin 
mahiyyətini,  əsas məğzini doğru dərk etməsi və 
dəyərləndirməsi ilə          izah  edirdi.  Rus  yazıçısının  əsərlərinin 
tərcüməsi sahəsində  Ə.Haqverdiyevlə yanaşı A.Şaiq, 
C.Cabbarlı, S.Vurğun, M.Arif, Ə.Cavad, M.Rzaquluzadə, 
Ə.Şərif,  Ə.Məmməd-xanlı, H.Nəzərli, M.Rəfili, C.Cəfərov, 
                                           
1
 Талыбзадə K. Горkи вə Азəрбаyжаn, Баkы, Азəрб. SSР EА nəшр., 1959, 


 
116 
I.Nəfisi, C.Məc-nunbəyov və başqa yazıçı,  ədəbiyyatşünas və 
tənqidçilərin xidmətlərini yüksək qiymətləndirən tədqiqatçı 
Qorki tə-sirinin Azərbaycan  ədəbiyyatına məhz bu tərcümələr 
vasitəsilə gəldiyini, milli yazıçılar tərəfindən sosialist realizmi 
prinsiplərinin dərki və mənimsənilməsi üçün     geniş imkanlar 
yarandığını xüsusi vurğulayırdı. O, 40-cı illərin tərcümələrini 
də bu baxımdan faydalı hesab edir, göstərirdi ki, həmin dövrdə 
milli mətbuatda yazıçının kitablarından başqa onun ədəbiyyatın 
qarşısında duran vəzifələrdən, məqsəd və  məfkurə 
istiqamətindən, ayrı-ayrı klassik yazıçıların yaradıcılığına həsr 
olunmuş yüzlərlə  məqalə  və pamfletləri, məruzə  və nitqləri, 
məktub və tövsiyyələri nəşr olunmuşdur. K.Talıbzadə 
Azərbaycan oxucularının M.Qorkini tanıması, sevməsi, eləcə 
də yazı-çının ənənələrinin milli ədəbiyyatda təbliği baxımından 
bu nümunələri qənaətbəxş hesab edirdi. Tədqiqatçı rus 
yazıçısının  əsərlərinin  məfkurəsini,  ideya-bədii  qayəsini, 
onun  ədəbi-tənqidi görüşlərini, realizmin yeni mərhələsi 
haqqında mülahizələrini milli yazıçılara çatdırmaq işində 
tənqidçi və  ədəbiyyatşünaslarımızın xidmətlərini də yük-  sək 
dəyərləndirir, Qorki ənənələrinin təbliğində, yayılma-sında 
onların  əhəmiyyətli rolunu göstərirdi. Lakin zənn edirik ki, 
monoqrafiyada bədii fikrimizin inkişafında Qor- ki 
tərcümələrinin  əhəmiyyəti, onun milli ədəbiyyatımızda  
realizminin təşəkkülündə rolu kimi mühüm məsələlər ümu-mi 
mülahizələr halında şərh edilir, Qorkinin Azərbaycan yazıçı və 
tərcüməçilərinin yaradıcılığına təsiri konkret  misallar əsasında 
                                                                                         
s. 112. 


 
117 
izah olunmurdu. Tərcümə vasitəsilə      ədəbi təsir, tərcümənin 
prinsipi və keyfiyyəti kimi vacib məsələlər də monoqrafiyada 
lazımi səviyyədə öz əksini tapmamışdır.  K.Talıbzadə  
tədqiqatında  bu  haqda  qeyd  edir:  «Biz burada Qorki 
əsərlərinin necə  tərcümə olun-  ması prinsiplərini izah etmək 
məqsədini izləmirik. Bu şübhəsiz, xüsusi tədqiqat tələb edən 
bir işdir.»
1
 Amma   zənn edirik ki, bu cəhətə diqqət yetirilsəydi, 
tədqiqatın əhəmiyyətini bir qədər də artırardı. 
Monoqrafiyada Qorki əsərlərinin Azərbaycan  ədəbiy-
yatına təsiri baxımından milli tənqidin və ədəbiyyatşü-naslığın  
nailiyyətləri  də  ciddi  tədqiq edilir,  yazıçının  ya-radıcılığı 
haqqında müntəzəm olaraq məqalələr yazıb dərc etdirən 
M.Rəfili, M.Arif, H.Əfəndiyev, M.Cəfərov, M.Rə-fili, 
C.Cəfərov,  Ə.Mirəhmədov,  Ə.Ağayev, H.Orucəli və başqa 
görkəmli alimlərin xidmətləri yüksək dəyərlən-dirilirdi. 
Tədqiqatçı Qorkinin ədəbi-tənqidi görüşlərinə    həsr olunmuş 
bu məqalələri yazıçının ideyalarının Azər-baycanda təbliği 
cəhətdən  əhəmiyyətli nümunələr hesab  edirdi.  K.Talıbzadə  
milli  ədəbiyyatın  inkişafında  Qorki  yaradıcılığının  konkret  
rolunun  göstərilməsi,  tarixi,  ədəbi  faktlarla yazıçının 
ənənələrinin Azərbaycan yazıçıları 
tərə-findən necə 
mənimsənildiyinin, inkişaf etdirildiyinin düz-gün elmi şərhi 
baxımından görkəmli tənqidçi M.Aifin məqalələrini daha 
yüksək qiymətləndirirdi. 30-cu illərdə  və daha sonralar Qorki 
mövzusundan milli ədəbiyyatşünas-  lıq  və    tənqidin  aktual  
problemlərindən  biri  kimi  bəhs  edən  müəllif  bu  mövzuda  
                                           
1
 Талыбзадə K. Горkи вə Азəрбаyжаn, Баkы, Азəрб. SSР EА nəшр., 1959, 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   59




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə