Təranə RƏHİMLİ



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə25/59
tarix04.11.2017
ölçüsü2,8 Kb.
#8309
növüDərs
1   ...   21   22   23   24   25   26   27   28   ...   59

 
98 
mövzusuna müraciət etmişdir. M.Qorki və  ədəbi  əlaqələr 
problemindən yazmasının səbəbini müəllifin özü  belə izah 
edirdi: «M. Qorki mövzusuna qədər də Azərbay-can-rus ədəbi 
əlaqələrinə dair məqalələr yazmışam. 50-ci  illərdə  ədəbi 
əlaqələr ədəbiyyatşünaslığın aktual problemi  olaraq  ön  plana  
keçmişdi.  Ümumiyyətlə,  məni  rus  ədə-biyyatına bağlayan 
A.Səhhət oldu. A.Səhhət rus ədəbiy-yatından  24  şairin  əsərini  
Azərbaycan  dilinə    tərcümə    və  təbdil edib. O cümlədən 
A.Ostrovskinin  «Yoxsulluq  eyib  deyil» pyesini… 
M.Qorkinin Rusiyaya için-için sevgisi, bu  ölkənin  içalatını  
vətəndaş  yanğısı    ilə  açması    məni  cəlb  etdi, M.Qorki 
Rusiyanın ən milli, şovinist ədibidir. Xüsusilə  onun  inqilaba  
qədərki  yaradıcılığı    məni  onun  haqqında  yazmağa sövq 
etdi.»
1
 Onu da qeyd etmək lazımdır ki, Azərbaycanda görkəmli 
rus yazıçısının yaradıcılığına hələ inqilabdan xeyli əvvəl ciddi 
maraq yaranmış, XX əsrin      ilk illərində milli mətbuatın 
səhifələrində, Bakıda çıxan «Kaspi», «Iqbal», «Qudok» və c. 
qəzetlərdə M.Qorkinin əsərlərindən nümunələr və yaradıcılığı 
haqqında məqalələr, mülahizələr çap olunmuşdu. A.Şaiq 
Qorkinin hekayələrinin ana dilimizə  tərcüməsi işiylə  məşğul 
olmuş, bu uğurlu tərümələri «Gülzar» adlı  dərsliyində 
Azərbaycan məktəb-lilərinə  ərməğan etmişdi. 1900-1903-cü 
illərdə «Kaspi» və «Bakinskiye izvestiya» qəzetlərində 
yazıçının «Fırtına quşu haqqında nəğmə», «Xan və oğlu» və s. 
hekayələri, «Həyatın dibində» və «Meşşanlar» adlı pyeslərinin 
məzmunu, həm-çinin  əsərləri haqqında məqalələr və  rəylər 
                                           
1
 Шəmsизадə N. Тüрk тəфəkküрü məжраsыnда, Баkы, Тəщsил, 1998, s. 42. 


 
99 
dərc edilmişdi. Həmin illərdə görkəmli  ədəbiyyatşünas və 
tənqidçi Firi-  dun bəy Köçərli bir sıra məqalələrində M.Qorki 
yaradı-cılığını  yüksək  qiymətləndirərək  onun  adını  böyük  
rus  klasssikləri  ilə  yanaşı   çəkir  (1909),  yazıçının  «Vassa  
Je-leznova» pyesi Bakıda tamaşaya qoyulur (1910), əsərin 
səhnə  təcəssümü haqqında «Kaspi», «Bakinskiye izvestiya» 
qəzetlərində  məqalələr dərc edilir, yazıçının  əsərlərindən bir 
neçəsi Azərbaycan dilinə tərcümə olunurdu (1912-1914). Sovet 
dövründə isə böyük sənətkarın bədii  əsərləri, məqalələri, 
nitqləri müntəzəm olaraq Azərbaycan dilində çap olunur, 
pyesləri tamaşaya qoyulur, görkəmli yazıçı 
və 
ədəbiyyatşünaslarımız tərəfindən Qorkinin həyatını  və 
yaradıcılıq  yolunu  işıqlandıran  bir  çox  monoqrafiya  və  
elmi məqalələr yazılırdı. XX əsrin tanınmış yazıçı, tərcüməçi 
və  ədəbiyyatşünaslarından A.Şaiq,  Ə.Haqverdiyev, C.Cab-
barlı, S.Vurğun,  Ə.Cavad, M.Arif, M.Rzaquluzadə,  Ə.Şərif, 
C.Məcnunbəyov,  Ə.Məmmədxanlı, Q.Qasımzadə, V.Ha-
cıoğlu, C.Rzaquluyev, I.Nəfisi,  Ş.Abbasov və başqalarının 
əsərləri Azərbaycan oxucusunda M.Qorki yaradıcılığı haq-
qında dolğun təsəvvür yaradırdı.  Əsrin 30-cu illərindən 
başlayaraq rus yazıçısının həyatı  və yaradıcılığı barədə  
monoqrafiyalar və dövri mətbuatda onlarla məqalələr        dərc 
edilmlşdi. Bunlardan M.Rəfilinin «Maksim Qorki» (1932), 
M.Arifin «Maksim Qorki faşizm  əleyhinə mübari-zədə» 
(1941),  Ə.Qəhrəmanovun «Böyük yazıçı A.M.Qorki» (1946), 
A.Alməmmədovun «Maksim Qorki və Azərbaycan» (1959) və 
digər kitablarda işıq üzü görən monoqrafiya       və tədqiqatları 
xüsusi qeyd etmək lazımdır. K.Talıbzadə yazıçıyla bağlı öz 


 
100 
monoqrafiyasını yazarkən bu material-ların hamısını diqqətlə 
araşdırmış, tədqiqatında onlardan yaradıcı 
şəkildə 
bəhrələnmişdi. Tədqiqatçının Azərbaycanla  bağlı olan rus 
yazıcılarından məhz Qorki və onun əsər-lərində Azərbaycan 
həyatı mövzusunu daha mühüm bədii hadisə hesab etməsi isə 
heç də  təsadüfi deyildi. Rus  ədəbiyyatının görkəmli 
nümayəndələrindən yalnız M.Qor- ki Azərbaycanla sıx-sıx 
əlaqə saxlamış, dəfələrlə burada olmuş, Azərbaycan, Bakı 
haqqında bir sıra  əsərlər yazmışdı. Tədqiqatçını Qorki 
mövzusuna cəlb edən ümdə  cəhət- lərdən biri də yazıçının 
proletar  ədəbiyyatının banisi olması, inqilabçı yazıçı kimi 
tanınması ilə bağlı idi. 
«Qorki və milli ədəbiyyatlar» mövzusuna qədər də 
K.Talıbzadənin  ədəbi  əlaqələrin tədqiqi sahəsində müəyyən 
təcrübəsi vardı. O, rus ədəbiyyatı ilə yaradıcılıq  əlaqələrinə 
həsr etdiyi «A.N.Ostrovski və Səhhət», «Qoqol və Azər-baycan 
ədəbiyyatı», «Qoqol realizmi və Azərbaycan  ədə-biyyatının 
klassikləri», «Böyük rus yazıçısı» (L.N.Tolstoy haqqında – 
T.R.) və s. məqalələrini yazıb dərc etdir-    mişdi. 
K.Talıbzadənin M.Qorkiylə bağlı yeni tədqiqatı isə onun ədəbi 
əlaqələr tarixinin öyrənilməsi prosesində ciddi fəaliyyətinə 
səbəb oldu. Tədqiqatçı «Qorki və Azərbaycan» mövzusunu 
Azərbaycan-rus  ədəbi  əlaqələrinin konkret sahələrindən biri 
kimi diqqətlə araşdırmağa başladı. Qeyd etmək lazımdır ki, 
müharibədən sonrakı dövrdə M.Qorki  və SSRI xalqları 
ədəbiyyatı  ədəbiyyatşünaslığın  ən aktual  mövzularından biri 
idi. Həmin dövrdə Azərbaycan  ədəbiy-yatşünaslığında da bu 
mühüm mövzuya həsr olunmuş  məqalələr yazılmışdı. Bu 


 
101 
tədqiqatlardan M.Arif, H.Əfən-diyev, M.C.Cəfərov, M.Rəfili, 
M.C.Paşayev, C.Cəfərov, 
Ə.Mirəhmədov, 
Ə.Ağayev, 
H.Orucəli kimi tanınmış  ədə-biyyatşünas və  tənqidçilərin 
Qorki haqqında  əsərlərini  dəyərli nümunələr kimi göstərmək 
olar. Azərbaycan tən-qidində ilk dəfə bu mövzuya toxunan 
görkəmli tənqidçi M.Arif «Maksim Qorki və Azərbaycan 
ədəbiyyatı» (1947), «Azərbaycan  ədəbiyyatında Qorki 
ənənələri» (1949) adlı  məqalələrində bu geniş mövzunun 
mühüm cəhətlərinə diqqət yetirir, milli ədəbiyyatımızın 
inqilabi ideyalarla  zəngin olan yeni inkişaf mərhələsini 
M.Qorkinin adı ilə bağlayırdı. K.Talıbzadə isə bu mövzunu 
daha zəngin  ədəbi-tarixi  sənəd  və  materiallar  əsasında  
araşdırır,  tamamilə yeni istiqamətdə  tədqiq edir, orijinal, 
özünəməxsus bir tərzdə təhlil süzgəcindən keçirirdi. Tanınmış 
ədəbiyyat-şünas alim professor Ş.Salmanovun qeyd etdiyi 
kimi,  əgər M.Arif bu ədəbi  əlaqələrin  əsas tərəflərini və 
formalarını  bir «eskiz halında müəyyənləşdirmiş»disə, 
K.Talıbzadə  50-ci illərdə yazdığı  məqalələrində «bu eskizi 
daha da genişləndirir və tamamlayırdı.
1
» «M. Qorki və 
Azərbaycan ədəbiyyatı», «Azərbaycan Qorki yaradıcı-lığında», 
«M. Qorki inqilaba qədərki Azərbaycan mətbua-tında», «M. 
Qorki sosialist realizminin bəzi məsələləri  haqqında», «Bir 
daha Qorki ənənələri haqqında» və s. məqalələrində  tədqi-
qatçının mövzunu daha geniş  və  əhatəli araşdırmaq cəhdi  
aydın  şəkildə  nəzərə çarpırdı. 50-ci illərin sonunda K.Talıb-
zadə «Qorki və Azərbaycan» monoqrafiyasını tamamlayıb nəşr 
                                           
1
 Sалmаnов Ш. Аkадemиk Kаmал Талыбзадə, Баkы, Озаn, 1998, s. 44. 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   59




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə