Təranə RƏHİMLİ



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə21/59
tarix04.11.2017
ölçüsü2,8 Kb.
#8309
növüDərs
1   ...   17   18   19   20   21   22   23   24   ...   59

 
82 
bildirməyə  səsləyirsə, bundan fərqli olaraq Səhhət öz 
qəhrəmanını  cəmiyyətdəki keçilməz maneələrin qarşısından 
əsla çəkilməməyə, mübarizə yolu ilə 
xəyalları 
gerçəkləşdirməyə çağırır. Bu iki sənətkarın romantik 
qəhrəmanlarının dünyagörüşündə, mənəvi-psixoloji aləmində 
nəzərə çarpan belə ciddi fərqi tədqiqatçı bir tərəfdən zamanla 
əlaqələndirirsə, digər tərəfdən bunu Səhhətin və Lermontovun 
öz fərdi şəxsi keyfiyyətləri ilə  izah edir.  
K.Talıbzadə  hər iki böyük sənətkarın yaradıcılıq-larının 
ümumi və  fərqli cəhətlərini müəyyənləşdirərkən belə bir 
məntiqi nəticəyə  gəlir ki, M.Y.Lermontovu A.Səhhətə 
yaxınlaşdıran başlıca ideya-estetik amillərdən biri rus şairinin 
«zülmə nifrət hissi ilə üzvi surətdə birləşmiş  vətəndaşlıq 
kədəri»dir.
1
 Monoqrafiyada bu ideya doğma-lığı milli romantik 
şairin Lermontovla əlaqələrinin  əsas tərəflərindən biri kimi 
səciyyələndirilir, konkret bədii nümunələrin təhlili ilə 
əsaslandırılır.  
A.Səhhətin rus satirik ədəbiyyatından tərcümələrin-dən 
söhbət açarkən tədqiqatçı  şairin Krılov, Qoqol, Sal-tıkov-
Şedrin və Çexovun əsərlərini ana dilinə çevirdiyini,  bu 
tərcümə prosesində  onun satirik təsvir priyomlarına 
yiyələndiyini, satira və yumorun bədii  ədəbiyyatdakı rolu-nu, 
mövqeyini daha dərindən dərk etdiyini göstərir.  Şairin 
Azərbaycan  ədəbiyyatında təmsil janrının gözəl yara-
dıcılarından biri səviyyəsinə yüksəlməsində, onun roman- tik 
poeziyasının realistik cəhətlərlə  zənginləşməsində Krı- lov 


 
83 
sənətkarlığının təsiri nisbətən  ətraflı  işıqlandırılmışdır. 
Tədqiqatçı Krılovun sırf milli koloritə malik olan, xalq yumoru 
ilə, xalq dilində yazılan, bu cəhətdən də çətin tərcümə olunan 
təmsillərinin «öhdəsindən gəlməklə» Səh-hətin  əsl sənətkarlıq 
istedadı nümayiş etdirdiyini, orijinalı mənaca doğru ifadə edən, 
poetik cəhətdən güclü bədii tərcümələr yaratdığını qeyd edir.  
K.Talıbzadə A.Səhhətin tərcümələrini Krılovun təm-
sillərini Azərbaycan dilinə çevirən bir sıra müəlliflərin 
tərcümələri ilə qarşılaşdırır, orijinaldakı ümumi satirik  ruhu 
saxlaya bildiyi üçün məhz A.Səhhətə üstünlük verir. Müəllif 
bütün bu xüsusiyyətlərinə görə  şairin Krılovun    «ən usta 
tərcüməçi»lərindən biri kimi şöhrətləndiyini, rus şairindən 
yaradıcı şəkildə öyrənməklə, əxz etməklə Səh-hətin özünün də 
təmsil yaradıcılığının formalaşdığını  və inkişaf etdiyini 
göstərir, bu fikri konkret mülahizələrlə əsaslandırır. 
K.Talıbzadə    Səhhətin  rus  ədəbiyyatından  ana  dilinə  
çevirdiyi peyzajları da onun tərcümə  fəaliyyətinin mühüm 
tərkib hissəsi kimi diqqətlə təhlil edir, şairin peyzaj lirikasının 
təşəkkülündə bunun əhəmiyyətli rolunu aydın-laşdırır. 
Tədqiqatçı  Səhhətin daha çox rus ədəbiyyatının mahir peyzaj 
müəllifləri Koltsov və Nikitin yaradıcılıq-larına müraciət 
etdiyini göstərir,  şairin tərcümələrini,          ayrı-ayrı  şeirlərini 
mövzu baxımından geniş və hərtərəfli təhlilə cəlb edir.  
Müəllif hər iki şairin peyzaj lirikasının oxşar xüsu-
siyyətlərə malik olduğunu, eyni ideya-estetik konsepsiya    ilə 
bağlılığını aydınlaşdırmaqla bu yaradıcılıq yaxınlığının 
                                                                                         
1
 Талыбзадə K.  Seçилmиш  əsəрлəри,  иkи  жилддə,  Баkы,  Азəрnəшр,  ж.1., 


 
84 
köklərini, əsaslarını müəyyənləşdirib üzə çıxarır. K.Talıb-zadə 
belə bir nəticəyə  gəlir ki, «Səhhət poeziyasında obyektiv 
romantik istiqamət üstünlük təşkil edir və üslubi xüsusiyyət 
onun peyzajları üçün daha səciyyəvidir, elə bu xüsusiyyətləri 
ilə  də o,  Koltsov və Nikitinə çox yaxındır.»
1
  Müəllif  şairin 
romantik metodla yazılmış  əsərləri daha müvəffəqiyyətlə 
tərcümə  etdiyini, bu tərcümələrin mənaca orijinala yaxın olub, 
dolğun poetik nümunələr kimi təsir oyatdığını yazır. Realist 
əsərlərin tərcüməsində isə  Səh- hətin tamamilə başqa bir 
yaradıcılıq yolu keçdiyini, iqtibas və  təbdillərə müraciət 
etdiyini göstərən tədqiqatçı bu əsərlərin romantik tərcümələr 
qədər uğurlu olmadığını,  şairin qüdrətli tərcüməçiliyini, 
sənətkar «mən»ini ifadə edə bilmədiyini nəzərə çatdırır. 
Tədqiqatçı doğru və inandırıcı  şəkildə sübut edir ki, Səhhətin 
tərcümə etdiyi realist  əsərlərdə  onun  romantik  aləmi  üçün  
zəruri  olan  doğma-lıq, əsas «ideya-estetik qida» kifayət qədər 
deyildir. Burada Səhhətin romantik tərcümələri onun 
yaradıcılıq metodu-nun yeni ideya-bədii keyfiyyətlərlə 
zənginləşməsində başlıca amil rolunda çıxış edən  əsas 
mənbələrdən, məxəzlərdən    biri kimi qiymətləndirilir. 
K.Talıbzadə bu tərcümələri həm də o zamankı sxolastik-
formalist  şeir qalıqlarına, epiqon-çuluğa qarşı qüvvətli 
mübarizə vasitəsi hesab edir, bir      çox milli şairlərin 
tərcüməçi kimi yetişməsində bu əsərlərin  əhəmiyyətli təsirini 
yüksək dəyərləndirirdi. 
                                                                                         
1991,  s. 336. 
1
 Талыбзадə K.  Seçилmиш  əsəрлəри,  иkи  жилддə,  Баkы,  Азəрnəшр,  ж.1., 
1991,  s. 343. 


 
85 
Beləliklə, mükəmməl bədii tərcümələrinə görə  hələ 
sağlığında «ikinci Jukovski», əsrin  əvvəllərində «türklərin 
Lermontovu» adlandırılan Səhhət monoqrafiyada tərcü-  mə 
ədəbiyyatının banilərindən biri kimi təqdir olunur,   onun 
tərcüməçilik fəaliyyətinin ümumi ədəbi-mədəni mənası    izah 
edilir,  mahiyyət  və  məğzi  aydınlaşdırılır. 
K.Talıbzadə monoqrafiyada A.Səhhətin yaradıcılıq irsini 
təhlil edərkən eyni zamanda şairin görüşlərindən, 
sənətkarlığından bəhs etmiş, bu cəhətə monoqrafiyanın bütün 
fəsillərində diqqət yetirmişdir. Lakin müəllif bu-nunla 
kifayətlənməmiş, Səhhətin sənətə baxışının, sənət-karlığının 
xüsusi olaraq təhlilə  cəlb edilməsini tədqiqat vəzifəsi 
baxımından zəruri hesab edərək monoqrafiyasını şairin «Sənətə 
baxışı. Sənətkarlığı» fəsli ilə başa çatdırmışdır. Bu fəsildə 
Səhhətin sənət baxışları  hərtərəfli işıqlandırılıb, onun 
yaradıcılığının başlıca prinsiplərinin dolğun nəticəsi, yekunu 
kimi düzgün izah edilir və qiymətləndirilir. K.Talıbzadə 
göstərir ki, milli romantik şairin tənqidçilik fəaliyyəti – ədəbi 
fikir mübarizələrində  fəal iştirakı, yeni poeziyanın prinsiplərini 
ehtirasla müdafiə etməsi onun yaradıcılığını, bütövlükdə 
sənətkar simasını tamamlayan tərəflərdən biridir. Müəllif 
Səhhətin tənqidə dərin münasibətinin əsas səbəbini isə dövrün 
ədəbi pro-sesinin tənqidi təfəkkürə meylli olmasında görürdü. 
Çünki, həmin dövrdə ədəbi ictimaiyyətin yekdil rəyi belə idi ki, 
ədəbi tənqidsiz müasir ədəbiyyatın inkişafı qeyri-müm-kündür. 
«odur ki, ədəbi tənqidə, fikirlər döyüşünə, mübahisə  və 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   59




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə