Təranə RƏHİMLİ



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə19/59
tarix04.11.2017
ölçüsü2,8 Kb.
#8309
növüDərs
1   ...   15   16   17   18   19   20   21   22   ...   59

 
74 
məqalələrində belə  şeirdə  təbiət mənzə-rələrinin verilməsini 
təbliğ etmişdir. Bu baxımdan mo-noqrafiyada A.Səhhətin 
təbiətə həsr olunmuş şeirlərinin    də onun lirikasının mühüm, 
ayrılmaz tərkib hissəsi kimi xüsusi təhlilə  cəlb olunması 
diqqətəlayiqdir. K.Talıbzadə hələ yaradıcılığının ilk axtarışları 
dövründə bu ruhda şeir-lər yazan və tərcümələr edən Səhhətin 
şair «mən»i ilə təbiətin bir vəhdət təşkil etdiyini göstərir, onun 
poezi- yasının bu istiqamətdə inkişafını diqqətlə izləyir. Tədqi-
qatçı Səhhətin peyzaj lirikasının gözəl nümunələrindən sayılan 
«Yay səhəri», «Yay gecəsi», «Qış», «Əkinçi nəğ-məsi» 
şeirlərinin təhlili əsasında konkret ümumiləşdir-  mələr aparır.  
Şairin lirik qəhrəmanı ilk vaxtlar daha çox öz daxili aləmi ilə 
məşğul idisə, təbiətə bilavasitə müraciət edə bilmirdisə, 
sonralar o, təbiətlə, ictimai həyatla qovuşur, bu iki aləmin 
vahid ahəngini özündə  əks etdirir. Müəllif bu cəhəti Səhhətin 
dünyagörüşündəki, sənətə baxışındakı  təkamüllə  əlaqələndirir, 
bunu konkret əsərlərin,  şeirlərin təhlili  əsasında  ətraflı izah 
edir. Səhhətin ilk təbiət təs-virlərində sentimentalizm 
əlamətləri görünürdüsə, bu mə-nəvi təkamüldən sonra şairin 
təbiətə münasibətində, onu təsvir üsulunda da bir yeniləşmə 
özünü biruzə verir. K.Talıbzadə bu yeniləşməni «romantik 
Səhhətə realist Səhhətin güclü təsiri» kimi izah edir.
1
 Çünki, 
şair daha təbiətə rəmzi mənalar verməyə səy göstərmir, bunun 
əksinə indi o, təbiətin özünü, onun zənginliyini və müasir ger-
çəkliklə  əlaqəsini olduğu kimi, real təsvir etməyə çalışır. 
Tədqiqatçı burada A.Səhhətin XX əsr Azərbaycan  ədəbiy-
                                           
.
1
 Талыбзадə K.  Seçилmиш  əsəрлəри,  иkи  жилддə,  Баkы,  Азəрnəшр,  ж.1., 


 
75 
yatında təbiət təsvirləri yaratmaq sahəsində yeganə və rəqibsiz 
bir sənətkar olduğunu təsdiq etməklə yanaşı bu müvəffəqiyyəti 
təmin edən səbəbləri, ümumiyyətlə,  şairin təbiətə  fəal 
münasibətlərinin səbəblərini araşdırıb üzə  çıxarır. O, yazır: 
«Səhhətin peyzaj lirikasının forma-laşmasında milli şeirin 
ənənəsinin, eləcə  də onun yaxşı      tanış olduğu Avropa və rus 
romantik poeziyasının təsirlərini nəzərdən qaçırmaq olmaz. 
Xüsusən Puşkin və Lermontovun romantik lirikasının 
əsrarəngiz ruhu Səh-  həti daima təsirləndirmiş, onu öz nüfuz 
dairəsində sax-lamışdır.»
1
 Burada təbiətə güclü meyl həm də 
XX  əsr Azərbaycan romantizminin ideyalar aləmi, mövzular 
sis-temi, fəlsəfi-psixoloji  əsasları    ilə    əlaqəli  bir  problem  
kimi  diqqətlə  nəzərdən  keçirilirdi.  Müəllif sonda  belə  bir  
düz-gün  məntiqi  nəticəyə    gəlir  ki,  təbiət  şairin  peyzaj  
lirika-sında vətənin, vətənpərvərliyin rəmzidir, Səhhətin «təbiət 
aləmi»  onun  «vətən  aləmi»dir. 
«Abbas Səhhət» monoqrafiyasında  şairin lirikasının  
təhlili  XX  əsrdə  milli  ədəbi  prosesin  başlıca  meylləri, 
ideya istiqaməti ilə vəhdətdə aparılmış, şairin poeziyası A.Şaiq, 
H.Cavid lirikası, eləcə də M.Ə.Sabir poeziyası       ilə əlaqədə 
tədqiq edilmişdir.  Əsərin təkmilləşdirilmiş    nəş-rində  
tədqiqatın  bu  məziyyəti  daha  aydın  şəkildə  nəzərə  çarpır. 
XX  əsrin ilk onilliklərində Azərbaycanda uşaq  ədə-
biyyatı yaradıcılığı da qüvvətlənmiş, M.Ə.Sabir, S.S.Axun-
dov, A.Şaiq kimi dövrün fəal maarif xadimləri uşaqlar  üçün 
                                                                                         
1991,  s. 317. 
1
 Талыбзадə K.  Seçилmиш  əsəрлəри,  иkи  жилддə,  Баkы,  Азəрnəшр,  ж.1., 
1991,  s. 320. 


 
76 
bədii əsərlər yazıb nəşr etdirmişdilər. Həmin dövrdə A.Səhhət 
də uşaq ədəbiyyatı müəlliflərindən biri kimi     şöhrətlənmiş, bu 
sahədə böyük yaradıcılıq uğurları qazan-mışdı. Bu baxımdan 
K.Talıbzadə  Səhhətin poetik dilinin zənginliyini, canlılığını, 
səlisliyini özündə  əks etdirən, xalq yaradıcılığı ilə  dərindən 
bağlı olan sadə, oynaq və duzlu uşaq  şeirlərini qruplaşdıraraq 
onun yaradıcılığının ay-rılmaz bir sahəsi kimi təhlilə cəlb edir. 
Monoqrafiyada  şairin uşaq  şeirləri onun həm bədii, həm də 
pedaqoji fəaliyyətini tamamlayan tərəflərdən biri kimi səciyyə-
ləndirilir.  Şəhhətin kiçik yaşlı  məktəblilər üçün yazdığı 
şeirlərin daha çox yayıldığını göstərən müəllif bu əsərlə-    rin 
təhlilinə xüsusilə geniş yer vermişdir. Tədqiqatçı bu şeirlərin 
bir sıra xarakterik xüsusiyyətlərindən bəhs edər-kən buradakı 
tərbiyə  məsələlərini  şairin həm az-yaşlı  uşaqlar üçün yazdığı 
kiçik həcmli lirik şeirlərinin, şərqi-lərinin, həm də məktəbyaşlı 
uşaqlar və  gənclər üçün nəzərdə tutduğu təmsillərinin, 
alleqoriyalarının, eləcə  də  sırf tər-biyəvi  şeirlərinin təhlili 
əsasında izah edir və aydınlaşdırır. Burada «Oğru və anası», 
«Iki uşaq», şeirlərinin, «Cəhalət səmərəsi,  yaxud  bir  yetimin  
xoşbəxtliyi»  pyesinin  təhlil  edildiyi  məqamlar  A.Səhhətin  
uşaq  şeirlərinin  ideyasını  və qayəsini daha dəqiq açıqlayır. 
K.Talıbzadə  vətən möv-zusunu Səhhətin uşaq  ədəbiyyatı 
yaradıcılığının da əsas mövzusu kimi göstərir, vətən 
məhəbbətinin tərənnümünü 
şairin bütövlükdə poetik 
yaradıcılığının başlıca yönümü  kimi  əsaslandırır. 
Şairin uşaqlar üçün yazdığı «Cəhalət səmərəsi, yaxud bir 
yetimin xoşbəxtliyi» pyesinin təhlili onun maarifçilik 
ideyalarının dolğun  şərhi cəhətdən xüsusilə  təqdirəla- yiqdir. 


 
77 
Milli dramaturgiyanın tarixində ilk uşaq  əsərlə-rindən biri 
sayılan bu pyesin ideya-məzmun, bədii-obraz tərəflərini 
araşdırarkən tədqiqatçı eyni zamanda bu əsərin dil sadəliyi, 
fikir aydınlığı  və bir sıra bədii məziyyətlərini də  
aydınlaşdırmışdır. 
A.Səhhətin təmsil janrına müraciətinin də  uğurla 
nəticələndiyini qeyd edən K.Talıbzadə bu əsərlərin müvəf-
fəqiyyətini  şairin uşaq  ədəbiyyatının spesifikasına yaxşı  bələd 
olması, nəhayət, Səhhətin sənətkarlıq gücü və qüdrəti ilə izah 
edir. Monoqrafiyada şairin uşaqlar üçün yazdığı lirik şeirlərin, 
səhnə  əsərləri və  təmsillərin təlim-tərbiyə  işində  əhəmiyyətli 
rolu, gənc nəslin estetik zövqünün formalaşmasına, 
Azərbaycan uşaq  ədəbiyyatının inkişafına təsiri yüksək 
qiymətləndirilir. 
Tədqiqat  əsərinin  şairin  ədəbi  əlaqələri və  tərcümə-çilik 
fəaliyyətinə  həsr olunan fəslində A.Səhhət roman-tizminin 
təhlili başlıca mövzu, əsas problematika kimi diqqət 
mərkəzindədir. Milli ədəbiyyatın inkişafında  ədəbi  əlaqələrin  
rolunu  yüksək  dəyərləndirən  A.Səhhət  Avropa  və    rus  
ədəbiyyatına, Türkiyə  ədəbiyyatına yaxından bələd olub, bu 
ədəbiyyatların qabaqcıl təcrübələrini öyrənmə-  yin, 
yaradıcılıqla  əxz etməyin tərəfdarı idi. K.Talıbzadə  Səhhətin  
türk  ədəbiyyatı    ilə    əlaqələri  barədə    nisbətən  geniş  bəhs 
etməklə şairin romantik bədii dünyagörüşünün təşəkkülündə bu 
əlaqələrin  əhəmiyyətli rolunu aydın-laşdırır. O, XX əsr 
Azərbaycan romantiklərinin türk ədə-biyyatının  Əbdülhəqq 
Hamid, Mahmudəkrəm Rəcaizadə, Namiq Kamal, Tofiq Fikrət 
kimi görkəmli  şairlərindən təsirləndiyini, Səhhətin də öz 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   59




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə