Təranə RƏHİMLİ



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə15/59
tarix04.11.2017
ölçüsü2,8 Kb.
#8309
növüDərs
1   ...   11   12   13   14   15   16   17   18   ...   59

 
58 
istifadə edilməlidir? Bu sualların  sayı  çox  idi  və    əlinə  
qələm  alan  hər  yazıçının  qarşısında  bu  suallar  bu  və  ya  
başqa  şəkildə,  başqa  dərəcədə  du-rurdu»
1
  Hələ 1905-ci ildə 
«Həyat» qəzetində «Tazə  şeir necə olmalıdır?» məqaləsi ilə 
epiqonçu  şeirə qarşı  çıxan A.Səhhətin  özünün  yazdığı  kimi  
«üsuli-cədid  Avropa  şairlərinin  səbgi  və  səliqəsi  üzrə  nəzm  
olunan»  şeirlərinə  istinadən  K.Talıbzadə  belə  bir  düzgün  
nəticəyə    gəlir:  «Bu  şeir  nümunələri  ədəbiyyata  yeni,  
orijinal  bir  isteda-dın,  özü  ilə sənətə  təravətli  məzmun  və  
forma  xüsusiy-yətləri  gətirməyə    can    atan    bir  şairin  
gəldiyini  xəbər  ve-rirdi.  Həm  də  bu  ədəbi  yeniliyin  ümumi  
istiqaməti  bir  cəhəti də aydın göstərirdi;  şairin yaradıcılıq 
metodu hər  şeydən  əvvəl, romantizmin ideya-bədii 
xüsusiyyətləri ilə  səs-ləşir»
2
 Bu xüsusiyyətlər  şairin «yeni 
səpkidə» yazdığı  şeirlər  əsasında  geniş    təhlilə    cəlb  edilir,  
A.Səhhət  poeziyasının  özünəməxsusluğu  fonunda 
 
işıqlandırılırdı. 
A.Səhhətin qızğın yaradıcılıq axtarışları dövründə iki 
müxtəlif ideya cərəyanı yaranmış, realistlərlə romantiklər 
arasındakı  ədəbi mövqe ayrılığını özündə  əks etdirən «Molla 
Nəsrəddin» və «Füyuzat» jurnalları fəaliyyətə baş-lamışdı. Şair 
«Molla Nəsrəddin»çiləri, onların  ən görkəmli nümayəndəsi  
olan  M.Ə.Sabiri  nə    qədər  yüksək  qiymət-ləndirsə  də bu 
jurnalın  əməkdaşı olmamışdır. K.Talıb-      zadə bunun əsas 
səbəbini Səhhətin anadan romantik şair kimi doğulmasında, 
                                           
1
 Талыбзадə K.  Seçилmиш  əsəрлəри,  иkи  жилддə,  Баkы,  Азəрnəшр,  ж.1., 
1991,  s.238. 
2
 Yenə орада, s. 241. 


 
59 
jurnalın satirik yolunun ona tuş  gəlməməsində görürdü
sonralar 
şairin satirik janra müra-ciətinin uğursuz 
nəticələnməsini də  məhz bu amillə  əla-qələndirirdi. Müəllif 
«Molla Nəsrəddin»dən fərqli olaraq Səhhəti «Füyuzat»la, onun 
redaktoru  Ə.Hüseynzadə ilə  əlaqələndirən bağların daha 
qüvvətli və dərin olduğunu göstərirdi. Qeyd etmək lazımdır ki, 
əsərin 1955-ci il nəşrin-də K.Talıbzadə  Səhhətin  Əlibəy 
Hüseynzadə  və onun «Fü-yuzat» jurnalı ilə yaxınlıq 
etmədiyini,  şairin bu ədibə  rəğ- bət göstərmədiyini yazırdı. 
Bunun səbəbini isə belə izah edirdi: «Ə.Hüseynzadə müasir 
Azərbaycan mədəniyyətini  osmanlılaşdırmaq  yolu  ilə  inkişaf  
etdirməyin  tərəfdarı  idi,  bir  növ  təqlidçilik  yolunu  tutmağı  
təklif  edirdi.  Səh-hət  isə  sözün  əsl  mənasında  milli  
təfəkkürə  malik  şair idi».
1
  Əlbəttə, bu fikir həmin dövrdə 
ədəbiyyatda sinfi münasibətin təzahürü ilə bağlı olub, marksist-
leninçi ideo-logiyanın  təsiri  ilə  yaranmışdı.  Bir  cəhəti  də  
xatırladaq  ki, 50-60-cı illərdə elm tərəfindən bir növ rədd 
edilmiş, adları belə yasaq elan olunan şəxsiyyətlərdən 
Ə.Hüseyn-zadə,  Ə.Ağayev,  Ə.Topçubaşov, M.Hadi və 
başqaları haq-qında  ilk  dəfə  bəhs  edən  tədqiqatçılardan  biri  
K.Talıb-zadə olmuşdur. Lakin həmin şəxsiyyətlər, o cümlədən 
Ə.Hüseynzadə haqqında bəhs edərkən tədqiqatçı  təbii olaraq 
marksist mövqedə dayanırdı. Sonralar o, monoq-rafiyalarında 
və bir sıra məqalələrində bu cəhətə diqqəti yönəldərək  
özünəməxsus  səmimiyyətlə    mənsub  olduğu  ədəbi  nəslin  
həmin  dövrdə  obyektiv  qiymətləndirmə  im-kanlarının 
                                           
1
 Талыбзадə K. Аббаs Səщщəт, Баkы, Азəрб. SSР EА nəшр.,1955, s.177. 


 
60 
məhdud olduğunu, bir vaxt yazılanlara yeni gözlə baxmaq 
zərurəti yarandığını etiraf edirdi. Tədqiqatçı bu  zərurətdən  
doğan  məsuliyyətlə    əsərlərində,  məqalə    və    məruzələrində  
Ə.Hüseynzadə  irsinə yeni aspektdə, yeni bir tərzdə yanaşmış, 
onun 
ədəbi mövqeyini düzgün müəyyən-ləşdirməyə 
çalışmışdır. K.Talıbzadə «Molla Nəsrəddin» və 
C.Məmmədquluzadə    məktəbini  yeni  dövr  Azərbaycanı-nın  
ictimai,  siyasi,  fəlsəfi  və ədəbi  fikrinin  bir  zirvəsi  hesab  
edirsə,  «Füyuzat»  və    Ə.Hüseynzadə    məktəbini  də  ikinci  
eyni  miqyaslı  zirvə  kimi  qiymətləndirir.  Eyni  kök-lü,  eyni  
yaşda,  eyni  ucalıq  və    əzəmətdə  olan,  ancaq  qa-mətləri,  
görkəmləri  ilə  bir-birindən  fərqlənən,  yanaşı  da-yanmış bu 
qoşa nəhəng dağın – bu iki fikir zirvəsinin xalqın milli 
intibahında  əvəzsiz xidmətlərini göstərir. K.Talıbzadə 
Ə.Hüseynzadənin türkçülük, islamçılıq ideyasının  əsas 
qayəsini də obyektiv şəkildə araşdırıb üzə  çıxarır. O, göstərir 
ki, «Ə.Hüseynzadə Azərbaycanı ümumtürk dün-yasından 
ayırmadan öyrənməyin tərəfdarı idi. Onun türk-çülük 
ideyasının mərkəzində duran qayələrdən biri də   məhz  bu  idi  
və    həqiqətən  də    Azərbaycan  xalqının  tari-xini, 
 
mədəniyyətini  belə  kompleks  halda  öyrənmək  daha  elmi,  
daha  obyektiv  bir  yol  idi.» 
1
   
Müəllif belə bir qənaətə gəlir ki, XX əsr Azərbayca-nını, 
onun mədəniyyətini və  ədəbiyyatını  dərk etmək üçün mütləq 
Əlibəy Hüseynzadəni dərk etmək lazımdır. Çünki, Azərbaycanı 
bütünlükdə – onun keçmişini və bu gününü dərindən, hərtərəfli 
                                           
1
 Талыбзадə K. Аббаs Səщщəт, Баkы, Азəрб. SSР EА nəшр.,1955, s.38. 


 
61 
öyrənmək üçün Əlibəy irsi çox müasir səslənən misilsiz bir 
xəzinədir. Tədqiqatçının bu qənaəti «Abbas Səhhət» 
monoqrafiyasının təkmilləşdirilmiş nəş-rində Ə.Hüseynzadə və 
«Füyuzat» jurnalı ilə bağlı fikir-lərdəki yeni elmi-nəzəri baxış, 
yeni istiqamətdə  təhlil üsulunda da özünü göstərir. Burada 
A.Səhhətin 
Ə.Hü-seynzadəyə bütün Azərbaycan 
romantiklərinin «dahiyeyi-əzim»i,  «yeni  romantizmin 
 
ilhamçısı  və  ideya  rəhbəri»  kimi dərin rəğbəti təqdir olunur
şairin bir şəxsiyyət, sə-nətkar kimi təşəkkülündə «Füyuzat» 
məktəbinin əhəmiy-yətli rolu aydınlaşdırılırdı. Bununla yanaşı 
A.Səhhətlə jurnal və onun redaktoru arasında müəyyən fikir 
ayrılıq- ları olduğu,  Ə.Hüseynzadənin müasir Azərbaycan 
mədə-niyyətini  qeydsiz,  şərtsiz  osmanlılaşdırmaq  siyasəti  
ilə  şairin razılaşa bilməməsi faktları da K.Talıbzadənin nəzə-
rindən yayınmamışdır. Tədqiqatçı bu haqda yazır: «…ədəbi 
prosesin öz gedişində elə hadisələr baş vermişdi ki, bunlar  
A.Səhhəti  istər-istəməz  Ə.Hüseynzadədən  uzaqlaşdırmış-dı. 
Ə.Hüseynzadə  hələ «Həyat» qəzetinin redaktoru oldu- ğu  
zaman  Səhhətin  həmin  qəzetdə  çap  etdirdiyi  şeirini  o  
qədər  də  obyektiv  olmayan  tənqidlə qarşılamışdı… Ay-
dındır ki, ilk dəfə yeni ədəbi proqram ilə mətbuat alə-    minə  
çıxan  bir  şair  üçün  bu  xoşagəlməz  bir  münasibət  idi.»
1
 
Lakin bütün bunlara baxmayaraq müəllif A.Səhhə- tin 
romantik  şair kimi yetişməsində jurnalın və onun redaktoru 
Ə.Hüseynzadənin rolunu azaltmır,  əksinə «Fü-yuzat» 
məktəbini onun sənətkar taleyinin təməli, bünöv- rəsi kimi 
                                           
1
 Талыбзадə K.  Seçилmиш  əsəрлəри,  иkи  жилддə,  Баkы,  Азəрnəшр,  ж.1., 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   59




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə