Təranə RƏHİMLİ



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə14/59
tarix04.11.2017
ölçüsü2,8 Kb.
#8309
növüDərs
1   ...   10   11   12   13   14   15   16   17   ...   59

 
54 
Tədqiqatçı  əsərin 1986-cı il nəşrinə yazdığı ön sözdə milli-
romantik  şairə hörmət və  məhəbbətini ifadə edən sətir-  lərdə 
Səhhəti sözünü və  əməlini, qəlbini və  zəkasını xal-qının 
tərəqqisinə, hərtərəfli inkişafına həsr edən sənətkar kimi təqdir 
edir. K.Talıbzadə yazır: «Səhhət – bu həqiqi, ehtiraslı bir 
istedad, böyük vətəndaşlıq ideallarının hə-   yata keçirilməsinə 
həsr olunan bir həyat deməkdir. Səhhət  – bu  xalq,  vətən  
yolunda  çalışmaq  arzusu,  coşub-daşan,  qarşısı    alınmayan  
bir  qüvvət,  həvəs,  energiya  deməkdir.  Səhhət – insanların  
azadlığı    və  qardaşlığı  haqqında  mah-nı  və düşüncədir. 
Səhhət – mələk kimi nurani, almaz kimi sərt, ana təbiətin özü 
kimi fitri, təbii, səmimi  şəxsiyyət deməkdir. Səhhət – bu, 
Azərbaycan xalqına, Azərbaycan torpağına tükənməz 
məhəbbətin rəmzidir»
1
  Tədqiqat ob-yektinə  məhz belə  həssas 
yanaşmanın nəticəsidir ki, K.Talıbzadə  şairin həyatı, 
yaradıcılığı,  ədəbi  əlaqələri və  tərcüməçilik fəaliyyəti, sənətə 
baxışından bəhs edən ayrı-ayrı fəsillərdə A. Səhhətin şəxsiyyəti 
və sənətkarlığı haq-qında  dolğun  təsəvvür  yarada  bilmişdir. 
Monoqrafiyanın birinci fəsli A.Səhhətin həyatına və  
tərcümeyi-halına həsr edilmişdir. Qeyd etmək lazımdır ki, 
şairin həyatına dair özü tərəfindən yazılmış heç bir sənəd əldə 
olmadığından onun elmi tərcümeyi-halını ilk dəfə K.Talıbzadə 
yaratmalı olmuşdur. Dərsliklərdə  və  şairin bədii  əsərlərində 
müqəddimə kimi verilən tərcümeyi-hallar, Respublika 
Əlyazmalar Fondundan tapılan sənədlər, qə-ləm dostları, 
tələbələri və qohumlarının  şair haqqında xatirələri Səhhətin 
                                           
1
 Талыбзадə K.  Seçилmиш  əsəрлəри,  иkи  жилддə,  Баkы,  Азəрnəшр,  ж.1., 


 
55 
uşaqlıq illəri, təhsili, Irandakı  həyatı, Rusiyaya səyahəti, 
ictimai-siyasi və  ədəbi fəaliyyəti,  şəx-siyyəti barədə müəllifə 
zəngin material vermişdir.  Şairin müasirləri Abdulla Şaiq
Cəmo Cəbrayılbəyli, Fatma xa-nım Orucəliyeva,  Əbülqasim 
Əminzadə, Baba Güləhmə-dov, qohumları  Səkinə xanım 
Abidova, Böyükağa Meh-dizadə, M.Ə.Sabirin oğlu 
Məmmədsəlim Tahirli, tələ-  bələri  Əmin  Əfəndiyev, Ismayıl 
Həqqi Veysov, Rəmzi Yüzbaşov, Məmmədəmin  Əfəndi və 
başqalarının söylə-dikləri xatirələr müəllifə daha dəyərli faktlar 
vermiş, K.Ta- lıbzadə  bu  zəngin  faktiki  materiallar  əsasında  
ilk  dəfə  olaraq  A.Səhhətin  mükəmməl    elmi    tərcümeyi-
halını  yaz-mağa  nail  olmuşdur.  Müəllif  burada  şairin  dövrü  
və  mühiti,  təhsili,  ədəbi-mədəni  görüşləri,  pedaqoji  və  
maa-rifçilik fəaliyyəti, səyahətləri, həkimlik etməsi, Mirzə 
Ələk-bər Sabir, Ağalibəy Naseh, Məhəmməd Tərrah kimi 
qabaqcıl  Şamaxı  ziyalıları    ilə  dostluq  əlaqələri  haqqında  
danışır,  bütün  bunların  Səhhətin  «bədii  sözlə  əməlin,  sə-
nətlə idealın birliyinin rəmzi, sənətkar şəxsiyyətinin tam-lığını 
nümayiş etdirən parlaq bir nümunə»
1
 kimi yetiş-məsində 
təsirini göstərirdi. Burada milli ədəbiyyatın gör-kəmli bir 
nümayəndəsinin, öz dövrünün qabaqcıl ziya-lısının,  fəal  
maarif  xadiminin,  xalq  səadəti  üçün  çalışan  həssas  bir  
vətənpərvərin  mənalı    həyatının  sistemli  şə-kildə  təhlilini 
görürük. A.Səhhətin tərcümeyi-halında işıq-landırılan bir sıra 
                                                                                         
1991,  s.185. 
1
 Талыбзадə K.  Seçилmиш  əsəрлəри,  иkи  жилддə,  Баkы,  Азəрnəшр,  ж.1., 
1991,  s.187. 
 


 
56 
məqamlar – şairin  Şamaxının Sarıtor-  paq məhəlləsindəki 
mollaxana dərsindən Məşhəd mədrə-səsi, Tehran darülfununa 
qədərki təhsil yolu, Şamaxıda müəllimlik  etməsi,  tədris  
ocaqlarının  yaradılması,  kitab-xana və qiraətxanaların 
açılması yolunda gördüyü işlər,  Şamaxı  şairlər məclisinə 
rəhbərlik etməsi, Firidun bəy Köçərli ilə məktublaşması, Mirzə 
Ələkbər Sabirin ölümünə münasibəti və s. K.Talıbzadəyə 
monoqrafiyanın sonrakı  fəsillərində  tədqiqatını, təhlilini bu 
zəmində davam etdirmək, genişləndirmək və  dərinləşdirmək 
imkanı ver-mişdir. Buna görə də əsərdə Səhhətin poeziyasının, 
ədəbi yaradıcılığının, tərcüməçilik fəaliyyətinin, sənət 
görüşləri-nin təhlili birinci fəslin məntiqi davamı kimi dərin 
təsir bağışlayır,  bütövlükdə  bu  təhlil  prosesi  şairin  
tərcümeyi-halı ilə üzvi bir tamlıq təşkil edir. Milli romantizmin 
təşəkkülü və inkişafında A.Səhhət yaradıcılığının rolunu 
aydınlaşdırmaq, şairin poeziyasının, nəsr və dram əsər-lərinin, 
tərcümələrinin, sənətə baxışının romantizmlə bağlı  tərəflərini 
təhlil etmək, klassik Azərbaycan  ədəbiyya-    tının, eləcə  də 
digər xalqların romantik ədəbiyyatlarının A.Səhhət yaradıcılığı 
timsalında milli romantizmin inki-şafına təsirini göstərmək – 
«Abbas Səhhət» monoqra-fiyasının  əsas məzmun mündəricəsi 
bundan ibarətdir. 
Səhhət yaradıcılığını romantizm fonunda işıqlandı- ran 
tədqiqat əsərində şairin yaradıcılığına həsr olunmuş ikinci fəsil 
xüsusilə diqqətəlayiqdir. Burada müəllif  şairin poeziyasını  
ideya-məzmun  cəhətdən  geniş    təhlil  etmiş,  milli 
romantizmin inkişafında A.Səhhət yaradıcılığının  mövqeyini 
müəyyənləşdirmişdir. Qeyd etmək lazımdır ki, K.Talıbzadəyə 


 
57 
qədər bir sıra görkəmli  ədəbiyyatçılar – A.Şaiq, M.Arif, 
M.Quluzadə, Mir Cəlal, C.Xəndan, A.Al-məmmədov və 
başqaları  Səhhət poeziyasına münasibət bildirən  əsərlər yazıb 
nəşr etdirmişdilər. Lakin bu əsər-  lərdə  A.Səhhətin  romantik  
şair  kimi  mövqeyi  kifayət qədər aydınlaşdırılmayıb, ondan 
XX əsr Azərbaycan ro-mantizminin banilərindən biri kimi bəhs 
olunmurdu. K.Ta-lıbzadə isə  şairin poeziyasına verdiyi 
hərtərəfli təhlildə «anadan romantik şair kimi doğulan» 
A.Səhhətin  ədəbi prosesdə  fəal iştirakını, yeni dövr 
romantizminin təşək-külündə    və  inkişafında  əhəmiyyətli  
rolunu  göstərmiş,  bununla  da  XX  əsrin  böyük  bir  
sənətkarının  mənəvi  aləmi – şeir  dünyası    barədə  dolğun  
təsəvvür  yaratmağa  müvəffəq  ola  bilmişdir. 
Monoqrafiyada A.Səhhət poeziyası milli ədəbiyyat-  da 
yeniləşmə  zərurəti yarandığı bir dövrdə  bədii fikrin  ideya 
istiqaməti, təzahür forması, bədii-estetik prinsiplə-rinin 
müasirləşmə tələbatı zəminində araşdırılır. Roman-  tik  şairin  
poeziyasının  xüsusiyyətlərini,  ideyasını,  estetik  qayəsini  
aydınlaşdıran  K.Talıbzadənin  çoxcəhətli  təhlili  şairin  
özünün  illərlə    axtarışında  olduğu  «yeni  şeir  necə  
olmalıdır?»  sualına  cavab  kimi  meydana  çıxır.  Əsl  poe-tik 
yaradıcılığa məhz bu sualla başlayan A.Səhhət «yeni səpkidə 
şeirin yaranması yollarında», «vətəndaşların Ira-dəsinə    təsir  
edə    biləcək  yeni  bir  söz  demək»  arzusunda olan novator 
sənətkar kimi təqdir olunur. Təzə söz demək istəyilə  çırpınan 
şair qəlbini narahat edən suallar haqqında tədqiqatçı  yazırdı:  
«Yeni ədəbiyyat  necə  olmalıdır?  Hansı  yaradıcılıq  metodları  
müasir  tələblərə  cavab  verə  bilər,  ədəbi  ənənələrdən necə 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   59




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə