Təranə RƏHİMLİ



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə12/59
tarix04.11.2017
ölçüsü2,8 Kb.
#8309
növüDərs
1   ...   8   9   10   11   12   13   14   15   ...   59

 
46 
Azərbaycan Elmlər Akademiyasının Rəyasət  Heyətinin qərarı 
ilə alimin 75 illik yubiley tədbiri dövlət  səviyyəsində təntənəli 
surətdə qeyd olunmuş, həmin qə-rarda qaldırılan vəsatətə 
əsasən K.Talıbzadə Azərbaycan 
ədəbiyyatşünaslığının 
inkişafındakı xidmətlərinə görə 1998-ci ilin avqustunda dövlət 
tərəfindən  ən yüksək ödüllə – «Şöhrət ordeni» ilə  təltif 
edilmişdir. Belə xoş  məramlı gün-lərdə  ədəbiyyatşünas 
həmkarları  və  sənət dostları  Şamil Salmanovun, Nizaməddin 
Şəmsizadənin görkəmli tədqi-qatçının həyatı və elmi fəaliyyəti 
haqqında kitablarının işıq üzü görməsi xüsusilə  əlamətdar 
hadisələr idi. Bu kitablar Ş.Salmanovun «Akademik Kamal 
Talıbzadə», N.Şəm-sizadənin «Türk təfəkkürü məcrasında» 
adlı monoqra-fiyaları idi.  
Fədakar alim həyatının son günlərinədək, yəni 19 yanvar 
2006-cı ilədək elmi yaradıcılığını  və elmi-təşkilat-çılıq 
fəaliyyətini davam etdirmiş, respublikanın elmi-ictimai 
həyatının fəal iştirakçısı olmuşdur. O, Nizami adına Ədə-biyyat 
Insitutunun elmi məsləhətçisi, institutun elmi şurasının və onun 
nəzdindəki Birləşdırilmiş Dissertasiya  Şurasının sədri kimi 
fəaliyyət göstərmiş, dissertasiyaların  yüksək səviyyədə 
müdafiəsini təşkil etmişdir. Yorulmaz alim Ədəbiyyyat 
Institutunda ikicildlik ədəbi tənqid və  ədəbiyyatşünaslıq 
müntəxabatını  nəşrə hazırlayan qrupa rəhbərlik etmiş
altıcildlik «Azərbaycan ədəbiyyatı tari-   xi»-nin 4-cü cildinin 
məsul redaktoru kimi əvəzsiz işlər görmüşdür. K.Talıbzadə bu 
fundamental işin – «Azər-baycan  ədəbiyyatı tarixi»nin əsas 
müəlliflərindən biri və    Baş Redaksiya Şurasının üzvü idi. 
Görkəmli  ədəbiyyat-şünas, akademik Bəkir Nəbiyev böyük 


 
47 
alimin vəfatı mü-nasibətilə 27 yanvar 2006-cı ildə «Xalq 
qəzeti»ndə dərc etdirdiyi «Yaxşıların yaxşısı» adlı məqaləsində 
yazır: «Möhtərəm Rəfiqə xanım (K.Talıbzadənin ömür-gün 
yoldaşı – T.R.) şəhadət verir ki, dünyasını  dəyişməzdən bircə 
gün  əvvəl Kamal müəllim yenə  də  ədəbiyyat tarixi-  nin 
müvafiq fəsilləri ilə məşğul imiş ki, qarşısındakı qov-  luq elə o 
vəziyyətdə alimin yazı masasının üstündə qal-maqdadır.» 
Müasirlərinin klassik ədəbiyyatşünaslar nəslinin «so-
nuncu mogikanı», ədəbiyyatşünaslıq elminin «patriarxı» hesab 
etdiyi akademik Kamal Talıbzadənin orijinal tən-qidi, nəzəri 
mülahizələrlə, dərin məntiqi nəticələrlə, bəzən kəskin ittiham 
və hökmlərlə  zəngin olan qiymətli elmi-nəzəri irsi isə  məhz 
K.Talıbzadə məsuliyyəti və dəqiqliyi ilə araşdırılmağa layiqdir.  
 
1.2. «Abbas Səhhət» monoqrafiyası 
 
XX əsrin əvvəllərində fəaliyyət göstərən sənətkarla-  rın 
həyat və yaradıcılıqlarının monoqrafik planda tədqiqi 40-cı 
illərin başlanğıcından 50-ci illərin ortalarına qədərki dövrdə  
milli  ədəbiyyatşünaslığın  mühüm  vəzifələrindən  biri 
olmuşdur. Həmin mərhələnin tədqiqində ilk növbədə realizm 
cərəyanına mənsub olan yazıçıların (M.Ə.Sabir, 
C.Məmmədquluzadə, N.Nərimanov və b.) ədəbi irsinin 
öyrənilməsinə xüsusi diqqət yetirilirdi. Bu sovet ədəbiy-
yatşünaslığında realizmin sosialist ideyalarının yeganə ifadəçisi 
olan ədəbi metod və cərəyan kimi yüksək qiy-mətləndirilməsi 
ilə bağlı idi. Həqiqəti yalnız realizmin möv-zusu kimi təqdim 
edən həmin qiymətləndirmə meyarına görə  romantizm  ikinci  


 
48 
dərəcəli  ədəbi  metod  hesab  olu-nur, burjua cəmiyyətinin 
«məhsulu» kimi pislənirdi. Bu ədəbi cərəyanın görkəmli 
nümayəndələri «mürtəce», «mü-hafizəkar», «pantürkist», 
«panislamist» adlandırılırdı. Ro-mantizmin belə qeyri-obyektiv 
anılması  təbii olaraq uzun illər bu cərəyanın  ədəbi prosesdəki 
mövqeyinin düzgün  qiymətləndirilməsinə, ona obyektiv 
münasibət bildirilmə-sinə mane olmuşdur. M.Hadi, A.Səhhət, 
A.Şaiq, H.Cavid kimi böyük sənətkarların yaradıcılıqlarının 
40-cı illərin sonuna qədər öyrənilməməsi də romantizmə həmin 
ögey münasibətin nəticəsi idi. Müharibədən sonrakı bir çox  
rəsmi qərarların təsiri ilə romantizmin üzərində onun bur-jua 
bədii hadisəsi olması möhürü bu ədəbi cərəyanı  ədəbiyyat 
tarixinin mütərəqqi qanunauyğunluğu kimi düşünməyə və izah 
etməyə mane olmuşdur. Bu təşəbbüsdə olan  tədqiqatçılar  da  
ehtiyatlı  fikir  və  mülahizələr  söy- ləyir, romantizmin həqiqi 
tarixi qiymətini verməkdən çəkinirdilər. Tədqiqatçıların 
romantizm mövzusuna eh-tiyatla yanaşdıqları belə bir dövrdə 
K.Talıbzadə ilk mo-noqrafik tədqiqatını XX əsr Azərbaycan 
romantizminin  görkəmli nümayəndəsi Abbas Səhhətə  həsr 
etmişdir. Onu  da qeyd etmək lazımdır ki, bu mərhələnin 
tədqiqatlarında  digər romantik sənətkarlara nisbətən M.Hadi 
və A.Səh-      hət daha çox tənqid olunur, onları «xırda burjua 
şairi» adlandırırdılar. Romantik sənətkarların «xırda burjua sin-
finə  mənsubiyyətdə» təqsirləndirildiyi, «30-cu illərdən gələn 
«Daloy  Şiller», yəni rədd olsun romantizm şüarının və onun 
müəllifi A.Fadeyevin ədəbi hakimiyyət diktatoru olduğu…, 


 
49 
Əziz Mirəhmədovun M.Hadi haqqında yazdığı namizədlik 
dissertasiyasının ləğv edildiyi»
1
 bir vaxtda Rusiya istib-dadına 
qarşı  çıxış edən M.Hadi, A.Səhhət kimi sənət-karlardan  əsər 
yazmaq həqiqətən də böyük cəsarət tələb edirdi. Lakin 
K.Talıbzadə  hələ  tələbəlik illərində romantizm mövzusunda 
tədqiqatlar aparmış, «Füzuli şeirinin Azər-baycan 
romantiklərində  əks sədası» (1943) adlı kurs işi və    «XX  əsr 
Azərbaycan romantizmi və M. Hadi» (1945) möv-zusunda 
diplom işini müdafiə etmişdir. Romantizmə ögey münasibətin 
tüğyan etdiyi həmin dövrə  məxsus yanlış- lıqlar, saxta 
metodoloji baxış  təbii olaraq tələbə-filoloqun  bu ilk 
tədqiqatlarına da təsirsiz qalmamışdı. Lakin bu əsərlər tarixi, 
ədəbi faktı ilk dəfə  tədqiqata cəlb etmək, adları yasaq elan 
edilmiş  ədəbi  şəxsiyyətlərin yaradıcılığına  diqqəti yönəltmək 
baxımından böyük əhəmiyyət kəsb  edirdi. 
K.Talıbzadənin romantizmdə qazandığı təcrübə son-ralar  
onun  Abbas  Səhhət  mövzusu  üzərində    işləməsinə,  bu 
tədqiqatı uğurla başa çatdırmasına zəmin yaratdı. Tədqiqatçı bu 
haqda yazırdı: «1945-ci ilin payızında as-piranturaya daxil 
olanda Nizami adına  Ədəbiyyat Ins-titutunun sabiq direktoru, 
böyük  ədəbiyyatçılar nəslinin  ustadı  Məmməd Arif 
dissertasiya mövzusu kimi Abbas Səhhətin həyat və 
yaradıcılığını götürməyi mənə  məsləhət gördu. Sevimli 
müəllimim elə bil ürəyimdən xəbər verdi. Axı, hələ tələbə ikən 
diplom işimi «Məhəmməd Hadi və Azərbaycan romantizmi» 
mövzusunda yazmışdım. Səhhət də XX əsrin romantiklərindən 
                                           
1
 Талыбзадə K.  Seçилmиш  əsəрлəри,  иkи  жилддə,  Баkы,  Азəрnəшр,  ж.1., 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   59




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə