Təranə RƏHİMLİ



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə11/59
tarix04.11.2017
ölçüsü2,8 Kb.
#8309
növüDərs
1   ...   7   8   9   10   11   12   13   14   ...   59

 
42 
(Təbriz, 1992), «XX əsrin əvvəllərində Azərbaycan ədəbi fikri 
və Füzuli» (Tehran, 1995) mövzusunda məruzələri də bu 
qəbildəndir.  
Tədqiqatçı həmçinin Bolqarıstanın Sofiya şəhərində türk 
dilində  nəşr olunan mətbuat orqanları ilə 1968-ci il- dən 
başlayaraq yaratdığı  əlaqəni illərlə davam etdirmişdir. Nizami 
adına  Ədəbiyyat Institutundakı elmi fəaliyyəti,            ali 
məktəblərdə mühazirələri, xarici ölkələrə elmi-mədəni 
səfərlərindən başqa K.Talıbzadə akademiyadan kənarda da 
elmi, elmi-kütləvi və  təşkilati işlərlə  məşğul olmuşdur. O, 
1954-cü ildən 2006-cı ilədək Azərbaycan Yazıçılar Birli-yinin  
Idarə  Heyətinin,  1965-ci  ildən  1976-cı  ilə  qədər  Rəyasət 
Heyətinin, 1997-ci ildən 2006-cı ilədək Ağsaqqallar Şurasının 
üzvü olmuşdur. 1957-1975-ci illərdə isə Yazıçılar  Birliyində  
tənqid  və    ədəbiyyatşünaslıq  bölməsinə    rəhbər-lik etmişdir. 
K.Talıbzadə 
həmin illərdə M.Füzuli, M.Ə.Sa-bir, 
C.Məmmədquluzadə, M.Qorki, S.S.Axundov, A.Səh-hət, 
S.Vurğun, M.Ibrahimov, C.Cabbarlı, M.Arif kimi görkəmli 
sənətkar və alimlərin yubileylərini təşkil edən  komissiyaların 
sədri, sədr müavini və üzvü kimi də  səmə- rəli fəaliyyət 
göstərmişdir. Görkəmli alim bu yubileylərdə  tənqid və 
ədəbiyyatşünaslığımız üçün qiymətli olan  «S.Vurğunun ədəbi-
tənqidi görüşləri» (1966), ««Molla Nəs-rəddin» jurnalının 
ədəbi mövqeyi» (1967), «N.Nərimanov və XX əsr Azərbaycan 
tənqidi» (1972), «A.Səhhətin naməlum satiraları» (1972), 
S.Vurğun haqqında «Sənət-karın 
şəxsiyyəti» (1976), 
«M.Ibrahimovun  ədəbi görüş-lərində  ədəbi irs problemi» 
(1981), M.Arif haqqında «Görkəmli tənqidçi, ictimai xadim» 


 
43 
(1984) Mirzə Ibra-himov  haqqında  «Yazıçı-vətəndaş»  
(1991),  «Füzuli  XX əsr Azərbaycan ədəbi tənqidində» (1996), 
«Repressiyanın A.Şaiq ailəsinin üzvlərinə qarşı yönəldilməsi 
halları» (1997) mövzusunda nəzəri məruzələrlə çıxış etmişdir. 
K.Talıb-zadənin müxtəlif ünvanlarda keçirilən onlarla 
simpozium, elmi sessiya, konfrans və yubiley tədbirlərində 
nəzəri məruzələri, giriş sözləri geniş  ədəbi və elmi 
ictimaiyyətin diqqətini cəlb etmişdir. Tədqiqatçı  həmin 
məruzələrində milli ədəbiyyatşünaslığın ən aktual məsələlərinə 
toxunmuş, ayrı-ayrı problemləri günün tələbləri səviyyəsində 
araş-dırmışdır.  
Alimin ədəbiyyatşünaslığın sırf nəzəri məsələlərinin həlli 
istiqamətində  məruzələri də dövrün ədəbi-elmi mən-zərəsini 
işıqlandırmaq baxımından böyük əhəmiyyət kəsb edir. Onun 
«XX əsr Azərbaycan tənqidində realizm» (1969), «Azərbaycan 
sovet tənqidi və  ədəbiyyatşünaslığı son beş ildə» (1971), 
«Azərbaycan 
ədəbiyyatşünaslığında 
Şərq rea-lizmi 
problemləri» (1972), «Azərbaycan sovet ədəbiyyat-
şünaslığının inkişaf mərhələləri» (1977), «L.N.Tolstoy və XX 
əsrin  əvvəllərində Azərbaycan  ədəbi fikri» (1978), 
«Azərbaycan ədəbi tənqidi fikri türk mühacirəti mətbua-tında» 
(1991), «Müasir Azərbaycan-türk ədəbiyyatşünas-lığında  milli  
özünüdərk  və  totalitarizmin  inkarı»  (1992) və s. mövzularda 
qiymətli məruzələri layiqincə  dəyərlən-dirilmiş, müxtəlif elmi 
toplantıların təşkilat komitələrinin fəxri diplomları ilə 
mükafatlandırılmışdır. 
K.Talıbzadə «Azərbaycan» jurnalının redaksiya he-
yətinin, 1971-1980-cı illərdə «Azərbaycan Kommunisti» 


 
44 
jurnalının redaksiya heyətinin üzvü, Azərbaycan EA «Xə-
bərləri»nin (Ədəbiyyat, Dil və Incəsənət seriyası) baş re-
daktorunun müavini kimi ədəbi-elmi  əsərlərin işıq üzü 
görməsində bilavasitə iştirak etmişdir.  
Elmi-kütləvi tədbirlərin təşkili baxımından alimin «Kitabi 
Dədə Qorqud» dastanının 1300 illik yubileyində Dövlət 
Yubiley Komissiyasının və Füzuli adına Beynəlxalq 
Mükafatlar Komissiyasının işində  fəal iştirakı da təqdi-
rəlayiqdir. K.Talıbzadənin A.Şaiqin ev muzeyinin təşkili 
yönümündə, həmçinin YUNESKO-nun nəzdində Beynəl-xalq 
Muzeylər Şurasının Azərbaycan Milli Komitəsinin üz-vü  kimi  
xidmətləri  də  son  dərəcə  faydalı  olmuşdur. 
Azərbaycan Alimlər Ittifaqının ləyaqətli üzvü olan 
K.Talıbzadə  müntəzəm  olaraq  elmi  kadr  hazırlığı  işi  ilə  də  
məşğul  olmuşdur.  Respublikamızda  və  onun  hüdud-larından 
kənarda elmlər namizədləri və doktorların yetiş-məsində 
görkəmli alimin xidmətləri  əvəzsizdir. Elmi rəhbəri olduğu 
onlarla aspirantların və dissertantların bir qismi bu gün elmlər 
doktoru, professordurlar. Onlarla tədqiqatçının rəsmi opponenti 
və elmi məsləhətçisi olan K.Talıbzadə  gənc nəslə daim 
yaxından köməklik etmiş, onların elmi yara-dıcılıq yolunda 
düzgün istiqamət almasında mühüm rol oynamışdır. Görkəmli 
alim «Bilik» Cəmiyyətinin xətti ilə  də  səmərəli  elmi  
təşkilatçılıq  fəaliyyəti  göstərmiş, uzun  müd-dət bu 
cəmiyyətin respublika və Bakı şəhər bölmələrində ədəbiyyat və 
incəsənət üzrə metodik şuralara rəhbərlik etmiş, elmi biliklərin 
kütləviləşdirilməsi işində mühüm xidmətlər göstərmişdir. 


 
45 
K.Talıbzadənin pedaqoji sahədə gördüyü işlər də onun 
əmək fəaliyyətinin ayrılmaz bir hissəsidir. O, müxtəlif illər-də 
Azərbaycan Dövlət Universiteti (indiki BDU), Azər-baycan 
Dövlət Pedaqoji Institutu (indiki ADPU), Ali Ictimai-Siyasi 
Kollec, «Azərbaycan» Universiteti və digər tədris 
müəssisələrində müəllim kimi çalışmışdır. Pedaqoji işə 1950-ci 
ildə ADU-nun Azərbaycan  ədəbiyyatı kafedrasının müəllimi 
kimi başlayan K.Talıbzadə sonralar API-nin Azərbaycan 
ədəbiyyatı kafedrasının professoru (1984-1986), «Azərbaycan» 
Universitetinin «Fəxri professoru» (1998), Ali Ictimai-Siyasi 
Kollecin filologiya kafedrasının müdiri (1998) kimi fəaliyyətini 
davam etdirmişdir. Onun mühazi-rələr oxuduğu neçə-neçə 
tələbə nəsli ustad alim-pedaqoqdan elmin sirlərini öyrənməklə 
yanaşı, insanlıq dərsi də almışlar. K.Talıbzadə bütün 
yetirmələrinin yaddaşında böyük alim, əvəzsiz müəllim, həssas 
insan və kamil şəxsiyyət kimi qalmışdır.  
O, həm də  təhsil problemlərinin çözülməsi yönümündə 
müxtəlif kütləvi tədbirlərdə  dəyərli pedaqoq sözü ilə  çıxış 
etmişdir. Təsadüfi deyil ki, 1996-cı ildə Azərbaycan Res-
publikası Nazirlər Kabineti yanında Dövlət Ali Ekspert 
Komissiyasının Konfransında K.Talıbzadənin «Özəl təhsil 
sistemində  tələbələrin mənəvi tərbiyəsinin bəzi problem-ləri» 
mövzusunda məruzəsi pedaqoji mühitdə maraqla qarşılanmış, 
xüsusi əks-səda doğurmuşdur. 
K.Talıbzadənin elmə,  ədəbiyyata, pedaqoji işə sonsuz 
məhəbbəti, əvəzsiz xidməti diqqətdən kənarda qalmamışdır. O, 
ömrünün son günlərinədək zəhmətinin bəhrəsini gör-müş, 
dövlət tərəfindən layiqincə mükafatlandırılmışdır. 1998-ci ildə 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   59




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə