Təranə RƏHİMLİ



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə10/59
tarix04.11.2017
ölçüsü2,8 Kb.
#8309
növüDərs
1   ...   6   7   8   9   10   11   12   13   ...   59

 
38 
ədəbiyyatla yanaşı məfkurəvi tərbiyə işi aparır.»
1
 Həmin illərdə 
K.Talıbzadə  tənqidin bir sıra mühüm vəzifələrinin icrasında, 
həmçinin «Ədəbi tənqid» toplusunun tərtibi və  nəşrə 
hazırlanması işində yaxından  iştirak edirdi. 
Görkəmli tədqiqatçının elmi yaradıcılığında 80-ci illər də 
əhəmiyyətli bir mərhələ kimi diqqəti cəlb edir. «Abbas 
Səhhət», «XX əsr Azərbaycan  ədəbi tənqidi (1905-1917-ci 
illər)» monoqrafiyalarının təkmilləşdirilmiş yeni nüsxələri 
məhz bu illərdə  işıq üzü görmüşdür. K.Talıbzadənin milli 
ədəbi-estetik fikrin tarixinə dair tədqiqatının  əsaslı  şəkildə 
işlənib təkmilləşdirilmiş yeni nüsxəsinin – «Azərbaycan ədəbi 
tənqidinin tarixi» monoqrafiyasının nəşri (1984)  ədəbi 
ictimaiyyətdə xüsusilə böyük maraq doğurdu.  Əsər nəinki 
Azərbaycan, keçmiş SSRI xalqları, eləcə  də xarici ölkələrin 
ədəbiyyatşünasları tərəfindən yüksək qiymət-ləndirilib 1986-cı 
ildə daha böyük diqqətə – Respublika Dövlət Mükafatına layiq 
görüldü. Milli tənqid tarixi və onun müasir mərhələsinin əhatəli 
şərhini verən «Tənqid     və  tənqidçilər» (1989) kitabı isə 
K.Talıbzadənin 80-ci  illərdəki araşdırmalarının bitkin bir 
nəticəsi kimi meyda-  na çıxdı. Burada «Tənqid etüdləri» 
başlığı altında top- lanan yazılar istisna olmaqla bütün 
məqalələr  ədəbi tən-qidin nəzəri-estetik problemlərinə  həsr 
olunmuşdur.  
80-ci illər həm də K.Talıbzadənin səmərəli elmi fəa-
liyyətinin  ən mötəbər fəxri adlar, yüksək titullar, ali müka-
fatlarla dəyərləndirilməsi baxımından  əlamətdar idi. 1980-ci 
                                           
1
 Талыбзадə K. Əдəби ирs вə вариsлəр, Баkы, Азəрnəшр, 1974, s.9. 


 
39 
ildə    tədqiqatçı    Azərbaycan  EA-nın  müxbir  üzvü, 1989-cu 
ildə isə akademiyanın həqiqi üzvü seçilmişdir. Alimin tənqid  
tarixinə dair məşhur monoqrafiyasına dövlət mükafatı  
verilməsi də bu illərə (1986) təsadüf edirdi. Qeyd etmək 
lazımdır ki, bu ali məqamlara qədər də K.Talıbzadənin 
yaradıcılığı, elmi təşkilatçılığı layiqincə qiymətləndirilmiş-dir. 
O, yüksək vəzifələrə  təyin olunmuş, fəxri adlara layiq 
görülmüşdü. «Bilik» Cəmiyyəti 1968, 1985-ci illərdə, Azər-
baycan Elmlər Akademiyası 1993-cü ildə alimi fəxri fər-
manlarla təltif etmiş, onun nəşr olunan əsərləri beş  dəfə 
Rəyasət Heyətinin qərarı ilə mükafatlandırılmışdır. K.Ta-
lıbzadə 1970-ci ildə «Fədakar  əməyə görə», 1984-cü ildə 
SSRI-nin, 1987-ci ildə Azərbaycanın «Əmək veteranı» 
medalları ilə  təltif edilmiş, «Əməkdar elm xadimi» (1982), 
«Qabaqcıl maarif xadimi» (1983) fəxri adlarını almışdı. 
Azərbaycan Jurnalistlər Ittifaqı isə 1998-ci ildə  tədqiqat-çıya 
«Qızıl Qələm» mükafatını və «Kamaliyyə» diplomunu təqdim 
etmişdir.  
Əldə etdiyi böyük uğurlar, elmi nailiyyətlər alimin  yeni 
axtarışlarına yol açmış, onlarla tədqiqatlarını çağdaş təfəkkürün 
işığında araşdırmasına səbəb olmuşdur. Gös-tərilən cəhətdən 
tədqiqatçının ikicildlik «Seçilmiş  əsər-ləri»nin nəşri xüsusilə 
diqqətəlayiqdir. K.Talıbzadənin iki-cildliyi sosioloji 
ehkamların yıxıldığı, yazılı tarixə milli özünüdərk 
mövqeyindən yanaşıldığı bir vaxtda işıq üzü görmüşdür. 
Buraya tədqiqatçının  əsasən müasir ədəbiyyat haqqında 
məqalələrinin bir qismi, A.Səhhətə 
həsr olunmuş 
monoqrafiyası  və milli ədəbi tənqidin tarixinə dair bir sıra 


 
40 
tədqiqatları daxil idi. Ikicildlik haqqında ilk rəyi ona yaz-mış 
olduğu «Tarixə güvənən düşüncə» adlı müqəddimədə söyləyən 
ədəbiyyatşünas Nizaməddin  Şəmsizadə yazırdı: «Kamal 
Talıbzadəni ikicildlik seçilmiş  əsərlərin müəllifi kimi təqdim 
etmək çətindir. Onun irsi və  fəaliyyətinin möhtəşəmliyi 
müqabilində ikicildlik çox cılız görünür.»
1
 Buna baxmayaraq 
alimin «Seçilmiş  əsərləri» haqqında respublika dövrü 
mətbuatında dərc olunmuş  rəylərdə ikicildlik K.Talıbzadə 
yaradıcılığının seçimli yekunu kimi yüksək dəyərləndirilmişdir. 
Tanınmış ədəbiyyatşünas alim Şamil Salmanov qeyd edirdi ki, 
«K.Talıbzadənin külliyyatı ədəbiyyatşünaslığın, ədəbi tənqidin 
yalnız çətin, mürəkkəb siyasi-ideoloji kontekstini əks etdirmir, 
həm də milli ədəbiyyatşünaslığın öz predmetinə, öz vəzifəsinə 
sədaqətini də, inkişafının  əsas istiqamətinin düzgün olmasını 
da, milli ədəbiyyatın ideya zənginliyi, tarixi-milli 
xüsusiyyətlərinin  dəyərini açmaq və izah etmək  əzmini də, 
onun analitik imkanlarının tükənməzliyini də meydana 
çıxarır.»
2
  
Kitabları və elmi fəaliyyəti haqqında Beynəlxalq, keç-miş 
SSRI və respublika mətbuatında 200-dən artıq məqalə, həyat 
və yaradıcılığından bəhs edən iki monoqrafiya çap olunmuş, 
onlarla  əsərin, dərslik və müntəxabatların redak-toru 
K.Talıbzadənin elmi və elmi-təşkilati yönümdə xid-mətləri 
yalnız bunlarla məhdudlaşmır. O, Moskvada Bey-nəlxalq 
                                           
1
 Талыбзадə  K. Seçилmиш  əsəрлəри,  иkи  жилддə,  Баkы,  Азəрnəшр,  ж.1., 
1991,  s. 6. 
2
 Sалmаnов Ш. Тənгидиn вə тəдгигатыn бирлиyи, «Азəрбаyжаn» гəзeти, 
1993, 13 авгusт. 


 
41 
miqyaslı  nəşrlər olan «Müxtəsər  ədəbiyyat ensik-lopediyası», 
«Müxtəsər sovet ensiklopediyası», «Teatr en-siklopediyası», 
«Dünya ədəbiyyatı tarixi», eləcə də Bakıda «Azərbaycan sovet 
ensiklopediyası» səhifələrində milli ədə-biyyatımızla bağlı 
çoxsaylı oçerklər dərc etdirmiş, xarici  ölkələrdə keçirilən 
simpozium, konqres, konfrans, yubiley və sessiyalarda 
respublikamızın elmi ictimaiyyətini ləya-qətlə  təmsil etmişdir. 
Görkəmli alim 1968-ci ildə «Hin-distanda Aylıq Dostluq 
Günləri»ndə Azərbaycan nüma-yəndə heyətinin başçısı kimi 
10-a qədər  şəhərdə (Dehli, Bombey, Kəlküttə, Puna və s.) ali 
məktəb tələbələri üçün «Azərbaycan-hind  ədəbi  əlaqələri», 
«Azərbaycan  ədəbiyyatı tarixi» mövzularında mühazirələr 
oxumuşdur. Eləcə  də Italiyanın Neapol Şərqşünaslıq 
Institutunda, Roma, Milan, Florensiya, Pompey təhsil 
müəssisələrində onun Azər-baycan  ədəbiyyatı tarixinə dair 
mühazirələri maraqla qar-şılanmışdır (1977). K.Talıbzadə 
bunlardan başqa 1960-cı  ildə  Şərqşünasların Beynəlxalq 
Ümumdünya Konqresində, 1986-cı ildə Hindistanın Puna 
Universitetində, 1990-cı ildə Türkiyənin Kayseri şəhərində 
keçirilən Birinci Millət-lərarası Böyük Azərbaycan 
Konqresində, 1991-ci ildə Nizami Gəncəviyə  həsr olunmuş 
Beynəlxalq Tehran Konqresində, N.Gəncəvinin Təbriz 
Universitetində keçi-rilən 850 illik yubiley tədbirində, 1995-ci 
ildə Füzulinin 500 illik yubileyi münasibətilə keçirilən Tehran 
konfransında   və bir çox başqa nüfuzlu elmi toplantılarda 
konseptual   elmi məruzələrlə çıxış etmişdir. Alimin «XX əsrin 
əv-vəllərində Azərbaycan  ədəbi tənqidinin  əsas cərəyanları 
(1900-1920)» (Kayseri, 1990), «Nizaminin ədəbi təlimi» 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   59




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə