Təranə RƏHİMLİ



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə20/59
tarix04.11.2017
ölçüsü2,8 Kb.
#8309
növüDərs
1   ...   16   17   18   19   20   21   22   23   ...   59

 
78 
dərsliklərində, dərslərində onların əsərlərinə geniş yer verdiyini 
göstərir. Müəllif    yazır ki, qabaqcıl türk şairlərinin, xüsusilə 
Əbdülhəqq Hamidin Türkiyənin müstəbid sultanlarına, 
mühafizəkar rejiminə qarşı apardıqları üsyankar sənət 
mübarizəsi bü- tün Azərbaycan romantikləri üçün, o cümlədən 
Səhhət üçün münasib yaradıcılıq məktəbi idi, «Onlar bu ədəbi 
məktəbin təcrübəsindən vaxtaşırı bəhrələnirdilər.»
1
 Hətta Sabir 
zarafatla Səhhətə  «Əbdülhəqq Hamid» deyə müra- ciət 
etmişdir. Tədqiqatçı türk ədəbiyyatının Qərb ro-mantizminə, 
xüsusilə Fransız romantik ədəbiyatına bələd olmaq üçün də 
əsaslı bir məxəz kimi romantikləri cəlb etdiyini yazır.  Şairin 
fransız  ədəbiyyatına marağını da bununla əlaqələndirən 
K.Talıbzadə Fransa sentimenta-listləri və romantiklərinin 
Səhhət romantizminin ədəbi   qida mənbələrindən biri 
olduğunu göstərir. Müəllif «üsuli-cədid üzrə Avropa şairlərinin 
səbki və  səliqəsi üzrə  nəzmin»  A.Səhhət  şeirlərində  
təşəkkülünü  Lafonte,  Sülli  Prudom, Jan  Ramo  kimi  fransız  
şairlərinin  təsiri  ilə    əlaqələndirir, bunu şairin konkret 
əsərlərindən gətirilən nümunələrlə   izah edir və  əsaslandırır. 
Burada  şairin fransız  ədəbiyyatı      ilə yaradıcılıq təması, 
ünsiyyəti, ümumiyyətlə bu ədəbiy-yatın Səhhətin romantik 
üslubunun, romantik poetikası- nın müəyyənləşməsində rolu 
aydınlaşdırılır. K.Talıbzadə milli ədəbiyatda poetik tərcüməni 
yeni bir mərhələyə qaldıran Səhhətin rus, gürcü və Avropa 
ədəbiyyatının görkəmli nümayəndələrindən etdiyi tərcümələri 
onun dünyagörüşündə, xüsusilə estetik görüşlərndə  əmələ 
                                           
1
 Талыбзадə K.  Seçилmиш  əsəрлəри,  иkи  жилддə,  Баkы,  Азəрnəшр,  ж.1., 


 
79 
gələn böyük inkişafla bağlayır. Səhhət yaradıcılığının romantik 
istiqamət almasında, onun ideya, sənətkarlıq baxımından 
təşəkkülündə rus ədəbiyyatının təsiri daha dərin və  miqyaslı 
olduğundan müəllif məsələnin bu tərəfini düzgün olaraq geniş 
və  hərtərəfli işıqlandırmışdır. XX əsrin  əv-vəllərində 
Azərbaycan-rus  ədəbi  əlaqələri yeni bir istiqamət almış, son 
dərəcə  dərinləşmiş, bu qarşılıqlı  təsirin nəti-cəsində milli 
ədəbiyyatımız öz yaradıcılıq üfüqlərini bir qədər də 
genişləndirmişdir. Rus ədəbiyyatından yaradıcı    şəkildə 
öyrənən, onun qabaqcıl ideyalarını milli ədəbiy-yatda  əks 
etdirən görkəmli sənətkarlardan biri də A.Səhhət olmuşdur. 
Hətta, 50-ci illərin tədqiqatlarında Səhhətin milli 
ədəbiyyatımızın tarixində ilk dəfə olaraq rus ədəbiyyatının  
həqiqi poetik tərcüməsini verməsi faktı vurğulanırdı.
1
 Lakin bu 
dövrdə şairin rus ədəbiyyatından tərcümələrindən     bəhs edən 
müəlliflər onun yalnız tərcümə prinsiplərini        izah  etməklə 
qənaətlənmişdilər. K.Talıbzadə isə monoq-rafiyasında bu 
prinsipləri bir qədər konkret və dolğun    şərh etməklə yanaşı 
rus  ədəbiyyatından edilən tərcümələrin Səhhət yaradıcılığına 
ideya-bədii təsiri məsələsini də geniş  işıqlandırmışdır. Vaxtilə 
görkəmli tənqidçi M.Arifin Səh- hət poeziyası ilə rus 
ədəbiyyatı nümunələri arasında ilk ideya müqayisəsi haqqında 
yığcam  şəkildə deyilmiş mü-lahizə  və fikirlərini K.Talıbzadə 
daha da inkişaf  etdirir,          bu  ədəbi təsirlənmənin Səhhət 
yaradıcılığında əhəmiyyətli  rolunu  aydınlaşdırırdı. 
                                                                                         
1991,  s. 330. 
1
 Иsmаyылов Y. «Əдəби ирs вə вариsлəр», Азəрбаyжаn EА Хəбəрлəри, 
Əдəбиyyат, Дил вə Иnжəsənəт seриyаsы, 1975, № 2, 124-126. 


 
80 
Tədqiqatçı  şairin rus ədəbiyyatı haqqında yüksək 
fikirlərinin, onun böyük yaradıcılıq məktəbi olması barədə 
qənaətinin təsadüfi olmadığını qeyd edirdi: «XX əsr 
ədəbiyyatının bir çox görkəmli, maarifçi ədəbi simaları kimi 
A.Səhhət də Azərbaycanda ictimai fikri daha yüksək bir 
mərhələyə qaldırmaq, Azərbaycan poeziyasına doğru, müa-sir 
bir istiqamət vermək işində rus ədəbiyyatının  əhə-miyyətini 
çox yaxşı başa düşmüşdür.»
1
 K.Talıbzadə belə bir tezis irəli 
sürür ki, «Təzə şeir necə olmalıdır!» sualının düzgün cavabını 
müəyyənləşdirməkdə  Səhhətin rus ədə-biyyatı ilə  əlaqələrinin 
mühüm rolu olmuşdur. Cünki, bu ədəbi  əlaqələr  şairin  ədəbi 
zövqündə, sənətə baxışında   əsaslı  dönüş    yaratmış,  onun  
ədəbi  həyata  daha  miqyaslı    münasibətinə yol açmışdır. K. 
Talıbzadə  həmin  ədəbi  əlaqələrin öyrənilməsini XX əsr 
Azərbaycan poeziyası ilə rus ədəbiyyatının  əlaqələrinin 
məzmununu, səciyyəsini ay-dınlaşdırmaq və bu qarşılıqlı 
proses haqqında geniş  təsəvvür  əldə etmək baxımından da 
olduqca  əhəmiyyətli hesab edir, bu məqsədlə  tədqiqatını bir 
qədər də geniş-ləndirir  və  dərinləşdirirdi.  Müəllif  A.Səhhətin  
rus ədəbiy-yatından tərcümələrinin romantik şairin ideya-bədii 
tə-kamülünü  şərtləndirdiyini, bütövlükdə milli ədəbiyyatın 
yaradıcılıq  əlaqələrinin hüdudlarını genişləndirməklə onun 
inkişafını  səciyyələndirdiyini göstərir. Bu cəhətdən Səhhə-tin 
Lermontov ilə yaradıcılıq əlaqələrinin təhlil edildiyi məqamlar 
xüsusilə diqqətəlayiqdir. K.Talıbzadə  Səhhət və Lermontov 
poeziyalarının ümumi, müştərək tipoloji səciyyə daşıyan oxşar 
                                           
1
 Талыбзадə K.  Seçилmиш  əsəрлəри,  иkи  жилддə,  Баkы,  Азəрnəшр,  ж.1., 


 
81 
xüsusiyyətlərini, mənəvi bağlılığını, ideya-estetik yaxınlığını 
dolğun  şəkildə  şərh edir, bunu ayrı-ayrı motivlər, ideyalar və 
obrazların təhlili ilə  əsaslandırır. Müəl-lif düzgün müşahidə 
edir ki, hər iki şairin romantik qəh-rəmanlarının  əsas ideyası, 
başlıca qayəsi – azadlıqdır. O, şairin Lermontovun məşhur 
«Mtsıri» poemasını  tərcümə etməsini də  Səhhətin bu başlıca 
sənət qayəsi ilə, fikri, mənəvi ehtiyacları ilə əlaqələndirir, onun 
azadlıq ideya-larıyla bağlı öz şəxsi fikirlərini rus şairinin 
misraları ilə bildirmək istədiyini yazır.  
K.Talıbzadə A.Səhhətlə Lermontovun yaradıcılıq 
əlaqələrini «həm  ədəbi təsir, həm tipoloji təhlil planında   bir 
sənətkarın digərindən öz ruhuna, məqsədinə, ideala-rına, 
sənətkarlıq tələblərinə uyğun olaraq öyrənməsinin, 
təsirlənməsinin geniş panoramını  əks etdirən gözəl  ədəbi 
nümunə  və fakt» kimi mənalandırır.
1
 Lakin eyni zamanda, 
Lermontov  ənənələrinin milli romantik sənətkarın yara-
dıcılığında müxtəlif  şəkildə  təzahüründən bəhs edərkən 
tədqiqatçı  şairin görüşlərinin rus yazıçısı ilə  fərqli cəhətlərini 
də açıb göstərir. Yeri gəldikdə  Səhhətin Lermontov ilə daxili 
yaradıcılıq mübahisəsinə, ona etirazını ifadə edən motivlərə 
xüsusi olaraq diqqəti cəlb edir. Bu cəhətdən hər iki şairin öz 
romantik qəhrəmanlarına münasibətlərinin təhlili 
diqqətəlayiqdir. Müəllif burada göstərir ki, əgər Lermontov 
romantik qəhrəmanının  şəxsi taleyinə biga-nədirsə,  əgər onu 
cəmiyyətdən ayırıb tənhalığa düçar edirsə, etirazını da bu yolla 
                                                                                         
1991,  s. 333. 
1
 Талыбзадə K.  Seçилmиш  əsəрлəри,  иkи  жилддə,  Баkы,  Азəрnəшр,  ж.1., 
1991,  s. 339. 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   59




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə