Təranə RƏHİMLİ



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə17/59
tarix04.11.2017
ölçüsü2,8 Kb.
#8309
növüDərs
1   ...   13   14   15   16   17   18   19   20   ...   59

 
66 
əsər, yeni bir bədii hadisə idi. Tənqidçilər poemanı dünya 
ədəbiyyatının bu tipli əsərləri ilə müqayisə etmiş, bəzən də 
əsərin rus şairi N.A.Nekrasovun «Şair və  Vətəndaş» 
poemasının  təsirilə  yazıldığını  güman  etmişlər.  Rus şairləri 
K.Simonov və V.Luqovskoy poemadan bəhs edərkən onun 
Nekrasovun  əsərinə «gözəl bir şairanə ca-vab» olduğunu 
yazırdılar. K.Talıbzadə də əsərin təhlilində A. Səhhətin dünya 
ədəbiyyatı  və rus klassikləri ilə  sıx  əlaqələrinə xüsusi diqqət 
yetirir, bu poemanın A.De Müs-senin «Mayıs gecəsi», 
N.A.Nekrasovun «Şair və  Vətəndaş»  poemaları ilə ideya, 
məzmun və forma yaxınlığını, digər  səsləşən  cəhətlərini  
göstərir. 
Monoqrafiyanın 1955-ci il nəşrində K.Talıbzadə  «Şair, 
Şeir pərisi və  Şəhərli» poemasının təhlilində H.Tuman-yanın 
«Şair və Rübab» əsərinin təsirindən də danışır. Zənnimizcə, 
tədqiqatçı burada heç bir əsas olmadan Səhhətin 
H.Tumanyandan təsirlənməsi, ondan iqtibas et-məsi barədə 
bəhs edirdi. O, yazırdı: «Ən maraqlısı budur  ki,  Səhhət  «Şair  
və  Rübab»ın  son  hissəsi  ilə,  yəni  şairin  gəldiyi son nəticə 
ilə razılaşmış, bunun əvəzinə Nekraso- vun «Şair və Vətəndaş» 
şeirinin təsirilə yazdığı Şair və Şəhərlinin müsahibəsi səhnəsini 
yaratmışdır.»
1
 K.Talıb- zadə burada Səhhətin H.Tumanyanın 
gəldiyi nəticə ilə razılaşdığı halda nəyə görə onu 
N.A.Nekrasovun fikri       ilə  əvəz etdiyinin elmi izahını 
vermir.  Əsərin 1986-cı il,  1991-ci il nəşrlərində K.Talıbzadə 
                                           
1
 Талыбзадə K. Аббаs Səщщəт, Баkы, Азəрб. SSР EА nəшр.,1955, s.96. 


 
67 
poemanın təhlilində H.Tumanyanın təsirilə bağlı  məqamları 
bütünlükdə ixtisar etmişdir. 
O,  əsərdə  bədii həllini tapan məsələlərin A.Səhhətin 
romantik qəhrəmanına yaxın olduğunu, ümumiyyətlə poe-
manın  şairin  poetik  dünyası    ilə    əlaqələrini  müəyyənləş-
dirir,  əsərdəki  Şair  obrazında  Səhhətin  ideya  axtarışla-rını  
göstərir.  K.Talıbzadəyə  görə    Səhhət  poemasındakı    Şair  
obrazı    xalq    mənafeyi  yolunda  canını    fəda  etməyə  hazır  
olan, lakin əlləri  bir  yana  çatmayanda  ümidsizliyə  düçar  
olan,  ziddiyyətli  hallar  keçirən bir vətəndaşdır, «o bir növ 
Səhhətin özüdür» ki, yaşadığı dövrün, zəmanənin böyük 
həqiqətini ifadə edir.
1
 K.Talıbzadə doğru olaraq  qeyd edir ki, 
bütün bunlara baxmayaraq əsərin  əsas məf-kurəsi  Şair 
surətində öz əksini tapa bilməmişdir. Müəllif poemada çox 
mühüm yer tutan ideal bir qəhrəmanı – Şəhərli obrazını daha 
diqqətlə təhlil edir, şairin qarşısına  qoyduğu əsas ideyanı məhz 
bu surət vasitəsilə ifadə et- diyini göstərir. Tədqiqatçının 
qənaəti belədir ki, bu mü-kəmməl obraz «şairin real vəziyyətini 
yox, romantik qəhrəmanın ideallarını özündə  əks etdirir.»
2
 
K.Talıbza-dənin təhlilində  Şəhərli surəti sənətin ictimai 
mübarizədə rolunu qiymətləndirməyi bacaran, onu həyatın 
qabaqcıl meyllərinə xidmət etməyə çağıran həqiqi bir vətəndaş 
kimi  səciyyələndirilir. 
Tədqiqatçı poemanın təhlilində belə bir düzgün elmi 
qənaətə  gəlir ki, bu romantik şairin heç bir əsərini onun 
                                           
1
 Талыбзадə K.  Seçилmиш  əsəрлəри,  иkи  жилддə,  Баkы,  Азəрnəшр,  ж.1., 
1991,  s. 314. 
2
 Yenə  орада,  s. 315. 


 
68 
yaradıcılığının ümumi kontekstindən kənarda təsəvvür etmək 
mümkün deyil, onlar ümumi məfkurə istiqaməti, poetik ruhu, 
forması, bədii ifadə  tərzi və üslubu ilə bir qələmin, eyni 
istedadın, eyni vətəndaşlıq ilhamının bəhrə-ləridir. Tədqiqatçı 
«Şair,  Şeir pərisi və  Şəhərli» poemasını da A.Səhhətin 
dünyagörüşündəki bu məfkurəvi yüksəlişin nəticəsi hesab edir 
və göstərir ki, möhkəm bir kompo-zisiyaya, maraqlı, rəvan 
süjetə, aydın ideyaya malik olan əsər  şairin orijinal 
yaradıcılığının  ən qüdrətli nümunə-lərindən biri hesab olunur. 
Müəllif poemada şairin böyük  poetik istedadının daha dolğun 
təzahürünü görür, əsərin bədii dəyəri etibarilə  Səhhət 
yaradıcılığında xüsusi yer tutduğunu, nəhayət, milli şeirimizin 
nadir klassik nümu-nələri  sırasında  durduğunu  göstərir  və  
əsaslandırır. 
Əsasən romantik sənətkar kimi tanıdığımız A.Səhhət  
həm də bir sıra realist əsərlərin müəllifidir. K.Talıbzadə 
monoqrafiyasında  şairin realist səpkidə yazdığı  əsərləri 
diqqətlə araşdırmış, onların təhlilinə xüsusilə geniş yer 
 
vermişdir. Müəllif  burada  romantik  yazıçının  realist  əsəri  
də  romantik  kimi  yazdığını,  bu  realizmin  romantik  sə-nətə 
məxsus keyfiyyətlərlə birləşdiyini, qovuşduğunu gös-tərir. 
Tədqiqatçı A.Səhhət realizminin təhlilində də bu xüsusiyyətləri 
diqqət mərkəzində saxlayır, Səhhətin realist əsərlərinin, pyes, 
poema və satiralarının üslubundakı bu ikilik – həm realizm, 
həm də romantizmə xas olan keyfiyyətlər hər iki ədəbi metod 
və  cərəyanın ideya əla-qələrinin, birliyinin təzahürü kimi 
mənalandırılır və  əsas-landırılır.  Şairin «Əhmədin qeyrəti» 
poeması da realizmin A.Səhhət romantizminə  təsiri, onda 


 
69 
əmələ  gətirdiyi ideya-estetik məziyyətləri özündə  əks etdirən 
əsərlərdən biri     kimi təhlilə cəlb edilir. Fəhlə sinfinin azadlıq 
uğrunda mübarizəsi mövzusunda yazılmış bu poemanın ideya 
və  məzmununa, quruluşuna, obrazlar aləminə diqqət yetirən 
tədqiqatçı  əsərin qəhrəmanı  Əhməd surətini daha dəqiq 
xarakterizə edir, poemanın əsas məfkurəsinin məhz bu obrazda 
öz  əksini tapdığını göstərir.  Əsərin başlanğıcında Cənubi 
Azərbaycandan Bakıya pənah gətirən, «Qara şə-hər»in 
müəssisələrindən birində çalışan  Əhməd ağır gün-güzəran  
keçirən  minlərlə    fəhlələrdən  biridirsə,  sonralar  o vətəni 
müdafiə üçün silaha sarınan, öz hüququ və azadlığı  uğrunda 
fəal mübarizə aparan, özündə qalib gəlmək    inamı hiss edən 
bir qəhrəmandır. K.Talıbzadə  məhz bu cəhətlərinə görə 
A.Səhhətin fəhlə obrazını M.Ə.Sabirin fəhlə surətləri ilə 
müqayisə edir, onların yaxınlığını, oxşar xüsusiyyətlərini 
aydınlaşdırır. O, doğru olaraq müşahidə edir ki, Səhhətin 
fəhləsi M.Ə.Sabirin «A başı  bəlalı  fəhlə», «Bakı  fəhlələrinə» 
şeirlərindəki «iddialı», «araya soxulan», «bəy, xanla 
çulğalaşan», «hüquq üstə ədavət edən» fəh-lənin oxşarıdır və o 
şairin bir sıra romantik qəhrəmanları kimi taleyin hökmünə 
boyun  əymir,  əksinə, öz xilasını mübarizə aparmaqda görür. 
Müəllif C.Məmmədqulu- zadənin Bakıda çalışan iranlı 
fəhlələrin acınacaqlı  həya-  tına dair yazdığı  məqalə  və 
felyetonlarla, M.Ə.Sabirin Bakı  fəhləsinə aid mübariz ruhlu 
şeirlərilə A.Səhhətin «Əhmə-  din  qeyrəti»  poeması  arasında  
sıx  mövzu  və    məfkurə, ideya və qayə yaxınlığı olduğunu 
göstərir. Bu poema K.Ta-lıbzadənin təhlilində  Səhhət 
yaradıcılığında ciddi bir yeni-lik,  irəliyə    doğru    bir    addım,  


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   59




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə