Təranə RƏHİMLİ



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə22/59
tarix04.11.2017
ölçüsü2,8 Kb.
#8309
növüDərs
1   ...   18   19   20   21   22   23   24   25   ...   59

 
86 
müzakirəyə geniş meydan verilməlidir.
1
 
Təd-qiqatçı 
ədəbiyyatın belə bir tələb irəli sürdüyü vaxtda tənqidin iki 
müxtəlif  ədəbi mövqedən çıxış edərək realist və romantik 
tənqid qollarına ayrıldığını qeyd edir, bu cə-hətdən Səhhətin 
sənətə baxışlarının təhlilini də XX əsr  ədəbi prosesinin bahlıca 
meylləri ilə vəhdətdə aparır.  
Müəllif  şairin  ədəbi-nəzəri görüşlərini dolğun  şəkildə 
şərh etmək, onun zəif və güclü tərəflərini müəyyənləşdirə 
bilmək üçün Səhhətin elmi-tənqidi fikirlərinin təşəkkülü 
prosesini diqqətlə izləmişdir.  Şairin  ədəbiyyatın nəzəri 
məsələlərinə müraciət etməsinin səbəblərini araşdırarkən 
tədqiqatçı göstərir ki, bu, Səhhətin müasir poeziyanın bir çox 
zəif cəhətlərini müşahidə etməsi və  həmin cəhətlərin aradan 
qaldırılması, başqa sözlə, «ədəbiyyatımızın islahı» məqsədilə 
bağlı idi. Milli ədəbiyyatda M.Ə.Sabir, A.Şaiq, M.Hadi, 
H.Cavid kimi böyük şairlərin qüdrətli sənət əsərləri ilə yanaşı 
poeziyada epiqonçu, sxolastik nəzmin mövqeyinin də güclü 
olduğu bir vaxtda Səhhət şeirə yeni ruh, yeni məzmun gətirmək 
haqqında düşünür, «insan  üçün mərifət və ibrət dərsi hüsulə 
gətirməyən şeirin         yolu ilə getmək mümkün deyil» tezisini 
irəli sürürdü. K.Talıbzadənin gəldiyi qənaətə görə A.Səhhəti 
düşündü- rən «Təzə  şeir necə olmalıdır?» problemini müasir 
ədəbi prosesin özü, poeziyanın yenilik axtarışları yaratmışdı.     
Bu axtarışlar A.Səhhətin də  sənətə münasibətində, poetik 
baxışlarında öz əksini tapmış, çağdaş milli ədəbiyyatin  ədəbi-
nəzəri məsələləri romantik şairi ciddi şəkildə məşğul etmişdir.  
                                           
1
 Талыбзадə K.  Seçилmиш  əsəрлəри,  иkи  жилддə,  Баkы,  Азəрnəшр,  ж.1., 


 
87 
Müəllif  şairin epiqonçuluğa, sxolastik poeziya qalıq-
larına qarşı mübarizəsindən bəhs edərkən bir mühüm  cəhəti də 
göstərir ki, Səhhət epiqonçu şeiri klassik şeir ilə 
eyniləşdirmirdi.  Əksinə, klassik Azərbaycan və  Şərq  ədəbiy-
yatına müsbət münasibət onun bədii yaradıcılığında ol-duğu  
kimi  ədəbi  görüşləri  üçün  də  üstün  cəhətlərdən  biri  olmuş,  
şair  klassik  ədəbiyyata  bir  irs  kimi,  xalqın mədəniyyət 
tarixinin mühüm və  əhəmiyyətli bir sahəsi kimi baxmışdır. 
Lakin tədqiqatçı onu da müşahidə edir ki, Səhhət yeri gəldikdə 
klassik  ədəbiyyatın bəzi məhdud tərəflərini göstərməkdən də 
çəkinməmişdir. Səhhəti  ədə-biyyatın ictimai məzmunca 
zəifləməsi, formalizmə meyl göstərməsi narahat etmiş, o, 
kəskin tənqidi çıxışlarında həmin məsələlərə toxunmuşdur. 
K.Talıbzadə  təhlilində            bu  cəhəti aydınlaşdırır,  şairin 
sxolastik  şeirə  mənfi mü-nasibətinin səbəblərini yeni dövr 
ədəbiyyatının konteks-tində izah edirdi. O, belə münasibəti 
müasir poeziyanın   irəli sürdüyü bir sıra tələblərin yaratdığını 
göstərir və əsaslandırır.  
Tədqiqatçı vaxtilə Axundov tərəfindən tənqid olunan 
epiqonçu poeziyaya qarşı mübarizənin yeni tarixi və  ədəbi 
şəraitdə  Səhhət tərəfindən davam etdirildiyini qeyd edir.   Bu 
mübarizədə Səhhəti öz sənət konsepsiyasının güclü tə-rəfi olan 
«Təzə  şeir necə olmalıdır?» probleminin düşün-dürməsi və 
onun həlli yollarında axtarışları  tədqiqatçının diqqət 
mərkəzindədir. K.Talıbzadə  Səhhətin yeni şeirin ideya-estetik 
prinsiplərini  əsaslandırarkən bir tərəfli tezislə    çıxış etdiyini, 
                                                                                         
1991,  s.369. 


 
88 
yəni poeziyada hissi başlanğıca – «hissiyyati-təbiiyyə»yə 
üstünlük verdiyini göstərir, eyni zamanda        bu estetik 
tezisdə «romantik şeirin ilkin prinsirlərinin»  ifadə olunduğunu 
təsdiq edir. Milli romantik şairin bu qənaəti – onun şeirdə hissi 
başlanğıcı  əsas hesab etməsi mütaliə etdiyi türk və fransız 
romantiklərinin təsiri ilə  əlaqələndirilir. Müəllif A.Səhhətin 
«təzə  şeir» haqqında mülahizələrinin realizm əleyhinə 
çevrilmədiyini, burada realist ədəbiyyatın mühüm prinsiplərinə 
də yer verildiyini  sübut edir.  
Səhhətin sənət görüşlərini izah edərkən tədqiqatçı onun 
Nasehə yazdığı  mənzum məktubundakı «köhnə  şeir»lə 
mübahisəsini, xüsusilə M.Ə.Sabirə  həsr etdiyi məqa-lə  və 
şeirlərindəki fikirlərini daha diqqətlə təhlil etmiş, bunları şairin 
sənət baxışlarının ümdə məramını ifadə    edən nümunələr kimi 
qiymətləndirmişdir. K.Talıbzadə belə qənaətə gəlir ki, «Səhhət 
inqilabdan  əvvəl Sabir yaradıcı-lığına  ən doğru qiymət verən
onun yaradıcılığının təhlili və  tədqiqilə xüsusi məşğul olan 
müəlliflərdəndir. Onun Sabir haqqında məqalələri elmiliyi, 
dərinliyi,  əhatə  dərəcəsilə, faktik dəqiqliyi və dürüstlüyü ilə 
inqilaba qədər eyni mövzuda yazılan məqalələrdən seçilir.»
1
  
M.Ə.Sabir  şeirini «ədəbiyyatımızda inqilab» adlan-dıran 
Səhhətin bütövlükdə romantik tənqidin böyük satira ustasını 
novator sənətkar kimi qəbul etməsini, yüksək 
qiymətləndirməsini tədqiqatçı olduqca təbii və qanunauy-ğun 
hesab edir. Çünki, romantik tənqidin təmsilçiləri kimi realist 
tənqidin nümayəndələri, o cümlədən Sabir də epiqonçu şeirin 


 
89 
əleyhinə çıxış edirdi və bu cəhət hər iki tənqidi istiqaməti vahid 
bir məqsəd  ətrafında birləşdirirdi. Tədqiqatçı Sabirin 
ədəbiyyata yeni məzmun, yeni ruh gətirməsini, onun yaratdığı 
böyük sənət məktəbinin ədəbi prosesə güclü təsirini də Səhhəti 
realist şairlə bağlayan mühüm səbəblərdən biri kimi göstərir və 
bunu dəlillərlə əsaslandırır. 
Monoqrafiyada Səhhətin realizm və satira haqqında 
fikirləri onun sənət görüşlərinin çox mühüm və qüvvətli    bir 
tərəfi olaraq əsaslandırılır, romantik şairin realizmə  müsbət 
münasibətini  şərtləndirən amillərdən bəhs olu-    nur. 
K.Talıbzadə burada Səhhətin «Şair ayinəsidir döv-ranın» 
tezisinin  ədəbi fikrin tarixi təcrübəsindən, yaradıcılıq  
mübarizələrindən,  eyni  zamanda  real həyatın  ehtiyac  və  
tələblərindən  doğan  nəticə,  son  qənaət  olduğunu  sübut  
edir. K.Talıbzadə Səhhətin realist ədəbiyyat haqqında yük-sək 
rəyini «ədəbi inkişafın özü ilə, Azərbaycan realizmi-   nin öz 
daxili xüsusiyyətlərilə, XX əsrdə yüksək inkişaf nöqtəsinə 
çatmış  tənqidi realizmin, xüsusən satirik ədə-biyyatın 
M.Ə.Sabir və C.Məmmədquluzadə kimi nüma-yəndələrinin 
əldə etdiyi böyük ədəbi qələbələrlə»  əlaqə-ləndirir.
2
 Müəllif  
təhlilində    belə  bir  düzgün  nəticəyə    gəlir  ki,  Səhhət  öz  
sənət  görüşlərində  XX  əsrin  əvvəllərində  yeni  tarixi  inkişaf  
mərhələsinə    qədəm  qoyan  milli  tən-qidin  ən  mühüm 
                                                                                         
1
 Талыбзадə K.  Seçилmиш  əsəрлəри,  иkи  жилддə,  Баkы,  Азəрnəшр,  ж.1., 
1991,  s. 376. 
2
 Талыбзадə K.  Seçилmиш  əsəрлəри,  иkи  жилддə,  Баkы,  Азəрnəшр,  ж.1., 
1991,  s. 379. 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   59




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə