Təranə RƏHİMLİ



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə23/59
tarix04.11.2017
ölçüsü2,8 Kb.
#8309
növüDərs
1   ...   19   20   21   22   23   24   25   26   ...   59

 
90 
problemlərini  əhatə  edə  bilmlş,  çağdaş  ədəbiyyatın  bir  çox  
nəzəri  məsələlərini  işıqlandırmışdır. 
Monoqrafiyada A.Səhhət yaradıcılığını geniş, hərtə-rəfli 
tədqiq etməyə çalışan və buna nail olan K.Talıbza-dənin öz 
tədqiqatını milli romantik şairin sənət görüşlə-rinin təhlili ilə 
tamamlaması  əsərin ümdə elmi məziy-yətlərindən hesab 
 
olunmalıdır. 
Beləliklə, XX əsr romantik ədəbiyyatının görkəmli 
nümayəndəsi A.Səhhət haqqında monoqrafiya həm mühüm 
ədəbi  şəxsiyyətlərdən birinin dünyagörüşü, mühiti, bədii-fikri 
aləmi haqqında aydın təsəvvür yaradılması, həm də  ədəbiyyat 
tariximizin vacib və  əhəmiyyətli bir mərhələ-  sinin 
işıqlandırılması baxımından qiymətli bir elmi mə-xəzdir. 
K.Talıbzadənin «Abbas Səhhət» monoqrafiyası  yal-nız  fakt,  
material  və    mənbə    zənginliyi  cəhətdən  deyil, həm də 
romantik  şairin yaradıcılığına verilən təhlilin ardı-cıllığı  və 
sistemliliyi, konkretliyi və  məzmunluluğu ilə, geniş elmi 
təhlillərdə Səhhətin poetik təkamülünün aydın  göstərilməsi  ilə  
diqqəti  cəlb  edir.  Əsərin  1986,  1991-ci illər  nəşrlərində  
müəllif  ona  bir  sıra  əhəmiyyətli  əlavələr etməklə, xüsusilə 
şairin  şəxsiyyəti barədə ayrıca bəhs etməklə monoqrafiyanın 
qeyd olunan məziyyətlərini son  dərəcə  qüvvətləndirməyə  
müvəffəq  olmuşdur. 
Əsərin yazıldığı dövrdən başlayaraq onun haqqında ədəbi 
ictimaiyyətdə yüksək rəy yaranmış, dövrün görkəmli 
ədəbiyyatcıları nüfuzlu mətbuat səhifələrində, mötəbər elmi 
tədbirlərdə monoqrafiya barədə müsbət fikirlərini bildir-mişlər. 
Böyük sənətkarlar və  ədəbiyyatşünas alimlər tərə-findən 


 
91 
söylənən bu rəylərdə «Abbas Səhhət» monoq-rafiyasının elmdə 
mühüm yenilik yaratdığı,  əsərin Azər-baycan  ədəbiyyatı 
tarixinə əvəzsiz töhfə olduğu qeyd edilirdi. Əsər hələ 1949-cu 
ildə namizədlik dissertasiyası  kimi müdafiə olunarkən burada 
çıxış edən görkəmli xalq şairi, Səməd Vurğun deyirdi: «Kamal 
Talıbzadənin «Abbas Səhhətin həyat və yaradıcılığı» adlı əsəri 
həqiqətə istinad edildiyi üçün elmdə daxili bir parlaqlıq əmələ 
gətirmişdir.  O, Səhhət haqqında bir sıra məlum olmayan sənəd 
və faktları üzə  çıxara bilmişdir. Kamalın bu əsəri bizi çox 
sevindirir… Abbas Səhhətin əsərləri bizim şeirimizin ən gözəl 
incilərindən biri olduğuna görə Talıbzadə Kamalın   da bu 
əsərini biz alqışlayır və onun gözəl bir tədqiqat əsəri olduğunu 
qeyd edirik.»
1
 Görkəmli ədib və tənqidçi, xalq yazıçısı Mehdi 
Hüseynin rəyi də bu fikrin məntiqi davamı        kimi  səslənirdi: 
«Əsərin dili səlisdir ki, bu da dissertasi-  yaya xüsusi bir 
parlaqlıq verir. O, ədəbi hadisələrə çox   ayıq və tənqidi yanaşa 
bilmişdir. Müəllif mövzu seçməkdə də müvəffəq ola bilmişdir. 
Dissertasiyanın istedadlı bir tənqidçinin əlindən çıxdığına insan 
inanır. Müəllif  əsərdə mütəqabil  əlaqələri də düzgün verə 
bilmişdir».
2
  Əsərin elmi yeniliyini yüksək qiymətləndirən, 
onun  ədəbiyyatşünaslığa bəlli olmayan yeni sənədlər, arxiv 
materialları  əsasında yazıldığını qeyd edən görkəmli 
ədəbiyyatşünas, professor Cəfər Xəndan göstərirdi ki, «Səhhət 
haqqındakı  tədqiqat-larda sənətkarın yaradıcılığı bu vaxta 
qədər bir tərəfdən izah edildiyi halda dissertant bunu hərtərəfli 
                                           
1
  K. Талыбзадənиn шəхsи архиви, S.Вuрьunun müдафиəдəkи çыхышыnыn məтnи, 
1949. 
2
  Yenə орада, M.Щüseynиn müдафиəдəkи çыхышыnыn məтnи, 1949. 


 
92 
şərh etmiş,  şairin nəsri,  şeiri, publisistikası, dramları, elmi-
tənqidi məqalələri, tərcümələri, estetik görüşləri və s. haqqında 
ətraflı məlumat verməyə calışmışdır.»
1
  
Lakin qeyd etmək lazımdır ki, bu rəylərdəki qiy-
mətləndirmə romantizmə  məhdud, birtərəfli münasibətin 
formalaşdığı 40-cı illər  ədəbiyyatşünaslığının meyarlarına 
əsaslanırdı. Həmin marksist-leninçi meyarlara görə A.Səh-
hətin dünyagörüşü, üslubu ziddiyyətli hesab olunur, şairin 
«arzusu ilə bacarığı bir-birini tamamlaya bilmirdi». Bu cəhəti 
əsər haqqında yazılan bütün rəylərdə aydın  şəkildə görmək 
mümkündür.  Əgər S. Vurğun klassiklərə mark-sizm-leninizm 
mövqeyindən yanaşıldığı üçün əsəri  ədə-biyyatşünaslığımızda 
sevindirici hadisə hesab edirdisə, M.Hüseyn «marksizm 
metodologiyasının sözdə deyil, işdə özünü göstərməsi»ni 
monoqrafiyanın mühüm elmi mə-ziyyəti kimi qiymətləndirirdi. 
Professor  Əli Sultanlı da həmin  mövqedən çıxış edərək 
tədqiqat əsərinin «öz real elmi və düzgün marksist nəticələri və 
ümumiləşdirmələri ilə» diqqəti cəlb etdiyini yazır, bunu 
müəllifin Mərkəzi Komi-tənin məfkurə  və incəsənət 
haqqındakı tarixi qərarını düzgün dərk etməsi və ondan faydalı 
nəticələr çıxarması    ilə əlaqələndirirdi.
2
  
Belə qiymətləndirmə üsulu dövrün tələblərinə, sovet 
tənqidi və estetikasının birtərəfli konsepsiyasına müvafiq idi, 
məhz bu qiymətləndirmənin sayəsində romantik sənətkar olan 
                                           
1
  K.Талыбзадənиn  шəхsи  архиви,  Ж.Хənдаnыn  диsseртаsиyа  щаггыnда  
рəyи, 1949. 
2
 K.Талыбзадənиn шəхsи архиви, Ə.Suлтаnлыnыn müдафиəдəkи оппоnenт 
çыхышыnыn  məтnи, 1949. 


 
93 
Abbas Səhhətin həyatı və yaradıcılığı haq-qında  yazılmış  əsər  
ədəbi  həyata  vəsiqə  aldı, nəinki  Səh-hət yaradıcılığına, 
bütövlükdə Azərbaycan romantizminə  bəraət qazandırdı. 
Ədəbiyyatşünas, professor N.Şəmsizadə K.Talıbzadəyə  həsr 
etdiyi tədqiqat  əsərində doğru olaraq göstərirdi ki, «o dövrdə 
A.Səhhət haqqında yazılmış  əsəri ürəklə, hərtərəfli 
qiymətləndirmək asan iş deyil, cəsarət tələb edən məsələ idi. 
Ona görə ki, həm 40-50, həm də              60-70-ci  illərin 
meyarlarında marksizm qlafı labüd zərurətə çevrilmişdir»
1
 Bu 
qlaf uzun müddət ədəbiyyatşünaslıqda yanlış təfərrüatların baş 
alıb getməsinə yol açmış, o cümlədən «Abbas Səhhət» 
monoqrafiyasının da düzgün mövqedən qiymətləndirilməsinə, 
onun elmi dəyəri haq-qında obyektiv fikir və mülahizələrin 
yaranmasına mane olmuşdur.  
Nəhayət,  əsərin ilk dəfə  nəşr edildlyl vaxtdan 40 il 
ötəndən sonra akademik K.Talıbzadə haqqında yazılmış 
tədqiqat  əsərlərində «Abbas Səhhət» monoqrafiyası öz real, 
obyektiv qiymətini aldı. Görkəmli tədqiqatcıya həsr etdiyi 
əsərində tanınmış  ədəbiyyatşünas alim, professor. Şamil 
Salmanov K.Talıbzadənin monoqrafiyasını «həm materialı, 
həm də tədqiqat ideyası və quruluşu cəhətdən yeni əsər» hesab 
edir, belə bir elmi qənaətə  gəlirdi ki, «bu tipli digər  əsərlərlə 
birlikdə «Abbas Səhhət»  əsəri də milli ədəbiy-yatşünaslıqda 
monoqrafik tədqiqat janrının mövqeyinin 
möhkəmləndirilməsində mühüm rol oynadı. Onun mühüm  
tədqiqat istiqaməti və ideyaları XX əsr romantizminin, 
                                           
1
 Шəmsизадə N.Тüрk тəфəkküрü məжраsыnда, Баkы, Тəщsил, 1998, s. 37. 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   59




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə