Təranə RƏHİMLİ



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə26/59
tarix04.11.2017
ölçüsü2,8 Kb.
#8309
növüDərs
1   ...   22   23   24   25   26   27   28   29   ...   59

 
102 
etdirdi.  Əsər 1959-cu ildə Azərbaycan, 1970-ci ildə isə rus 
dilində  işıq üzü gördü. Qeyd etmək lazımdır ki, M.Qorki və 
milli  ədəbiyyatlar problemi nəinki 50-ci illərdə, eləcə  də 
sonrakı onilliklərdə – 70-80-ci illərin tədqiqat-larında 
ədəbiyyatşünaslığın  ən aktual, ən mühüm mövzu-larından biri 
kimi ciddi surətdə öyrənilirdi. Bu məsələyə  həsr olunmuş 
konseptual monoqrafiyalar keçmiş SSRI miqyasında tanınır, 
böyük  ədəbi müzakirələrin obyektinə çevrilirdi. Azərbaycan 
ədəbiyyatşünaslığında da bu möv-zuda iki böyük tədqiqat əsəri 
yazılmışdı. Həmin  əsərlər-  dən biri A.Alməmmədovun 
«Maksim Qorki və Azərbaycan  ədəbiyyatı» mövzusunda 
namizədlik dissertasiyası, digəri isə K.Talıbzadənin haqqında 
bəhs açdığımız monoqra-fiyasıdır. K.Talıbzadənin tədqiqatında 
fərqli cəhət budur ki, müəllif o dövrkü hakim ideologiyanın 
diktəsinə baxma-yaraq yalnız Qorkinin Azərbaycan 
ədəbiyyatına təsirini izhar etmir, əksinə ədəbi təsirin qarşılıqlı 
proses olduğunu sübut etməklə milli ədəbiyyatımızın 
mənafeyini qoruyurdu. Ədəbi  əlaqələr elmini ehkamçılıqdan, 
səthi faktçılıqdan  xilas edib yeni elmi məcraya salan bu 
konseptual mo-noqrafiyada «Azərbaycan Qorki xətrinə deyil, 
Qorki Azər-baycan  naminə  araşdırılırdı.»
1
  
K.Talıbzadəyə  qədər Qorki ilə yaradıcılıq  əlaqəsi 
problemini tədqiq edən müəlliflərin hamısı bu əlaqələrin milli 
ədəbiyyatlarda inqilabi ideya-yaradıcılıq prinsiplə-rinin, yəni 
sosialist realizminin təşəkkülü ilə  əlaqədar tərəfinə xüsusi 
diqqət yetirmiş, məsələnin bu istiqamətdə  təhlilinə ciddi 
                                           
1
 Талыбзадə K. Seçилmиш əsəрлəри, иkи жилддə, Баkы, Азəрnəшр, ж.1, s. 9. 


 
103 
əhəmiyyət vermişdilər. Azərbaycan  ədəbiy-yatşünasları da 
tədqiqatlarında problemi bu aspektdə araş-dırmış,  buna  görə  
də    Qorki    və    Azərbaycan  mövzusunu  düzgün metodoloji 
mövqedən işıqlandıra bilməmişdilər. H.Əfəndiyev bir sıra 
məqalələrində realizmin yeni, tarixi tipi kimi başa düşülən 
sosialist realizminin Qorki yaradıcı-lığında  təşəkkülündən  
geniş  şəkildə  bəhs  edirdi.  M.Arif  isə tədqiqatında tənqidi, 
satirik xarakter daşıyan inqilaba qədərki milli realizmin yeni 
dövrdə keyfiyyətcə  dəyi-şilməsinə ciddi ehtiyac duyulduğunu, 
Qorki  əsərlərinin bu ehtiyacdan yarandığını qeyd edirdi. 
Görkəmli tənqidçi burada sosialist realizminin yaranması, onun 
mahiyyətinin Azərbaycan bədii fikrində necə anlaşılması 
haqqında ya-zırdı:  «Azərbaycan  sovet  yazıçıları  üçün  
sosialist  rea-lizmi sovet gerçəkliyinin yeni, müsbət faktlarını, 
yeni  ictimai münasibətləri, yeni adamları görə və təcəssüm edə 
bilmək bacarığından ibarət idi. Qorkinin özü öz yara- 
dıcılığında bu keyfiyyətlərə böyük əhəmiyyət verirdi.»
1
 
M.Arifdən sonrakı  tədqiqatlar da bu metodoloji təlimə 
əsaslanırdı. K.Talıbzadə isə monoqrafiyasında onu yeni 
metodoloji təhlili ilə davam etdirərək bu müddəanı daha da 
genişləndirir, həmçinin Azərbaycan  ədəbiyyatında Qorki ilə 
əlaqələrin romantizmlə bağlı  tərəflərinə  də xüsusi diqqət  
yetirirdi. 
Görkəmli alim tədqiqatında yalnız Qorkinin Azərbay-can 
ədəbiyyatına, bədii fikrinə  təsirini deyil, bütövlükdə Qorkinin 
Azərbaycanla, milli ədəbiyyatımızla  əlaqələrini öyrənirdi. 
                                           
1
 Ариф M. Sənəтkар гожалmыр, Баkы, Yазыçы, 1980, s. 25. 


 
104 
Əsərin «Qorki və Azərbaycan» adlandırılması      da  tədqiqatın 
mövzusundan, problematikasından irəli gəlmişdir. Qorkinin 
həyat və yaradıcılığının Azərbaycan mətbuatında 
işıqlandırılması, yazıçının  əsərlərində Azər-baycan həyatının 
təsviri, Qorki əsərlərinin dilimizə  tər-cüməsi və yayılması, 
pyeslərinin milli teatrda səhnə  tə-cəssümü, Azərbaycan 
ədəbiyyatında Qorki ənənələrinin  təzahürü və onun yeni 
yaradıcılıq prinsiplərinin forma-laşmasında  rolu 
 
monoqrafiyanın  əsas  mündəricəsini  təş-kil edir. 
Monoqrafiyada bu sahələr Qorkinin Azərbay- canla  əlaqəsi  
fonunda  tədqiq  olunur,  o  dövrkü  milli  ədəbiyyatın  məfkurə  
istiqamətilə,  həll  etdiyi  əsas  ictimai  problemlərlə Qorki 
yaradıcılığı arasındakı yaxın və ümumi cəhətlər 
aydınlaşdırılırdı. Yazıçının Azərbaycan  ədəbiyyatı ilə 
yaradıcılıq ünsiyyətinin dərin qatlarına diqqəti cəlb      edən 
K.Talıbzadə bu əlaqələrin hərtərəfli tədqiqinə nail olur, zəngin 
material və sənədlərə istinad edərək Qorki      və Azərbaycan 
ədəbiyyatının münasibətləri haqqında ədəbi-tarixi konsepsiyanı 
daha da genişləndirir və  dərinləş-  dirirdi. Müəllif mövzuya 
dair material və sənədləri bütün-lükdə araşdırır, diqqətlə təhlil 
edir, dövrün Azərbaycan-  rus ədəbi  əlaqələri haqqında 
konkret, aydın təsəvvür yaradırdı. Xüsusi qeyd olunmalıdır ki, 
bu  əlaqələrin 20-ci illərdən sonrakı inkişafı da müəllifin 
tədqiqat istiqamətində başlıca yeri tutur. Tədqiqatçı  əsərində 
XX  əsr Azərbaycan  ədəbi-nəzəri və ictimai fikrinin geniş bir 
dövrünü – otuz  illik mərhələsini  əhatə etmiş, iki müxtəlif 
epoxanın  ədəbi-tarixi kəsişməsində baş verən ziddiyyətli 
prosesləri diqqətlə araşdırmışdır. 


 
105 
K.Talıbzadənin «Qorki və Azərbaycan» monoqra-
fiyasında belə bir fikir təməl metodoloji müddəanı təşkil edirdi 
ki, başqa  ədəbiyyatlarla  əlaqə, qarşılıqlı mübadilə  və  hətta 
təsirlənmə milli ədəbiyyatın zəiflik  əlaməti yox,  dinamik 
inkişaf  əlamətidir. Yəni milli ədəbiyyat qapalı, yalnız öz 
çərçivəsində inkişaf edə bilməz, milli ədəbiyyatın gücü onun 
qeyri-milli  ədəbiyyatlarla, inkişaf etmiş  ədə-biyyatlarla 
yaradıcılıq ünsiyyətinin dərinliyində  və çox-cəhətliliyindədir. 
Görkəmli tədqiqatçının Azərbaycan-rus  ədəbi  əlaqələrinə  həsr 
edilmiş  əsərində Qorki yaradıcılığının milli ədəbiyyatımıza 
təsiri problemi məhz bu şəkildə qoyulur və həll  edilirdi. 
 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   59




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə