Təranə RƏHİMLİ



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə28/59
tarix04.11.2017
ölçüsü2,8 Kb.
#8309
növüDərs
1   ...   24   25   26   27   28   29   30   31   ...   59

 
110 
həmin meyardan çıxış edir, bir     sıra məqalələrində «Həyatın 
dibində» əsərinin ideyasını islam dini ilə əlaqələndirdiyinə görə 
Əhmədbəy Ağayevi Qorki yaradıcılığını düzgün 
qiymətləndirməyən burjua jurnalisti kimi təqdim edirdi. 
Tədqiqatçı yazırdı: «Əh-mədbəy Ağayev XX əsr rus inqilabi 
həyatının tərən-nümçüsü Qorkinin yaradıcılığını, görüşlərini 
islam dinilə bağlarkən burjua rus tənqidinin yolu ilə gedirdi… 
O za- man məhkum siniflər tərəfindən rəğbətlə qarşılanan «Hə-
yatın dibində» pyesinə burjua tənqidçilərinin bu qədər «diqqət» 
yetirmələri, onun əsl ideya istiqamətini ört-bas-  dır etmək üçün 
canfəşanlıq göstərmələri, qəzet səhifələ-   rini müxtəlif cür 
cəfəngiyyatla doldurmaları səbəbsiz de-yildi. Bunun əsl səbəbi 
o idi ki, məhkumluq və  ətalətə qarşı çevrilmiş olan «Həyatın 
dibində» pyesi proletariatın ka-pitalizm quruluşuna qarşı 
apardığı mübarizəyə xidmət edirdi.»
1
    K.Talıbzadənin bu 
qənaəti  Ə.Ağayevin «Qorki   və müsəlmanlıq» məqaləsinin 
təhlili  əsasında gəldiyi nəticə idi. Lakin 80-ci illərin sonunda 
tədqiqatçı  «Əhməd Ağaoğ-lu və «Rus ədəbiyyatının ümumi 
səciyyələri» əsəri» adlı məqaləsində  bu  görkəmli  Azərbaycan  
ziyalısının  Qorki-nin «Həyatın dibində» pyesinin əsas 
ideyasını  islam  dini        ilə bağlamasının səbəblərini daha 
obyektiv  şəkildə izah edirdi. O, göstərirdi ki, «islamda və 
panislamizdə Əhməd-bəyin ümumi məqsədləri ilə uyğun gələn 
ideyalar çox idi… Panislamizmin müsəlman torpaqlarının 
müstəmləkə zül-mündən azad olması, müsəlman xalqlarının 
birləşərək im-perializmə qarşı mübarizəsi kimi müddəaları 
                                                                                         
s. 24. 


 
111 
Əhmədbəyin siyasi məqsədləri ilə uyğun gəlirdi. Rusiya 
müsəlmanla- rının taleyinin həllində o, panislamizdən bu 
mənada da faydalanmaq istəyirdi.»
2
  
K.Talıbzadə  Ə.Ağaoğlunun bədii  əsərlərdə islamın 
təsirini axtarmasını, o cümlədən «Qorki və müsəlmanlıq»,  
«Qorkinin «Həyatın dibində» pyesində tatar Asan» adlı 
məqalələrində irəli sürdüyü fikir və mülahizələri, gəldiyi 
qənaətləri bu milli ideyalarla əlaqələndirirdi. Tədqiqatçı 
Ə.Ağayevə  həsr etdiyi məqaləsində onun bütövlükdə milli 
ədəbiyyatımızın inkişafı istiqamətində gördüyü işləri yüksək 
dəyərləndirir, görkəmli tənqidçi və  ədəbiyyatşünasın  ədəbi-
tarixi mövqeyini düzgün müəyyənləşdirirdi.  
Zənnimizcə, «Qorki və Azərbaycan» monoqrafiya-sında 
Stepan  Şaumyanın «Sovremennaya jizn» jurnalında dərc 
olunan «Qorki haqqında» məqaləsinin təhlil edildiyi  məqamlar 
da tədqiqatın metodoloji qüsurunu qabarıq  şəkildə göstərir. 
Burada müəllif S.Şaumyanın məqaləsini Qorki yaradıcılığının 
həqiqi mənasını geniş kütləyə çat-dıran, onun proletar hərəkatı 
üçün  əhəmiyyətini düzgün  qiymətləndirən  əsər kimi təqdir 
edir. Qeyd etmək lazımdır ki, bu qənaəti yaradan dövrün hakim 
ideoloji təsiri tədqiqatçını özünün də inanmadığı «həqiqəti» 
deməyə   sövq etmişdir. K.Talıbzadənin sonrakı etiraflarından 
bi-rində oxuyuruq: «yeni nəslin (yəni K.Talıbzadənin mən-  
sub olduğu nəslin – T.R.) fikrən, mənən şikəst «inkişafı» üçün 
                                                                                         
1
 Талыбзадə K. Горkи вə Азəрбаyжаn, Баkы, Азəрб. EА nəшр., 1959, s.34-35.  
2
 Талыбзадə  K.  Seçилmиш  əsəрлəри,  иkи  жилддə,  Баkы,  Азəрnəшр,  ж. 11, 
1994,  s. 322. 
 


 
112 
hər cür şərait – məcburi  şərait yaranmışdı; itaət- karlıq, fikri 
köləlik, həqiqəti demək həsrəti, nəhayət bəzən də özün 
inanmadığın «həqiqətləri» demək məcburiyyəti və Marksın, 
Leninin, Stalinin sitatları    ilə düşünmək isə beyinlərimizi, 
mühakimələrimizi kütləşdirmiş, yaradıcı  tə-fəkkürü bir növ 
öldürmüşdü. Bizim nəsil təxminən 40 il  belə  şəraitdə yazıb-
yaratmış  və  əgər o, öz mənliyini, özü-nəməxsusluqlarını 
müəyyən dərəcə qoruya bilibsə,  şübhə-siz, bu onun istedadı, 
fədakarlığı, qorxmazlığı, vətəndaş- lığı hesabına baş 
vermişdir.»
1
  Lakin inqilaba qədərki mil-  li mətbuatın 
təhlilində  tədqiqatçının bir sıra bu kimi məqamlarla bağlı yol 
verdiyi yanlışlıqlara baxmayaraq  əsərin bu fəsli Qorkinin 
Azərbaycan  ədəbiyyatı  və  mədə-niyyəti ilə yaradıcılıq 
əlaqələrinə dair müəllifin gələcək  nəzəri  nəticələri  üçün  
zəmin  hazırlayırdı. 
Monoqrafiyanın yüksək elmi məziyyətlərindən biri   də 
ədəbi təsir prosesində  təsirin qarşılıqlı olması prinsi-  pinə 
tədqiqatçının ciddi şəkildə diqqət yetirməsində idi. Azərbaycan 
ədəbiyyatı M.Qorkidən təsirlənməklə yanaşı, rus yazıçısının 
özü də bu ədəbiyyatdan müəyyən dərəcə-    də öyrənmişdi. 
K.Talıbzadə monoqrafiyanın «Azərbay-   can Qorki 
yaradıcılığında» adlanan ikinci fəslində bu müddəanı geniş 
şəkildə əsaslandırır. Yazıçının Azərbaycan xalqı, onun adət və 
ənənələri,  şifahi xalq yaradıcılığı, məişət tərzi haqqında 
fikirlərini burada diqqətlə  nəzərdən keçirir, Qorkinin 
əsərlərində Azərbaycan və Zaqafqaziya həyatı,  Şərq 
                                           
1
 
 Талыбзадə  K.  Seçилmиш  əsəрлəри,  иkи  жилддə,  Баkы,  Азəрnəшр,  ж. 1, 


 
113 
mövzusunun konkret təzahür və faktları diqqətlə təh-lil edilirdi. 
Tədqiqatçı rus yazıçısının hələ Tiflisdə yaşa-yarkən 
Azərbaycana olan marağı  və Bakı  səfərlərinin təəssüratları 
nəticəsində yazdığı əsərlərindən söz açır, Qorkinin təsirləndiyi 
səhnələrə xüsusi nəzər yetirirdi. K.Talıbzadə yazıçının «Xəzər 
dənizi üzərində yelkənli gəmidə» adlı natamam hekayəsi, 
«Sovetlər ittifaqında»  kitabındakı «Bakı» oçerki, «Qafqaz 
hadisələri haqqında»,  «Qafqazda qaçaqlar», «Dəniz 
kənarında» və «Üzügülər» hekayələrindən gətirilən 
nümunələrlə Bakı müşahidələ-rinin, Azərbaycan xalqının 
həyatına, tarixinə, folkloruna, ənənələrinə aid xüsusiyyətlərin 
Qorki 
əsərlərinin yaran-masında konkret rolunu 
müəyyənləşdirirdi.  
Qafqaza bir neçə  dəfə  səfər etmiş M.Qorkinin Azər-
baycan təəssüratının müəyyən hissəsi «Qafqazda qaçaqlar» adlı 
silsilə oçerklərində verilmişdir. K.Talıbzadə Qorkinin bu 
oçerklərin qəhrəmanlarından biri olan azərbaycanlı Qaçaq 
Kərəmin fəaliyyəti haqqında dürüst məlumatı olduğunu və 
oxucuda onun şəxsiyyəti haqqında dəqiq təsəvvür yaratdığını 
bildirirdi. O, yeni tarixi sənədlərə əsasən Qorkinin oçerkindəki 
Qara Nəbi obrazının  şəx-siyyətini müəyyənləşdirir, yazıçının 
əsərində quldur kimi təsvir edilmiş Qara Nəbini Qaçaq Nəbi 
hesab edən təd-qiqatçıların səhvini düzəldirdi. Qorkinin 
Azərbaycanla bağlı bir sıra hekayələrini təhlil edərkən müəllif 
yazıçının Bakı- da  müşahidə  etdiyi canlı  əmək  səhnələri  ilə  
onun  «Ana» romanındakı bütöv bədii təsvirlər arasında 
                                                                                         
1991,  s. 3. 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   59




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə