Təranə RƏHİMLİ



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə30/59
tarix04.11.2017
ölçüsü2,8 Kb.
#8309
növüDərs
1   ...   26   27   28   29   30   31   32   33   ...   59

 
118 
bütün  məqalə    və  kitablara xü-susi diqqət yetirir, buradakı 
fikir və mülahizələrin əhə-miyyətini müəyyənləşdirirdi. 
Yazıçının pyeslərinin milli teatrda tamaşaya qoyul-ması 
da monoqrafiyada Qorkinin Azərbaycanla yaradı- cılıq 
əlaqələrinin konkret forması kimi öyrənilmişdir. In-qilaba 
qədərki Azərbaycan teatrında Qorkinin əsərlərinin rus aktyor  
truppaları    tərəfindən  tamaşaya  qoyulması,  1925-ci ildə isə 
ilk dəfə  ədibin «Həyatın dibində» pyesinin türk səhnəsinə 
çıxarılması faktlarından danışan tədqi-   qatçı burada milli 
teatrımızın yazıçının ideyalarının ya-yılmasında təsirli 
mənbələrdən biri olduğunu göstərir və  əsaslandırır. 
K.Talıbzadə  həmin dövrün mətbuat orqan-larına  istinad  
edərək  1925-ci  ildə    səhnə    təcəssümü  tapan  «Həyatın 
dibində» pyesinin Azərbaycan dilinə tərcümə- sinin  zəifliyi  və  
rejissor  səriştəsizliyinə  baxmayaraq  ta-maşanın  müsbət  
nəticələr  verdiyini  qeyd  edir,  onun  Azərbaycan  teatrının  
inkişafında  ciddi  dönüş  yaratdığını  xüsusi  vurğulayırdı. 
Tədqiqatçı göstərirdi ki, bu əsərin ikinci dəfə tama-
şasının göstərildiyi vaxtdan (1927) 30 ilə yaxın müddət 
keçdikdən sonra Azərbaycan Dövlət Dram Teatrının 
səhnəsində Qorkinin «Vassa Jeleznova» pyesinin uğurlu 
tamaşası dramaturgiya sənətinin inkişafına xüsusilə  əhə-
miyyətli dərəcədə  təsir göstərmiş, L.Bədirbəyli, S.Hacıyeva, 
M.Davudova,  Ə.Ələkbərov və başqa aktyorlara öz sə-
nətkarlıqlarını, istedadlarını nümayiş etdirmək imkanı 
                                                                                         
s. 119. 


 
119 
vermişdir.
1
  Tədqiqatçı M.Qorki pyeslərinin Azərbaycan 
teatrında səhnə təcəssümünü həm milli aktyorların də-      rin 
psixoloji surətlər yaratmaq təcrübəsinin təkmilləşdi-rilməsi  
cəhətdən,  həm  də    yazıçının  dramaturgiya  ənə-nələrinin 
yayılması  və bu ənənələrin milli yazıçılarımız tərəfindən 
mənimsənilməsi nöqteyi-nəzərindən yüksək qiy-mətləndirirdi.  
Sosialist estetikasının milli ədəbi kontekstdə  təşək-
külündə Qorki ənənələrinin  əhəmiyyətini təqdir edən be-şinci 
fəsil monoqrafiyanın  əsas, mərkəzi mövzusuna həsr 
olunmuşdur. Qorki idealları ilə XX əsr Azərbaycan yazıçı-
larının ümumi ideya mövqeləri arasındakı yaxınlığı ay-
dınlaşdıran, rus yazıçısı ilə milli ədəbiyyatımızın qarşı-    lıqlı 
əlaqələrini diqqətlə araşdıran K.Talıbzadə  məsələni        bu 
şəkildə qoyurdu: «Qorki ilə XX əsr Azərbaycan ədə-biyyatının 
qarşılıqlı  əlaqələrindən bəhs edərkən birinci növbədə o 
zamankı Azərbaycan  ədəbiyyatının məfkurə istiqamətilə bu 
ədəbiyyatın həll etdiyi əsas ictimai problemlərlə Qorki 
yaradıcılığı arasında nə kimi yaxın              və  doğma  bağlar  
olduğunu  meydana  çıxarmaq  la-zımdır.»
2
  
Qorki təsirinin mənbəyini tədqiqatçı təkcə ədibin əsərləri 
ilə  məhdudlaşdırmır, milli yazıçıların gerçəkliyi rea-listcəsinə 
dərkinin səbəbini həm də ictimai-siyasi və  ədəbi mühitin 
təsiredici rolunda görürdü. O, Qorkidən təsir-lənmənin ideya 
kontekstindən danışarkən XX əsrdə Azər-baycanda yüksək 
təşəkkül tapmış realizmin yazıçının  yaradıcılığından  
                                           
1
 Талыбзадə K. Горkи вə Азəрбаyжаn, Баkы, Азəрб. SSР EА nəшр., 1959, 
s. 128. 
2
 Yenə орада, s.135. 


 
120 
bəhrələnərək  inkişaf  etdiyini  vurğulayır-dı. Ümumiyyətlə
K.Talıbzadəyə  qədər «Qorki və Azər-baycan» mövzusunda 
aparılan tədqiqatların demək olar   ki, hamısında problemin 
yalnız realizmlə  əlaqədar tərəf-lərinə xüsusi diqqət yetirilir, 
Qorki təsiri dedikdə milli ədəbiyyatlarda sosialist realizminin 
təşəkkülü başa dü-şülürdü. Lakin tədqiqatçı  məsələni daha 
geniş aspektdə   həll edərək göstərirdi ki, bu ədəbi təsir heç də 
bir  istiqamətdə baş verməmişdir, XX əsr Azərbaycan ədəbiy-
yatında  həm  tənqidi  realistlər, həm  də romantik  yazıcılar  
Qorkinin sənətkarlıq xüsusiyyətlərindən, bədii təcrübəsin-dən 
əhəmiyyətli dərəcədə 
bəhrələnmiş, onun yaradıcılıq 
prinsiplərini müxtəlif yöndən mənimsəmişlər. Qorki yara-
dıcılığından öyrənmənin bu rəngarəng cəhətləri K.Talıb-
zadənin monoqrafiyasında diqqətlə  tədqiq edilir, qə-naətbəxş 
səviyyədə  təhlil olunurdu. Müəllifin kitabının  qiymətli elmi 
məziyyəti də milli ədəbiyyatda Qorki təsi- rinin  belə    əhatəli  
və  təfərrüatlı  izah  edilməsində  idi. 
Monoqrafiyanın ən  mühüm və geniş nəzəri əhatəli fəsli 
«Qorki  ənənələri və Azərbaycan  ədəbiyyatı»dır. Müəl-lif 
burada Azərbaycan  ədəbiyyatında Qorki ənənələrinin hansı 
şəkildə  təcəssüm olunduğunu  şərh etməzdən  əvvəl    bu 
ədəbiyyatın ideya-bədii imkanlarına bir daha nəzər   salır. 
Həmin dövrdə yeni tarixi inkişaf yoluna qədəm  qoyan, özünün 
intibah və yüksəliş  mərhələlərindən birini keçirən milli 
ədəbiyyat bir tərəfdən klassik irsimizin rea-   list ənənələrindən 
bəhrələnirdisə, digər tərəfdən dünya ədəbiyyatının  ədəbi 
təcrübəsindən öyrənir, eləcə də milli  ədəbiyyatlarla əlaqələrin 
təsirilə yaradıcılıq axtarışlarını davam etdirirdi. Azərbaycan 


 
121 
ədəbiyyatı  məhz belə  tərəqqi etdiyi bir vaxtda rus 
ədəbiyyatının, eləcə  də dünya bədii fikrinin mütərəqqi 
cəhətlərini özündə ehtiva edən M.Qor-  ki yaradıcılığına təbii 
olaraq biganə qala bilməzdi, «əks halda bu onun geriliyinə 
dəlalət edər, onun qarşılıqlı  əlaqə-lərinin zəifliyini göstərmiş 
olardı.»
1
 K.Talıbzadə məhz bu cəhətdən dövrün  bədii məfkurə 
zirvəsini təşkil edən Qorki ideyalarının öz istinad nöqtələrindən 
birini Azərbaycan  ədəbiyyatında tapdığını göstərirdi. XX əsr 
Azərbaycan  ədəbiyyatının yeni yaradıcılıq prinsipləri ilə 
zənginləşmə-sində – realizmin yüksək inkişaf mərhələsinə 
çatmasında Qorki ənənələrinin əhəmiyyətli rolundan bəhs edən 
təd-qiqatçı bu haqda görkəmli milli yazıçı  və  tənqidçilərin 
məlum fikirlərini tədqiq edir, M.Arif, M.C.Paşayev,  
H.Əfəndiyev, M.Rəfili, C.Cəfərov, H.Mehdi, C.Cahanbaxş  və 
başqa görkəmli alimlərin fikir və mülahizələrinə xüsusi diqqət 
yetirirdi. Tədqiqatçı Qorki ənənələrinin demokratik milli 
ədəbiyyatın inkişafındakı roluna həsr edilmiş  həmin 
məqalələrdə problemin hərtərəfli izah və təhlil edilmədi-  yini  
göstərir,  lakin  realist  yazıçı    ilə  yaradıcılıq  əlaqələri-nin  
tədqiqi  sahəsində  bu  ilk  nümunələrdə    bir    sıra  də-yərli  
mülahizə    və    fikirlərin  də  öz  əksini  tapdığını  xüsusi  
vurğulayırdı. 
Qorki təsirinin milli ədəbiyyatımızda, əsas etibarilə bədii 
əsərlərin ideya mündəricəsində, bədii insan konsep-siyasında 
təzahürünü görən K.Talıbzadə bu müddəanı S.S.Axundovun 
«Kövkəbi-hürriyyət», «Qonaqlıq», «Qan bulağı», «Qaraca qız» 
                                           
1
 Талыбзадə K. Горkи вə Азəрбаyжаn, Баkы, Азəрб. SSР EА nəшр., 1959, 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   59




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə