Təranə RƏHİMLİ



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə24/59
tarix04.11.2017
ölçüsü2,8 Kb.
#8309
növüDərs
1   ...   20   21   22   23   24   25   26   27   ...   59

 
94 
romantik  poeziyasının  və  bədii  görüşlər  sisteminin  son-rakı  
tədqiqi  üçün  səmərəli  nəzəri  və  metodoloji  bünövrə oldu.»
1
  
Əsəri milli romantizmşünaslığın ilk nümunələrindən biri 
kimi yüksək dəyərləndirən  ədəbiyyatşünas alim N.Şəm-sizadə 
yazır: « «Abbas Səhhət»  XX əsrin bir şairi haqqın-da yox, 
zəngin və ziddiyyətli bir epoxa, onu Azərbaycan tarixinin şərəf 
və  ləyaqət timsalına çevirmiş qüdrətli milli şəxsiyyətlər 
haqqında kitabdır.»
2
  
K.Talıbzadənin bu tədqiqatı  həmçinin A.Səhhətin 
pərakəndə halda olan zəndin yaradıcılıq irsinin toplanıb 
külliyyat halında nəşr edilməsi baxımından da çox əhə-miyyətli 
olmuşdur. Milli romantik şairin  ədəbiyyata məlum olmayan 
əsərlərini  əldə edən tədqiqatçı, o cümlədən, A.Səh-hətin 
naməlum satiralarını da aşkara çıxarmış  ədəbi icti-maiyyətə 
təqdim etmişdir. Romantik sənətkarın  əsərlərini sistemli 
şəkildə  tərtib edib çapa hazırlayan, müqəddimələr yazan 
tədqiqatçı  şairin «Seçilmiş  əsərləri» (1950), ikicildlik 
«Əsərləri»nin (1975-1976) işıq üzü görməsinə nail olmuş, 
həmçinin Səhhətin «Şeirləri» (1954), «Seçilmiş  şeirləri»  
(1958)  kitablarına  ön  söz  yazmışdır. 
K.Talıbzadə «Abbas Səhhət» monoqrafiyası ilə 40-  50-ci 
illərdə milli ədəbiyyatşünaslığın qarşısında duran mühüm 
tədqiqat vəzifələrindən birini yerinə yetirmişdir.   Bu mühüm 
vəzifə – ədəbiyyat tarixi nöqteyi-nəzərindən diqqətəlayiq, 
                                           
1
 Sалmаnов Ш. Аkадemиk Kаmал Талыбзадə, Баkы, Озаn, 1998, s. 38. 
2
 Шəmsизадə N. Тüрk тəфəkküрü məжраsыnда, Баkы, Тəщsил, 1998, s. 40. 


 
95 
qüdrətli bir ədəbi  şəxsiyyətin qiymətli yaradı-cılıq irsinin ilk 
dəfə  əhatəli  şəkildə öyrənilməsi, bununla da milli ədəbiyyatın 
müəyyən bir mərhələsinin elmi-nəzəri kon-tekstdə 
araşdırılması, diqqətlə 
təhlil edilməsi ilə 
şərtlənir. 
Monoqrafiyada çağdaş elmin tələblərinə müvafiq olaraq 
ədəbiyyatşünaslığın milli romantizmi tədqiqinin  əsasları, 
metodoloji konsepsiyası aydın şəkildə öz əksini tapmışdır.  
Beləliklə, K.Talıbzadənin bu fundamental tədqiqatı – 
«Abbas Səhhət» monoqrafiyası müasir Azərbaycan  ədəbiy-
yatşünaslığında həm öz mövzusu, problematikası ilə, həm də 
XX  əsr romantik ədəbiyyatımızın görkəmli nümayəndəsi 
Abbas  Səhhətin  çoxcəhətli  yaradıcılığının  spesifik  aləmilə 
tədqiq olunması baxımından dərin təsir oyatmış, elmin bu 
istiqamətində  gələcək tədqiqatlar üçün möhkəm zəmin  
yaratmışdır. 


 
96 
 
II  F Ə S I L 
ƏDƏBI ƏLAQƏLƏRIN YENI IDEYA-ESTETIK  
KONSEPSIYA  ZƏMININDƏ  ÖYRƏNILMƏSI 
2.1. Problemin qoyuluşu, nəzəri əsasları 
 
Bədii fikrin təcrübəsinə, məntiqi qənaətinə görə  ədəbi 
təsir qarşılıqlı proses olub ədəbiyyatın inkişafı üçün stimul 
yaradır. Azərbaycan  ədəbiyyatı da müxtəlif dövrlərdə dünya 
xalqlarının mədəniyyəti, ədəbiyyatı ilə qarşılıqlı tə-sirdə olmuş, 
onun qabaqcıl  ənənələrindən bəhrələnərək inkişaf etmişdir. 
Lakin bu əlaqələrin tarixi əsrin 50-ci illərinə  qədər çox zəif 
öyrənilmiş, ciddi tədqiqatların obyekti olmamışdır. 
Müharibədən sonrakı dövrdə ədəbiyyatşü-naslığın əsas tədqiqat 
istiqamətlərindən biri milli ədəbiy-yatlar arasında  ədəbi 
əlaqələr problemi, onun tarixi, inkişaf yolları  və  nəticələrinin 
öyrənilməsi olmuşdur. Bu baxımdan həmin dövrün 
tədqiqatlarında rus ədəbiyyatının klassikləri ilə yaradıcılıq 
əlaqələri ön plana çəkilir, A.S.Puşkin, M.Y.Lermontov, 
N.V.Qoqol, L.N.Tolstoy, A.P.Çexov, A.N.Ostrovski və başqa 
görkəmli rus yazıçıları ilə milli ədəbiyyatın  əlaqələrinə  həsr 
edilmiş əsərlər ən mühüm təd-qiqatlar hesab olunurdu. Həmin 
məqsədlə dövrün görkəmli  ədəbiyyatşünasları M.Arif, 
M.Rəfili, M.Cəfər, C.Cəfərov, F.Qasımzadə, H.Əfəndiyev, 
Ə.Seyidzadə, H.Mehdi, və b. tədqiqatçılar Azərbaycan-rus 
ədəbi  əlaqələrinin müxtəlif problemlərinə dair məqalələr, 
əsərlər yazıb dərc etdir-mişdilər. Lakin 50-ci illərdə 
ədəbiyyatşünaslığın bu mühüm sahəsində aparılan bütün 


 
97 
tədqiqatlarda saxta metodoloji təhlillər, yanlış  təfərrüatlar 
aydın  şəkildə  nəzərə çarpırdı. Həmin dövrün tədqiqatlarında, 
hətta 70-ci illərə  qədər yazılmış  məqalə  və monoqrafiyaların 
demək olar ki, hamı-sında  ədəbi  əlaqələr problemi obyektiv 
mövqedən işıq-landırılmayıb, yanlış metodologiya ilə  tədqiq 
edilirdi. Bu illərdə milli ədəbiyyatlar arasında yaradıcılıq 
əlaqələri «az qala böyük qardaşın kiçik qardaşa təsiri», yəni, 
rus  ədəbiyyatının SSRI tərkibinə daxil olan digər xalqların 
ədəbiyyatlarına təsiri kimi birtərəfli izah olunurdu. Ədə-
biyyatşünas N.Şəmsizadə  məsələyə belə münasibəti həmin 
vaxtlarda elmin, incəsənətin bütün sahələrində olduğu kimi 
ədəbiyyatda da rus şovinizminin hakimlik prinsiplərinin   ön 
plana keçməsi ilə  əlaqələndirirdi. Tədqiqatçı göstərirdi ki, o 
dövrün  ədəbiyyatşünaslığında «…C.Məmmədqu-luzadədən 
danışanda N.V.Qoqol təsiri, N.B.Vəzirovdan bəhs olunanda 
A.Ostrovski təsiri,  Ə.Haqverdiyevdən söz düşəndə A.P.Çexov 
təsiri həlledici sayılıb. Halbuki X1X əsrin rus ədəbiyyatı 
çoxəsrlik  şərq  ənənələrindən, o cümlədən Azərbaycan  ədəbi-
bədii fikrinin yaradıcılıq və poetik təcrübəsindən az 
bəhrələnməmişdir.»
1
  
Bu dövrdə xüsusilə milli ədəbiyyatların M.Qorki və 
Mayakovski ilə  əlaqələrinin öyrənilməsi sovet ədəbiyyatının 
inkişafı, tarixi və yaradıcılıq problemləri baxımından zə-rurətə 
çevrilmişdi. Həmişə  ədəbiyyatşünaslığın  əsas istiqa-mətində 
tədqiqatçılıq fəaliyyətini davam etdirən K.Talıb-zadə bu 
zərurətdən doğan maraqla «Qorki və Azərbay- can» 
                                           
1
 Шəmsизадə N, Тüрk тəфəkküрü məжраsыnда, Баkы, Тəщsил, 1998, s. 40-41. 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   59




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə