polemika köşəsi
13
USTAD
dərgisi \ Fevral 2016
12
USTAD
dərgisi \ Fevral 2016
Göründüyü kimi,
şeirin
səkkizinci misrasında
hazırda himn kimi oxunan
mətndən fərqli olaraq,
“Hüququndan keçən
əsgər” yox,
“Hüququn
dərk edən əfrad”, yəni
fərdlər, nəfərlər deyilir.
Doğrudan da, hüququndan, o
cümlədən sahib olduğu hər hansı şeydən
keçən, ondan əlini üzən kimsə həmin
məfhum və ya şey üçün mübarizə etməz,
onu əldə etməyə və ya saxlamağa
çalışmaz...
Bundan fərqli olaraq, hər kəs
dəyərini dərk etdiyi və özününkü, ona
məxsus olduğu anlayış, məfhum və ya
şeyi əldə etmək üçün çalışıb-çabalayar,
ölüm-dirim mübarizəsinə qalxar. Ona
görə də mətnin orijinalında haqlı olaraq,
hüququnu, haqqını dərk edən fərdlərin,
nəfərlərin həmin azadlıq və istiqlaliyyət
haqqı, hüququ uğrunda qəhrəmanlıq əzmi
ilə mübarizəyə qalxdığı, qalxmağa qadir
və qabil olduğu bildirilir.
Eyni zamanda... “hüququn dərk
edən (hüququndan keçən yox!) əsgər”
dedikdə mətn məzmunca “vətən
marşı”ndan çıxıb, “əsgər marşı”na
çevrilir. Nəticədə məzmun və ideya-fəlsəfi
tutumca məhdudlaşır.
Əslində himn
mətni təkcə əsgərlərin deyil, bütövlükdə
vətəndaşların, dövlətin iradəsini ifadə
edir və etməlidir. Mətnin orijinalı da
bütün bu məzmun və mənanı ifadə
etməsi ilə milli, fəlsəfi və ümumbəşəri
tutumludur.
Beləliklə, müasir leksika, yeni redaktə
ilə həmin misra
“Hüququn dərk edən
kəslər”, yəni fərdlər, nəfərlər şəklində
verilsə, daha məntiqli və orijinala uyğun
olardı. Elə bilirəm mətndəki bu düzəliş,
daha doğrusu, bərpa onun musiqi
ahənginə, harmonik bütövlüyünə heç bir
uyğunsuzluq, yad qamma gətirməz.
Nəticə olaraq dövlət himnimizin söz
mətnini və müəllifliyini aşağıdakı kimi
verməyi, həm faktiki,
həm məntiqi, həm
Himnin musiqi notları
də müəllif hüququ baxımından doğru
və ədalətli, eyni zamanda Üzeyir bəyin
seçiminə ehtiram hesab edirəm...
arxivlərdə yaşayan izlər
15
USTAD
dərgisi \ Fevral 2016
14
USTAD
dərgisi \ Fevral 2016
Bir mahnının
müəmması, yaxud naməlum gəncin
sevgi məktubu
Fil.ü.f.d.
Nərgiz Cabbarlı
O
nu yaddaşlara yazan təkcə
səsi, opera səhnəsində
yaratdığı obrazlar, ya da
ifası deyildi. Həm də professionallıqla
seçdiyi və can verdiyi, daha yanğılı,
daha canayaxın etdiyi mahnılar idi.
Bunların arasında xalq mahnıları da var
idi, bəstəkar mahnıları da.
Amma bircə
dənə də olsa qeyri-peşəkar bəstə, bayağı
musiqi, zəif mətn tapa bilməzsiniz. Yaxud
bir mahnıda belə soyuq, buz kəsmiş (ya
da heç olmayan) qəlb hiss etməzsiniz.
Onun bütün mahnılarında qəlbi döyünür.
Nəbzi atır. Yarası qanayır.
O da maraqlıdır ki, Rübabə xanımın
xüsusi olaraq yaddaqalan, möhür vurduğu,
imza qoyduğu mahnıları çoxdur... Məsələn,
“İntizar” kimi. Ya da “Heydərbabaya salam”,
“Qaragilə” kimi... Yaxud “İndi sevmirəm”
kimi... “Başqa birini sevəydin barı” kimi...
Saymaqla saymaq olar... Amma bir mahnısı
da var ki, onun son ekran görüntüsünü
də özü ilə birgə yaddaşlara pərçimləyib. O
mahnını nə zaman eşidəriksə-eşidək, mütləq
olaraq bu
ifa son görüntünü də özü ilə
birlikdə yaddaşımıza dartıb gətirəcək... Və
düşündürəcək...
Məncə, həyatda təsadüfi heç bir şey
yoxdur. Hislərimiz, duyğularımız bəzən
olacaqlarla, yaşanacaqlarla bağlı qulağımıza
nə isə pıçıldayar. Zamanında, əlbəttə ki. Və
əlbəttə ki, əksər hallarda bu pıçıltılara qulaq
kəsilmək istəmərik. Fikrimizdən, ağlımızdan
uzaqlaşdırarıq. Pıçıldayanın isə “altıncı
hissimiz” olması fikri ağlımıza belə gəlməz.
Amma zaman keçər, il dolanır, altıncı hissin
dediyi sözlər, dilimizə gətirtdiyi kəlmələr,
oxutduğu mahnılar nəyəsə işarə kimi çıxar
meydana. Özümüzü də, ətrafımızdakıları da
təəccübləndirər, heyrətə salar.
Onun yaradıcılığını izlədikcə, yaxınları,
əzizləri, həmkarları
ilə söhbətləşdikcə,
arxivini araşdırdıqca bunu bir daha
təsdiqləyirəm özüm üçün. Xüsusilə bir
mahnı ilə bağlı təsadüfən öyrəndiyim şeylər
Rübabə xanımın yaşadıqları ilə oxuduqları,
duyduqları ilə səsləndirdikləri arasında bir
bağın olduğunu təsadüf hesab etməməyi
söyləyir mənə... Əslində, belə bir bağın
olduğuna özü də inanırdı. Hardan bilirəm?
Bir müsahibəsində işlətdiyi sözlərdən bu
qənaətə gəldim.
O müsahibə ilə bağlı maraqlı bir məqam
da var. Adətən sovet dövründə (o zaman
çalışanlar bunu yaxşı xatırlayırlar) radio
verilişləri indiki kimi sərbəst hazırlanmazdı.
Canlı efir olsa belə, qonağın nə danışacağı
əvvəlcədən razılaşdırılır,
hətta mətn də əlinin
altında hazır qoyulurdı. Bu mətn mütləq
təsdiqlənmiş mətn olmalı idi. Qonaq isə bunu
əsasən üzündən oxuyurdı.
Azərbaycan radiosunun Qızıl fondunda
belə “oxuma”lardan birində (mətnin
üzündən oxunduğu da o qədər bəlli idi ki...
Müğənninin səsi az qala bunu “hayqırırdı”...)
onun çox səmimi, çox içdən gələn bir etirafı
səslənir. Hətta bu cümləni üzdən oxusa belə,
Rübabə xanımın səsi titrəyir: “Sənətin də
öz qəribəlikləri var. Gərək səni dinləyənləri
inandıra biləsən. Həyatının hansısa
sevincinin, ömründən hansısa itkinliyin
oxuduqlarında
izi yoxdursa, çətin ki kimisə
(dərc olunmamış
kitabdan bir parça)