Ticarət gəMİÇİLİYİ MƏCƏLLƏSİ



Yüklə 0,87 Mb.
səhifə6/20
tarix02.01.2018
ölçüsü0,87 Mb.
1   2   3   4   5   6   7   8   9   ...   20

Dənİz bələdçİlərİ


Maddə 66. Gəmilərin dəniz bələdçisi ilə keçirilməsinin məqsədləri

Dəniz limanlarına və dəniz limanları akvatoriyasının hüdudlarına girişdə, habelə dəniz limanları arasında dəniz üzgüçülüyü təhlükəsizliyini və dəniz mühitinin qorunmasını təmin etmək məqsədi ilə gəmilər dəniz bələdçiləri ilə keçirilir.



Maddə 67. Dəniz bələdçisi

67.1. Dəniz bələdçisi Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan dəniz bələdçisi xidməti haqqında Əsasnamədə müəyyən edilmiş tələblərə cavab verən Azərbaycan Respublikası vətəndaşıdır.

67.2. Gəmiləri dəniz bələdçisi ilə keçirilməsinə hüququn olması haqqında sertifikat (şəhadətnamə) dəniz bələdçilərinə müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilir.

67.3. Dəniz bələdçi xidmətinə dövlət nəzarətini müvafiq icra hakimiyyəti orqanı həyata keçirir.



Maddə 68. Gəmilərin dəniz bələdçisi ilə keçirilməsinin məcburi və məcburi olmayan rayonlarının müəyyənləşdirilməsi

Gəmilərin dəniz bələdçisi ilə keçirilməsinin məcburi və məcburi olmayan rayonlarını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir və belə rayonlar dəniz limanının məcburi qaydaları, losiyalar və informasiya bülletenləri ilə hamının nəzərinə çatdırılır.



Maddə 69. Gəmilərin məcburi keçirilməsi

69.1. Gəminin dəniz bələdçisi ilə keçirilməsinin məcburi rayonlarında azad edilən gəmilər kateqoriyasına aid olduğu və ya müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyənləşdirilmiş qaydada gəmi kapitanına dəniz bələdçisiz üzmək hüququ verildiyi hallar istisna olmaqla, gəmilərin dəniz bələdçisi ilə keçirilməsini məcburi rayonlarında gəmi kapitanının dəniz, bələdçisiz üzmək hüququ yoxdur.

69.2. Dəniz bələdçisi ilə keçirilməsinin məcburiliyindən azad edilən gəmilərin kateqoriyalarını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir və dəniz limanının məcburi qərarlarında hamının nəzərinə çatdırılır.

69.3. Gəmilərin dəniz bələdçisi ilə keçirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir.



Maddə 70. Gəmilərin dəniz bələdçisi ilə keçirilməsinin məcburi olmaması

70.1. Gəmilərin dəniz bələdçisi ilə keçirilməsinin məcburiliyi tələb olunmayan rayonlarda gəmi kapitanı zəruri hallarda gəmiyə dəniz bələdçisi götürə bilər.

70.2. Gəmilərin dəniz bələdçisi ilə keçirilməsinin məcburiliyi tələb olunmayan rayonlarda dəniz limanı kapitanı aşağıdakı hallarda gəmilərin məcburi olaraq dəniz bələdçisi ilə keçirilməsini müəyyən edə bilər:

70.2.1. gəmi və ya onunla daşınan yük dəniz mühitinə zərər vurmaq təhlükəsini yaratdıqda. Belə gəmilərin kateqoriyaları dəniz limanının məcburi qaydaları, losiyalar və informasiya bülletenləri ilə hamının nəzərinə çatdırılır;

70.2.2. gəmilərin gövdəsində, mexanizm və ya avadanlığında onların limanda təhlükəsiz üzmələrinə əhəmiyyətli dərəcədə təsir edə biləcək ciddi zədələr olduqda. Belə halda gəmi kapitanına gəminin dəniz bələdçisi ilə hərəkət etməli olduğu barədə bildiriş təqdim edilir.

Maddə 71. Dəniz bələdçisi vəsiqəsi

71.1. Gəmiyə gəlmiş dəniz bələdçisi gəmi kapitanına dəniz bələdçisi vəsiqəsini təqdim etməlidir.

71.2. Gəmi kapitanının dəniz bələdçisi vəsiqəsi olmayan şəxsi gəmiyə dəniz bələdçisi qismində götürməyə hüququ yoxdur.

Maddə 72. Dəniz bələdçisinin gəmiyə təhlükəsiz minməsi və düşməsinin təmin edilməsi

72.1. Gəmi kapitanı dəniz bələdçisinin gəmiyə təhlükəsiz minməsini və düşməsini təmin etməlidir, habelə gəminin dəniz bələdçisi ilə keçirilməsi müddətində onu ödənişsiz otaq və qida ilə təmin etməlidir.

72.2. Təcrübə keçmək məqsədi ilə stajçı dəniz bələdçisini müşayiət etdikə bu Məcəllənin 72.1-ci maddəsində müəyyən edilmiş qaydalar stajçıya da şamil edilir.

Maddə 73. Gəmi kapitanı tərəfindən gəmi haqqında məlumatların elan edilməsi

73.1. Gəmi kapitanı dəniz bələdçi qəbzinə daxil edilən və gəmi kapitanı tərəfindən imzalanan gəminin suyaoturumu, uzunluğu, eni və tutumu barədə dəniz bələdçisinə dəqiq məlumatları verir. Dəniz bələdçisi gəminin dəniz bələdçisi ilə keçirilməsi üçün zəruri olan digər məlumatları gəmi kapitanından tələb edə bilər.

73.2. Bu Məcəllənin 73.1-ci maddəsində nəzərdə tutulan məlumatların elan edilməməsinə və ya yanlış məlumatların elan edilməsinə görə gəmi kapitanı Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq inzibati məsuliyyət daşıyır.

Maddə 74. Gəmi kapitanı ilə dəniz bələdçisinin münasibətləri

Gəminin təhlükəsiz üzməsi məqsədi ilə gəmi kapitanı dəniz bələdçisinin ağlabatan tövsiyələrinə əməl edir və kifayət qədər əsas olmadıqda onun işinə qarışmır.



Maddə 75. Dəniz bələdçisinin sükançıya verdiyi göstərişlər

Gəmi kapitanı gəminin üzməsinə və manevr etməsinə dair göstərişləri bilavasitə sükançıya verməyi dəniz bələdçisinə həvalə edə bilər. Bu, gəmi kapitanını belə göstərişlərin doğurduğu nəticələrə görə məsuliyyətdən azad etmir.



Maddə 76. Gəmi kapitanının müvəqqəti olaraq kapitan körpüsünü tərk etməsi

Gəminin dəniz bələdçisi ilə keçirilməsi zamanı müvəqqəti olaraq kapitan körpüsünü tərk etməyə məcbur olan gəmi kapitanı bu barədə dəniz bələdçisinə xəbər verməli və olmayacağı müddət ərzində gəminin idarə edilməsinə məsuliyyətli olan şəxsi təqdim etməlidir.



Maddə 77. Gəminin dəniz bələdçisi ilə keçirilməsinin dayandırılması

Gəminin təhlükəsiz üzməsi məqsədləri üçün zəruri olduqda dəniz bələdçisi gəminin təhlükəsiz üzməsinə imkan yaradan hallar mövcud olana qədər, gəminin dəniz bələdçisi ilə keçirilməsini dayandıra bilər.



Maddə 78. Dəniz bələdçisinin gəmini tərk etməsi və daimi yerinə çatdırılması

78.1. Dəniz bələdçisi gəmini lövbərə qoymadan, gəmini təhlükəsiz yerə aparmadan, dənizə çıxarmadan və ya digər dəniz bələdçisi ilə əvəz olunmadan gəmi kapitanından icazəsiz gəmini tərk edə bilməz.

78.2. Gəmi kapitanının dəniz bələdçisini onun xidmət etdiyi rayonun hüdudlarından kənara aparmaq hüququ yoxdur. Əks halda gəmi kapitanı dəniz bələdçisini onun daimi olduğu yerə gəminin hesabına çatdırmalıdır.

Maddə 79. Dəniz bələdçisinin və gəmi kapitanının məsuliyyəti

79.1. Dəniz bələdçisinin gəmidə olması gəminin idarə edilməsinə görə gəmi kapitanının məsuliyyətini aradan qaldırmır.

79.2. Dəniz bələdçisinin tövsiyələrinin düzgünlüyünə şübhə etmək üçün kifayət qədər əsas olduqda, gəminin təhlükəsiz üzməsi məqsədilə gəmi kapitanının belə dəniz bələdçisinin xidmətlərindən imtina etmək hüququ vardır. Gəminin dəniz bələdçisi ilə keçirilməsi məcburi olduğu halda gəmi kapitanı dəniz bələdçisinin başqası ilə əvəz edilməsini tələb etməlidir.

79.3. Gəminin dəniz bələdçisi ilə lazımi qaydada keçirilməməsində təqsirli olan dəniz bələdçisi dəniz bələdçisi vəsiqəsindən məhrum edilə bilər.



Maddə 80. Gəminin dəniz bələdçisi ilə lazımi qaydada keçirilməməsinə görə məsuliyyət

80.1. Gəminin dəniz bələdçisi ilə keçirilməsini icra edən dəniz bələdçisinin işlədiyi təşkilat gəminin dəniz bələdçisi ilə lazımi qaydada keçirilməməsi nəticəsində gəmiyə vurulmuş zərərin əvəzinin ödənilməsinə görə məsuliyyət daşıyır.

80.2. Gəminin dəniz bələdçisi ilə keçirilməsini icra edən dəniz bələdçisinin işlədiyi təşkilat gəminin dəniz bələdçisi ilə lazımi qaydada keçirilməməsi nəticəsində üçüncü şəxslərə vurulmuş zərərin əvəzinin ödənilməsinə görə məsuliyyət daşımır.

Maddə 81. Dəniz bələdçi ödənişi

Dəniz bələdçilərinin xidmətlərindən istifadə edən gəmilərdən Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada və məbləğdə dəniz bələdçi ödənişi tutulur.

VII fəsil


: mecelleler -> doc
doc -> Azərbaycan respublikasinin
doc -> Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında
doc -> Azərbaycan respublikasinin
doc -> Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında
doc -> Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında
doc -> Azərbaycan Respublikasının Seçki Məcəlləsi
doc -> Azərbaycan Respublikası Mülki Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında
doc -> Azərbaycan Respublikası Prezidentinin Fərmanı
doc -> Azərbayjan respublikasinin torpaq məJƏLLƏSİ
doc -> Azərbaycan respublikasinin meşƏ MƏCƏLLƏSI


Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   20


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə