Tofiq Xəzər



Yüklə 4,78 Mb.
Pdf görüntüsü
səhifə5/229
tarix13.12.2017
ölçüsü4,78 Mb.
#15422
növüYazı
1   2   3   4   5   6   7   8   9   ...   229

www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana 



2017 

 

20 

E-antologiya: 

çağdaĢ filoloji materiallar

 

 

çox problemlərin davamı baxımından hazırkı prosesə də 



Ģamil oluna bilər.      

Müstəqillik dövrü ədəbi tənqidinin nümayəndəsi Əsəd 

Cahangirin    «Üç əsrimiz və nəsrimiz» və «QloballaĢma 

və millilik: dilemmadan çıxıĢ yolu nədədir?»  adlı icmal 

və panoram səciyyəli yazıları da elmi-nəzəri hazırlığı və 

konseptual yanaĢması ilə diqqəti çəkir.  Xatırlatmaq 

istərdim ki, Azərbaycan nəsrinin ümumi inkiĢaf yolunun 

xülasə Ģəklində Ģərhi fonunda yeni nəsil nasirlərin 

hekayələrindən bəhs edən  «Üç əsrimiz və nəsrimiz» 

icmal-məqaləsi Türkiyədə çıxan «Sular günəĢə Ģərqi 

söylərkən» kitabına ön söz kimi yazılıb. Həmin yazı 

Gürcüstan və Özbəkistanda çıxan  ədəbi dərgilərdə də çap 

olunub. «QloballaĢma və millilik: dilemmadan çıxıĢ yolu 

nədədir?» məqaləsi isə «Drujba narodov» jurnalının 

Azərbaycan ədəbiyyatına həsr olunmuĢ xüsusi sayına 

(2006-cı il №3) giriĢ kimi nəzərdə tutulub. Bu məqalədə  

Azərbaycan Ģeirinin 1500, nəsrin isə bir neçə yüz illik 

tarixinə ümumi ekskurs fonunda çağdaĢ nəsr və 

poeziyanın  yığcam mənzərəsi canlandırılıb, Eyvaz 

Əlləzoğlu, RəĢad Məcid, YaĢar, Elçin Hüseynbəyli, Ġlqar 

Fəhmi, Elxan Zal Qaraxanlı, QəĢəm Nəcəfzadə, Murad 

Köhnəqala, Salam  kimi nasir və Ģairlərin yaradıcılığına 

konkret münasibət bildirilib. Bunu da qeyd etməliyəm ki



www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana 



2017 

 

21 

E-antologiya: 

çağdaĢ filoloji materiallar

 

 

həmkarım Əsəd Cahangirin  adıçəkilən yazıları son illərdə 



Azərbaycan tənqidinin xarici ölkələrdə iĢıq üzü görən 

örnəkləri kimi təbrikə layiqdir.  

Əsədin «DəmirbaĢlar» («Körpü» dərgisi və yeni redaktədə 

«525-ci qəzet»in 2007-ci il fevral-may sayları), «BaĢqaları 

və Aslan Quliyev»(«Azərbaycan»jurnalı №12) yazıları da 

icmal xarakterlidir. Hər iki yazıda çağdaĢ bədii təfəkkürdə 

müĢahidə olunan özəl və özgə gəliĢmələr,eksperimentçilik 

meylləri dünya fəlsəfi-estetik fikri miqaysında nəzərdən 

keçirilib.      

Ümumən baxdıqda, ədəbi icmallarda nəsrdən daha çox, 

poeziyadakı proseslərin diqqətdə saxlandığı məlum olur.  

Tənqidçi Tehran ƏliĢanoğlunun «Azərbaycan Ģeirinə 

rezüme» («Tənqid.net», 2007-ci il №1 ), Ġradə 

Musayevanın «ġeirimizin bu günü, bu günümüzün Ģeiri» 

(«Körpü», 2005-ci il №1), Nərgiz Cabbarlının  «Yeni 

nəsil poeziyası» («Azərbaycan», 2005-ci il ) icmalları da 

bu diqqətin təzahürüdür. Həmin yazılarda çağdaĢ Ģeirin 

ruhu, nəfəsi, bədii-estetik konsepsiyası və təmayülləri 

müxtəlif mövqelərdən Ģərh edilir.   

 

 



 

*  *  * 



www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana 



2017 

 

22 

E-antologiya: 

çağdaĢ filoloji materiallar

 

 

 



 

 

Mən  yuxarıda əsasən sistemli layihələri qeyd etdim.  



Ümumi prosesin, ayrı-ayrı ədəbi faktların müxtəlif 

yönlərdən izlənməsində isə bu gün bilavasitə və birbaĢa 

tənqiddə olan yazarların hər biri iĢtirak edib. Bu sırada 

bəzən  akademiya köĢələrinə çəkilib tənqidi baĢsız 

qoymalarından haqsız giley etdiyimiz görkəmli 

ədəbiyyatĢünas alimlərimiz -  Bəkir Nəbiyev, Nizami 

Cəfərov, Akif Hüseynov, Nizaməddin ġəmsizadə, Rahid 

Ulusel, Arif Əmrahoğlu, Kamal Abdulla da, praktik ədəbi 

tənqidlə məĢğul olan Vaqif Yusifli, Rüstəm Kamal, Aydın 

Talıbzadə,  CavanĢir Yusifli, Əsəd Cahangir, Azər Turan, 

Telman Vəlixanlı, Aydın Xan, Bəsti Əlibəyli, Nərgiz 

Cabbarlı, Ġradə Musayeva, Südabə Ağabalayeva, Elnarə 

Akimova da, gəncliyin nümayəndələri Oqtay Hacımusalı, 

Maral Yaqubova, Qanturalı, Günay Ġsrafilova və baĢqaları 

da var. Adıçəkilən  yazarların  hər birinin xeyli sayda 

yazıları üzərində dayanmaq, üstünlük və məziyyətləri 

barədə danıĢmaq mümkündür. Ümumi səviyyə barədə isə 

qısaca bunu demək olar ki, bir neçə il öncə  özünüdərk 

mərhələsində olan  müstəqqilik dövrü ədəbi-tənqidi 



www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana 



2017 

 

23 

E-antologiya: 

çağdaĢ filoloji materiallar

 

 

hazırda ədəbiyyatı dərk mərhələsinə keçməklə həqiqi 



missiyasını yerinə yetirməkdədir.     

 

 



 

*  *  * 


 

 

 



Tənqidin ədəbiyyat və proses barəsində birtərəfli qaydada  

hökm çıxarıb, diaqnoz qoymasında subyektivlik halları 

çox olduğundan birmənalı etimad qazanmır.  Deməli, yeni 

yanaĢma üsulları gərəkir və  bu baxımdan zaman ədəbi 

söhbətləri, polemik masaları, virtual müzakirələri 

gündəmə çıxarır.  

Bir əsrə yaxın fundamental ənənələrə malik olan  

«Azərbaycan» jurnalı Ġsa Muğanna, Bəkir Nəbiyev, 

Seyran Səxavət, Vaqif Bayatlı Odər və digər tanınmıĢ 

ədəbiyyat adamları ilə geniĢ spektrli söhbətlər  verməklə  

ciddi  oxucu marağına müvəffəq olub. Qeyd olunan ədəbi 

icmalların da əksərən bu jurnalda iĢıq üzü görməsi sübut 

edir ki, «Azərbaycan»  yenə də ədəbi prosesin ağırlığını 

öz çiyinlərində daĢımaqda davam edir.   




Yüklə 4,78 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   229




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə