Tofiq Xəzər



Yüklə 4,78 Mb.
Pdf görüntüsü
səhifə7/229
tarix13.12.2017
ölçüsü4,78 Mb.
#15422
növüYazı
1   2   3   4   5   6   7   8   9   10   ...   229

www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana 



2017 

 

28 

E-antologiya: 

çağdaĢ filoloji materiallar

 

 

nələr durur? Yazıçı hansı yaradıcılıq metoduna, hansı 



məntiqə, hansı genetik yaddaĢa söykənir? Təəssüf ki, 

ədəbi-tənqid az qala otuz illik bir müddət ərzində milli 

bədii təfəkkürümüzdə misli olmayan bu fenomeni aça 

bilməyib.     

Rusiyada yaĢayan ixtiyar yazıçımız Çingiz Hüseynovun 

dünyanın sonuncu peyğəmbəri həzrəti Məhəmmədin 

həyatından bəhs edən son romanı da Azərbaycan ədəbi-

tənqidi tərəfindən sükutla qarĢılandı. Halbuki, bu roman 

Rusiya mətbuatında çox geniĢ rezonansa, mübahisə və 

müzakirələrə, hətta qalmaqallara səbəb oldu.     

Xalq yazıçısı Elçinin «Bayraqdar» povesti qaldırdığı 

aktual, həlli vacib ictimai-siyasi və mənəvi-əxlaqi 

problemlər, yüksək sənətkarlıq məziyyətləri baxımından 

son illər nəsrimizin çox ciddi nümunələrindən biridir. 

Lakin  «Bayraqdar» müəyyən tədqiqatlara cəlb 

olunmasına baxmayaraq, fikrimcə, özünün lazımı analitik 

Ģərhini hələ də tapmayıb. Bəlkə bunun bir səbəbi də odur 

ki, tənqidin cəsarəti hələ ki ədəbiyyatın cəsarətindən  

geridə qalır. 

Ümumən, son bir neçə ildə ədəbi-tənqidin diqqətinə layiq 

olan daha bir sıra faktlar meydana çıxıb:  

- 2006-cı ildə üçüncü Beynəlxalq «Kitab sənəti» 

müsabiqəsində Ģair Çingiz Əlioğlunun «Atlantlar» kitabı 



www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana 



2017 

 

29 

E-antologiya: 

çağdaĢ filoloji materiallar

 

 

«Qəribə, maraqlı taleli kitablar» nominasiyası üzrə birinci 



yerə layiq görülüb;   

- magik realizm kimi nəhəng bir təmayülün beĢiyi olan 

Latın Amerikasında - Kolumbiyada dərc olunan Ģeir 

antologiyasında Ramiz RövĢənin «Ġlan balası» Ģeiri 

kitabın  üz qabığına çıxarılıb.;Bu böyük sənətkarın Ģeir, 

nəsr yaradıcılığı və esseistikasının bir qismini əhatə edən 

«Nəfəs» kitabı isə Azərbaycan oxucusu üçün böyük bir 

sürpriz oldu; 

- özünəməxsus bütöv bədii-estetik  konsepsiyası olan 

Vaqif Bayatlı Odər son yaradıcılıq nümunələrində bu 

konsepsiyanı üzü səmaya doğru geniĢləndirib; 

- daha çox Ģair kimi tanıdığımız Sabir Rüstəmxanlı indi 

«Göy Tanrı», «Ölüm zirvəsi» kimi tarixi mövzulu 

romanları ilə meydana çıxıb; 

- görkəmli nasir Afaq Məsudun yaradıcılığı Frans 

Kafkanın vətəni Avstriyada maraqla  qarĢılanıb və 

tədqiqata cəlb edilib; 

- orta nəsil poeziyamızın nəcabətini simvolizə edən Vaqif 

Bəhmənlinin üç cildlik əsərləri çap olunub.  

 - istedadlı nasir və dramaturq Elçin Hüseynbəyli qısa bir 

zaman ərzində beĢ roman, ondan çox pyes qələmə alıb. 

- ədəbi ictimaiyyətdə xeyli gec tanınsa da, ilk yaradıcılıq 

nümunələrindən orijinal  istedadını təsdiq edən və unikal 



www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana 



2017 

 

30 

E-antologiya: 

çağdaĢ filoloji materiallar

 

 

satirik hekayələri ilə satirik nəsrimizin yeni nəfəslə 



dirçəliĢinə ümidlər oyadan Tural Anaroğlunun ilk kitabı 

iĢığa çıxıb.   

-  Ģair Elxan Zal Qaraxanlı özünün «SavaĢ ayələri» 

kitabında toplanan, əski dil və özəl tematikası ilə 

səciyələnən türkçü Ģeirləri ilə Azərbaycan poeziyasında 

analoqu olmayan tamamilə yeni bir cığır açıb;     

- Ģair QəĢəm Nəcəfzadə Hollandiyada keçirilən 

beynəlxalq poeziya festivalına dəvət alıb; 

Ümümən əhatə etsək, nəsrimizin Vaqif Nəsib, Məmməd 

Oruc, Azər Abdulla, Sara Nəzirova, Saday Budaqlı, Rafiq 

Tağı, Eyvaz Əlləzoğlu, Nəriman Əbdülrəhmanlı, Əlabbas,  

YaĢar, RəĢad Məcid, Aslan Quliyev, Mübariz Cəfərli, 

Günel Anarqızı, Fəxri Uğurlu, Məqsəd Nur, Ġlqar Fəhmi, 

poeziyamızın Firuzə Məmmədli, Tofiq Abdin, Adil ġirin, 

Ramiz Qusarçaylı, Ağacəfər Həsənli, Ədalət Əsgəroğlu, 

Əlisəmid Kür, Nisəbəyim, Məlahət Yusifqızı, Fərqanə 

Mehdi,  Əlizadə Nuri, Ġlham Qəhrəman,  Sərvaz 

Hüseynoğlu, Salam, Etimad BaĢkeçid,  Qulu Ağsəs, 

AqĢin… kimi müxtəlif nəsildən olan nümayəndələri yeni 

kitabları, müxtəlif mətbuat orqanlarında çap olunmuĢ 

əsərləri ilə son illərin ədəbi prosesində fəal iĢtirak ediblər. 

- Ədəbi-tənqid bu faktların əksərinə öz münasibətini ifadə 

edib. Bu münasibətin elmi dəyəri və ədalət ölçüsü isə artıq 



www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana 



2017 

 

31 

E-antologiya: 

çağdaĢ filoloji materiallar

 

 

tamamilə baĢqa söhbətin mövzusudur.  Və tənqidin əsas 



iĢi də  məhz bu «baĢqa söhbət»dir.      

Son illərdə səngimiĢ poema  janrının «ikinci nəfəs»i 

açılıb: Xalq Ģairi Fikrət Qocanın «ġəhidlər xiyabanı», 

«Azadlıq», Musa Yaqubun «Dünyanın lələ dərdi», 

Ələkbər Salahzadənin «Xocalı xəcilləri», Ramiz RövĢənin 

«Canavar ovu», Əsəd Cahangirin «O Adam», Ədalət 

Əsgəroğlunun «Dərdimizin qan rəngi» poemaları janrın 

gələcək taleyi barədə nikbin fikirlər doğurur. Bəs sovet 

dövrü ilə müqayisədə müstəqillik dövrü poeması arasında 

hansı keyfiyyət fərqləri, ideya-estetik dəyiĢikliklər baĢ 

verir? Mənzum roman hesab olunan  poema çağdaĢ 

insanın mənəvi-əxlaqi dünyasındakı dəyiĢmə və 

yeniləĢmələrlə, bədii təfəkkürdə gedən inkiĢafla səsləĢə 

bilirmi? Məncə, ədəbi-tənqid bu sualların da cavabını hələ 

verməyib.    Və bütün bunlar hərtərəfli, ədalətli təhlilini 

gözləyir. 

 

 

 



*  *  * 

 

 



 


Yüklə 4,78 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   229




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə