Tofiq Xəzər



Yüklə 4,78 Mb.
Pdf görüntüsü
səhifə4/229
tarix13.12.2017
ölçüsü4,78 Mb.
#15422
növüYazı
1   2   3   4   5   6   7   8   9   ...   229

www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana 



2017 

 

16 

E-antologiya: 

çağdaĢ filoloji materiallar

 

 

bazasından, yanaĢma tərzindən, ədalət və vicdanından 



asılı olaraq ədəbiyyat üçün ya stimulyator, ya da aranı 

qarıĢdıran katalizator ola bilər.  

Bəs o, bu iki funksiyadan hansını daĢıyır? Ədəbi prosesə 

stimul verə bilirmi? ÇağdaĢ tənqidin uğurları nədədir, 

problemləri hansılardır? Mən bu məsələlər üzərində qısaca 

da olsa dayanmaqla müəyyən bir panoram cızmağa 

çalıĢacağam.  

Tənqidin bədii mətnə əvvəlki illərdəki fraqmentar, 

birtərəfli və lokal  yanaĢması son dövrlərdə  nisbətən 

sistemli, prosessual yanaĢma ilə əvəzlənməyə baĢlayıb. Bu 

cür fundamental, əhatəli baxıĢ istər ayrı-ayrı yazarlara, 

istərsə də ədəbiyyatın müxtəlif problemlərinin tədqiqinə 

münasibətdə özünü göstərir. Nəticədə xeyli 

monoqrafiyalar, araĢdırma kitabları ərsəyə gəlib ki, 

onlardan bir qisminin adlarını xatırlatmaq istəyirəm:  

tənqidçi Vaqif Yusiflinin  Fikrət Qoca, Musa Yaqub, 

Ġltifat Saleh, CavanĢir Yusiflinin Əli Kərim, Ramiz 

RövĢən, Sabir Rüstəmxanlı, Gülxani Pənahın Anar, Fikrət 

Qoca, Sona Xəyalın Qabil, Fikrət Qoca, Vaqif 

Səmədoğlu, Bəsti Əlibəylinin Əli Ġldırımoğlunun 

yaradıcılığından bəhs edən monoqrafiyaları, Sabir 

BəĢirovun «60-cı illər nəsrinin etik problemləri», Əsəd 

Cahangirin Xalq yazıçısı Anar və gənc nasir Günel 



www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana 



2017 

 

17 

E-antologiya: 

çağdaĢ filoloji materiallar

 

 

Anarqızının konkret əsərləri ilə bağlı «Ağ saç-qara saç» 



kitabları, Təyyar Salamoğlunun «Azərbaycan romanının 

janr təkamülü-iyirminci əsrin 80-ci illəri» araĢdırması 

elmi-nəzəri səviyyəsi, problemə bələdlik, peĢəkarlıq 

baxımından diqqəti çəkir.   

Ġyirminci əsr  ədəbiyyatımızın müxtəlif simaları haqqında 

yazılmıĢ məqalə, müsahibə və digər janrlı yazılardan 

ibarət toplular -  Aydın Xanın «Alternativ kulturoloji  

düĢüncələr»,  Südabə Ağabalayevanın «Tənha yolçu», 

Nərgiz Cabbarlının  «Yeni nəsil ədəbiyyatı» kitabları da 

son illərin ədəbi-tənqidi nəĢrləri sırasındadır.   

Əlbəttə, təqdim olunan siyahı tam deyil və bir az axtarıĢ 

aparıb istər praktik ədəbi tənqid, istərsə də 

ədəbiyyatĢünaslıq məsələləriylə  bağlı çap olunan digər 

kitabları da bu sıraya əlavə etmək olardı. Lakin mən qeyri-

səmimilik edib belə bir akademik siyahı təqdim etmədim. 

Sadəcə, bildiyim,  məğzi ilə tanıĢ olduğum kitabların adını 

çəkdim. 

ġübhəsiz ki, elmi-analitik baxımdan bu kitablardakı 

yazıların hamısı eyni səviyyədə deyil. Bunların arasında 

çağdaĢ dünya filoloji fikri ilə səsləĢən, bədii mətnin dünya 

ədəbiyyatı kontekstində araĢdırıldığı nümunələrlə yanaĢı, 

mövzuya münasibətdə məhdud lokal çərçivədən kənara 




www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana 



2017 

 

18 

E-antologiya: 

çağdaĢ filoloji materiallar

 

 

çıxmayan, konyuktura xarakteri daĢıyan, yaxud təhlilin 



məqsədinin aydın olmadığı nümunələr də var. 

 

 



 

*  *  * 


 

 

 



Dövrün ədəbiyyatının  tipologiyası, fəlsəfə, poetika və 

problematikasının müəyyənləĢdirilməsi, eyni zamanda, 

dünya ədəbi prosesi üçün səciyyəvi olan  axın və 

meyllərin milli ədəbiyyatda təzahürünün izlənməsində 

panoram səciyyəli ədəbi-tənqidi icmallar xüsusi 

əhəmiyyət daĢıyır.  Təəssüf ki, ədəbi prosesə bu cür 

əhatəli baxıĢ intensiv xarakter daĢımır. Amma az da olsa, 

dəyərli nümunələrə rastlanır.  

Mən ilk növbədə Xalq yazıçısı, tənqidçi-ədəbiyyatĢünas 

Elçinin «Ədəbiyyatımızın Vaysman xəstəliyi» ( «525-ci 

qəzet» 4 mart 2006-cı il) adlı icmal məqaləsini qeyd 

etmək istərdim. Bu yazıda Elçin çağdaĢ ədəbiyyat və 

tənqidimizdə diqqəti çəkən nə varsa, hamısına 

aydın,ədalətli və əhatəli münasibət bildirməklə prosesin 

professional Ģərhini verib. Daha öncələrdə dərc olunmuĢ 



www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana 



2017 

 

19 

E-antologiya: 

çağdaĢ filoloji materiallar

 

 

«Bizim ədəbi prosesdə bir Lümpençilik yaranıb…dəhĢət 



budur» («525-ci qəzet»,6 mart 2003-cü il) və «Müasir 

dövrdə Azərbaycan ədəbi tənqidinin yaradıcılıq 

problemləri»(«525-ci qəzet, 26 noyabr 2002-ci il») adlı 

məqalə və söhbətlərini də xatırlasaq, görərik ki, Elçin 

tənqidin çağdaĢ ədəbi proseslə qarĢılıqlı əlaqədə inkiĢaf 

dinamikasını daim diqqətdə saxlayır və bu diqqət onun 

həm bir ziyalı, həm də tənqidçi vicdanının təzahürü kimi 

ehtirama layiqdir. 

Sırf ədəbi icmallara gəldikdə, öncə  tənqidçi Vaqif 

Yusiflinin «2004-cü ilin nəsri»(«Azərbaycan» jurnalı, 

2006-cı il №2) və «Poeziya və zaman:2006-cı ilin poeziya 

mənzərəsi» («Azərbaycan» jurnalı, 2007-ci il №6) 

icmalları qeyd olunmalıdır. Vaqif Yusifli son 30-40 ilin 

ədəbi prosesinə dərin bələdlik, peĢəkarlıq,  məhsuldarlıq 

və obyektivlik baxımından müasir tənqidimizdə 

özünəməxsus yeri olan bir tənqidçidir. Bu keyfiyyətləri 

onun  son illərin nəsr və poeziya  mənzərəsini yaradan  

icmallarında da özünü aydın göstərir 

Rahid Uluselin «QloballaĢma çağında tənqidi düĢüncə 

mədəniyyəti» («Azərbaycan» jurnalı, 2004-cü il №5) adlı 

icmalı prosesin elmi-metodoloji Ģərhi baxımından 

qiymətlidir. Doğrudur, bu icmal  daha öncəki dövrü-2001-

2002-ci illəri əhatə edir, bununla belə, orada göstərilən bir 



Yüklə 4,78 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   229




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə